Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Fənn: Beynəlxalq İqtisadi Münasibətlər

Benzer bir sunumlar


... konulu sunumlar: "Fənn: Beynəlxalq İqtisadi Münasibətlər"— Sunum transkripti:

1 Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
XVIII BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: İQTİSADİ İNKİŞAF VƏ XARİCİ TİCARƏT SİYASƏTİ Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı Təqdimatlarda Paul R. Krugman ve Maurice Obstfeld tərəfindən yazılmış “International Economics: Theory and Policy” və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq İqtisadi Münasibətlər

2 Mündəricat Giriş İqtisadi inkişaf baxımından ənənəvi xarici ticarət nəzəriyyəsi İqtisadi artımın motoru kimi xarici ticarət tezisi Sənayeləşmə strategiyaları Aqrar sektorun sənayeləşməyə xidmətləri Sənayeləşmə, təbii resursun qorunması və sərbəst ticarət Artan proteksionizm və zəif inkişaf etmiş ölkələrin sənayeləşməsi Aqrar məhsulların beynəlxalq ticarəti Mənbələr Copyright © 2003 Pearson Education, Inc.

3 Giriş Zəif inkişaf etmiş ölkələrdə sənayeləşmə, iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Çünki sənayeləşmə inkişafın təkanverici qüvvəsidir. 1950-ci illərdən bəri, xüsusilə Yaponiyanın uğurundan sonra inkişafı sənayeləşmə ilə birlikdə işlədilməsi istiqamətində ümumi bir meyl yaranmışdır. Zəif inkişaf etmiş ölkələrdə inkişaf cəhdlərinin məqsədi aqrar sektora dayanan iqtisadi strukturun sənaye istiqamətində dəyişdirilməsidir. Bu xarici ticarət üçün də eynidir; qida və xammal ixracından yükəsək texnologiyanı özündə birləşdirən sənaye malları ixracına keçid. Qloballaşma prosesində bir ölkənin inkişafı xarici ticarət ilə sıx bağlıdır. Copyright © 2003 Pearson Education, Inc.

4 İqtisadi inkişaf baxımından ənənəvi xarici ticarət nəzəriyyəsi
Ənənəvi xarici ticarət nəzəriyyəsinin təməlində dayanan Müqayisəli Üstünlük Nəzəriyyəsinə görə inkişaf etmiş ölkələr sənaye məhsulları, zəif inişaf etmiş ölkələr də qida və xammal sahəsində ixtisaslaşaraq ticarət etsələr hər ikisi qazanacaqdır. Ancaq bu statik yanaşmadır. Unuz müddəli dövrdə xarici ticarətin belə bir strukturu zəif inkişaf etmiş ölkələri inkişaf etmiş ölkələrdən daha da asılı hala gətirə bilər. Bu baxımdan zəif inkişaf etmiş ölkələr uzunmüddətli dövrdə öz xarici ticarətlərinin strukturunu sənaye məhsulları istiqamətində dəyişdirməyə məcburdurlar. Copyright © 2003 Pearson Education, Inc.

5 İqtisadi artımın motoru kimi xarici ticarət tezisi
cü illər arasında İngiltərənin əhalisi 3 dəfə, ÜDM-i 10 dəfə artdığı halda idxalı da 20 dəfə artmışdır ki, bu da Avstraliya, Yeni Zellandiya, Argentina, Cənubi Afrika kimi o günkü yeni məskunlaşan ərazilərin ixracatını artırmışdır. İngiltərədəki bu iqtisadi artım multiplikasiya effekti ilə yeni məskunlaşan ərazilərə və digər dünyaya yayılmışdır. Nəticədə ixracat artımı yeni inkişaf edən bu ölkələrdə, məşhur iqtisadçı Nurksenin söylədiyi kimi iqtisadi artım və inkişafı sürətləndirən lokomotiv amil roluna keçmişdir. Qısacası bu baxışa görə beynəlxalq ticarət, göstərilən ölkələr baxımından bir növ “iqtisadi artımın motoru” (the engine of growth) rolunu oynamıdşır. Copyright © 2003 Pearson Education, Inc.

6 Sənayeləşmə strategiyaları-1
Strategiya ümumi model və ya yanaşma deməkdir; siyasətdən daha geniş mənalıdır. Hər hansı bir strategiya ancaq onunla uyğun olan siyasətlər vasitəsilə həyata keçirilə bilər. Sənayeləşmə strategiyaları: İdxalı əvəz edən (import-substitution) sənayeləşmə İxrac yönümlü (export-oriented) sənayeləşmə Copyright © 2003 Pearson Education, Inc.

7 Sənayeləşmə strategiyaları-2
Ölkələri idxalı əvəz edən ticarət siyasətinə yönəldən səbəblər: Daxili bazar üçün istehsalın xarici bazar ilə müqayisə etdikdə daha asan olması, Daxili bazarda xarici bazarlara nisbətən daha yumuşaq rəqabətin olması, İdxalı əvəz edən siyasətin alternativ siyasətləri də, məsələn ixracatın təşviq edilməsini də əhatə etdiyi düşünülür, Valyuta xərclərinə qənaət ediləcəyi düşünülür, Yüksək inkişaf etmiş bir sənaye strukturu formalaşdırmanın təsirili vasitəsi kimi qəbul edilir, İdxalı əvəz edən ticarət siyasətinin, xüsusilə istehlak sektorları sahəsində xarici kapital investisiyalarını təşviq edəcəyi düşünülür. Copyright © 2003 Pearson Education, Inc.

8 Sənayeləşmə strategiyaları-3
İdxalı əvəz edən ticarət siyasətinin yol açdığı problemlər: Resursların israfı, Xaricdən asılılıq (aralıq məhsulların idxalı artır), İxracat sektorları əlehinə doğan disbalans, Xarici borcların artması, Ölkəyə yad olan sənaye strukturu (işsizliyin artması). Copyright © 2003 Pearson Education, Inc.

9 Aqrar sektorun sənayeləşməyə xidmətləri
Aqrar sektorun yığım mənbəyi olması, Aqrar sektorun valyuta mənbəyi olması, Aqrar sektorun qida və xammal mənbəyi olması, Aqrar sektorun iş qüvvəsi mənbəyi olması, Aqrar sektorun bazar yaratması, Aqrar sektorun sosial baxımdan stabil bir struktura malik olması. Copyright © 2003 Pearson Education, Inc.

10 Sənayeləşmə, təbii resursun qorunması və sərbəst ticarət
Müasir dövrdə ekoloji problemləri də göz önünə alan davamlı inkişafın reallaşdırılması əhəmiyyət qazanmışdır. Ekoloji problem ölkələrin daxili problemi olmaqdan çıxmışdır. Qərbli ekologiya müdafiəçilərinə azad ticarət təbii mühitə mənfi təsir göstərən bir siyasətdir. Ölkələr arasında ekoloji standartların fərqli olması, bəzi sənaye sahələrinin ölkələr arasında yer dəyişdirməsindəki səbəbləri də izah edir. Copyright © 2003 Pearson Education, Inc.

11 Artan proteksionizm və zəif inkişaf etmiş ölkələrin sənayeləşməsi
Zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin sənaye malları ixracında inkişaf etmiş ölkə bazarlarına sərbəst girə bilmələri, bu ölkələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Başqa sözlə, sənayeləşmiş ölkələrdəki ticarəti məhdudlaşdırıcı siyasətlər, zəif inkişaf etmiş ölkələrin ixracat imkanlarını, digər ifadə ilə inkişaf etmələrini mühüm ölçüdə aradan qaldırır. Copyright © 2003 Pearson Education, Inc.

12 Aqrar məhsulların beynəlxalq ticarəti
Aqrar sektor bütün ölkələrdə ən çox qorunan sektorlardandır. Bu aqrar sektorun təbii strukturundan irəli gəlir. Aqrar sektor məhsullaının beynəlxalq ticarətinin sərbəstləşdirilməsində DTT-nin 1995-ci ildə ortaya çıxardığı Kənd Təsərrüfatı Sazişinin mühüm payı vardır. Copyright © 2003 Pearson Education, Inc.

13 Mənbələr P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley. H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2003. R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2002. İrşad Kərimli, Beynəlxalq İqtisadi Münasibətlərin Müasir Problemləri, Bakı, 2006. Copyright © 2003 Pearson Education, Inc.


"Fənn: Beynəlxalq İqtisadi Münasibətlər" indir ppt

Benzer bir sunumlar


Google Reklamları