Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Dəyişikliklərin ümumi xarakteristikası

Benzer bir sunumlar


... konulu sunumlar: "Dəyişikliklərin ümumi xarakteristikası"— Sunum transkripti:

1 2010-cu ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı Milli Büdcə Qrupunun Rəyi

2 Dəyişikliklərin ümumi xarakteristikası
Təqdimatın məzmunu 1 2 3 4 5 Dəyişikliklərin ümumi xarakteristikası Dəyişikliklərin hüquqi, makroiqtisadi əsasları və prosedur məsələləri Büdcə gəlirlərində dəyişikliklər və onun qiymətləndirilməsi Büdcə xərclərində dəyişikliklər və onun qiymətləndirilməsi Büdcə kəsirində dəyişikliklər və onun qiymətləndirilməsi Büdcə proqnozlaşdırılması Tövsiyyələr

3 Dövlət büdcəsi gəlir və xərclərin strukturu və dinamikası (2003-2010-cu illər)
2007 2008 2009 2010* Gəlirlər Artım tempi, əvvəlki ilə nisbətdə, % 1220,9 34,1 6007,3 55,0 10763,0 79,2 10325,9 -4,1 11505,0 11,4 Neft gəlirləri 470 35,8 3564 58 7299,6 104,8 6897 -5,5 7885 14,3 Qeyri neft gəlirləri 751 32,9 2443,3 51 3463,4 41,8 3429,0 -1,0 3620 5,5 Dövlət büdcəsinin xərcləri 1235 32,5 6058,7 6,0 10680,0 76,3 10657,0 -1,9 12275,3 15,1 İnvestisiya xərcləri 90 1915 2,2 dəfə 4276,0 2,1 dəfə 3177,0 -25,7 4157,7 30,8

4 1. Dəyişikliklərin ümumi xarakteristikası
2 3 4 5 Dəyişikliklər nəticəsində: 2010-cu ilin büdcə gəlirləri 1490 mln. manat (14,9%) artırılaraq 11505,0 mln. manat, Büdcə xərcləri isə 1011,3 mln. manat (9,0%) artırılaraq 12275,3 mln. manat Büdcənin gözlənilən kəsiri 478,7 milyon manat azaldılaraq 770,3 milyon manat müəyyən edilib. Bununla da dövlət büdcəsinin gözlənilən kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbəti 3,9%-dən 2,3%-ə düşüb.

5 2.1. Büdcəyə dəyişikliklərin edilməsi üçün qanuni əsaslar varmı?
3 4 5 Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddədsinin 7-ci bəndində göstərilir ki, qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. Büdcə sistemi haqqında” qanunda büdcəyə yenidən baxılması yalnız büdcə gəlirlərinin gözləniləndən az yerinə yetirilməsi və büdcə kəsirinin artması hallarında nəzərdə tutulur və belə dəyişikliklər rüblük göstəricilər əsasında aparılır.

6 2.2. Makroiqtisadi göstəricilər büdcə dəyişikliklərinə əsas verirmi?
1 2 3 4 5 2.2. Makroiqtisadi göstəricilər büdcə dəyişikliklərinə əsas verirmi? ÜDM-in artımı proqnozdan əhəmiyyətli dərəcədə fərqlənmir. Büdcə gəlirləri proqnozla müqayisədə cəmi 0,5% artıq yerinə yetirilib. 2010-cu ilin yanvar-aprel aylarında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azalıb. Xərclər 15,1% kəsirlə yerinə yetirilib. Kəsir bütün bölmələri, həmçinin artırılması nəzərdə tutulan dövlət investisiya, iqtisadi fəaliyyət, səhiyyə və əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərcləri əhatə edir.

7 2.3. Prosedur pozuntuları varmı?
1 2 3 4 5 Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsinin 16-cı maddəsində göstərilir ki, Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq, üç oxunuşda baxılır. Nizamnamənin 8-ci maddəsində göstərilir ki, Milli Məclisin iclaslarında baxılacaq qanun layihələri iclasa azı 3 gün qalmış deputatlara paylanılır.

8 3.1. Büdcə gəlirlərinin artımı 100% neft sektoru hesabına təmin edilir.
2 3 4 5 Büdcə gəlirlərinin 1490 mln. manat (14,9%) artımının 490 mln. manatı büdcə gəlirlərinin, 1 mlrd. manatı isə ARDNF-dən əlavə transfert hesabına təmin edilməsi nəzərdə tutulur. Büdcə gəlirlərinin artımının 320 mln. manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisininin, 120 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə ixrac vergisinin, 50 mln. manatı isə ARDNF-dən büdcəyə transfertlərin büdcə xərclərinə yönəlməsi nəticəsində yaranan ƏDV artımı hesabına təmin ediləcək.

9 3.2. Neft Fondu büdcə gəlirlərinin yarıdan çoxunu verəcək.
1 2 3 4 5 ARDNF-dən transfetrləri milyon manat (51,4% ) Vergilər Nazirliyi – 4470 milyon manat (38,8 %) Gömrük Komitəsi – 820 milyon manat (7,12%) Sair daxilolmalar – 309 milyon manat (2,68%)

10 ARDNF-dən dövlət büdcəsinə transfertlər (2003-2010-cu illər)
4 5

11 3.4. Yerli gəlirlərin dövlət büdcəsindəki payı yenə azalır.
1 2 3 4 5 Mərkəzləşdirilmiş gəlirlər – milyon manat (96,3%) Yerli gəlirlər – 425,68 milyon manat (3,7%)

12 4.1. Selin vurduğu ziyanın aradan qaldırılması üçün ayrılmış vəsait dəqiq hesablamalara və müvafiq icra proqramlarına söykənmir. 1 2 3 4 5 Büdcə xərclərinin nəzərdə tutulan 1011,3 mln. Manatlıq artımın 300 mln. manatı Kür, Araz və başqa çayların daşması nəticəsində bəzi regionlara dəymiş ziyanın aradan qaldırılmasına, 608,5 mln. manatı dövlət əsaslı vəsait qoyuluşuna, 99,3 mln. manatı bəzi səhiyyə proqramlarının, elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, kommunal sistemdə tədbirlər, xarici ölkələrdə səfirliklər və diplomatik nümayəndəliklər üçün binaların alınması və digər tədbirlərə

13 4.2. Müdafiə sahəsinə investisiyalar çoxalacaq.
1 2 3 4 5 Artımdan sonra 2010-cu il büdcəsində dövlət əsaslı vəsait qoyuluşlarının həcmi 4157,5 mln. manata çatır ki, bu da büdcə xərclərinin 33,9%-ni təşkil edir. Artırılmış vəsaitin 400 mln. manatı müdafiə və təhlükəsizlik istiqamətinə yönəldiləcək. Bunun da əsaslandırılması “ölkəmizin yerləşdiyi bölgələrdə yaranmış geosiyasi vəziyyətə uyğun olaraq, onun müdafiə qabiliyyətinin daha da artırılması və təhlükəzsiliyin təmin edilməsindən” ibarətdir. Beləliklə də, müvafiq dəyişikliklər müdafiə sənayesinə investisiya qoyuluşları məqsədi daşısa da, müdafiə xərclərinə deyil, investisiya xərc maddəsinə daxil edildiyindən müdafiə xərcləri bölməsinin büdcə xərclərindəki əvvəlki payı 10,7 faizdən 9,8 faizə qədər azalır.

14 5. Büdcə kəsirində dəyişikliklər və onun qiymətləndirilməsi
2010-cu ilin dövlət büdcəsinin gözlənilən kəsirinin 478,7 mln. manat azaldılaraq 770,3 mln. Manat olacaq Dəyişikliklərdən sonra isə büdcənin faktiki kəsiri 68,9 mln. manat olacaq ki, onun da örtülməsində hər hansı problemin olması gözlənilmir.

15 6. Büdcə proqnozlaşdırılması
Dövlət büdcəsi və icmal büdcənin hesablanmasında istifadə edilmiş neftin qiyməti 45 dollardan 60 dollara qaldırılıb. İstər neftin qiyməti, istərsə də büdcənin ayrı-ayrı gəlir və xərc istiqamətləri, habelə orta müddətə dövlət büdcəsi və icmal büdcəsinin gəlirləri və xərc istiqamətləri üzrə faktiki icranın proqnozlardan kəskin fərqlənməsi hökumətin bu sahədə problemlərinin olduğunu göstərir. Dövlət büdcəsinə hər il, may-iyun aylarında düzəlişlər edilməsinin bir səbəbi də bu problemlərlə, daha dəqiq desək proqnozlaşdırmadakı qeyri-dəqiqliklə bağlıdır.

16 7. Tövsiyyələr Büdcəyə yenidən baxılması üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi vacibdir. İndiki qanunvericilik yalnız gəlirlərin kəsirlə icrası halında dövlət büdcəsinə dəyişikliyin edilməsini nəzərdə tutur. Odur ki, təkmilləşdirmə izafi gəlirlərin yaranması hallarını da özündə ehtiva etməli və bu prosesi də reqlamentləşdirməlidir. Büdcə dəyişikləri ilə bağlı hökumətin müvafiq hesabatında və Hesablama Palatasının rəyində bu dəyişikliklərin hüquqi əsasları və məqsədləri, qanunvericiliyə istinadlarin əks olunması vacibdir. Belə istinadlar dəyişikliklərin qanunvericiliyə uyğunluğunu göstərə bilər. Hökumətin uzunmüddətli tarazlı və dayanıqlı büdcə strategiyasının formalaşdırması vacibdir. Belə siyasət formalaşarsa, növbəti il və orta müddətə büdcə siyasəti də bu strategiya əsasında qurula bilər və reallığa söykənmiş olar.

17 7. Tövsiyyələr-2 Dürüst büdcə proqnozlaşdırması işinin təşkili olduqca vacibdir. İstər neftin qiyməti, istərsə də büdcənin ayrı-ayrı gəlir və xərc istiqamətləri, habelə orta müddətə dövlət büdcəsi və icmal büdcənin gəlirləri və xərc istiqamətləri üzrə faktiki icranın proqnozlardan kəskin fərqlənməsi hökumətin bu sahədə problemlərinin olduğunu göstərir. Dövlət büdcəsinə hər il may-iyun aylarında düzəlişlər edilməsinin bir səbəbi də bu problemlərlə, daha dəqiq desək proqnozlaşdırmadakı qeyri-dəqiqliklə bağlıdır. Sel nəticəsində regionlara dəymiş ziyanın aradan qaldırılması üçün ayrılmış vəsaitlərin istifadəsi üzərində maliyyə nəzarəti və vətəndaş nəzarətinin təmin olunması üçün Hesablama Palatası və vətəndaş cəmiyyəti qurumlarının səylərini artırması vacibdir.


"Dəyişikliklərin ümumi xarakteristikası" indir ppt

Benzer bir sunumlar


Google Reklamları