Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Milli Gəlirlərin Ölçülməsi

Benzer bir sunumlar


... konulu sunumlar: "Milli Gəlirlərin Ölçülməsi"— Sunum transkripti:

1 Milli Gəlirlərin Ölçülməsi
23 Milli Gəlirlərin Ölçülməsi Dr. Elşən BAĞIRZADƏ

2 Milli Gəlirlərin Ölçülməsi
Mikroiqtisadiyyat Mikroiqtisadiyyat ailə təsərrüfatları və firmaların bazarda necə qərar qəbul etdiklərini və qarşılıqlı fəaliyyətini öyrənən elmdir. Makroiqtisadiyyat Makroiqtisadiyyat iqtisadiyyatı tam şəkildə, ümumilikdə öyrənən elmdir. Makroiqtisadiyyatın məqsədi, iqtisadi dəyişikliklərin çoxlu sayda ailə təsərrüfatlarına, firmalara və bazarlara eyni zamanda necə təsir etdiyini izah etməkdir.

3 Milli Gəlirlərin Ölçülməsi
Makroiqtisadiyyat aşağıdakı suallara cavab verir: Nəyə görə adambaşına düşən gəlir bəzi ölkələrdə aşağı olduğu halda, digərlərində yüksəkdir? Nəyə görə bəzi illərdə qiymətlər daha stabil qaldığı halda, digər illərdə sürətlə artır? Nəyə görə istehsal və məşğulluq bəzi illərdə artır, digər illərdə isə azalır?

4 İQTİSADİYYATIN GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ
İqtisadiyyatın yaxşı və ya pis vəziyyətdə olduğunu öyrənərkən, iqtisadiyyata aidiyyəti olan hər kəsin ümumi gəlirlərinə baxmaq lazımdır.

5 İQTİSADİYYATIN GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ
Ölkə iqtisadiyyatında məcmu gəlirlər və məcmu xərclər eynidir, çünki: Hər bir sövdələşmənin iki tərəfi vardır: alıcı və satıcı. Hər bir alıcı tərəfindən xərclənən bir dollar ona əmtəə və ya xidmət satan satıcı üçün bir dollar gəlir deməkdir.

6 ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ
Ümumi daxili məhsul (ÜDM) iqtisadiyyatın gəlirlərinin və xərclərinin ölçülməsidir. ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir.

7 ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ
Gəlir və xərclərin bərabərliyini dövri axın diaqramı vasitəsilə təsvir etmək olar.

8 Təsvir 1 Dövri Axın Diaqramı
Firmalar satır Ailə təsərrüfatları alır ƏMTƏƏ XİDMƏTLƏR BAZARI Gəlirlər Xərclər Satılmış əmtəə və xidmətlər Alınmış əmtəə və xidmətlər FİRMALAR Əmtəə və xidmətləri istehsal edir və satır İstehsal amillərini işlə təmin edir və istifadə edir Əmtəə və xidmətləri alır və istehlak edir İstehsal amillərinə sahib olur və satır AİLƏ TƏSƏRRÜFATLARI Ailə təsərrüfatları satır Firmalar alır İSTEHSAL AMİLLƏRİ BAZARI İstehsal amilləri Əmək, torpaq və kapital Əmək haqları, icarə haqları və mənfəət Gəlir = İstehsal amilləri və məhsulların hərəkəti = Dolların hərəkəti Copyright © South-Western

9 ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ
ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir.

10 ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ
“ÜDM verilmiş zaman müddətində . . .” ÜDM, xüsusi zaman intervalı müddətində baş verən istehsalın dəyərini ölçür. Adətən bu interval il və ya rüblərdir (üç ay). “. . . bütün . . .” ÜDM hərtərəfli olmağa çalışır. O, ölkədə istehsal edilmiş və bazarda qanuni olaraq satılmış bütün əmtəə və xidmətləri əhatə edir. “. . . son “ Təkcə son məhsulların dəyəri ÜDM-yə daxildir.

11 ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ
“. . . Əmtəə və Xidmətlərin . . .” ÜDM-yə həm maddi (qida, geyim, avtomobillər), həm də qeyri-maddi (saç kəsimi, evin təmizlənməsi xidməti, həkim xidməti) əmtəələr daxildir. “ istehsal edilmiş . . .” ÜDM-yə cari dövrdə istehsal olunmuş əmtəə və xidmətlər daxildir. Keçmişdə istehsal edilmiş məhsullara aid sövdələşmələr ÜDM-yə daxil edilmir.

12 ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ
“. . . ölkə daxilində” ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. “. . . bazar dəyəridir.” ÜDM çoxlu müxtəlif növ əmtəə və xidmətlərin ümumi dəyərinin vahid ölçüsüdür. Bunu etmək üçün bazar qiymətlərindən istifadə edilir.

13 ÜDM-NİN TƏRKİB HİSSƏLƏRİ
ÜDM-ə iqtisadiyyatda istehsal olunan və bazarlarda qanuni olaraq satılan bütün növ əmtəə və xidmətlərin dəyəri daxildir.

14 ÜDM-NİN TƏRKİB HİSSƏLƏRİ
Nə ÜDM-in tərkib hissəsi deyil? Evdə istehsal və istehlak olunan və heç zaman bazara daxil olmayan əmtəə və xidmətlərin dəyəri ÜDM-ə daxil deyil. Qeyri-qanuni yollarla istehsal edilmiş və satılmış əmtəələr, məsələn narkotiklərin dəyəri ÜDM-ə daxil deyil.

15 ÜDM-NİN TƏRKİB HİSSƏLƏRİ
ÜDM (Y) aşağıdakıların cəminə bərabərdir: İstehlak (C) İnvestisiya (I) Dövlət Xərcləri (G) Xalis İxracat (NX) Y = C + I + G + NX

16 ÜDM-NİN TƏRKİB HİSSƏLƏRİ
İstehlak (C): Yeni mənzilin alınmasını çıxmaq şərti ilə, ailə təsərrüfatlarının əmtəə və xidmətlərin alınmasına sərf etdiyi xərclərdir. İnvestisiya (I): Yeni mənzilin alınması da daxil olmaqla, uzunmüddətli avadanlıqların, anbar ehtiyatlarının və yardımçı istehsal vasitələrinin alınmasına çəkilən xərclərdir.

17 ÜDM-NİN TƏRKİB HİSSƏLƏRİ
Dövlət Xərcləri (G): Yerli, ştat və federal dövlət orqanları tərəfindən əmtəə və xidmətlərin alınmasına çəkilən xərclərdir. Transfert ödənişlər dövlət xərclərinin tərkib hissəsi kimi hesablanmır. Xalis İxracat (NX): İxracat ilə idxalat arasındakı fərqdir.

18 Cədvəl 1 ÜDM və onun Tərkib Hissələri
- Copyright©2004 South-Western

19 ÜDM və onun Tərkib Hissələri (2001)
Dövlət Xərcləri 18% Xalis İxracat -3 % İnvestisiya 16% İstehlak 69%

20 REAL VƏ NOMİNAL ÜDM Nominal ÜDM istehsal olunmuş əmtəə və xidmətlərin cari qiymətlərlə məcmu dəyərləndirilməsinə deyilir. Real ÜDM istehsal olunmuş əmtəə və xidmətlərin baza ilindəki qiymətlərlə məcmu dəyərləndirilməsinə deyilir.

21 REAL VƏ NOMİNAL ÜDM ÜDM deflyatorundan istifadə etməklə nominal ÜDM real ÜDM-ə uyğunlaşdırılır.

22 Cədvəl 2 Real və Nominal ÜDM
Copyright©2004 South-Western

23 Cədvəl 2 Real və Nominal ÜDM
Copyright©2004 South-Western

24 Cədvəl 2 Real və Nominal ÜDM
Copyright©2004 South-Western

25 ÜDM Deflyatoru ÜDM deflyatoru nominal ÜDM-nin real ÜDM-yə olan nisbətinin 100-ə hasili kimi hesablanan və qiymət səviyyəsini ifadə edən göstəricidir. ÜDM deflyatoru istehsal olunmuş əmtəə və xidmətlərin miqdarını deyil, onların qiymət səviyyəsini özündə əks etdirir.

26 ÜDM deflyatoru aşağıdakı kimi hesablanır:
Nominal ÜDM ÜDM deflyatoru = X 100 Real ÜDM

27 Nominal ÜDM-nin Real ÜDM-yə çevrilməsi
ÜDM Deflyatoru Nominal ÜDM-nin Real ÜDM-yə çevrilməsi Nominal ÜDM real ÜDM-ə aşağıdakı yolla çevrilir: Nominal ÜDM Real ÜDM = 20XX x 100 20XX Real ÜDM 20XX

28 Cədvəl 2 Real və Nominal ÜDM
Copyright©2004 South-Western

29 Təsvir 2 ABŞ üçün Real ÜDM
Milyard 1996-cı ilin dolları $10,000 9,000 8,000 7,000 6,000 5,000 4,000 3,000 1970 1975 1980 1985 1990 1995 2000 Copyright © South-Western

30 ÜDM VƏ İQTİSADİ RİFAH ÜDM cəmiyyətin iqtisadi rifahının ən yaxşı yeganə ölçüsüdür. Adambaşına düşən ÜDM ölkə vətəndaşının orta gəlir və xərclərini ifadə edir.

31 ÜDM VƏ İQTİSADİ RİFAH Adambaşına düşən yüksək ÜDM yüksək yaşayış səviyyəsini müəyyən edir. ÜDM iqtisadi rifahın heç də mükəmməl göstəricisi deyil.

32 ÜDM VƏ İQTİSADİ RİFAH Rifahı müəyyən edən bir sıra amillər ÜDM-dən kənarda qalmışdır. Asudə vaxtın dəyəri. Təmiz ətraf mühitin dəyəri. Bazardan kənarda baş verən bütün iqtisadi əməliyyatların dəyəri, məsələn, valideynlərin övladları ilə keçirdikləri vaxtın dəyəri və könüllü işin dəyəri.

33 Cədvəl 3 ÜDM, Gözlənilən həyat müddəti və Savadlılıq göstəricisi
Copyright©2004 South-Western

34 Xülasə Hər bir sövdələşmədə alıcı və satıcı olduğu kimi, iqtisadiyyatda ümumi xərclər elə ümumi gəlirlərə bərabər olmalıdır. Ümumi Daxili Məhsul (ÜDM) verilən dövr ərzində ölkədə istehsal edilmiş əmtəə və xidmətlərin alınmasına çəkilən məcmu xərcləri və həmin əmtəə və xidmətlərin satışından əldə olunan məcmu gəlirləri ölçür.

35 Xülasə ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunmuş son məhsul və xidmətlərin məcmu bazar dəyəridir. ÜDM xərclərin dörd tərkib hissəsi arasında bölünür: istehlak, investisiya, dövlət xərcləri və xalis ixracat.

36 Xülasə Nominal ÜDM ölkədə istehsal olunmuş əmtəə və xidmətləri qiymətləndirmək üçün cari qiymətlərdən istifadə edir. Real ÜDM ölkədə istehsal olunmuş əmtəə və xidmətləri qiymətləndirmək üçün baza ilindəki sabit qiymətlərdən istifadə edir. ÜDM deflyatoru - nominal ÜDM-nin, real ÜDM-ə nisbətindən alınır və iqtisadiyyatda ümumi qiymət səviyyəsini ölçür.

37 Xülasə İnsanlar yüksək gəlirləri aşağı gəlirlərdən üstün tutduqlarına görə, ÜDM iqtisadi rifahı ölçmək üçün yaxşı meyardır. Lakin, bu ümumi rifahı ölçməyin mükəmməl meyarı deyildir. Misal üçün, ÜDM asudə vaxtın və təmiz ətraf mühitin dəyərini nəzərə almır.


"Milli Gəlirlərin Ölçülməsi" indir ppt

Benzer bir sunumlar


Google Reklamları