Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Fərdi kompyuterlər.

Benzer bir sunumlar


... konulu sunumlar: "Fərdi kompyuterlər."— Sunum transkripti:

1 Fərdi kompyuterlər

2 İlk fərdi kompyuter Fərdi kompyuterlərin yaranma tarixi ci illər hesab olunur cü ildə iki amerikalı alim S.Voznyak və S.Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar.

3 Fərdi kompyuterlərin təsnifatı
Konstruksiya etibarilə fərdi kompyuterlər aşağıdakı formalarda ola bilər: Stolüstü FK Bloknot (NoteBook) Superbloknot (Sub - Notebook) Cib kompyuteri (Palmtop) Elektron yazı kitabçası Planşet tipli FK

4 Stolüstü FK

5 Bloknot (NoteBook)

6 Superbloknot (Sub - Notebook)

7 Cib kompyuteri (Palmtop)

8 Elektron yazı kitabçası

9 Planşet tipli FK (Tablet PC)

10 Ultra Mobile PC

11 Fərdi kompyuterlərin tərkib hissələri
Fərdi kompyuterlərin tərkib hissələri aşağıdakılardır: sistem bloku monitor (displey) klaviatura

12 Sistem bloku Sistem bloku fərdi kompyuterin əsas hissəsi olub, daxilində kompyuterin işləməsi üçün lazım olan ən əhəmiyyətli qurğuları birləşdirir. Sistem blokunun daxilində yerləşən qurğular daxili, bloka xaricdən qoşulan qurğular isə xarici qurğular adlanır.

13 Sistem platası (Ana plata)
Ana plata fərdi kompyuterin əsas platası sayılır. Ana plata üzərində yerləşən elementlər aşağıdakılardır: Mikroprosessor Mikroprosessor dəsti (çipset) Şinlər Əməli yaddaş Daimi yaddaş qurğusu Yuvalar və s.

14 Mikroprosessor Kompyuterin əsas hissəsi mikroprosessordur. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompyuterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını, ötürülməsini və s. təmin edir. Mikroprosessorlar bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır.

15 Mikroprosessor Mikroprosessorun tərkibinə mərkəzi idarə qurğusu, hesab-məntiq qurğusu, prosessorun daxili əməli yaddaşı, registr, keş-yaddaş və s. daxildir.

16 Mikroprosessorun əsas xüsusiyyəti
Mikroprosessorun əsas səciyyəvi xüsusiyyəti takt tezliyi, işçi gərginliyi, takt tezliyinin daxili çoxaltma əmsalı, keş-yaddaşın tutumu və dərəcəliliyidir. Dərəcəlik (mərtəbəlilik) – eyni vaxtda emal olunan informasiya bitlərinin sayı ilə ölçülür. Məs, 16, 32 və s.

17 Takt tezliyi Takt tezliyi - 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların sayıdır. Takt tezliyi Meqaherslərlə (MHs) və Geqaherslərlə (GHs) ölçülür. İndiki zamanda fərdi kompyuterlərdə geniş istifadə olunan mikroprosessorların maksimum takt tezliyi saniyədə 1 milyard taktdır. Bu göstərici prosessorun adından sonra yazılır (məsələn, Pentium/75 Mhs).

18 Mikroprosessorların təsnifatı
Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə buraxır. Pentium tipli mikroprosessorların tezliyə görə təsnifatı aşağıdakı kimidir: Pentium I Mhs  300 Mhs Pentium II Mhs  600 Mhs Pentium III Mhs  1100 Mhs Pentium IV Mhs (1,1Ghs)  4000 Mhs (4 Ghs)

19 Keş yaddaş Keş-yaddaş mikroprosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Keş-yaddaş kompyuterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Çünki keş yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır.

20 BIOS (Basic Input-Output System)
BIOS - Fərdi kompyuterin daimi yaddaşında kompyuter avadanlıqlarının işini yoxlayan, əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusudur. BIOS (Giriş-çıxışın baza sistemi) ona görə belə adlanır ki, bu sistem giriş-çıxış əməliyyatlarını yerinə yetirən proqramlar toplusunu özündə cəmləşdirir. Fərdi kompyuterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompyuterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bu verilənlər CMOS-da saxlanılır.

21 Portlar Mikroprosessorun xarici qurğularla informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların iki: paralel və ardıcıl növü var.

22 Qida bloku Sistem blokunun daxilində yerləşən qida bloku fərdi kompyuteri tələb olunan gərginliklə mütəmadi olaraq qidalandırır. Qida blokunda transformator, düzləndirici və sərinləşdirici qurğu yerləşdirilmişdir.

23 Kontroller Kontroller (və ya nəzarət qurğusu) idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. İnformasiya mikroprosessora şinlər vasitəsilə ötürülür. Kompyuterin bütün daxili qurğuları sistem şini ilə əlaqələndirilir.

24 Xarici yaddaş qurğusu Xarici yaddasaxlama qurğusu böyük həcmli informasiyanın uzun müddət saxlanmasını təmin edir. Xarici yaddaşa aşağıdakılar aiddir: Elastik maqnit disklərdə toplanan informasiya Sərt maqnit diskdə (vinçester) toplanan informasiya Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya Kompakt disklərlə iş üçün disk qurğuları Strimmerlər

25 Çevik maqnit disk (Disket)
Elastik maqnit disklərdə toplanan informasiya daşıyıcıları – disketlərdir. Adi disket 1,44 Mbayta qədər informasiya tuta bilər.

26 Sərt Maqnit Disk (Hdd) Dəyişdirilməyən sərt maqnit disk (HDD – Hard Disk Driver, vinçester) EHM-lə iş zamanı daim istifadə olunan informasiyanın – əməliyyat sisteminin, proqramların və s.-in kompyuter şəbəkədən ayrıldıqda belə uzun müddətə saxlanılmasını təmin edir. Müasir kompyuterlərdə vinçesterin tutumu 1Tbayt-a qədər ola bilər.

27 Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya
Dəyişdirilə bilən sərt maqnit disklər də informasiyanın saxlanması və daşınmasını təmin edir.

28 Kompakt disklərlə iş üçün disk qurğuları
Kompakt disklərlə iş üçün disk qurğuları müxtəlif tip kompakt disklərdən informasiyanın oxunmasını təmin edir. Əsas tipləri aşağıdakılardır:

29 CD-ROM (Compact disk – Read Only Memory)
Kompakt disklərin yalnız oxunmasını təmin edir. Yaddaşın həcmi ən azı 680 Mbayt olur.

30 CD-R disklər Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə bir dəfə yazıla bilər.

31 CD-RW disklər Bu cür disklərə informasiya, yazan istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.

32 DVD disklər Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx yerləşdirilə bilməsindədir. Ən çox istifadə edilən DVD disklərin tutumu 4,38 Gbaytdır. Bu disklərin tutumu 15 Gbayta qədər ola bilər. DVD-ROM – yalnız informasiyanı oxumaq üçün DVD-R isə həm oxumaq, həm də yazmaq üçün istifadə edilir.

33 Periferiya qurğuları Verilənlərin sistem blokuna daxil edilməsi və ya xaric edilməsi, həmçinin blokda uzun müddət saxlanması üçün istifadə edilən qurğulara periferiya qurğuları deyilir.

34 Verilənləri daxil edən qurğular (Giriş qurğuları)
Klaviatura Skaner Rəqəmli kamera Mikrofon Qrafik planşet və s.

35 Verilənləri xaric edən qurğular (Çıxış qurğuları)
Printer Plotter Səs gücləndirici Monitor və s.

36 İdarəetmə qurğuları Mouse Coystik Trekbol Sensor paneli və s.

37 Verilənləri saxlayan qurğular
Strimmer Verilənləri mübadilə edən qurğular Modem

38 Monitor Monitor (displey) – kompyuterə daxil edilən və kompyuterdən alınan mətn və qrafik informasiyanı əks etdirən qurğudur.

39 Klaviatura Klaviatura informasiyanın kompyuterə daxil edilməsi və onun işinin idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Windows sistemində ən geniş istifadə olunan klaviatura 102 və 104 düyməlidir.

40 1. Hərf-rəqəm klavişləri
Bu düymələr çap makinasının rolunu oynayırlar, hərf, rəqəm və bəzi simvolları kompyuterə daxil etmək üçündür: A-Z, <, >, , , . , ? , / , { , } , [ , ] , ; , : , ‘ , “, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0, ! , # , $ , % , ^, & , * , ( , ) , - , _ , = , + , ` , ~ , \ , |

41 2. Funksional düymələr Bu düymələr klaviaturanın yuxarı hissəsində yerləşir. İstifadə olunan əməliyyat sistemlərindən və proqramlardan asılı olaraq bu düymələrin funksiyaları da dəyişir. F1, F2, F3, F4, F5, F6, F7, F8, F9, F10, F11, F12

42 3. Kursoru idarə edən düymələr
Proqramın işçi sahəsi üzrə kursoru idarə etmək üçün istifadə edilir. Bu düymələr aşağıdakılardır: ← - kursoru 1 simvol sola keçirir → - kursoru 1 simvol sağa keçirir ↑ - kursoru 1 sətir yuxarı qaldırır ↓ - kursoru 1 sətir aşağı salır Home - kursoru sətrin əvvəlinə keçirir End - kursoru sətrin sonuna keçirir PageUp - sənədi 1 ekran boyu yuxarı qaldırır PageDn - sənədi 1 ekran boyu aşağı salır

43 3. Kursoru idarə edən düymələr
Bununla yanaşı, bu düymələri Ctrl-la birgə istifadə etdikdə, funksiyaları dəyişir: Ctrl + ← - kursoru 1 söz sola keçirir Ctrl + → - kursoru 1 söz sağa keçirir Ctrl + ↑ - kursoru 1 abzas yuxarı qaldırır Ctrl + ↓ - kursoru 1 sətir aşağı salır Ctrl + Home - kursoru sənədin əvvəlinə keçirir Ctrl + End - kursoru sənədin sonuna keçirir Ctrl + PageUp - sənədi 1 səhifə yuxarı qaldırır Ctrl + PageDn - sənədi 1 səhifə aşağı salır

44 4. Rəqəm klaviaturası Bu düymələrdən hesablama zamanı kalkulyator kimi istifadə edilir, yalnız NumLock düyməsi aktiv olan zaman rəqəmlərlə işləmək mümkündür. Rəqəm klaviaturası adətən klaviaturanın sağ hissəsində yerləşir.

45 5. Xüsusi düymələr Caps Lock - əlifbanın böyük hərflərinin daxil edilməsi rejimini verir. Enter – mətn yazıldıqda abzasın bitməsi və yeni abzasın başlaması üçün və dialoq pəncərəsində aktiv düymənin sıxılması üçün istifadə olunur. BackSpace (←) – kursordan solda yerləşən simvolu ləğv edir. Del (Delete) – kursordan sağdakı simvolu ləğv edir.

46 5. Xüsusi düymələr Space bar (probel) – boş yer daxil etmək üçün istifadə edilən, üzərində heç bir yazı olmayan düymədir. Num Lock – Rəqəm klaviaturasını aktivləşdirir. Pause – Proqramın yerinə yetirilməsini müvəqqəti olaraq dayandırır. Ins (Insert) – simvolların daxil edilməsi rejimlərinin dəyişdirilməsi üçün nəzərdə tutulub.

47 5. Xüsusi düymələr PrntScrn – ekranın təsvirini mübadilə buferinə göndərir Shift + PrntScrn – ekranın təsvirini çapa vermək üçün istifadə edilir. Tab – kursorun bir neçə mövqe yerinə dəyişdirilməsi üçün istifadə edilir. Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı müxtəlif istiqamətlərdə hərəkət etdirməyə imkan verir. Bu düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik ola bilər.

48 Mouse (manipulyator) Mouse – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.

49 Printer Printer informasiyanı kağıza çap edən qurğudur. Printerlər bir-birindən iş prinsipinə, çapetmə üsuluna, sıxlığına, sürətinə və çap rənginə görə dəyişirlər.

50 Plotter Plotter mürəkkəb sxemlərin, böyük ölçülü qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur.

51 Skaner Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir.

52 Qrafik planşet Əl ilə çəkilən şəkli bilavasitə kompyuterə daxil edən giriş qurğusudur.

53 Modem Modem – kompyuter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə demodulyasiya deyilir. Modemlər istifadə olunan kompyuterlərin tiplərindən asılı olaraq daxili və xarici olurlar.

54 Strimmer Strimmer (stream – uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitofondur. Strimmerin kasetləri böyük tutuma (120Mbayt – 5Gbayt) malikdir.

55 Videoadapter Videoadapter vasitəsilə qrafiki informasiya monitorun ekranına çıxarılır. Videoadapterin cəld işləməsi və imkanları videokontrollerdən asılıdır. Onun vasitəsilə videoyaddaşdan təsvirin alınması və bu kimi əməliyyatlar təmin edilir.

56 Şəbəkə kartı Şəbəkə kartı kompyuterin şəbəkəyə qoşulmasını təmin edir. Əgər firma və ya təşkilatda lokal şəbəkə varsa, şəbəkə kartı vasitəsilə kompyuterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.


"Fərdi kompyuterlər." indir ppt

Benzer bir sunumlar


Google Reklamları