Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Giriş Avropa Oyunlarının keçirilməsi barədə ilk qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında.

Benzer bir sunumlar


... konulu sunumlar: "Giriş Avropa Oyunlarının keçirilməsi barədə ilk qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında."— Sunum transkripti:

1 Məmmədov Tural Vətən oğlu I Avropa oyunları və onun Azərbaycan turizminin inkişafına təsiri

2 Giriş Avropa Oyunlarının keçirilməsi barədə ilk qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə Hollandiyada keçirilməsi nəzərdə tutulur. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər. Azərbaycan da turizmin inkişafına ciddi fikir verilir. “Azərbaycan Respublikasında cü illərdə turizmin inkişafına dair”  Dövlət Proqramı  qəbul olundu. Bu proqramın  qəbul olunmasının  başlıca məqsədi ölkədə turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin olunması  idi. Turizmin inkişafını sürətləndirmək üçün 2011-ci il ölkədə “Turizm ili” elan olundu. Azərbaycan Respublikası Prezidentinin “Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 675 nömrəli 8 avqust 2014-cü il tarixli Sərəncam imzalamışdır.

3 İdman yarışlarının keçirildiyi yerlər
Avropa Oyunları 4 obyekt qrupu üzrə 18 yarış obyektində keçirilmişdir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişlərdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır. Atletlər kəndi Bakının Nərimanov rayonunda yerləşir. Atletlər kəndi 13 binadan, üç və dörd otaqlı 16 müxtəlif növ mənzildən ibarətdir.

4 İştirak edən dövlətlər və idmançılar
Bakıda Avropa Oyunlarında 20 idman növündə yarışlar keçirilmişdir. Oyunlarının proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olmuşdur. Beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atıçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçirilən Avropa Oyunlarında iştirak etmişlər. Bu mötəbər yarışda 49 ölkədən 6043 idmançı 253 dəst medal üçün yarışmışlar.

5 İdman obyektlərinin tikintisinə çəkilən xərclər
Olimpiya stadionuna 710 milyon manat Su hovuz kompleksinə 100 milyon manat Stend atıçılığı kompleksinə 60 milyon manat H.Əliyev adına idman konsert zalının fasadının yenilənməsi üçün 25 milyon manat Bakı əl oyunları sarayı üçün isə 20 milyon manat vəsait xərclənib. Avtobusların alınması və «Baku Bus» şirkət üçün yerlərin ayrılmasına 30 milyon manat sərf olunub. Əməliyyat komitəsi üçün 80 milyon manat vəsait xərclənmişdir. İdmançılar üçün çəkilən xərclər 120 milyon manat məbləğində olmuşdur. Digər xərclər 65 milyon manat olmuşdur. Milli Gimnastika Arenasına 80 milyon manat olmuşdur. Cəmi 2,3 milyard manat xərclənmişdir.

6 Azərbaycanda turizmin vəziyyəti
Avropa oyunları zamanı Azərbaycana turist gəlmişdir. Avropa oyunları keçirilən müddətdə hər bir turist təxminən iki min dollar pul xərcləmişdir. Buda turizm sektorunun faydalanmasına imkan verir. Hotellər, fərqli xidmət sektorları-restoranlar, kafelər, çay evləri praktiki olaraq Avropa oyunlarının Azərbaycanda keçirilməsindən faydalanmaq imkanı əldə edib. Avropa oyunlarında tamaşaçı qismində iştirak edən əcnəbilər arasında Rusiya federasiyası, Böyük Britaniya və Şimali İrlandiya krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ vətəndaşları üstünlük təşkil ediblər. Dünya İqtisadi Forumunun cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda qlobal turizm rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb: “ hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Hesabata görə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricilərinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub. Azərbaycan bu göstəricilərlə, hətta bir çox Avropa Birliyi ölkələrini də geridə qoymağa nail olub” cü ildə Azərbaycana 2,5 milyon turist gəlmişdir.

7 Azərbaycan turizminin təbliğatı
Qeyri Avropa ölkələrindən də I Avropa oyunlarına maraq gözləniləndən də artıq olmuşdur. Belə ki, I Avropa oyunlarının telekanallar vasitəsilə yayımlanması bunu deməyə əsas verir. Kanada, Cin, Hindistan, Yaponiya Avstraliya, İran və s. kimi ölkələrdə yayımlanmışdır. Avropa Oyunları ilə bağlı canlı yayım aparan şirkətlərin sayının çox olması Avropa Oyunlarının bir daha faydalı olduğunu göstərən amillərdəndir. Bu da Azərbaycanın daha cox tanıdılmasına yol açır. Avropa oyunları ilə yanaşı Azərbaycan da 4-cü Beynəlxalq Qız Qalası festivalı keçirilmişdir. Bundan əvvəl 2 festival Bakıda, 1 festival isə Fransanın paytaxtı Paris şəhərində keçirilmişdir. Bu Azərbaycanda turizmin inkişafına təkan verir. Avropa Oyunlarını iqtisadi baxımdan qiymətləndirdikdə  oyunlar keçirilən zaman  təkcə əldə edilən gəlirləri müəyyənləşdirmək doğru deyil. Avropa Oyunları strateji layihə olduğu üçün onun gəlirləri yalnız qısa zamanı deyil, eyni zamanda, uzunmüddətli dövrü əhatə edəcək.

8 Azərbaycanda turizmin son on ili
2006 2007 2008 2009 2010 2011 2012 2013 Müəssisələrin sayı 96 117 123 124 126 141 170 197 Tur. müəs. işçilərin sayı 612 745 749 1136 1159 1279 1473 1515 Tur. m. əldə etdiyi gəl. min man 4788,1 11646,1 12987,6 14013,6 14755,5 17804,7 21597,1 24823,6 Məhsul ist. çəkilən xərc 4094,3 9763,1 11909,5 13220,7 13805,7 16065,6 18903,1 21818,2 Əhaliyə sat. tur. yol. blank min man. 7697,1 10356,9 11148,9 15071,7 25848,7 29316,6 40693,2 42892,3 Qəbul edilmiş turistlərin sayı, nəfər 45605 56290 59607 59700 69923 83620 101431 91691

9 Ölkəyə daxil olan valyuta
Beynəlxalq qiymətləndirmələrə görə, Azərbaycana gələn hər bir turist həftə ərzində min dollar xərcləyirdisə, Avropa oyunları keçirilən müddətdə turistlər təxminən iki min dollar pul xərcləmişdir. Buda turizm sektorunun faydalanmasına imkan verir. Hotellər, fərqli xidmət sektorları-restoranlar, kafelər, çay evləri praktiki olaraq Avropa oyunlarının Azərbaycanda keçirilməsindən faydalanmaq imkanı əldə edib”. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi manata olan tələbin artmasına da səbəb olub: “Nəzərə alaq ki, ölkəyə gələn turistlər özü ilə Azərbaycana xarici valyuta gətirirlər. Bu da manata tələbin artmasına səbəb olur. Praktiki olaraq da xarici valyuta təklifi artır və manata isə tələbat yüksəlir. Bu da imkan verəcək ki, həmin müddətdə Mərkəzi Bank intervesiya xərclərini azaltsın. Bu manatın stabilliyi və manata olan tələbin artması baxımından olduqca vacibdir. Amma eyni zamanda Avropa oyunlarına həm də strateji aspektdən yanaşmaq lazımdır. Avropa Oyunlarına çəkilən vəsaitlərin 75 faizindən çoxu infrastruktur xərcləridir. Bu da o deməkdir ki, indi formalaşdırılan infrastruktur təbii ki, qalacaq. Növbəti oyunlar təşkil edilən zaman həmin infrastrukturdan istifadə etməklə Azərbaycan yenidən gəlir əldə etmək imkanına malik olacaq.

10 Növbəti tədbirlər Formula 1 yarışı 2016-cı ildə, İslam Həmrəylik Oyunları 2017-ci ildə və 2020-ci ildə Avropa Futbol Çempionatının - 3 qrup oyunu və 1/4 finalın bir oyunu “Olimpiya” stadionunda keçiriləcək. Bu yay formalaşdırılmış infrastruktur imkan verəcək ki, Azərbaycan çox cüzi xərclərlə nəticələnən yarışlar təşkil etsin. Buna uyğun olaraq da yenidən həm turistlərin ölkəyə gəlməsi, həm də bütövlükdə xidmət sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrinin bu oyunların təşkilindən faydalanmasına imkan versin. Avropa oyunlarının yüksək səviyyədə təşkil olunması 2020-ci ildə Dünya Olimpiya oyunlarının Azərbaycanda kecirilməsi üçün bir şans yaradılmışdır. Bu Olimpiya oyunlarının Azərbaycan da təşkil edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına gətirib çıxaracaqdır. Beləliklə də olimpiya oyunları nəticəsində Azərbaycan da turizm daha intensiv formada inkişaf edəcəkdir.

11 Təkliflər Azərbaycan da turizm potensialından dolğun şəkildə istifadə edilmir. Bu potensialdan istifadə etmək üçün tədbirlər görülməli, bunun üçün müvafiq addımlar atılmalıdır. Azərbaycan da turizm müəssisələrində qiymətqoyma üsullarından biri olan “bazarın qaymağını götürmək” amilindən istifadə edilir. Bu üsuldan istifadə etmək isə Azərbaycana gələn turistlərin maddi gəlirlərinə görə ölkəmizə gəlməsini məhdudlaşdırır. Bunun əvəzində qiymətqoyma üsullarından biri olan “bazara nüfuz etmək” üsulundan istifadə edilsə turistlərin sayında kifayət qədər artım müşahidə oluna bilər. Bu zaman daxili turizm də inkişaf edə bilər. Otel və mehmanxanalarda yerləşdirmə yerlərinin sayı nəfərdir. Bu turizm ölkəsi üçün çox kiçik rəqəmdir. Ona görə də bu rəqəmləri artırmaq üçün yeni otel və mehmanxanaların tikintisinə ehtiyac vardır. Müasir tələblərə cavab verən ixtisaslı kadrların az olması Turizm obyektlərinin beynəlxalq standartlara uyğun gəlməməsi


"Giriş Avropa Oyunlarının keçirilməsi barədə ilk qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında." indir ppt

Benzer bir sunumlar


Google Reklamları