Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım İB “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın Monitorinq Modulu Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım İB
Dövlət büdcəsinin “Səhiyyə xərcləri”nin dinamikası (milyon manat) 14.11.2009 Azər Mehtiyev
“Səhiyyə xərcləri”nin dövlər büdcəsi xərclərində payı 14.11.2009 Azər Mehtiyev
2007-2010-cu illərdə dövlət büdcəsinin “Səhiyyə” bölməsi üzrə maliyyələşdirilən proqpamlar (milyon manat) Proqramların adı 2007 2008 2009 2010 1. Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı 12.4 14.4 19.3 19.8 2. Şəkərli diabet üzrə Dövlət Proqramı 12.0 13.8 19.2 8.0 3. Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı 9.1 9.2 10.6 4. Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı 1.9 1.1 5.1 1.2 5. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı 4.8 5.2 2.9 6. Qanın, qan komponentlərinin donorluğu və qan xidmətklərinin inkişafına dair Dövlət Proqramı 0.7 0.8 3.0 0.5 7. Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı 5.0 11.0 8. 2008-2012-ci illər üçün AR-da HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə üzrə Tədbirlər Proqramı 2.0 9. İcbari tibbi sığortanın tədbiqi ilə bağlı xərclər 4.0 50.2 30.1 14.11.2009 Azər Mehtiyev
Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı Proqram Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il tarixli 15 saylı Qərarı ilə təsdiq olunub. Proqram 2006-2010-cu illər üçün nəzərdə tutulub. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına əsasən hazırlanmışdır; Dövlət Proqramı belə tip xəstələr üçün tibbi yardımın təkmilləşdirilməsinə, onların həyat fəaliyyətinin yüksəldilməsinə, ömürlərinin uzadılmasına yönəlmişdir 14.11.2009 Azər Mehtiyev
Proqramın məqsəd və vəzifələri hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılması; hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin, sağlamlıq imkanları məhdudluğunun və ölüm hallarının azaldılması; hemofiliya və talassemiyanın fəsadlarının profilaktikasının təşkili; hemofiliya və talassemiyalı uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması; hemofiliya və talassemiyalı xəstələrə göstərilən tibbi xidmət strukturunun təkmilləşdirilməsi; hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərin registrinin yaradılması; hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsinin və müalicəsinin maliyyələşdirilməsi qaydasının müəyyən edilməsi; hemofiliya və talassemiyalı uşaqların doğulmasının qarşısının alınması, tədbirlərinin maliyyələşdirilməsi qaydasının müəyyən edilməsi; hemofiliya və talassemiya xəstəliyinin müalicəsi və bu xəstəliyin profilaktikası üzrə tibb mütəxəssislərinin hazırlanması və onların ixtisaslarının artırılması; hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərin sanatoriya-kurort müəssisələrində müalicəsinin təşkili. 14.11.2009 Azər Mehtiyev
Proqram üzrə fəaliyyət istiqamətləri Hemofiliyalı və talassemiyalı xəstələr üçün tibbi xidmətin təkmilləşdirilməsi (2006 – 2007-ci illər); Hemofiliyalı və talassemiyalı xəstələrin ən vacib müalicə vasitələri ilə təminatı (2006-cı il); Hemofiliyanın və talassemiyanın profilaktikası (2006 – 2010-cu illər); Hemofiliyalı və talassemiyalı xəstələrə sanatoriya-kurort müalicəsinin təşkil edilməsi (2006 – 2010-cu illər); Hemofiliyalı və talassemiya xəstəliklərinin müayinə, müalicə və profilaktikasına dair elmi tədqiqat işlərinin gücləndirilməsi (2006 – 2010-cu illər). 14.11.2009 Azər Mehtiyev
Proqramın gözlənilən nəticələri hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə göstərilən tibbi yardımın təkmilləşdirilməsi; hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərin registrinin yaradılması və aparılmasının təmin edilməsi; hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərin qan komponentləri, dərman preparatları və tibbi materiallar və digər ləvazimatlarla tam təmin edilməsi; hemofiliya və talassemiya xəstəliyinin fəsadlarının və bu xəstəliklərdən ölüm hallarının azaldılması; hemofiliya və talassemiyalı uşaqların doğulmasının qarşısının alınması. 14.11.2009 Azər Mehtiyev
Proqramın diqqətlə öyrənilməsi Proqram nə vaxt qəbul olunub və hansı müddət üçün nəzərdə tutulub? Proqramda bu xəstəliklər sahəsində ölkədəki durumun tam diaqnostikası verilibmi? Porqramın məqsəd və vəzifələri, habelə onun icrasından əldə olunması gözlənilən nəticələr dəqiq ifadə edilibmi? Proqram çərçivəsində ümumən hansi fəaliyyətlər və tədbirlər reallaşdırılır? Bu tədbirlər hansı qurumlar tərəfindən icra olunacaq? Proqramda nəzərdə tutulan tədbirlər bəyan edilmiş problemlərin və vəzifələrin həllini təmin edə bilərmi? (Bunun üçün ekspertlərin fikirləri öyrənilə bilər); Məqsəd qrupları kimlərdir? Problemin həllinə təsiri ola biləcək bütün şəxslərin və qurumların prosesə cəlb olunması nəzərə alınıbmı? Proqramın icrasına hansı resurslar və nə qədər cəlb olunur? Proqramın resurs təminatı kifayət qədər əsaslandırılıbmı? 14.11.2009 Azər Mehtiyev
Monitorinqin məqsəd və hədəfləri Proqramın monitorinqində məqsəd onun icrası gedişi, resursların istifadəsi, habelə proqram fəaliyyətlərinin vaxtlı-vaxtında və proqramda nəzərdə tutulduğu qaydada reallaşdırılması vəziyyətinin müəyyənləşdirilməsi və prosesin gedişinə ictimai nəzarətin təmin edilməsi vasitəsilə proqramın icrasının benefisiarlar və cəmiyyət üçün faydalılığının artırılmasına nail olmaqdır. 14.11.2009 Azər Mehtiyev
Monitorinq prosesinin mərhələləri Proqramın icrasının hüquqi bazasının öyrənilməsi və araşdırılması; Tədqiqat üçün zəruri olan informasiya toplanması, habelə monitorinq tədbirlərinin təşkili; İnformasiyanın emal və təhlil olunması, zəruri araşdırmaların aparılması; Tədqiqat yekunlaşdırılması və hesabatın işlənilməsi; Monitorinqin nəticələrinin ictimailəşdirilməsi, habelə benefisiarlara çatdırılması. 14.11.2009 Azər Mehtiyev
1. Proqramın icrasının hüquqi bazasının öyrənilməsi və araşdırılması Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu, 26 iyun 1997-ci il, № 360-IQ Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu, 3 may 2005-ci il, № 905-IIQ; “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 18 iyul 2005-ci il, № 264; «Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 26 dekabr 2005-ci il, № 241 “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 29 dekabr 2005-ci il, № 242 “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 18 yanvar 2006-cı il, № 17 14.11.2009 Azər Mehtiyev
2. Tədqiqat üçün zəruri olan informasiya toplanması Proqram icrası çərçivəsində həyata keçirilən fəaliyyət və tədbirlər, onların icrası vəziyyəti barədə ətraflı məlumatlar; Ölkədə hemofiliya və talessemiyalı xəstələrin sayının illər üzrə dəyişmə dinamikası haqqında məlumatlar; Proqram icrasına cəlb olunan və sərf edilən bütün resurslar (insan, maddi, maliyyə və s.) haqqında ətraflı məlumat. Buraya daxildir: hər bir resurs növünün həcmi, istifadə müddətləri, cəlb edilməsi mənbələri, cəlb edilməsi formaları, resursların istifadəsinin sərəncamvericiləri, resursların istifadə normaları, resursların istifadə olunmayan həcmləri və s.; Ölkənin ayrı-ayrı bölgələrində prooqramın icrası vəziyyəti və xüsusiyyətləri barəsində məlumatlar; Proqram çərçivəsində reallaşdırılan fəaliyyətlərin nəticə və təsirləri barəsində məlumat; Proqramın icrası gedişinə məsul qurumların, məsul şəxslərin və icraçıların münasibəti; Proqram çərçivəsində reallaşdırılan fəaliyyətlərə və nəticələrinə benefisiarların (həkimlərin, xəstələrinin və s.) münasibəti; Proqramın icrası gedişinə qanunverici hakimiyyət təmsilçilərinin münasibəti və onların məlumatlılıq səviyysi barədə informasiyalar; Proqramın icrası gedişi və vəziyyəti barədə vətəndaş cəmiyyəti institutlarının (xüsusilə maraq qruplarının təmsilçiləri olan QHT-lərin, KİV və müstəqil ekspertlərin) məlumatlılıq səviyyəsi və onların münasibəti və s. 14.11.2009 Azər Mehtiyev
İnformasiyanın mənbəyi Dövlət orqanları - Milli Məclis, Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Hesablama Palatası, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Dövlət Statistika Komitəsi, Dövlət Satınalmaları Agentliyi, yerli icra hakimiyyəti orqanları, rayon (şəhər) səhiyyə şöbələri və s.; Səhiyyə müəssisələri - B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Respublika Talassemiya Mərkəzi, akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Respublika Uşaq Klinik Xəstəxanası, Gəncə və Şəki rayonlararası qanköçürmə mərkəzləri, rayon (şəhər) mərkəzi xəstəxanaları; Səhiyyə işçiləri – xəstəxanaların baş həkimləri, mütəxəssis-həkimlər, sahə həkiməri, başqa tibb işçiləri; Beynəlxalq təşkilatlar - Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Tlassemiya federasiyası və s.; QHT və KİV-lər - Milli Büdcə Qrupu, “Sağlamlığa çağırış” İctimai Alyansı, “Tibb qəzeti” və s.; Xəstələr; Bu xəstəliklərlə bağlı beynəlxalq elektron-informasiya resursları. 14.11.2009 Azər Mehtiyev
İnformasiyanın toplanması üsulları Proqramın icra vəziyyəti barədə müxtəlif qurumların ictimaiyyətə açıqlanmış (dərc edilmiş və ya müvafiq qurumların elektron resurslarında (veb-saytda) yerləşdirilmiş) aralıq və yekun (illik və s.) hesabatların əldə olunması; İnformasiya sorğularının göndərilməsi; Dərinləşdirilmiş müsahibələr; Fokus qruplarda müzakirələr; Fokus qruplarla sorğu-müsahibələr; Ekspert sorğuları; Anket-sorğusu; Proqramın icrasına məsul şəxslərin KİV-lərə müsahibələrinin araşdırılması; Yerlərdə müddətli müşahidələr və əhali qrupları (həkimlər, xəstələr və s.) ilə söhbətlər. 14.11.2009 Azər Mehtiyev
3. İnformasiyanın emal və təhlil olunması, zəruri araşdırmaların aparılması Toplanmış statistik informasiyalar əsasən qruşlaşdırma, təsnifləşdirmə, dinamika sıralarının qurulması, indekslərin hesablanması və başqa riyazi-stastik metodlardan istifadə etməklə təhlilə cəlb olunur; Sorgular isə SPSS proqramının köməyi ilə emal olunur və tədqiqat məqsədləri üçün istifadə olunur; Müsahibə və müzakirələrdən əldə olunan fərqli mövqelər monitorinqin tələblərinə uyğun ayrı-ayrı məsələlər üzrə ümumiləşdirilir; Müşahidələr əsasında əldə edilmiş məlumatlar sistemləşdirilir və digər üsullarla əldə edilmiş informasiyalarla tutuşdurulur. 14.11.2009 Azər Mehtiyev
Büdcə xərclərinin effektivliyi nəticəlilik (effectiveness) – planlaşdırılan (nəzərdə tutulan) nəticəyə nail olunma dərəcəsi. Nəzəri yanaşmalarda «nəticəlilik» anlayışı «sosial effektivlik» anlayışı ilə asossiasiya olunur. Məsələn, səhiyyədə sağlam insanların sayının hər 100 nəfər hesabı ilə 45-dən 78-ə, orta məktəbi bitirən hər 100 məzun hesabı ilə ali məktəblərə qəbul olanların sayının 50-dən 75-ə yüksəlməsi «nəticəlilik» anlayışını ifadə edir; səmərəlilik (efficiency) - istehsal olunan məhsul (xidmət) vahidinə xərclərin (məsrəflərin) minimumlaşdırılmasını nəzərdə tutur. Nəzəri yanaşmalarda «səmərəlilik» anlayışı «iqtisadi effektivlik» anlayışı ilə asossiasiya olunur. Məsələn, səhiyyədə 1 çarpayı gününə məsrəflərin azaldılması, hər km hesabı ilə yol tikintisinin dəyərinin aşağı düşməsi səmərəlilik anlayışını ifadə edir (daha sadə dillə deyilsə, minimum xərclə maksimum nəticə) 14.11.2009 Azər Mehtiyev
Xərclərin səmərəliliyinin qiymətləndirilməsi Məsrəflər (xərclər) və resurslar – proqram icrasına yönəldilən pul vəsaitləri və digər resurslardır. Məsələn, pul məsrəfləri, işçilər və onların iş vaxtı, könüllülər sərf etdiyi zaman, avadanlıq, texnika, binalar, material (o cümlədən yanacaq, enerji və s.) məsrəfləri və s.; Fəaliyyətlər – proqramın məqsədinə nail olmağına yönəldilmiş və proqram üçün ayrılmış resurslar hesabına həyata keçirilən tədbirlərdir. Fəaliyyətlərə proqramın icrasının metodologiyasında nəzərdə tutulmuş bütün addımlar – strategiyanın işlənilməsi, xidmətlərin göstərilməsi, proseslərin reallaşdrılması və s. – daxildir. Birbaşa (yaxud “aralıq”) nəticələr (output) – proqram üzrə həyata keçirilən fəaliyyətdən bilavasitə yaranan məhsullardır. Məsələn, bu xəstələr üçün il ərzində 500 min manatlıq dərman vasitələrinin alınması və paylanması, xəstəxana binasının əsaslı təmir edilməsi və s. Bütün bunlar hökumətin büdcə vəsaitləri hesabına göstərdiyi xidmətlərin (gördüyü işlərin) həcmini (kəmiyyətini) ifadə edir. Sosial əhəmiyyətli son nəticələr – proqramın həyata keçirilməsindən cəmiyyətin (insanların) rifahında baş verən dəyişikliklərdir. Belə nəticələr bu xəstəliklərin törətdiyi əlillik hallarının azalması, bu xəstəliklər üzündən ölüm hallarının azalması, belə xəstələrin ömür müddətinin uzanması kimi indikatorlarla qiymətləndirilir. 14.11.2009 Azər Mehtiyev
Tədbirlər, büdcə xidmətləri Proqram xərclərinin nəticələrlə əlaqəsi: qənaətlilik, effektivlik və nəticəlilik Büdcə vəsaitləri Resursla r Birbaşa nəticələr Büdcə xidmətlərinin nəticələri İctimai effekt (rifah) Maddi-material, əmək, maliyyə məsrəfləri Qənaətlilik İqtisadi səmərəlilik Sosial-iqtisadi Pros es, fəaliyyət Tədbirlər, büdcə xidmətləri Son Sosial 14.11.2009 Azər Mehtiyev
4. Tədqiqat yekunlaşdırılması və hesabatın işlənilməsi Yekun hesabat hazırlanır; Hesabatın yığcam olması və monitorinqin məqsədinə uyğun nəticələrin orada əks olunması vacibdir. Hesabatda monitorinqin məqsədi, həyata keçirilməsi metodologiyası və üsulları, monitorinq dövrü, monitorinə cəlb edilmiş qurumlar, fəaliyyətlər və ərazilər, monitorinqin ortaya çıxardığı problemlər və əldə olunan nəticələr, habelə dəqiqləşdirilməsi mümkün olmayan ziddiyyətli məqamlar göstərilməlidir. Burada monitorinqin məqsədinə uyğun olaraq təklif və tövsiyələr də ola bilər. Hesabatın qısa və anlaşıqlı şəkildə yazılmış xülasəsi hazırlanır 14.11.2009 Azər Mehtiyev
5. Monitorinqin nəticələrinin ictimailəşdirilməsi, habelə benefisiarlara çatdırılması Hesabatın dərc edilməsi və yayılması; Monitorinqin nəticələri üzrə ictimai dinləmələrin təşkili; Dəyirmi masa və başqa formada müzakirələrin təşkili; Mətbuatda çıxışlar; TV və radiolarda tok-şouların və debatların təşkili; Hesabatın ayrı-ayrı qurumların saytlarında yerləşdirilməsi və müzakirə edilməsi (forum və s.); Hesabatın müvafiq səlahiyyətli qurumlara çatdırılması; Hesabatın və monitorinq nəticələrinin Milli Məclisin deputatlarına çatdırılması və s. 14.11.2009 Azər Mehtiyev
14.11.2009 Azər Mehtiyev