Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

DEMODEKOZ.

Benzer bir sunumlar


... konulu sunumlar: "DEMODEKOZ."— Sunum transkripti:

1 DEMODEKOZ

2 İnsanlarda demodekoz xəstəliyini hörümçəklər sinfinə aid olan iki növ mikroskopik gənələr Demodex folliculorum və Demodex brevis törədirlər. Bunlar uzunluğu 0,15-0,4mm uzunsov,qurdabənzər formasında olan bədənə malikdirlər.Demodex folliculorum tük follikullarında yaşayır. O, piy vəzilərdə yaşayan D.brevisə nisbətən uzundur.

3 Dərİnİn quruluşu Tük Buynuz qatı Epidermis Derma Piy vəzisi
Tük folikulu Tər vəzisi

4 D. Folliculorum və D.brevis
a b a b 1.a-D.folliculorum tük follikulunda; b-D.brevis 2.D.follikulorum tük follikulunda 3.D.brevis dərinin piy vəzisində

5 Demodeks qənəsi 1-dəri üstündə; 2-tük follikulunda

6 Yoluxma yollarI Təmas yolu ilə xəstə insan sağlam insanı və ya təkrar özü özünü: Çirklənmiş əllər; Çirklənmiş dəsmallar; Çirklənmiş balışüzü; Kosmetika vasitələri (karandaş və s.); Toz vasitəsilə.

7 DEMODEKSİN HƏYAT DÖVRÜ
12 saat imaqo yumurta 60 saat 60 saat nimfa Sürfə 72 saat 36 saat pronimfa

8 Demodeksla yoluxmuş insanları 2 qrupaya bölmək olar:
1-ci qrup xəstələrdə gənə tapılıb,lakin onlar tərəfindən heç bir şikayət və klinika müşahidə olunmur – simptomsus daşıyıcılıq.Qənə şərti- patogen parazit sayılır; 2-ci qrup – demodekozun klinikası olan insanlar daxildirlər.Bunun səbəbi sinir,endokrinoloji, həzm sistemlərdə pozuntular,qan-damar və mübadilə proseslərin çatışmamazlıqların nəticəsində insan orqanizmində əmələ gələn davamlığının aşağı düşməsidir.Belə xəstəliklərə: şəkərli diabet, xroniki infeksiyalar,mədə-bağırsaq traktın funksiyasının pozulması nəticəsində əmələ gələnqastritlər,enteritlər,kolitlər, qastroenterokolitlər, disbakterioz,qurd xəstəliklər və s.

9 DƏRİ Demodekozun simptomlarI
Xroniki dermatoz dəridə sızanaqların,müxtəlif səpkilərin,dərinin qabıqlanması ilə özünü biruzə verə bilər: akne,rozaseya,eritema.Bu da ciddi kosmetoloji problemlərə səbəb olur.Diaqnoz düzgün qoyulmayan hallarda,bu xəstəliklərin müalicəsi effektli olmur,gənələr daha çox çoxalıb,dəridə gedən iltihabi prosesləri çətinləşdirirlər.Onun nəticəsində də üz dərisində (daha çox vaxt müşahidə olunur) çapıqlar,məsəmələrin zədələnməsi,dərinin qalınlaşması və s. əmələ gəlir.

10

11

12

13 Göz demodekozun simptomlarI
Göz demodekozu zamanı xəstələr kipriklərdə qaşınma (axşam vaxtı daha çox),göz qapaqların kənarlarının (iltihabi proseslərin nəticəsində) qızarılmasından (blefarit),səhərlər selikli ifrazatın olmasından şikayət edirlər.Sonradan bu əlamətlərə konyuktivanin zədələnməsi (iltihabi prosesi),xalyazionların (göz qapağının xırtəyində yerləşən yumru qalınlaşma) yaranması və s. patoloji proseslər birləşə bilərlər.Allergiya xəstəliyi olan insanlarda, gənə mexaniki və kimyəvi qıcıqlandırıcı faktor olub,göz toxumalarda allergiya prosesləri yaradır.

14 Demodekozun dİaqnostikasI gənənİn tapIlmasIna əsaslanIr
Demodekozun diaqnostikası gənənin tapılmasına əsaslanır.Dəridə parazitlərin tapılması dəridən götürülmüş qaşıntıda və sizanaqların irinli tərkibində aparılır. Götürülmüş material əşya şüşəsinin üzərində 10% qələvinin damlasına yerləşdirilib, baxılır.Göz demodekoz diaqnozu, hər gözdən epilyasiya olunmuş və qliserinə yerləşdirilmiş kipriklərdə (follikularında) parazitin və ya onun yumurtaların tapılmasına görə goyulur. Mikroskopiya zamanı x10 və ya x20 böyüdücüdən istifadə olunur

15 Göz qapağIn demodekozu

16 D.Folliculorum.İmaqo

17 d.folliculorum.yumurtalar

18 D.folliculorum.İmaqo və yumurtalar


"DEMODEKOZ." indir ppt

Benzer bir sunumlar


Google Reklamları