Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə

Benzer bir sunumlar


... konulu sunumlar: "Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə"— Sunum transkripti:

1 Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə
Şəhər: Şİrvan Məktəb: 3 № lİ tam orta məktəb Fənn: İnformatİka Sİnİf: 3 Fənn müəllİmİ: Muxtarova Rəqsanə

2 KOMPÜTER VƏ İNFORMASİYA
Mövzu: KOMPÜTER VƏ İNFORMASİYA

3 Standart 1.1.1 Təbiət və cəmiyyətdəki informasiyalara, informasiya proseslərinə aid nümunələr göstərir. 1.1.2 Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir. 1.1.3 Müvafiq şəraitə uyğun informasiyanın müxtəlif ötürülmə vasitələrini seçir.

4 Məqsəd Kompüterin əsas qurğularının adlarını vacibliyinə görə sadalamaq; Kompüterin əsas qurğularının ümumi vəzifələrini şərh etmək Kompüterin qurğularını onların informasiya prosesindəki roluna görə qruplaşdırmaq

5 İş formasI Fərdi iş Qrupla iş Bütün siniflə iş

6 İş üsulu Beyin həmləsi Venn diaqramı Müzakirə

7 resurslar Plakatda krassvord İş vərəqləri Kompüterin qurğuları

8 İnteqrasİya H.b.-4.2.1, 4.2.2 Tex.-2.1.1, 2.1.2, 2.1.3 Həyat bilgisi
Texnologiya

9 Dərsİn gedİşİ Motivasiya Tədqiqatın aparılması İnformasiya mübadiləsi
İnformasiyanın müzakirəsi Nəticə və ümumiləşdirmə Yaradıcı tətbiqetmə və ev tapşırığı Qiymətləndirmə və refleksiya

10 motİvasİya Kompüter nə üçündür və o, hansı işləri yerinə yetirir?
Mətni kompüterə daxil etmək üçün hansı qurğu lazımdır? Bəs şəkli? Səsi? Kompyuterdəki mətnlərə, şəkillərə baxmaq və kağıza köçürmək üçün hansı qurğular lazımdır? Bəs danışığı, səsləri eşitmək üçün?

11 Printer Klaviatura Skaner Səsucaldanlar
Mikrofon Skaner Səsucaldanlar

12 Kompüter haqqInda məlumat
İnsanların işini yüngülləşdirən bir sıra qurğular var ki, onlardan biri də kompüterdir. Kompüter ona verilən məlumatı emal edir, nəticəni yaddaşda saxlayır, lazım olduqda çıxışa verir. Buna görə də kompüteri informasiyanı emal edən qurğu adlandırırlar. İnformasiya emal olunmaq üçün kompüterə daxil edilməlidir. Bunun üçün daxiletmə və ya giriş qurğuları nəzərdə tutulub.

13 gİrİş qurğularI Klaviatura Mikrofon Skaner Veb-kamera

14 Kompüterdə informasiya yaddaş qurğusunda saxlanılır
Yaddaş qurğularI Kompüterdə informasiya yaddaş qurğusunda saxlanılır Sərt disk RAM Fləş-disk Optik disk

15 ÇIxIş qurğularI Monitor Printer Səsucaldanlar
Kompüterdə olan informasiya monitora, printerə, səsucaldanlara çıxarılır. Bu qurğular xaricetmə və ya çıxış qurğuları adlanır. Monitor Printer Səsucaldanlar

16 Tədqİqat sualI 1. Kompüter informasiya ilə necə işləyir?
2. İnformasiya ilə iş baxımından kompüterlə insan arasındakı oxşar və fərqli cəhətlər hansılardır?

17 TədqİqatIn aparIlmasI
Şagirdlər qruplara bölünür və onlara iş vərəqləri verilir. Klaviatura Monitor Printer Skaner

18 Klavİatura qrupu İnformasiyanın saxlanmasına görə insanın fəaliyyəti ilə kompüterin fəaliyyətini müqayisə edin. Fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirin. İnformasiyanı yaddaş qurğusunda saxlayır. İnformasiyanı beynində saxlayır. İnformasiyanı saxlamaq üçün yeri təyin etmək lazımdır. İnformasiyanı saxlamaq üçün yeri təyin etməyə ehtiyac yoxdur. İnformasiya yaddaşından silinə bilir. İnformasiyanı yaddaşlarda-disk və fləşdə saxlayır.

19 Monİtor qrupu İnformasiyanın qəbul olunması prosesinə görə insanın fəaliyyəti ilə kompüterin fəaliyyətini müqayisə edin. Fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirin. İnformasiyanı duyğu üzvləri vasitəsilə qəbul edir. İnformasiyanı daxiletmə qurğuları vasitəsilə qəbul edir. İnformasiyanı özü əldə edir. İnformasiyanı daxil edirlər. Səs və vizual informasiyanı qəbul edir. Qoxu, dad və daktil informasiyanı qəbul etmir.

20 Prİnter qrupu İnformasiyanı ötürmə (xaricetmə) prosesinə görə insanın fəaliyyəti ilə kompüterin fəaliyyətini müqayisə edin. Fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirin. İnformasiyanı yazılı, şifahi, jest və mimikalarla ötürür. İnformasiyanı çıxış qurğuları vasitəsilə ötürür. Mətn və səs informasiyasını ötürür. Səsucaldan qurğusu vasitəsilə səs informasiyasını ötürür.

21 Skaner qrupu İnformasiyanın emal edilməsi prosesinə görə insanın fəaliyyəti ilə kompüterin fəaliyyətini müqayisə edin. Fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirin. İnformasiyanı təfəkkür, düşüncə vasitəsilə emal edir. İnformasiyanı prosessor adlanan qurğu ilə emal edir. Yeni və yaddaşında olan informasiyaları emal edərək, yeni nəticələr alır. 1 saniyədə milyonlarla əməliyyat apara bilir. Xarici yaddaş mövcuddur.

22 Diqqət vaxt gedir

23 Məlumat mübadİləsİ və müzakİrəsİ
Hər qrupun nümayəndəsi icra etdiyi işləri təqdim edirlər. İnformasiya mübadiləsi aparılır. Hər qrupa suallar verilir: I qrupa: İnformasiya insanın yadından çıxa bilərmi? İnsan xarici yaddaş kimi nədən istifadə edir? II qrupa: İnsan duyğu üzvləri vasitəsilə hansı növ informasiyaları qəbul edir? Mətn informasiyasını kompüterə hansı qurğu vasitəsilə daxil edirik? III qrupa: Sizə lazım olan informasiyanı daha necə ötürə bilərsiniz? IV qrupa: İnformasiyanı emal etmək nə deməkdir? Riyazi hesablamaları insan sürətlə aparır, yoxsa kompüter?

24 Ümumİləşdİrmə və nətİcə
İnsan informasiyanı duyğu üzvləri vasitəsilə ətraf mühitdən alır, onu beynində saxlayır, emal edir, başqalarına ötürür. Kompüter də informasiyanı giriş qurğuları vasitəsilə alır. Bu qurğulara klaviatura, skaner, mikrofon daxildir. Kompüter informasiyanı yaddaş qurğularında saxlayır, prosessor vasitəsilə emal edir və çıxış qurğuları vasitəsilə insanlara çatdırır. Çıxış qurğularına monitor, printer, səsucaldanlar aiddir. İnformasiyanın proseslərinə görə insanın fəaliyyəti ilə kompüterin fəaliyyəti arasında həm oxşar, həm də fərqli cəhətlər var. Həm insan, həm də kompüter informasiya ilə işləyir, onu qəbul edir, saxlayır, emal edir və ötürür. Bu oxşar cəhətlərdir. Fərqli cəhət odur ki, insan canlıdır və onun duyğu üzvləri var. Kompüter süni obyektdir, onun duyğu üzvləri yoxdur, onu insan yaradıb və o, insan tərəfindən idarə olunur. Kompüter insanların yaratdıqları proqramlar əsasında işləyir.

25 YaradIcI tətbİqetmə Üfüqi: Şagirdlər verilmiş krassvordu həll edirlər.
6 1. 2. 3. 4. 5. 6. Üfüqi: Mətn və ədədi informasiyanı daxil edən qurğu. 2. Qrafik informasiyanı daxil edən qurğu. 3. İnformasiyanı ekranda əks etdirən qurğu. 4. İnformasiyanı emal edən qurğu. 5. Səs informasiyasını kompüterə daxil edən qurğu. Şaquli: İnformasiyanı qəbul edən, saxlayan, ötürən, emal edən qurğu. 6. Mətn və qrafik informasiyanı kağıza çıxaran qurğu.

26 Dİqqətİnİzə görə təşəkkürlər!


"Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə" indir ppt

Benzer bir sunumlar


Google Reklamları