Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

DİŞ XƏSTƏLİKLƏRİ..

Benzer bir sunumlar


... konulu sunumlar: "DİŞ XƏSTƏLİKLƏRİ.."— Sunum transkripti:

1 DİŞ XƏSTƏLİKLƏRİ.

2 Yaşadığı ərazidə yayılmış diş xəstəliklərinin mənbəyini araşdırmaq;
Əsas fikir: diş insan sağlamlığına təsir edən əsas amillərdən biridir Yer:məktəb,şəhər poliklinikası,şəhər parkları,şəhər məktəbi Tədris vasitələri: kompüter,proyektor,internet,fotoaparat,videokamera. Məqsəd: Yaşadığı ərazidə yayılmış diş xəstəliklərinin mənbəyini araşdırmaq; Bu xəstəliklərin insan orqanızmınə hansı mənfi təsirlərin göstərdiyini aydınlaşdırmaq; Şəhər parklarında(insanların kütləvi yığıldığı yerlərdə) insanları bilgiləndirmək Şagirdlərə bu araşdırmanın nəticələri ilə məlumatlandırmaq Xəstəliyin qarşısını almaq üçün kiçik layihələr təşkil etmək və həyata keçirmək;

3 Bizim rayonumuz Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləsir
Bizim rayonumuz Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləsir.Suyu dağlarından süzülüb gələn bulaqlardandır.Torpağında qoz və fındıq ağaclarının yetişməsi suyun tərkibinə çox böyük təsir göstərir.Belə ki, bizim zona , endemik ur və diş xəstəliklərinin ən çox rast gəlinən zonalarındandır

4 Bunları nəzərə alaraq biz Rayon Xəstəxanasının stomatoloqu Cavid Kərimova müraciət etdik.Ən çox yayılan diş xəstəlikləri və bunlara qarşı hansı tədbirlər görmək mümkün olduğunu araşdırdıq.

5 Hamı bilir ki,insanın sağlamlığı ağız boşluğundan başlayır
Hamı bilir ki,insanın sağlamlığı ağız boşluğundan başlayır.Əbəs yerə deməyiblər ağız boşluğu insan sağlamlığının güzgüsüdür.Elə bir insan yoxdur ki, diş problemi ilə üzləşməsin.Respublikamızda əhalinin 80%-dən çoxu diş və diş əti xəstəlikləri ilə rastlaşır.

6 Diş xəstəliklərindən ən çox rast gələni kariesdir.
Kraries latın dilindən tərcümədə çürümə deməkdir.Karies dişin dağılmasıdır.Dişin tərkibində olan mineral maddələr əriməyə başlayır,nəticədə dişin bərk toxumaları dağılır,boşluq yaranır.

7 Daimi müalicə aparılmadıqda dişin tamamilə dağılması ilə nəticələnir və insan dişini itirir.Dişlərin itirilməsi isə ardınca ağız boşluğunda başqa problemlər yaradır.

8 Dişin karies mənşəli xəstəliklərilə yanaşı damaq xəstəlikləri də geniş yayılmışdır.Damaq xəstəliklərindən ən çox rast gəlinəni qinqivit xəstəliyidir.

9 Qinqivit xəstəliyi zamanı damaqlar şişkinli,qızartılı,ağrılı olur
Qinqivit xəstəliyi zamanı damaqlar şişkinli,qızartılı,ağrılı olur.Damağın rəngi al qırmızı rəngdə olur.Ağız boşluğundan pis qoxu gəlir.Damaq xəstəlikləri əsasən uşaq və yeniyetmə yaşlarında başlayır.Erkən müalicə aparılmadıqda bu sonrası dövrdə paradontoz və parodintit kimi dişlərinin laxlamasına,itirilməsinə səbəb olur.

10 Dişlərin itirilməsi davam etdikdə ağız boşluğunda çeynəmə funksiyasını öz effektliyini itirir,yəni insan qidanı düzgün parçalaya ,əzə bilmir.Qida düzgün həzm olunmur.Bu da gələcəkdə həzm sistemindəki problemlərə yol açır.Mədədə olan bir çox xəstəliklərin nəticəsi həzmin düzgün getməməsindən düzgün çeynənməməsindən yaranır.

11 Rayonumuzda da diş xəstəlikləri geniş yayılmışdır
Rayonumuzda da diş xəstəlikləri geniş yayılmışdır.Bizim ərazimizə xas olan xəstəliklərdən biri flüoroz xəstəliyidir.Normalda suyun tərkibində olan flüorun miqdarı mol/ml səviyyəsində olmalıdır.Suyun tərkibində olan flüorun miqdarı az olarsa karies,çox olarsa flüoroz xəstəliyi yaranır.Flüoroz xəstəliyi zamanı dişin mina qatı zədələnir.Əvvəlcə dişin mina qatında təbaşirə bənzər ləkələr əmələ gəlir.Sonrakı mərhələdə dişin sərt toxumaları dağılır. Biz ünsiyyət vaxtı qarşımızdakı insanın dişlərinə diqqət yetiririk.Çünki ünsiyyət sözlərdir,sözlər isə ağızdan çıxır.Dişlər də orada yerləşir.Qarşımızdakı adamı güləndə və danışanda onun dişlərinin ağlığı və parlaqlığı insanda ona qarşı müsbət təəssürat yaranır.Ona görə də dişlərin sağlam saxlanması vacibdir.Dişlərimizin sağlamlığına fikir verin.Onların qayğısına qalın.

12 Biz şəhər parkında,uşaq bağçasında görüşlər keçirdik
Biz şəhər parkında,uşaq bağçasında görüşlər keçirdik.İnsanlar əvvəlcə bizə ciddi yanaşmadılar.Bizi dinlədikdən sonra fikirlərimizə hörmətlə yanaşdılar. Öyrəndik ki,onlar protez dişlərdən istifadə edirlər.Belə bir araşdırma apardığımız üçün bizi dəstəklədilər.etiraf etdilər ki,dişlərə vaxtında qulluq etmədikləri üçün bu gün protezlə yaşamaq məcburiyyətindədirlər.Protezilə yeməyin dadını hiss etmədiklərini,yemək qalıqlarının ağızda xoş olmayan qoxu verdiyini qeyd etdilər.

13 Belə problemlərin yaranmaması üçün ilk öncə erkən yaşlardan dişlər fırçalanmalıdır.Uşaq bağçalarında olan görüşlərimizdə də onlara lazım olan tövsiyyələrimizi verdik.Onları inandırdıq ki,əgər hər gün 2 dəfə (səhər ,axşam) dişlərini fırçalasalar ,bu hal onlarda vərdişə çevriləcək .Böyüyəndə sağlam və ağappaq dişlərə sahib olacaqlar.

14 Məktəbimizin 1-ci sinif şagirdləri ilə görüşümüz.

15

16 MƏKTƏBDƏ MÜZAKİRƏ.

17 SAĞLAM DİŞLƏR GÖZƏL GÜLÜŞLƏR SİZİN OLSUN!

18 Təqdimatı hazırladı: Qax çəhər 2 №-li məktəb liseyin VII-a sinif şagirdləri.
Bizdən öz dəstəyini əsirgəmədiyi üçün informatika müəllimi Nərminə Abdullayevaya ,həkim Cavid Kərimova minnətdarlığımızı bildiririk.


"DİŞ XƏSTƏLİKLƏRİ.." indir ppt

Benzer bir sunumlar


Google Reklamları