Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Təqdimat N-1 Mövzu: Elektron Hakimiyyət və idarəetmə,onların keyfiyyət.

Benzer bir sunumlar


... konulu sunumlar: "Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Təqdimat N-1 Mövzu: Elektron Hakimiyyət və idarəetmə,onların keyfiyyət."— Sunum transkripti:

1 Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Təqdimat N-1 Mövzu: Elektron Hakimiyyət və idarəetmə,onların keyfiyyət meyarları. Kurs : 4 Qrup :180 Tələbə : Elcan Əliyev , Səfadar Əliyev

2 Elektron hakimiyyət və elektron idarəetmənin təşkili məqsədilə hər bir ölkə prosesin həyata keçirilməsi konsepsiyasını hazırlamalıdır. Bu konsepsiyada müxtəlif ölkələr mövcud texnoloji səviyyə. əhalinin informasiya texnologiyalaı ilə təmin və istifadə səviyyəsini, şəbəkə texnologiyalrının mövcud vəziyyətini, dövlət idarəetməsində və hökumət idarələri ilə vətəndaşlar. Müəssisələr. sahibkarlar arasındakı əlaqələr öyrənilməli və nəzərə alınmalıdır. Lakin bütün bunlarla bərabər elektron hakimiyyət və idarəetmənin yaradılması konsepsiyasında aşağıdakı müddəalar öz əksini tapsalar daha yaxşı olar: - elektron hakimiyyət və idarəetmənin məqsədi və vəzifələri; - elektron dövlət və hökumətin yaradılması istiqamətləri; - elektron hakimiyyətin və idarəetmənin yaradılması mərhələləri.

3 Elektron hakimiyyət və idarəetmənin yaradılmasında ilkin şərt ölkədə mövcud olan inzibati idarələrin fəaliyyətində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün islahatların aparılması tələb olunur. Bu islahatlarda məqsəd ümumilikdə aşağıdakıların təmin olunmasına yönəlir: - nəticəyə görə idarəetmə; - informasiya texnologiyaları və sistemləri sahəsində standartlaşdırmanın və reqlamentləşmənin aparılması;

4 dövlət və hökumət inzibati idarələrində fəaliyyətin optimallaşdırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə onun ləğvi; - ölkədə vətəndaş cəmiyyəti ilə hakimiyyət orqanları arasındakı qarşılıqlı əlaqələrin gücləndirilməsi və demokratik prinsiplər üzrə qurulması; - ölkə daxilindəki informasiya fəzasının müasir texnologiya və proqram təminatlarından istifadə etməklə müasirləşdirilməsi.

5 Elektron hakimiyyət və idarəetmədə dəyişdirilməsi tələb edilən əsas halqa icra strukturudur. Belə ki, demokratik qanunların verilməsi. cəmiyyətin istək və arzularına uyğun dövlətin fəaliyyəti yönümündə verilən qərarlar, təcrübələrin göstərdiyinə görə çox vaxt icra strukturları və inzibati idarədə çalışanlar tərəfindən pozulur. Məhz bu mənada ilkin olaraq elektron hökumətin yaradılması istiqamətində qarşəda duran məqsədlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlər aşağıdakıları əhatə etməlidir:

6 -dövlət idarəçiliyində yeni keyfiyyətin əldə olunması;
- hökümət idarələri və inzibatçılarla vətəndaşların münasibətlərinin yeni, daha mütərəqqi formalarına keçid; -müasir informasiya texnologiyalarının ən aşağı pillələrdən başlayaraq, sonuncu pilləyə kimi bütün imkanlarından istifadə ilə tətbiqinin təmin olunması. İnformasiya cəmiyyətinin tələblərinə uyğun dövlət və hökumət strukturlarının yaradılması idarəetmədə yeni tələblərin meydana gəlməsinə səbəb olacaq. bu tələblər aşağıdakılardır: -dövlət xidmətlərindən hərtərəfli istifadə imkanı; - bu xidmətlərin alınmasının sadəliyi və rahatlılığının təmini;

7 - dövlət orqanlarının fəaliyyətinin şəffaflığı və tam nəzarətdə olması;
- dövlət qərarlarına ictimai ekspertizanın tətbiqi imkanlarının yaradılması; Dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və ondan istifadə imkanlarının artması ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi. öz hüquqlarını qoruması, sərvətlərdən layiqincə yaralanması, bütün dəyərlərdən bərabər pay alması imkanlarını yaradır.

8 elektron hakimiyyətin və idarəetmənin yaradılması və tətbiqində ən geniş istifadə olunan şəbəkə texnologiyalarıdır. Məhz bu texnologiyalar dövlət və hökumət idarələrinin həm öz aralarında, həm də vətəndaşlarla birbaşa əlaqələrin qurulmasında başlıca vasitədir. Lakin təcrübələr göstərir ki, elektron hakimiyyətin tələblərə uyğun fəaliyyəti dövlət xidmətlərinin portallarının yaradılması ilə daha səmərəli təşkil oluna bilər. Bu səbəbdən də ölkədə belə portalların vahid sisteminin yaradılması gərəkdir. Bu portallarda aşağıdakılar öz əksini tapmalıdır:

9 - süründürməçiliyin, müxtəlif idarə və təşkilatlara gedib- gəlmənin, bürokratiyanın aradan qaldırılmasına, birbaşa dövlət və hökumət idarəsi ilə əlaqənin qurulmasına imkan verən, təşkilat və vətəndaşlar üçün vahid pəncərə; - bütün dövlət xidmətləri haqqında ətraflı informasiya; - elektron sənədlərin əldə olunması imkanı; - müxtəlif dövlət və hökumət idarələrində qəbula yazılış və ərizələrin verilməsi imkanı; - xidmətlərin distant üsulla əldə olunması imkanları.

10 Əyalətlərdə elektron hakimiyyət və idarəetmənin təşkili daha ciddi problemlər yaradır. Bu hər şeydən əvvəl əyalətlərdə telekommunikasiya vasitələrinin və ondan istifadənin aşağı səviyyəsi ilə izah edilir. Buna görə də həmin yerlərdə müxtəlif çoxfunksiyalı mərkəzlərin yaradılması daha məqsədəuyğundur. Bu mərkəzlərdə aşağıdakıların təmin edilməsi tələb olunur: - yerli və dövlət orqanları, idarələri və təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması; - bir pəncərə sisteminin tələblərinə tam riayət olunması; - yerli və dövlət orqanları ilə vətəndaş və təşkilatların qarşı- qarşıya əlaqə və müzakirələri üçün rahatlıq zəmininin yaradılması; - bütün mərkəzlərdə ümumi qəbul edilmiş standartların keyfiyyətinin təmini.

11 Pilləli şəkildə elektron hakimiyyət və idarəetmənin həyata keçirilməsi mütəmadi olaraq yerinə yetirilənləri və keçilmiş mərhələlərin nəzarətdə saxlanılmasını tələb edir. Bu nəzarət adətən aşağıda göstərilən göstəricilərə nəzərən müəyyənləşdirilir: - Yerli və dövlət xidmətləri göstərən çoxfunksiyalı mərkəzlərin fəaliyyəti və müasirlik səviyyəsi üzrə göstəricilər: - Vahi dövlət xidmətləri portallarının fəaliyyəti üzrə göstəricilər: - Hakimiyyət orqanlarını fəaliyyətini əks etdirən İnternet saytların keyfiyyətlilik göstəriciləri; - Telefon xidməti mərkəzlərinin texniki təminatı və xidmət səviyyəsi göstəriciləri - İdarələrarası informasiya mübadiləsinin təmin olunması üçün dövlət informasiya mərkəzlərinin fəaliyyəti üzrə göstəricilər; - Ölkə daxilində dövlət informasiya sistemlərinin standartlaşma səviyyəsi.


"Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Təqdimat N-1 Mövzu: Elektron Hakimiyyət və idarəetmə,onların keyfiyyət." indir ppt

Benzer bir sunumlar


Google Reklamları