Mövzu: Marketinqin ətraf mühiti Mövzunun planı: Marketinqin ətraf mühitini formalaşdıran qüvvələr Marketinqin mikromühit amilləri Marketinqin makromühit amilləri
1- ci sual. Marketinqin ətraf mühitini formalaşdıran qüvvələr Marketinq mühiti dedikdə kompaniyadan kənarda fəaliyyəyt göstərən və həmin kompaniyanın məqsəd bazarında olan müştərilərlə əlverişli münasibətinin yaradılmasına və müdafiə olunmasına təsir göstərən subyektlərin və qüvvələrin məcmusu başa düşülür. Marketinq mühiti mikro – və makro mühitdən ibarətdir. Mikromühit müəssisənin yaxın əhatəsində fəaliyyət göstərən və onun müştərilərə xidmət göstərmək qabiliyyəətinə təsir göstərən qüvvələrdən və yaxud subyektlərdən ibarətdir. Makromühit kompaniyanın mikromühitinə təsir göstərən daha güclü amillərdir. Həm mikromühit, həm də makromühit amilləri müəssisə tərəfindən tamamilə nəzarət olunmayan amillərdir.
Şəkil. Müəssisənin marketinq mühiti makromühit Demoqrqfik mühit İqtisadi mühit Siyasi mühit Malgöndərənlər Rəqiblər Müştərilər Müəssisə Mədəni mühit Təbii mühit Marketinq vasitəçiləri Ünsiyyət auditoriyaları Elmi-texniki mühit Mikromühit Şəkil. Müəssisənin marketinq mühiti
2- ci sual. Marketinqin mikromühit amilləri Marketinqin mikromühiti aşağıdakı qüvvələdən ibarətdir: Xammal göndərənlər; Marketin vasitəçiləri; Müştərilər; Rəqiblər; Ünsiyyət auditoriyaları.
Marketinq vasitəçiləri Marketinq vasitəçiləri müəssisəyə məhsulunu bazara irəlilətməyə, son istehlakçılar arasında bölüşdürməyə və satmağa köməklik göstərən firmalardır. Bu firmalara resellerlər(topdan və pərakəndə ticarət firmaları); logistik kompaniyalar; marketinq agentlikləri və maliyyə vasitəçiləri aiddir. Resellerlər pərakəndə və topdan ticarətlə məşğul olan ayrı – ayrı şəxslər və kompaniyalardır. Bu subyektlər satış kanalının iştirakçıları rolunda çıxış edirlər. Logistik kompaniyalar əmtəələrin hazırlanma yerindən satış yerinə çatdırılması məqsədilə anbar və nəqliyyat xidməti göstərən təşkilatlardır. Marketinq agentliklərinə müəssisəyə öz əmtəələrini və xidmətlərini məqsəd bazarında irəlilətməyə kömək edən marketinq tədqiqatları ilə məşğul olan kompaniyalar, reklam agentlikləri, konsaltinq firmaları və başqa müəssisələr aiddir. Maliyyə vasitəçilərinə banklar, kredit, sığorta və s. başqa təşkilatlar aiddir. Bu təşkilatlar məhsulların alışı vəə satışı zamanı müəssisəni müxtəlif xarakterli risklərdən sığortalayır və həmin müəssisəyə maliyyə xidməti göstərir.
Müştərilər Müəssisənin müştəriləri aşağıdakı bazarılarda fəaliyyət göstərən alıcılardır: Istehlak bazarları; Sənaye bazarları; Ticarət-vasitəçilər bazarı; Sosial təminat bazarları; Dövlət strukturları bazarları; Beynəlxalq bazarlar.
Ünsiyyət auditoriyaları Ünsiyyət auditoriyalarının aşağıdakı tipləri vardır: Maliyyə müəssisələri; Kütləvi informasiya vasitələri; Dövlət orqanları; İctimai təşkilatlar; Yerli ictimaiyyət; Geniş ictimaiyyət; Daxili ünsiyyət auditoriyaları
3- cü sual. Marketinqin makromühit amilləri Makromühit aşağıdakı amillərdən və yaxud alt mühitlərdən ibarətdir: Demoqrafik mühit; İdtisadi mühit; Təbii mühit; Elmi – texniki mühit; Siyasi mühit; Mədəni mühit.
Demoqrafik mühit Demoqrafiya əhalini müxtəlif statistik göstəricilər əsasında öyrənən elmdir. Bu göstəricilərə aşağıdakılar aid edilir: əhalinin sayı və sıxlığı; əhalinin coğrafi baxımdan təmərküzləşməsi; əhalinin məşğuliyyəti, cins və irq baxımdan tərkibi və s. Bu mühit öyrənilən zaman aşağıdakılar təhlil olunur: Əhali artımında baş verən dəyişikliklər; Əhalinin yaş tərkibində baş verən dəyişikliklər; Ailələrin strukturunda baş verən dəyişikliklər; Miqrasiyanın təsiri; Təhsil səviyyəsinin artımı və s.
İstehlakçı xərclərinin strukturunda baş verən dəyişikliklər. İqtisadi mühit İqtisadi mühit əhalinin alıcılıq qabiliyyətinə və istehlakçıların xərclərinin strukturuna təsir göstərən amillərin məcmusu kimi xarakterizə olunur. Bu mühit aşağıdakı amillər üzrə öyrənilir: Gəlirlərin bölüşdürülməsi və əhalinin alıcılıq qabiliyyətinin dəyişməsi; İstehlakçı xərclərinin strukturunda baş verən dəyişikliklər.
Mənbə: DSK, Azərbaycanın Statistik Göstəriciləri, 2013, səh 160 Ev təsərrüfatlarının hər bir üzvünə düşən aylıq gəlirin dəyişmə meyli, manatla 2005 2008 2009 2010 20011 2012 Cəmi gəlirlər 64.4 108.9 125.0 144.2 166.0 190.9 o cümlədən: əmək gəlirləri 34.5 61.9 72.5 86.3 96.6 110.7 sosial transfertlər 7.5 17.0 19.6 21.8 27.5 32.2 bütün növ satışdan gəlirlər 12.0 17.2 19.2 20.1 23.3 26.3 digər pul gəlirləri 10.4 12.8 13.7 16.0 18.6 21.7 Mənbə: DSK, Azərbaycanın Statistik Göstəriciləri, 2013, səh 160
Mənbə: DSK, Azərbaycanın Statistik Göstəriciləri, 2013, səh 160 Əhalinin istehlak xərcləri, faizlə 2005 2008 2009 2010 20011 2012 Cəmi xərclər 100 o cümlədən: ərzağa 53.7 56.9 52.9 48.2 47.6 43.2 qeyri-ərzaq məhsullarının alınmasına 15.6 12.6 13.5 15.2 14.4 16.2 alkoqollu içkilərə 0.6 0.5 xidmətlərə 30.1 29.9 33.0 36.1 37.5 40.1 Mənbə: DSK, Azərbaycanın Statistik Göstəriciləri, 2013, səh 160
2012-ci ildə gəlir kvintilləri üzrə gəlirlər, ayda adambaşına manatla Gəlir kvintilləri 1 2 3 4 5 Gəlirlər 133.7 155.4 176.0 203.1 286.2 Məşğulluqdan gəlirlər 33.5 43.8 55.0 70.3 107.8 Özüməşğulluqdan gəlrlər 35.6 39.4 46.4 50.4 71.4 Kənd təsərrüfatından gəlirlər 24.8 25.1 24.1 27.5 30.2 İcarədən gəlirlər 0.2 0.3 0.8 2.2 4.0 Əmlakdan gəlirlər 0.1 0.4 1.2 Alınməş cari transfertlər 24.7 28.1 31.2 34.1 43.0 təqaüdlər 20.1 22.9 25.8 29.8 38.3 müavinət və sosial yardımlar 3.1 3.4 3.5 2.8 naturada sosial transfertlər 1.5 1.8 1.9 Digər gəlirlər 14.8 18.6 18.3 18.1 28.6 digər ailələrdən alınmış gəlirlər 12.3 14.7 14.0 13.3 17.5 ölkə xaricindən alınmış pul 2.5 3.9 4.3 4.9 11.1
2012-ci ildə şəhər və kənd yerləri üzrə gəlirlər, ayda adambaşına manatla Ölkə üzrə Şəhər yerləri Kənd yerləri Gəlirlər 190.9 198.9 181.8 Məşğulluqdan gəlirlər 62.1 83.7 37.7 Özüməşğulluqdan gəlrlər 48.6 55.8 40.5 Kənd təsərrüfatından gəlirlər 26.3 6.0 49.2 İcarədən gəlirlər 1.5 1.9 1.0 Əmlakdan gəlirlər 0.4 0.6 0.3 Alınməş cari transfertlər 32.2 31.5 33.1 təqaüdlər 27.4 27.6 27.2 müavinət və sosial yardımlar 3.1 2.7 3.6 naturada sosial transfertlər 1.7 1.2 2.2 Digər gəlirlər 19.7 19.4 20.0 digər ailələrdən alınmış gəlirlər 14.4 14.2 14.5 ölkə xaricindən alınmış pul 5.3 5.2 5.5
2012 –ci il üzrə şəhər və kənd yerləri üzrə gəlirlərin quruluşu, faizlə Ölkə üzrə cəmi Şəhər yerləri Kənd yerləri Gəlirlər 100 Məşğulluqdan gəlirlər 32.5 42.1 20.7 Özüməşğulluqdan gəlrlər 25.5 28.1 22.3 Kənd təsərrüfatından gəlirlər 13.8 3.0 27.1 İcarədən gəlirlər 0.8 1.0 0.6 Əmlakdan gəlirlər 0.2 0.3 0.1 Alınməş cari transfertlər 16.9 15.8 18.2 təqaüdlər 14.3 13.9 15.0 müavinət və sosial yardımlar 1.6 1.4 2.0 naturada sosial transfertlər 0.9 1.2 Digər gəlirlər 10.3 9.7 11.0 digər ailələrdən alınmış gəlirlər 7.5 7.1 8.0 ölkə xaricindən alınmış pul 2.8 2.6
2012-ci ildə şəhər və kənd yerləri üzrə istehlak xərcləri, ayda adambaşına manatla Ölkə üzrə cəmi Şəhər yerləri Kənd yerləri İstehlak xərcləri, cəmi 202.0 210.4 192.5 Ərzaq məhsullarına 87.3 88.7 85.8 Alkoqola 1.0 1.1 Tütün məmulatına 2.1 2.2 2.0 Paltar və ayaqqabıya 13.8 14.1 13.4 Su, işıq, qaz və digər yanacaq növlərinə 14.9 15.6 14.2 Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 17.0 17.3 16.7 Səhiyyə xidmətlərinə 9.2 9.5 8.8 Nəqliyyat xərcləri 12.4 13.7 11.0 Rabitə xərcləri 6.1 7.0 5.1 Istirahət və mədəniyyət xərcləri 8.3 9.6 6.8 Təhsil xərcləri 3.9 4.4 3.3 Mehmanxana, kafe, restoran və yeməkxanaya 17.2 18.1 16.2 Digər mal və xidmətlərə 8.7 8.1
2012-ci ildə şəhər və kənd yerləri üzrə istehlak xərclərinin quruluşu, faizlə Ölkə üzrə cəmi Şəhər yerləri Kənd yerləri İstehlak xərcləri, cəmi 100 Ərzaq məhsullarına 43.2 42.1 44.6 Alkoqola 0.5 Tütün məmulatına 1.0 Paltar və ayaqqabıya 6.8 6.7 7.0 Su, işıq, qaz və digər yanacaq növlərinə 7.4 Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 8.4 8.2 8.7 Səhiyyə xidmətlərinə 4.6 4.5 Nəqliyyat xərcləri 6.1 6.5 5.7 Rabitə xərcləri 3.0 3.3 2.7 Istirahət və mədəniyyət xərcləri 4.1 3.5 Təhsil xərcləri 1.9 2.1 1.7 Mehmanxana, kafe, restoran və yeməkxanaya 8.5 8.6 Digər mal və xidmətlərə 4.3 4.4 4.2
Təbii mühit Təbii mühitin öyrənilməsi zamanı əmtəə və xidmətlərin istehsalı üçün lazım gələn resursların mövcud vəziyyəti təhlil olunur. Bu mühit aşağıdakı amillər və yaxud komponentlər üzrə öyrənilir: Xammal çatışmazlığı; Enerjinin bahalaşması; Ətraf mühitin çirklənməsinin artımı; Təbiətdən istifadənin dövlət tənzimlənməsi.
Elmi – texniki mühit Elmi – texniki mühiti əmtəənin və bazarın inkişafı üçün yeni imkanlar açan, həmçinin müəssisənin fəaliyyətinin genişləndirilməsi baxımından yeni texnologiyalar yaradan amillərin təsiri nəticəsində formalaşır. Bu mühit aşağıdakı əsas komponentlər üzrə öyrənilir: Elmi – texniki tərəqqinin templərinin yüksəlişi; ETTKİ – yə xərclərin artımı; Kiçik təkmilləşdirmələrə diqqətin artırılması; Nəzarətin gücləndirilməsi.
Fənn müəllimi: i.e.n., dos.İ.M.Xeyirxəbərov Siyasi mühit Müəssisəyə və insanlara təsir edən və onların fəaliyyətlərini məhdudlaşdıran qanunlar, dövlət müəssisələri və təsir qrupları siyasi mühiti formalaşdırır. Siyasi mühit aşağıdakı komponentlər üzrə öyrənilir: Biznes sferasında qanunvericilik; İctimai maraqları müdafiə edən təşkilatların miqdarının artması; Sosial məsuliyyətin güclənməsi. Fənn müəllimi: i.e.n., dos.İ.M.Xeyirxəbərov
Fənn müəllimi: i.e.n., dos. İ.M.Xeyirxəbərov Mədəni mühit Mədəni mühit dedikdə cəmiyyətin fəaliyyətiniə, həmin cəmiyyətdə yaşayan insanların üstünlükvermələrinə, riayət etdikləri dəyərlər sisteminə və inamlarına təsir göstərən ictimai institutlar və başqa qüvvələr başqa düşülür. Mədəni mühit aşağıdakı elementlər üzrə öyrənilir: Mədəni dəyərlərin dayanıqlığı; İkinci dərəcəli mədəni dəyərlərdə baş verən dəyişikliklər; İnsanların özləri haqqında təsəvvürləri; İnsanların başqaları haqqında təsəvvürləri; İnsanların təşkilatlar haqqında təsəvvürləri; İnsanların cəmiyyətə baxışları; İnsanların təbiət haqqında təsəvvürlləri; İnsanların dünyanın yaranması haqqında təsəvvürləri. Fənn müəllimi: i.e.n., dos. İ.M.Xeyirxəbərov