Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

GİRİŞ Proqramlaşdırmaya

Benzer bir sunumlar


... konulu sunumlar: "GİRİŞ Proqramlaşdırmaya"— Sunum transkripti:

1 GİRİŞ Proqramlaşdırmaya
VIII sinif dərsliyində «Alqoritmik dil» mövzusuna baxın. Alqoritmik dilin qaydaları proqramlaşdırma dilinin qaydalarına əsaslanır.

2 İnsanlar bir-birilərini anlamaları üçün ortaq dildən istifadə edirlər.
İnsanlar arasında ünsiyyətin yaranması üçün dil əsas amildir. İnsanların texnologiya ilə ünsiyyətinin yaranması üçün başqa ünsiyyət formasına- proqramlaşdırma dillərinə ehtiyac yaranır.

3 Proqramlaşdırma nədir ?
Kompyuter Azərbaycan, İngilis və ya başqa bir dildən anlamır. Kompyuterin funksional beyni olmadığı üçün əmrlər (komandalar) yazılmalıdır. Bu xüsusi dilə «proqramlaşdırma dili» deyilir. Komandalar bir araya gələrək «proqramı» meydana gətirir. Məlum dil ilə yazılmış komandalara «proqramın kodu» deyilir. Proqramları hazırlayanlar proqramçı adlanır. Proqramdan istifadə edənlər kompyuter istifadəçiləri adlanır.

4 Kompyuterin başa düşdüyü yeganə dil maşın dilidir
Kompyuterlərin əsasını 0 və 1-dən ibarət olan 2-lik say sistemi təşkil edir.

5 Maşın dili Maşın dili dövrədən elektrikin keçib-keçməməsini əsas alan dildir. Əgər dövrədə elektrik varsa 1, yoxsa 0 olaraq ifadə edilir. Elektrik

6 A 01000001 = 65 = A hərfinin necə yazıdığına baxaq.
A hərfi maşın dilində ilə ifadə edilir, onluq say sistemində qarşılığı 65`dir. Hər bir simvolun bu şəkildə ifadə edildiyini düşünsək bunun anlaşılması çox çətin olan ifadə yaranır. Proqramı belə kodlarla yazmaq çox çətindir. Bunun üçün proqramlaşdırma dilinə ehtiyac duyulur. = 65 = A

7 Proqramlaşdırma dillərinin müxtəlifliyi
Maşın dili çətin olduğu üçün fərqli proqramlaşdırma dilləri yaranıb. Hər bir dil müəyyən bir məqsədə xidmət edir.

8 Yüksək səviyyəli dillər
Dillərin səviyyəsi Dillərin səviyyəsi maşın dilinə yaxın olub-olmaması ilə ölçülür. Ən alt səviyyəli dil – Assembler dilidir. Yüksək səviyyəli dillər – Pascal, Basic, Fortran, C, C++və s. Yüksək səviyyəli dillər dedikdə insan dilinə nə qədər yaxın olması başa düşülür. Pascal C Yüksək səviyyəli dillər Assembler 2500-dən çox proqramlaşdırma dili mövcüddür. Maşın dili Cihaz

9 1. Söz yazılışı (Sintaksis)
Dillərin quruluşu 1. Söz yazılışı (Sintaksis) Hər bir dilin özünə məxsus kəlmələri var. Bu həmin dilin açar sözləri adlanır. 2. Qrammatik quruluşu Açar sözlər məntiqə uyğun bir şəkildə yan-yana yazılmırsa onda bu kəlimələr heç bir şey ifadə etmir. 3. Anlamı (Semantika) Açar sözlər məntiqi cəhətdən düzgün yazılsada, yazılan sözlərin nə üçün yazıdığıda bilinməlidir. Dilin sözlərinin necə və nə üçün istifadə edildiyi həmin dilin semantikasıdır.

10 Dillərin təkamülü

11 Qısa baxış 2000_ C# 1995_ Java 1983_ C++ 1972_ C 1968_ Pascal
NET platformadan istifadə edilməyə başlandı 1995_ Java Obyekt yönlü dilləri zənginləşdirdi 1983_ C++ İlk obyekt yönlü dildir 1972_ C Pascaldakı xatalardan dolayı ortaya çıxdı 1968_ Pascal Fortran və Cobolun ən yaxşı xüsusiyyətlərini özündə cəmlədi. 1959_ Cobol Fortranın xüsusiyyətlərini alıb və giriş-çıxış işlərini yerinə yetirməyə başladı. 1957_ Fortran Maşın dilinə yaxın olmaqla bərabər, həm də məntiqi ifadələrdən istifadə edilməyə başlandı.

12 Dillərdən istifadə göstəricisi

13 Dırnıs kənd tam orta məktəbi
Təşəkkürlər Etibar Süleymanov Ordubad rayon Dırnıs kənd tam orta məktəbi


"GİRİŞ Proqramlaşdırmaya" indir ppt

Benzer bir sunumlar


Google Reklamları