CƏRRAHİYYƏDƏ RENTGENOLOJİ MÜAYİNƏ VƏ ENDOSKOPİYA

Slides:



Advertisements
Benzer bir sunumlar
Böyrək çatışmazlığı.
Advertisements

Kompüterlərdə və internetdə təhlükəsizlik.
Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə
DİŞ XƏSTƏLİKLƏRİ..
ISO Qida Təhlükəsizliyi Idarəetmə Sistemi Qida Zəncirində Iştirak Edən Təşkilatlar Üçün Tələblər
İctimai Əmtəə və Ortaq Sərvətlər
Fənn: İNFORMATİKA Mövzu: Şəkilli mətnlər Sinif: V a Müəllim: Hacıyeva Ulduz Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin informatika müəlliməsi.
Zəngilan rayon 7 №-li tam orta məktəbin“İnformatika” müəllimi Telmanzadə Əfsanənin informatika fənnindən “Kompüter şəbəkələri” mövzusunda icmalı.
B12vitaminin çatışmazlığı zamanı yaranan anemiya
Fərruxova Qiyafət saylı tam orta məktəb
İnternet Nədir ?.
İstehsal Amilləri Bazarı
Əsas Alqoritmik Konyuksiyalar. Xətti Alqoritmlər
9 mart cı il E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli
Azərbaycan Dövlət İqtisad Universiteti
Gəncə şəhəri M.Əzizbəyov adına 15 №li tam orta məktəbin
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
(XAŞİMOTO XƏSTƏLİYİ) Ə. ƏLİYEV ADINA AZƏRBAYCAN DÖVLƏT
Elmi Layihə Olimpiadaları üçün Elmi layihə nədir?
Şəhər: Bərdə Məktəb: 8 saylı Sinif: Fənn: Riyaziyyat
«Sabahın alimləri» Respublika Müsabiqəsi
ANADANGƏLMƏ SİANOTİK ÜRƏK QÜSURLARI
DEMODEKOZ.
DƏRSİN GEDİŞİ: Salamlaşma Motivasiya Qruplaşdırma Tədqiqat Təqdimat
İnformasiya texnologiyalarının təkamülü.
Beynəlxalq ərzaq və istehlak malları bazarı
Mövzu:Balıqların müxtəlifliyi. Balıq ehtiyatının qorunması.
“CanSat Azerbaijan 2019" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Qlobal kompyuter şəbəkəsi-İNTERNET
Hazirladi: Kürdəmir rayon Pirili kənd tam orta məktəmin Riyaziyyat və İnformatika müəllimi Mütəllim Mütəllimov.
CdS/PVS və CuS/PVS polimer matris əsasında nanokompozitlərin dielektrik spektroskopiyası NANOMATERİALLARIN KİMYƏVİ FİZİKASI MƏLİKOVA.L.V.
Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəb
Yerüstü hava xəritələri və onların təhlili
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
Gəncə şəhər,Nizami rayonu Nadir Hüseynov adına 38 N-li tam orta məktəbin tarix müəllimi İbrahimova Təranə Qəzənfər qızının Azərbaycan tarixi fənnindən.
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Say sistemləri arasında əlaqə
Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Məmmədova.
PAİNT proqramı İNFORMATİKA Hazırladı: Həsənova Lumu.
ELEKTRON TƏHSİL.
XPƏM-nin həll üsulları.
Hazırladı: Fətullalı Tural İslam oğlu
Obyektin informasiya modelinin təsvir formaları.
MÖVZU: “ ALQORİTM HAQQINDA MƏLUMAT”
V sinif Mən elimlərin şahıyam Riyaziyyat.
Makroiqtisadi modellər.
Nihad , Ayxan , Ərcan , Çıraq
Siklonlar və onların əmələ gəlməsi
tam orta məktəbin müəllimi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
MÖVZU: İnformasiya nə qədər yer tutur
GİRİŞ Proqramlaşdırmaya
Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.
BakI şəhərİ 14 №-lİ məktəbİn İnformatİka müəllİmİ
Barik topoqrafiya xəritələri və onların təhlili
Elektron cədvəllər . Eyni tipli düsturlar.
Budaqlanma, Şərt.
Mövzu: Tədrisdə ən yaxşı
Fizika müəllimi: FƏXRİYYƏ ABUŞOVA
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
fenn- biologiya movzu – helqevi qurdlar
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
Görünüş məsafəsinin növləri. Görünüş məsafəsinin təyini
BANKLARDA HÜQUQİ RİSK MENECMETİNİN QURULMASI
DEFİSİT ANEMİYALAR.
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
ETT və insan resurslarının peşə-ixtisas təhsili problemləri
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hesablama texnikasının tarixi. 8-ci sinif..
Sunum transkripti:

CƏRRAHİYYƏDƏ RENTGENOLOJİ MÜAYİNƏ VƏ ENDOSKOPİYA

RENTGENOLOJİ MÜAYİNƏ ÜMUMİ ANLAYIŞ Rentgen şüaları ilk dəfə 8 noyabr 1885-ci ildə Wilhelm Roentgen tərəfindən kəşf edilmişdir. Son 50 il ərzində təsvirlərin alınması istiqamətində daha təkmilləşmiş metodların kəşf olunmasına baxmayaraq cərrahiyyədə ümumi (obzor) rentgenoloji və rentgenoqrafik müayinələrdən indiyə qədər geniş istifadə olunmaqdadır. Bir çox cərrahi patologiyaların spesifik rentgenoloji əlamətləri onların diaqnostikasında vacib rol oynamaqda davam edir və bəzən hətta əvəzedilməz müayinə metodu hesab olunur.

DÖŞ QƏFƏSININ RENGENOLOJI MÜAYINƏSI Ümumi aneseziya altında icra edilən əksər cərrahi əməliyyatlardan əvvəl döş qəfəsinin obzor rengenoloji müayinəsindən gündəlik praktikada demək olar ki, daim istifadə olunur. Döş boşluğu orqanlarının rentgenoqrafiyası həmişə iki proyeksiyada- düz və yan proyeksiyalarda həyata keçirilməlidir. Rentgenoqrafiyanın –skopiyadan üstün cəhəti ondan ibarətdir ki, ən kiçik detalların təsviri əldə edilir ki, bunun vasitəsilə də əvvəlki və sonrakı təsvirləri müqayisə etməklə dinamikanı izləmək mümkün olur.

DÖŞ QƏFƏSININ RENGENOLOJI MÜAYINƏSI Rentgenoskopiyadan əsasən iki halda istifadə olunur: Çox-proyeksiyalı müayinə. Patoloji dəyişikliyi öyrənmək üçün optimal proyeksiyanın seçilməsi lazım olduqda Tənəffüs orqanlarını, ürəyi və magistral damarları, qida borusunu onların təbii funksional vəziyyətində qiymətləndirmək lazım gəldikdə Əməliyyatönü dövrdə ağciyərdə patoloji vəziyyətləri təyin etmək üçün obzor müayinədən istifadə olunur: Pnevmoniya Bronxit Ağciyərlərin sistli törəmələri Ağciyərin xoş və bədxassəli şişləri Emfizema Sağ ağciyərin absesi

DÖŞ QƏFƏSININ RENGENOLOJI MÜAYINƏSI Tənəffüs orqanlarının və divararalığının cərrahi patologiyalarının diaqnostikasında aşağıdakı rentgenoloji müayinə metodlarından istifadə olunur: Konrastsız müayinələr: Obzor rentgenoskopiya və rentgenoqrafiya Adi xətti tomoqrafiya Konrastlaşdırma ilə aparılan müayinələr: Bronxoqrafiya Angioqrafiya (angiopulmonoqrafiya, bronxial arterioqrafiya, aortoqrafiya, mediastinal fleboqrafiya) Süni pnevmotoraks şəraitində aparılan müayinələr: Pnevmomediastinium Plevral boşluğa kontrast maddənin yeridilməsi ilə (plevroqrafiya) Fistulalara kontrast maddənin yeridilməsi ilə Qida borusunun kontrast müayinəsi

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Bronxoqrafiya – bronxlara rentgenokontrast maddə yeridilməklə bronxial ağacın rentgenoloji təsvirinin alımmasına deyilir. Aşağıdakı patologiyaları təyin etmək üçün istifadə olunur: Bronxoektaziya Bronxların inkişaf pozğunluqları Şiş və çapıq mənşəli daralmaları Daxili bronxial fistulaları Bronxoqrafiya yerli və ya ümumi anesteziya altında aparıla bilər. Pozision və selektiv bronxoqrafiya ayırd edilir: Pozision bronxoqrafiyada bir ağciyərin bütün bronxial şaxələri kontrastlaşdırılır Selektiv bronxoqrafiyada ağciyərin bronxial şaxəsinin hər hansı bir hissəsi selektiv olaraq kontrastlaşdırılır. Pozision bronxoqrafiya Selektiv bronxoqrafiya

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Angioqrafiya – konarst maddələr yeritməklə qan damarlarının vizualizasiya üsuludur. Bunlara aşağıdakılar aiddir: angiopulmonoqrafiya, bronxial arterioqrafiya, aortoqrafiya, mediastinal fleboqrafiya bronxial arterioqrafiya

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Angiopulmonoqrafiya – kiçik qan dövranı damarlarının kontrast maddə yeritməklə vizualizə olunma metodudur. Ağciyər areriyasının Seldinger üsulu ilə kateterizasiyası yolu ilə həyata keçirilir. Əsasən ağciyər damarlarının aşağıdakı patologiyalarını dəqiqləşdirmək üçün istifadə olunur: anevrizma, stenozlar, arterio-venoz fistula, ağciyər venalarının varikoz genəlməsi, tromboemboliyalar

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Bronxial arterioqrafiya Seldinger üsulu ilə həyata keçirilir Kateter döş aortasına, oradan isə bu və ya digər bronxial areriyaya yeridilir. Əsasən ağciyər qanaxmalarının yerini təyin etmək üçün istifadə olunur

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Aortoqrafiya – Seldinger üsulu ilə həyata keçirilir. Torakal cərrahiyyədə ona əsas göstəriş: divararalığı şişinin aortanın anevrizmasından differensasiyası

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Mediastinal fleboqrafiya – yuxarı boş venanı, tək və yarımtək venaları kontrastlaşdırmağa əsaslanır. Seldinger üsulu ilə periferik venaların kateterizasiyası ilə həyata keçirilir. Əsas göstəriş: ağciyərin və divararalığının bədxassıli şişlərinin yayılmasının qiymətləndirilməsi.

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Diaqnostik pnevmotoraks – ağciyərdaxili törəmələri döş qəfəsi divarı və ya diafraqmanın patoloji proseslərindən differensasiya etmək çətin olan hallarda istifadə olunur. Texnikası: yerli aneseziyadan sonra xəstənin horizontal vəziyyətində orta qoltuqaltı xətt üzrə IV-V qabırğaarası sahədən punksiya aparılır və plevra boşluğuna 500-700 sm3 hava və ya oksigen yeridilir. Sonra rentgenoloji müayinə aparılaraq hava aspirasiya olunur.

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Pnevmomediastinoqrafiya – divararalığına hava və ya oksigen yeridildikdən sonra aparılan rentgenoloji müayinəyə deyilir. Əsasən patoloji törəmənin divararalığında yerləşməsini dəqiqləşdirmək məqsədilə istifadə olunur. Bu müayinə zamanı döş sümüyü arxası sahədən divararalığına 500-700 sm3 hava yeridilir.

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Plevroqrafiya –punksiya və ya drenaj boru vasitəsilə plevra boşluğuna suda həll olan kontrast maddənin yeridilməsi ilə həyata keçirilir. Plevranın məhdudlaşmış empiemaları zamanı abses boşluğunun dəqiq lokalizasiyasını, ölçülərini, boşluğun formasını təyin etmək və bronxoplevral fistulanın olub-olmamasını aşkar etmək üçün istifadə olunur.

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Fistuloqrafiya – döş boşluğunun xaricə açılan fistulalarından kontrast maddələrin yeridilməsinə əsaslanır. Fistulanın növünü, uzunluğunu, isiqamətini bronx şaxələri ilə əlaqəsini təyin etməyə imkan verir.

DÖŞ QƏFƏSİNİN KONRASTLAŞDIRMA ILƏ APARILAN MÜAYINƏLƏRİ Qida borusunun kontrast rentgenoloji müayinəsi Kontrast maddə kimi barium-sulfat məhlulundan istifadə olunur. Qida borusunun perforasiyasına şübhə olan hallarda suda həll olan kontrast vasitələrdən istifadə olunmalıdır. Həm rüntgünoskopiyadan, həm də rentgenoqrafiyadan istifadə olunmalıdır. Qida borusunun aşağıdakı xəstəliklərinin diaqnostikasında vacib rol oynayır: Qida borusu venalarının genişlənməsi Qida borusunun divertikulları Qida borusunun idiopatik genişlənməsi Qida borusunun yad cisimləri və zədələnmələri Qida birusunun xoş və bədxassıəli şişləri Axalaziya

QIDA BORUSUNUN KONTRAST RENTGENOLOJI MÜAYINƏSI Divertikul Döş qəfəsi və ya boynun rentgenoloji müayinəsi zamanı divertikulun daxilində hava-maye səviyyəsi görünə bilər Kontrast rentgenoloji müayinədə kontrast maddə diverticul daxilində toplanır Ön və yan pozisiyalardan kontrast rentgenoloji görünüşü

QIDA BORUSUNUN KONTRAST RENTGENOLOJI MÜAYINƏSI Axalaziya Kontrast maddə qida borusunda toplanır və nazik axınla mədəyə keçir (quş dimdiyi və ya siçan quyruğu simptomu)

QIDA BORUSUNUN KONTRAST RENTGENOLOJI MÜAYINƏSI Qida borusunun yad cisimləri Qida borusunda yad cismin konturları aydın görünür

QIDA BORUSUNUN KONTRAST RENTGENOLOJI MÜAYINƏSI Qida borusunun şişləri Leyomioma Qida borusunun xərçəngi

QARIN BOŞLUĞUNUN VƏ ORQANLARININ RENTGENOLOJI MÜAYINƏ METODLARI

QARIN BOŞLUĞUNUN VƏ ORQANLARININ RENTGENOLOJI MÜAYINƏ METODLARI Kontrastlaşdırmadan aparılan obzor rentgenoskopiya və rentgenoqrafiya Əsasən qarın boşluğunda sərbəst qazı və bağırsaq keçməməzliyinə görə maye-qaz səviyyəsini təyin etmək üçün istifadə olunur. Kontrast rentgenoloji müayinə Boşluqlu orqanların cərrahi patologiyalarında Mədə və 12-barmaq bağırsağın xorası Mədənin şişləri Yoğun bağırsaqların şişləri Dolixosiqma Meqakolon Yoğun bağırsağın divertikulyozu və s Hepatopankreatobiliar zonanın cərrahi patologiyalarında Xolesistoqrafiyanın müxtəlif növləri Xolangioqrafiyanın müxtəlif növləri İntraoprerasion xolangioqrafiya ERXPQ Transkutan-transhepatik xolangioqrafiya İrriqoqrafiya Fistuloqrafiya

QARIN BOŞLUĞUNUN OBZOR RENTGENOLOJİ MÜAYİNƏSİ Mədə və 12-barmaq bağırsağın perforativ xoraları Bağırsaqların tamlığının pozulması ilə nəticələnən travmaları və s. Diafraqma altında sərbəst qaz

QARIN BOŞLUĞUNUN OBZOR RENTGENOLOJİ MÜAYİNƏSİ Bağırsaq keçməməzliyi Maye-qaz səviyyələri (Kloyber kasaları)

MƏDƏNIN KONTRAST RENTGENOLOJI MÜAYİNƏSİ Mədə və onikibarmaq bağırsağın xoraları “taxça” simptomu

MƏDƏNIN KONTRAST RENTGENOLOJI MÜAYİNƏSİ Mədə xərçəngi Dolma defekti

YOĞUN BAĞIRSAĞIN KONTRAST RENTGENOLOJI MÜAYİNƏSİ Yoğun bağirsağin divertikulyozu İrriqoqrafiya Rentgenoqrafiyada yoğun bağırsağın spazmı və divertikul daxilində kontrast maddənin qalması müəyyən edilir

YOĞUN BAĞIRSAĞIN KONTRAST RENTGENOLOJI MÜAYİNƏSİ İrriqoqrafiya Yoğun bağırsağın polipləri Yoğun bağırsağın şişləri polip Yoğun bağırsağın şişi

FISTULOQRAFIYA Bu məqsədlə kiçik diametrli kateter fistulanın drenləşdiyi yerdən fistula daxilinə yeridilir və suda həll olan kontrast maddə infuziya edilərək flüoroqrafiya icra edilir. Fistuloqrafiya xəstəliyin erkən dövrlərində aparılmalı və aşağıdakıları müəyyən etməyə imkan verməlidir: 1) fistulanın yerini; 2) fistula ilə bağırsaq arasındakı əlaqəni; 3) fistuladan distal tərəfdə bağırsaq obstruksiyasının olub-olmamasını; 4) fistula ilə bilavasitə qonşu olan bağırsağın təbiətini; 5) intra-abdominal absesin olub-olmamasını. Fistuloqrafiyanın ardınca mədə-bağırsaq traktının tam kontrast rentgenoloji müayənəsi aparılmalıdır. A.Fistuloqrammada qalça bağırsağa gedən bir neçə yol görünür (ox işarələri). Bir ilgəkdə Kron xəstəliyi vardır. B. Kəskin perforativ appendisitə görə appendektomiya olunmuş xəstədə enterokutan fistula müəyyən edilir.

HEPATOPANKREATOBILIAR ZONANIN CƏRRAHI PATOLOGIYALARINDA KONTRAST RENTGENOLOJI MÜAYINƏ METODLARI Xolesistoqrafiya Peroral Venadaxili Öd kisəsinin xoşxassıli şişləri: Müayinə zamanı öd kisəsində dolma defekti və daşdan fərqli olaraq onun hərəkətsiz olması müəyyən edilir Öd kisəsi və öd yollarının daşları Rentgen-neqativ daşlar müəyyən edilir

HEPATOPANKREATOBILIAR ZONANIN CƏRRAHI PATOLOGIYALARINDA KONTRAST RENTGENOLOJI MÜAYINƏ METODLARI İntraoperasion xolangioqrafiya Öd yollarında maneəni təyin etmək məqsədilə istifadə olunur

HEPATOPANKREATOBILIAR ZONANIN CƏRRAHI PATOLOGIYALARINDA KONTRAST RENTGENOLOJI MÜAYINƏ METODLARI ERXPQ və Transkutan-transhepatic xolangioqrafiya (TTX) Obstruktiv sarılığı olan xəstələrin vəziyyətinin qiymətləndirilməsində hər iki üsul vacib diaqnostik-müalicəvi metod hesab olunur. Transkutan-transhepatic xolangioqrafiya obstruksiyadan yuxarıda öd yollarının vəziyyətinin qiymətləndirilməsində faydalı metoddur.

DAMARLARIN CƏRRAHI PATOLOGIYALARINDA RENTGRNOLOJI MÜAYINƏ METODLARI

ARTERIOQRAFIYA Arteriyalarda okklüziyanı və onun səviyyəsini təyin etmək üçün istifadə olunur

FLEBOQRAFIYA Aşağı ətraf venalarının keçiriciliyini yoxlamaq məqsədilə istifadə olunur Baldirin qalxan fleboqrafiyası a) varikoz genəlmə; b) norma

CƏRRAHİYYƏDƏ ENDOSKOPİYA

ENDOSKOPİYA ÜMUMİ ANLAYIŞ Endoskopiya — diaqnostika və müalicə məqsədilə gastrointestinal sistem orqanlarına optik alətlər vasitəsilə gözlə birbaşa baxmağa imkan verən metoddur.

EZOFAQOQASTRODUODENOSKOPİYA Ezofaqoqastroduodenoskopiya – fibroskop vasitəsilə mədə-bağırsaq traktının yuxarı şöbələrinə baxmağa imkan verən metoddur. Onun vasitəsilə diaqnostik və müalicəvi proseduralar həyata keçirilə bilər

EZOFAQOQASTRODUODENOSKOPİYA Göstərişlər: Qida borusunun, mədə və onikibarmaq bağırsağın müxtəlif xəstəlikləri; Mədənin bədxassəli zədələnmələrini aşkar etmək və yə onu histoloji təsdiq etmək məqsədilə; Rentgenoloji məlumatlar klinik əlamətlərlə uzlaşmayan hallarda Təcili cərrahi patologiyaların diaqnostikasında qarın boşluğunun yuxarı şöbələrindəki qeyri-müəyyən ağrıların səbəblərini aşkar etmək məqsədilə; Diaqnostika çətin olan hallarda mədə və onikibarmaq bağırsaq xorasının perforasiyasını təsdiq və ya inkar etmək məqsədilə Qastroduodenal qanaxmalarda onun mənbəyinin tapmaq, qanaxmanın intensivliyini təyin etmək və növbəti taktikaya göstərişləri müəyyənləşdirmək məqsədilə. Barrett qida borusu Mədə xorası

EZOFAQOQASTRODUODENOSKOPİYA Əks-göstərişlər: Mütləq əks-göstərişlər: Qida borusu və kardial hissənin kəskin daralmaları, dərin xoralar, böyük ölçülü divertikullar, qida borusu venalarının həddən artıq genəlmələri, aortanın anevrizması, ürək-ağciyər çatmamazlığı-III dərəcə, ürək və beyin qan dövranının kəskin pozğunluqları, hemofiliya, kəskin skolioz, bötük ölçülü ur. Bu metod vasitəsilə polipektomiya həyata keçirmək mümkündür. Nisbi əks-göstərişlər: Kəskin iltihabi xəstəliklər.

Endoskopik müayinə

KOLONOSKOPİYA Kolonoskopiya – yoğun bağırsaqların daxili səthinə baxmaq, biopsiya materialları götürmək üçün istifadə olunan metoddur. Bu metod vasitəsilə polipektomiya həyata keçirmək mümkündür. Fibrokolonoskopiyaya göstərişlər: 1) yoğun bağırsağın şişinə şübhə olan hallarda onun lokalizasiyasını, ölçüsünü, yayılma dərəcəsini təyin etmək və histoloji müayinə götürmək məqsədilə; 2) xoşxassəli iltihabi xəstəliklərin (kolit, qeyri-spesifik xoralı kolit) diaqnostikası məqsədilə 3) yoğun bağırsağın polipozu və digər xoşxassəli şişlərini bədxassəli şişlərdən differensasiya etmək məqsədilə 4) cərrahi müdaxilə göstəriş olmayan xoşxassəli şişi olan xəstələrdə dinamik müşahidə aparmaq məqsədilə 6) bağırsaq qanaxmasının yerini təyin etmək məqsədilə 7) yoğun bağırsaq keçməməzliyinin səbəbini və səviyyəsini təyin etmək məqsədilə

LAPAROSKOPİYA Laparoskopiya – qarnın ön divarından keçməklə daxili orqanlara və qarın boşluğuna optik alətlər vasitəsilə baxılmasına deyilir. Bu, cərrahi medtod olunduğundan bütün aseptik və antiseptik qaydalara əməl olunmasını tələb edir. Göstərişlər: 1) qaraciyərin, öd kisəsinin və öd yollarının xəstəliklərində aşağıdakı məqsədlərlə: а) naməlum etiologiyalı assitin mənşəyini aşkar etmək məqsədilə b) sarılığın differensial diaqnostikası məqsədilə c) qaraciyərin, öd kisəsinin şişlərini aşkar etmək və onları xoşxassəli ocaqlı patologiyalarla differensasiya etmək məqsədilə d) qaraciyərin nadir xəstəliklərini (polikistoz, hemoxromatoz, amiloidoz və s) 2) naməlum mənşəli splenomeqaliya 3) qarın boşluğunun şişləri опухоли 5) uşaqlıq artımlarının xəstəlikləri 6) laparoskopik xolangioqrafiyanın vacibliyi

Endoskopik ultrasonoqrafiya və ya Endosonoqrafiya Endosonoqrafiya endoskop adlanan cihaza kiçik bir ultrasəs cihazi yerleşdirilməklə əmələ gəlir. Bu məqsədlə xüsusi endoskoplar istehsal edilir. EUS həzm sistemindəki divar qatları haqqında tam məlumat verdiyi üçün həzm sistemində və həzm sisteminə qonşu orqanlarda əmələ gələn törəmələrin dəyərləndirilməsində (törəmənin ölçüsü, limfa düyünləri, qonşu orqanlara metastazı və s.) və həzm sistemində epitel altında yerləşən zədələri araşdırılmasında istifadə edilir. Həmçinin həzm sistemi və qonşu orqanlardan əmələ gələn törəmələrdən biopsiya materialı götürülə bilər, sistlər və s. törəmələr boşaldıla bilər.

Yemək borusunun submukozal törəməsinin EUS ilə görüntüsü Öd yollarındakı daşın EUS-da görüntüsü

Endosonoqrafiya

Endoskopik Kapsul Endoskopik kapsul üzərində kicik bir kamera olan kabelsiz əlaqa vasitesilə çəkdiyi görüntüləri kənardakı qeydediciyə göndərən bir sistemdir. Ölçüsü 11mm x 26mm, çəkisi 4 qramdır. 8 saat ərzində teqribən 50000 şəkil çəkə bilir. Qastrointetinal sistemi görüntülü müayinə edir. Əsasən nazik bağırsaq müayinəsində istifadə olunur.

Endoskopik kapsuldan nə vaxt istifadə edilə bilər? Endoskopik kapsul hansı xəstələrə tətbiq edilə bilməz? Gizli qanaxmalarda Bağırsağın iltihabi xəstəliklərdə ( kron xəstəliyi və b.) Polipoz xəstəliklərdə( Peutz-Jeghers, ailəvi polipoz) Nazik bağırsaq törəmələrində Endoskopiya ilə nail olmaq mümkün olmayan nazik bağırsağın hərtərəfli müayinəsində xüsusi rolu var. Əqli zəif xəstələrə Yaşı 18 –dən az və 70 yaşdan yuxarı olan xəstələrə Ürək stimulyatoru olan Hamilələrə Həzm sistemindən əməliyyat keçirmiş xəstələrə Bağırsaq bitişməsi olan Bağırsaq fistulu olan Yemək borusu daralmaları, axalaziya, Zenker divertikulu olan xəstələrə

Endoskopik kapsul Avantajları Dezavantajları Asan tətbiq olunması Xəstənin kamfortunu pozmur. Ağrısızdır Sedasiya və anesteziya lazım olmur. Kapsulu qəbul etdikdən sonra xəstə evinə gedə bilər. Qeydiyyat vaxtı bitdikdən sonra xəstə özü qeydedici sistemi çıxarda bilər. 24-48 saat ərzində kapsul defekasiya aktı zamanı xaric olur. Endoskopik kapsulla aşkarlanan problemə həmin an müdaxilə etmək olmur. Sonradan digər endoskopik və ya cərrahi müalicə lazim ola bilər Biopsiya gütürmək olmur Hazırda 3 növ kapsul mövcuddur. Pilcam ESO 2: yemek borusu kapsulu Pilcam SB 2 : nazik bağırsaq kapsulu Pilcam colon : yoğun bağırsaq kapsulu

Cüt balonlu enteroskopiya (Double balloon enteroscopy) 2001 ci ildə Yaponiyalı Prof.Hironori Yamamoto tərəfindən icad edilmişdir. Nazik bağırsağın müayinə və müalicəsində böyük əhəmiyyəti vardır. Biri endoskopun və digəri endoskopun uc hissəsində yerləşməklə ardıcıl təkrarlanan şişirdilmə və boşaldılma yolu ilə bağırsaq boşluğu mənfəzində hərərkət etməyə imkan verən bir cihazdır. Endoskopdakı əlavə bir kanal vasitəsilə biopsiya, hemostaz, polipektomiya, balon dilatasiyası, endoskopik mukozal və submukozal disseksiya və s. bu kimi invaziv manipulyasiyalar etməklə əlavə invaziv müdaxiləni ya da cərrahi ehtiyacı azaltmaqdadır.

Cüt balonlu enteroskopun müayinə texnikası

Endoskopik Retroqrad Xolangiyo Pankreatoqrafiya (ERXP) ERXP - ucunda kiçik bir video kamera olan, incə və elastik duodenoskop vasitəsilə ağızdan girərək öd yolları və pankreas kanalının təsviri prosesidir. ERXP – nin aprılmasında məqsəd öd yolları və pankreas kanalında olan daşların, daralmaların və törəmələrin və s. təyin edilməsi və əməliyyata ehtiyac qalmadan müalicə edilməsidir. ERXP ilə edilən müalicə üsulları. Sfinkterotamiya Öd və ya pankreas kanallarına stent yerləşdirmək Nazobiliyar drenaj yerləşdirilmək və b.

ERXP

ERXP Lap.xolesistektamiya+ ERXP-nın avantajları Hər iki proses tək seansda edilir ERXP-də müsbət nəticə çox yüksəkdir. ERXP-də pankreatit riski cox azdır Daha ekonomikdir. Öd kisəsi daşı və öd yolu daşı birlikdə olduqda müxtəlif müalicə variantları var. Əvvəl ERXP sonra xolesistektomiya Xolesistektomiya + ERXP eyni seansda Laparoskopik xolesistektomiya + ERXP Son illər Laparoskopik xolesistektamiya + ERXP daha çox istifadə olunur.

Rentgen görünüşü Laparoskopik xolesistektomiya + ERXP sxematik şekli

Diqqətinizə görə təşəkkürlər