Qalaktikalar
Qalaktika - vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduz sistemi. Tipik qalaktikada on milyondan bir trilyona qədər ulduz olur. Günəş sisteminin daxil olduğu qalaktika Süd Yolu adlanır.
Yaranması Kainat, təkamülünün ilkin mərhələsində, yəni, temperaturun 4000 K-dan böyük olduğu vaxtda, elementar zərrəciklər və güclü şüalanmanın qarışığı olan plazma mühitindən ibarət olmuşdur. Bu vaxt şüalanma enerjisi maddə zərrəciklərində toplanan enerjidən çox idi. 4000 K-dan aşağı temperaturlarda isə enerjinin əsas hissəsi maddə zərrəciklərində toplanır. Maddənin qalaktikalar və ulduzlar şəklində təşəkkül tapması, nüvələr tərəfindən elektronların tutulması və atomların yaranması ilə başlayır.
Kainat temperaturunun 3000 K-ya qədər soyuması hidrogen və helium atomlarının əmələ gəlməsi üçün şəraitin başlanğıcı olur. Bu vaxt hidrogen və helium nüvələrinin nisbəti uyğun olaraq, 73% və 27% idi. Sərbəst elektronların azalması hesabına kainat şəffaflaşır, şüalanma isə maneəsiz və itkisiz çox uzaq məsafələrə qədər yayılmağa başlayır. Kainatın quruluşunun ilk əlamətləri də bircinsli şüalanma fonunda sıxlığın fluktuasiyaları şəklində peyda olur. Qalaktikarın formalaşması Böyük partlayışdan təxminən 3 milyard ildən sonra başlayır: qravitasiyanın təsiri ilə lap cüzi sıxlıq fluktuasiyaları artmağa və onların paylanması dəyişməyə başlayır. Kainat tədricən məsaməli quruluş alır. Qalaktika və qalaktika topaları bircinsli "boş" mühit ətrafında örtüklər və saplar şəklində sıxlaşır. Tədricən molekulyar buludlar və ulduzəmələgəlmə prosesi başlayır.
Qalaktikarın formalaşması Böyük partlayışdan təxminən 3 milyard ildən sonra başlayır: qravitasiyanın təsiri ilə lap cüzi sıxlıq fluktuasiyaları artmağa və onların paylanması dəyişməyə başlayır. Kainat tədricən məsaməli quruluş alır. Qalaktika və qalaktika topaları bircinsli "boş" mühit ətrafında örtüklər və saplar şəklində sıxlaşır. Tədricən molekulyar buludlar və ulduzəmələgəlmə prosesi başlayır.
Etimologiyası Ay işığının mane olmadığı adi gecələrdə ulduzlu göyün fonunda bütün səmanı böyük dairə üzrə kəsən işıqlı bir zolağı adi gözlə görmək olur. Zolaq son dərəcə uzaqda yerləşən saysız-hesabsız ulduzların işığı hesabına yaranır. Bu işılı zolağı qədim yunanlar açıq gümüşü rənginə görə onu qalaktika, Ağ Yol və ya Süd Yolu adlandırmışlar (yunanca qalaktikos süd mənasını verir).
Yaranması Bizim Qalaktika, Kainatın yaşı 5 milyard il olanda formalaşmışdır. Əvvəl onun forması nəhəng qaz sferi şəklində olmuşdur. Onun daxilində bəzi ulduzlar şferik ulduz yopaları kimi qruplaşır. Qazın qalan hissəsi mərkəzi qabarıq hissənin ətrafında disk formasında cəmlənir. Mərkəzi qabarıq hissə ətrafında qalaktika maddəsi spiralşəkilli qollar yaradır. Xarakteristikaları Qalaktikanı xəyalən 500 min işıq ili qədər məsafədən müşahidə edə bilsəydik, onu diametri yüz min işıq ilinə bərabər olan disk şəklində görərdik. Diskin qalınlığı 1-2 işıq ilinə yaxındır. Onun mərkəzində ölçüsü 20 000 işıq ilinə bərabər qalınlıq - Qalaktika mərkəzi yerləşir. Bizim Qalaktika diskinə yuxarında baxa bilsəydik, onun mərkəzi hissəndən dörd spiralşəkilli budağın və ya qolların çıxdığını görərdik. Budaqlar parlaq mavi rəngli gənc ulduz qruplarından və qırmızı rəngdə işıq saçan hidrogen buludlarından ibarətdir. Mərkəzə yaxın yerləşən ulduzların əksəriyyəti qırmızı və narıncı rəngli "qoca" ulduzlardır.
Bizim Qalaktikanın mərkəzi hissəsində ölçüsü 15 işıq ilinə bərabər olan nüvə yerləşir. Orada sıx qaz buludu və toz hissəciklərindən ibarət disk şəklində strukturla əhatə olunmuş qara çuxur olduğu ehtimal edilir. Bizim səthində yaşadığımız Yer kürəsi üçün bu şərait çox əlverişlidir. Ona görə ki, bütün təlatümlü hadisələr və fəal proseslər spiral qollarda baş verir. Həmin fəal proseslər nəticəsində Yerdə bütün canlı nə varsa hamısını bir andaca məhv edə biləcək güclü şüalanmalar yaranır. Maraqlıdır ki, həmin şüalardan onu heç bir Yer atmosferi qoruya bilməzdi. Planetimiz bizim Qalaktikanın nisbətən ən təhlükəsiz yerində yerləşmişdir. Mövcud olduğu milyon və milyard illər ərzində heç bir kosmik fəlakətlə (kataklizmlə) üzləşməmişdir. Bəlkə də, bu səbəbdən Yerdə həyat qorunub saxlanıla bilmişdir.
Andromeda qalaktikası və ya Andromeda dumanlığı (həmçinin, Messier 31, M31 və NGC 224adlandırılır. Türk mifologiyasında "zəncirlənmiş qız" adlandırılır.) — Süd Yoluna ən yaxın böyük qalaktika. Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Andromeda bürcü istiqamətində yerləşir. Sb tipli qalaktikadır. İran astronomu Abd-al-Rahman Al Sufi tərəfindən 964-cü ildə 0.69 sm (0.27 düymə) ölçülü adi gözlə kəşf edilmişdir.
Tipləri Qalaktikalar öz rəngarəngliyi və ölçülərinin müxtəlifliyinə görə, sonsuz sayda olmalarına baxmayaraq, xarici formalarına görə şərti olaraq üç əsas tipə ayrılır: Spiralşəkilli Elliptik Qeyri-müntəzəm Fərz edilir ki, qalaktikanın tipi onun yaranma şəraitindən asılıdır. Belə ki, formalaşma anında qalaktika sürətlə fırlanırsa və onun intensiv maqnit sahəsi varsa, o spiralşəkilli qalaktikaya çevrilir. Əks təqdirdə, qalaktika elliptik forma alır.
Spiralşəkilli qalaktikalar Bu qalaktikalar, aydın seçilən nüvə və spiralşəkilli budaqların mövcudluğu ilə xarakterizə edilir. Bizim Qalaktika və Andromeda dumanlığı da spiral formalı qalaktikalardandır. Bu qalaktikalarda aktiv şəkildə ulduz əmələgəlmə prosesi indi də davam edir.
Qeyri-müntəzəm qalaktikalar Öz formalarına görə əvvəlki iki tipə aid edilə bilməyən qalaktikalar qeyri- müntəzəm qalaktikalardır. Bu qalaktikaların mərkəzi nüvəsi yoxdur. Yerin cənub yarımkürəsinin əhalisi göydə adi gözlə iki qeyri-müntəzəm qalaktika: Böyük və Kiçik Magellan Buludlarını görə bilir.
Elliptik qalaktikalar Kainatdakı qalaktikaların üçdə bir hissəsi elliptik qalaktikalara aiddir. Onlar formalarına görə, parlaqlığı mərkəzinə tərəf artan dairə və oval şəklində görünürlər. Belə Qalaktikalarada mərkəzdən uzaqlaşdıqca ulduzların paylanması sayca azalır. Elliptik qalaktikalarda toz dumanlıqları yoxdur. Kataloqlarda bu tip qalaktikalar E hərfi ilə işarə edilir və hərfin yanında basıqlıq dərəcəsini müəyyən edən rəqəm yazılır (0-dan 7-yə kimi).
Toqquşmalar Kainatın qalaktikalar şəklində formalaşmasının ilk mərhələsində qalaktikalar bir-birinə yaxın olmuşdur. Ona görə də, qalaktikaların toqquşması və birləşmələri bu mərhələdə adi hal idi. Qalaktikaların toqquşması, adətən onların spiral qollarının böyüməsinə səbəb olur. Birbaşa toqquşmada qalaktikalar nəhəng bir qalaktikaya da çevrilə bilir. Gələcəkdə, bizim Qalaktika ilə Andromeda dumanlığını belə aqibət gözləyir.
Hazırladı: 9b sinif şagirdi Göyçayeva Ceyran