Hazırladı : Əzizova Könül Fakultə : Maliyyə Qrup : 644

Slides:



Advertisements
Benzer bir sunumlar
31 Mart 2015 EUR/USD EURUSD paritesinin güçlü Dolar Endeksi nedeniyle satış baskısına maruz kaldığını ve seviyesine kadar hareketini sürdürdüğü.
Advertisements

02 Mart 2015 EUR/USD EURUSD paritesi destek noktası üzerindeki tepkisini seviyesine kadar sürdürdüğünü ancak devam ettiremediğini görmekteyiz.
Mövzu: Marketinqin ətraf mühiti
Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə
Beynəlxalq birja və bazarlar
Dünyanın yüngül sənayesi
ISO Qida Təhlükəsizliyi Idarəetmə Sistemi Qida Zəncirində Iştirak Edən Təşkilatlar Üçün Tələblər
İctimai Əmtəə və Ortaq Sərvətlər
Xammal və enerji daşıyıcıları bazarı Müəllim: Elşən BAĞIRZADƏ
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
XVI BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: VALYUTA KURSU SİSTEMLƏRİ
Dr. Elşən BAĞIRZADƏ Bakı
İstehsal Amilləri Bazarı
BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
AZƏRBAYCANDA KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏR ÜZRƏ HESABAT
KSM. Nəzəriyyələr J.J.Russo görə ( ) Biznes və ictimaiyyət arasındakı «İctimai müqavilə» təşkil edir. Birbirinə qarşılıqlı fayda yaratma əsasında.
Tələb, təklif və hökumət siyasəti
Azərbaycan Dövlət İqtisad Universiteti
Məmmədova Aida Qrup-646 Müəl. Elşən BAĞIRZADƏ
Azərbaycan Dövlət İqtisad Universiteti
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
İşsizlik və Onun Təbii Dərəcəsi
Ekonometrika – iqtisadi sistemlərin optimal idarə edilməsinin riyazi aparatı kimi. Plan: Model – ekonometrikanın dərketmə vasitəsi kimi. Modellərin tipləri.
Beynəlxalq ərzaq və istehlak malları bazarı
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Beynəlxalq ərzaq və istehlak malları bazarı
“CanSat Azerbaijan 2019" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Qlobal kompyuter şəbəkəsi-İNTERNET
1. İdarəetmə sistemində münaqişələr 2. Sosial-psixoloji münaqişələr 3
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
“Azərbaycanda Sığorta Sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi” İqtisadi və Sosial İnkişaf Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım.
2. Əmək ehtiyatları və əmək potensialı
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Təqdimat N-1 Mövzu: Elektron Hakimiyyət və idarəetmə,onların keyfiyyət.
ADİU-646 Hüseynova Nuranə Müəl. Elşən BAĞIRZADƏ
Azərbaycan Dövlət İqtisad Universiteti
İnsan resurslarının strateji planlaşdırılması və idarə edilməsi.
Əhalinin sağlamlığı və təhlükəsizliyi.
Məktəb: M.P.Vaqif adına 8 saylı tam orta məktəb
Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
ELEKTRON TƏHSİL.
XPƏM-nin həll üsulları.
Obyektin informasiya modelinin təsvir formaları.
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Makroiqtisadi modellər.
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Nihad , Ayxan , Ərcan , Çıraq
Siklonlar və onların əmələ gəlməsi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
GİRİŞ Proqramlaşdırmaya
Bank qanunvericiliyi Yeniliklər və inkişaf perspektivləri
Milli Gəlirlərin Ölçülməsi
Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.
Beynəlxalq İqtisadi munasibətlərdə kapital ixracı
AzKÇ-nin icra edilməsi Bununla nə nəzərdə tutulur
Mövzu 4: İxrac əməliyyatları ilə bağlı bankların üzərinə düşən vəzifələr   Çıxışçı: Zaur Hacılı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət.
Hüseynli Emil Beynəlxalq Bazarlar və Birjalar
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
Devalİvasİya. Onun İqtİsadİyyata təsİrİ
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
Giriş Avropa Oyunlarının keçirilməsi barədə ilk qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında.
BANKLARDA HÜQUQİ RİSK MENECMETİNİN QURULMASI
İstehsal müəssisələri:
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
ETT və insan resurslarının peşə-ixtisas təhsili problemləri
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hesablama texnikasının tarixi. 8-ci sinif..
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakultə: İqtisadiyyat və idarəetmə Kafedra: Maliyyə Qrup: 617a Kurs: III Fənn: vergi.
Sunum transkripti:

Hazırladı : Əzizova Könül Fakultə : Maliyyə Qrup : 644 Fənn : Beynəlxalq iqtisadi münasibətlər Mövzu : Beynəlxalq iqtisadi münasibətlər sistemində kapital ixracı Hazırladı : Əzizova Könül Fakultə : Maliyyə Qrup : 644

Mündəricat Kapital ixracının mahiyyəti və beynəlxalq iqtisadi münasibətlərdə mövqeyi Kapital ixracının inkişaf mərhələləri Kapital ixracı və idxalının həyata keçirilməsi üçün əsas səbəblər Kapitalın beynəlxalq hərəkətinin dünya iqtisadiyyatına təsiri Kapitalın beynəlxalq hətəkətinə təsir edən faktorlar Ölkələrin kapitalın beynəlxalq hərəkə- tində iştirakının göstəriciləri. Valras qaydası Sahibkar və borc kapitalının ixracı və idxalı

Kapital ixracının mahiyyəti və beynəlxalq iqtisadi münasibətlərdə mövqeyi Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibətlərin əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. Beynəlxalq iqtisadi münasibətlərin beynəlxalq ticarət, elmi-texniki məhsullarla beynəlxalq mübadilə kimi formaları valyuta-maliyyə aspektləri ilə müşaiyət olunur: ixrac-idxal əməliyyatlarının reallaşdırılması zamanı beynəlxalq hesablaşmalar həyata keçirilir və ya beynəlxalq kreditlər tələb edilir. Işçi qüvvəsinin beynəlxalq miqrasiyası zamanı isə əmək haqqı köçürmələri baş verir. Beləliklə, kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm də bu inkişafın nəticəsidir.

Kapital beynəlxalq hərəkətinin inkişaf mərhələləri I mərhələ - “kapital ixracının yaranması mərhələsi”, XVII-XVIII əsrlərin astanasından XIX əsrin sonlarına qədər. Bu zaman kapital ancaq bir istiqamətdə - metropoliyalardan müstəmləkələrə doğru hərəkət edir və məhdud, təsadüfi xarakter daşıyırdı. II mərhələ - “kapital ixracı mərhələsi”, XIX əsrin sonlarından XX əsrin ortalarına qədər Bu mərhələdə kapital ixracı həm sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında baş vermişdir. III mərhələ - XX əsrin 50-60-cı illərindən etibarən indiyə qədər davam edir və “kapitalın beynəlxalq miqrasiyası” dövrü adlanır ki, bunun da səbəbləri : a) Birincisi, kapital ixracını təkcə sənayecə inkişaf etmiş ölkələr deyil, həm də bir çox inkişaf etməkdə olan ölkələr həyata keçirirlər. b) İkincisi, ölkələr eyni zamanda həm kapital ixracatçısı, həm də idxalatçısı kimi çıxış edirlər. c) Üçüncüsü, kapital ixracı öz həcminə görə kapitalın əks hərəkətini (kreditə görə faizlər, sahibkar mənfəəti, səhmlərə görə dividendlər formasında) meydana gətirir. Kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir.

Kapital ixracı və idxalının həyata keçirilməsi üçün əsas səbəblər Kapital ixracını həyata keçirərkən subyektlər aşağıdakılardan çıxış edirlər: əlavə gəlirin əldə edilməsi; digər subyektlər üzərində nəzarətin ələ keçirilməsi; əmtəə axınlarının qarşısına qoyulan proteksionist maneələrin aradan qaldırılması; istehsalın yeni satış bazarlarına yaxınlaşdırılması; yeni texnologiyaların əldə edilməsi (məsələn, səhm nəzarət paketinin əldə edilməsi ilə); xarici filialların yaradılması ilə istehsal sirlərinin qorunması; vergi ödəmələrinə qənaət edilməsi (xüsusilə müəssisələrin offşor zonalarda və xüsusi iqtisadi zonalarda yaradılması və ya qeydiyyatdan keçirilməsi zamanı); ətraf mühitin qorunmasına çəkilən xərclərin aşağı salınması. Kapital idxalının iqtisadi məqsədəuyğunluluğu aşağıdakılardan ibarətdir: yeni və köhnə istehsal texnologiyalarının inkişaf etdirilməsi imkanı; əlavə valyuta resurslarının cəlbi; elmi-texniki potensialın genişləndirilməsi; əlavə iş yerlərinin yaradılması.

Kapitalın beynəlxalq hərəkətinin dünya iqtisadiyyatına təsiri Müsbət təsir – dünya iqtisadiyyatının inkişaf templərini sürətləndirir. Kapital daha gəlirli sahələrə yatırılmaq və artırılmaq məqsədilə ölkə sərhədindən xaricə çıxarılır. Kapitalı idxal edın ölkələrdə isə o, iqtisadi artım tempini sürətləndirir. Beynəlxalq əməkdaşlığı və BƏB-in inkişafı üçün əsas amillərdəndir. Ölkələrarası qarşılıqlı mal mübadiləsinin həcminin artmasına səbəb olur. Mənfi təsir – Xarici kapital axını yerli kapitalın “hərəkətsizliyindən” istifadə edərək onu gəlirli sahələrdən “ayrı salır”. Tənzim olunmayan kapital axını ətraf mühiti təhlükə altına sala bilər. Kapital axını bəzən keyfiyyətsiz malların bazara daxil olması ilə nəticələnə bilər. Borc kapitalının idxalı dövlət borclarını artırır.

Kapitalın beynəlxalq hərəkətinə təsir edən faktorlar 1) İqtisadi xarakterli amillər istehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi; həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-texniki inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur dəyişiklikləri; beynəlxalq əmək bölgüsünün dərinləşməsi; dünya iqtisadiyyatının transmilliləşməsinin artımı; istehsalın beynəlmiləlləşməsinin artımı və inteqrasiya proseslərinin inkişafı; beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının aktiv inkişafı. 2) Siyasi xarakterli amillər kapital ixracının (idxalının) liberallaşdırılması (xüsusi iqtisadi zonaların, offşor zonalarının yaradılması və s.); “üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi; iqtisadi islahatların həyata keçirilməsi (dövlət müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun, kiçik biznesin dəstəklənməsi);

Ölkələrin kapitalın beynəlxalq hərəkətində iştirakının göstəriciləri. Mütləq göstəricilər kimi kapital ixracının həcmi, kapital idxalının həcmi, kapitalın ixrac-idxal saldosu, ölkədə xarici kapitallı müəssisələrin sayı, onlarda məşğul olanların sayı və s.-ni fərqləndirirlər. Digər göstəricilər nisbi göstəricilər hesab edilir. Onlar kapitalın beynəlxalq hərəkətində qüvvələr düzülüşünü və ölkənin kapital ixracı-idxalından asılılığını daha real əks etdirirlər. Bu göstəricilər sırasına aşağıdakıları aid etmək olar:

Kapitalın idxalı əmsalı (Kid) – xarici kapitalın (XK) ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətini əks etdirir: Kid = XK/ÜDM x 100% Kapitalın ixracı əmsalı (Kix) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir: Kix = İK/ÜDM x 100% Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbətini əks etdirən əmsal: Ke = XK/T(K) x 100% Burada Ke ehtiyac əmsalı, XK xarici kapital və T(K) ölkədə kapitala olan tələbdir. Digər nisbi göstəricilər: xarici və ya qarışıq müəssisələrin milli istehsalda payı, kapital ixracının (idxalının) əvvəlki dövrə nisbətən artım tempi, adambaşına düşən xarici investisiya.

Valras qaydası Valras qaydasına görə, ölkənin idxalının dəyəri ixracın dəyərinin, aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin cəminə bərabərdir: İM = X+NA+NR burada İM - idxal, X - ixrac, NA - aktivlərin xalis satışıdır (xaricilərə satılan və onlardan alınan aktivlərin dəyəri arasında olan fərq), NR – faizlər üzrə xalis ödəmələrdir (qoyulan kapitala görə xaricdən alınan və xaricilərə ödənilən faizlərin dəyəri arasında olan fərq). Qaydadan çıxan əsas nəticə budur: əgər bazarlardan biri tarazlıqdan çıxmışsa onda ən azı bir dənə başqa tarazlıqda olmayan bazar mövcud olmalıdır ki, birinci bazardakı qeyri-tarazlıq kompensasiya edilə bilsin. Beləliklə, Valras qanununa görə, dünya ticarətindəki disbalans ən azı kapital hərəkəti ilə kompensasiya edilməlidir.

Sahibkar və borc kapitalının ixracı və idxalı

Birbaşa xarici investisiyalar uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ixracatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya idarəedilməsini nəzərdə tutur. Birbaşa xarici investisiyalar praktik olaraq özəl sahibkar kapitalının ixracı ilə əlaqədarıdr. Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir. Kapitalın borc formasında hərəkəti dedikdə birbaşa xarici investisiyalar və portfel investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür. Kapitalın beynəlxalq hərəkətinin borc forması aşağıdakı əməliyyatlar vasitəsilə reallaşdırılır: dövlət və borc kreditlərinin verilməsi; digər ölkələrin istiqrazlarının, qiymətli kağızlarının, veksellərinin, xarici şirkətlərin trattlarının alınması; borclar üzrə ödəmələrin həyata keçirilməsi; banklarararsı depozitlər; rəsmi yardımlar və s.

Ədəbiyyat siyahısı İ.Kərimli – “Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri”, Bakı-2006; http://ru.wikipedia.org http://www.sbiblio.com http://www.be5.biz