Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Qlobal kompyuter şəbəkəsi-İNTERNET

Benzer bir sunumlar


... konulu sunumlar: "Qlobal kompyuter şəbəkəsi-İNTERNET"— Sunum transkripti:

1 Qlobal kompyuter şəbəkəsi-İNTERNET
Üç hərfin sirri nədir?

2 Qlobal kompyuter şəbəkəsi ümumdünya informasiya resurslarından istifadə etmək üçün geniş ərazini əhatə edən kompyuterlərin birləşməsidir.

3 Qlobal şəbəkə ilə lokal şəbəkənin fərqləri bunlardan ibarətdir:
Qlobal kompyuter şəbəkəsi geniş ərazini əhatə edir. Qlobal şəbəkəyə dünyanın istənilən yerindən qoşulmaq olar. Qlobal şəbəkədə ümumdünya informasiya resurslarından istifadə etmək mümkündür. Qlobal şəbəkənin xidmətləri genişdir. Lokal kompyuter şəbəkəsi məhdud ərazini əhatə edir. Lokal şəbəkəyə isə yalnız kiçik ərazidən qoşulmaq olar. Lokal şəbəkədə isə yalnız bu şəbəkəyə qoşulmuş kompyuterlərdə olan informasiyalardan istifadə olunur. Lokal şəbəkənin isə xidmətləri məhduddur.

4 İnternetə qoşulmaq üçün aşağıda göstərilmiş aparat və proqram təminatlarından istifadə etmək olar.
Proqram təminatı(veb-brauzer proqramları) İnternet Explorer Mozilla Opera Safari və s. Şəbəkə drayverləri Aparat təmintı Kompyuter Modem Şəbəkə adapteri Uyğun fiziki mühit

5 İnternetin xidmətləri. Bu şəbəkənin aşağıdakı xidmət növləri var:
Elektron-poçt chat WWW telekonfrans telefoniya

6 Elektron poçt bir insanın digər insan və ya insan qrupları ilə məktublaşmaq, müxtəlif növ fayllarla bölüşmək imkanını təmin edir. İlk dəfə şəbəkədə elektron poçtdan istifadə etmək üçün proqram 1971-ci ildə yazılıb.

7 Chat və ya İRS xidməti mövcud zaman anında mətn, şəkil, video və s
Chat və ya İRS xidməti mövcud zaman anında mətn, şəkil, video və s. kimi informasiya mübadiləsini aparmaq imkanıdır. İnternet Relay Chat(İRS) protokolu 1988-ci ildə yaradılıb.

8 Telekonfrans-Usenet Usenet- cari zaman anında kollektiv şəkildə informasiya mübadiləsi aparmaq imkanını yaradan xidmətdir. Bu xidməti 1979-cu ildə iki universitet tələbəsi yaradıb.

9 Telefoniya-Telnet Telefoniya-şəbəkə vasitəsi ilə səs informasiyasının ötürülməsi xidmətidir. Bu xidmət 1986-cı ildə yaradılıb və 1995-ci ilədək davamlı şəkildə inkişaf edərək təkmilləşmişdir.

10 WWW WWW (World Wide Web)-hipermətin sistemi vahid informasiya məkanında müxtəlif şəbəkə resurslarının inteqrasiyası üçün nəzərdə tutulub. 1989-cu ildə HTTP protokolunun və HTML dilinin yaradılması ilə WWW xidməti yaranmağa başlandı

11 “İnternet xidmətlərindən ən çox hansı məqsədlərlə istifadə edirsiniz
“İnternet xidmətlərindən ən çox hansı məqsədlərlə istifadə edirsiniz?” sualına cavab tapmaq üçün Facebookda sorğu keçirilmişdir.

12 Maraqlı Faktlar Aforizmlər
2011-cu ilin sonunda dünyada internet istifadəçilərinin sayı 2,1 milliarda çatmışdır. Bu da təqribən dünya əhalisinin 30%-ni təkil edir. Azərbaycanda isə internet istifadəçilərinin sayı RİT Nazirliyinin məlumatına əsasən 5.4 milyona yaxındır ki, bu da əhalinin ümumi sayının 65%-ni təşkil edir. Kağız üzərində rəqəmlər ölü rəqəmlərdir, amma elektron rəqəmlər isə müxtəlif əməllərə qadirdir. Bill Henri Geyts Əvvəllər bir fincan kofe 5 $-lıq klavyaturanı sıradan çıxardırdı, indi isə 1000 $-lıq notebooku.

13 World Wide Web Dünya Hörümçək Toru
Nəticədə bildik ki, WWW üç hərfinin çox dərin sirri var. Biz bu üç hərif vasitəsi ilə bütün dünyanı əhatə edən virtual aləmdə gəzə bilərik və ixtiyari informasiyanı əldə edə, yerləşdirə və paylaşa bilərik.


"Qlobal kompyuter şəbəkəsi-İNTERNET" indir ppt

Benzer bir sunumlar


Google Reklamları