Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

KİÇİKYAŞLI MƏKTƏBLİLƏR ÜÇÜN

Benzer bir sunumlar


... konulu sunumlar: "KİÇİKYAŞLI MƏKTƏBLİLƏR ÜÇÜN"— Sunum transkripti:

1 KİÇİKYAŞLI MƏKTƏBLİLƏR ÜÇÜN
TEYMUR ELÇİN - 90 KİÇİKYAŞLI MƏKTƏBLİLƏR ÜÇÜN

2

3 Nar nağılı. – B.: Beşik, 2009. – 51 s.- (Mən və mənim dünyam).
Bir elin, bir obanın günəşini divlər oğurlayıb aparır. Evlər ocaqsız, atəşsiz qalır. Xalqı kim xilas edəcək? Günər adlı bir uşaq. Necə? Nağılı oxu, bunu biləcəksən!

4 Tuk-tuk, tak-tak. – B.: Beşik, 2009. – 30 s.- (Mən və mənim dünyam).
Kitabda Turacla və onu yatmağa qoymayan dəcəllərlə tanış olacaqsan. Kitabı bəyənsən bizə də xəbər elə!

5 Əziz balalar. Teymur babanız sizin üçün çoxlu kitablar yazıb
Əziz balalar! Teymur babanız sizin üçün çoxlu kitablar yazıb. Bu kitablar şeirlər, nağıllar, tapmacalar, yanıltmaclarla zəngindir. Çox təəssüf edirik ki, həmin kitablar yenidən nəşr olunmayıb. Amma biz çox istəyirik ki, siz həmin kitablarla tanış olasınız. Ona görə də həmin kitabların siyahısını sizə təqdim edirik.

6 Bahar. Adlar. Uşaqlar : şeirlər, nəğmələr. – Bakı: Azərnəşr, 1968
Bahar. Adlar. Uşaqlar : şeirlər, nəğmələr. – Bakı: Azərnəşr, – 111 s. Kitaba şairin şeirləri, mahnı mətnləri və «Körpələr», «Bip-bip» poemaları daxil edilib.

7 Balaca Aytən : şeirlər. – B.: Gənclik, 1983. – 13 s.
Hamının dostu olan balaca AYTƏN çox şən və məzəli bir qızdır. Onun arzusu çoxdur. Ən böyük arzusu isə kloun olmaqdır.

8 Bip-bip. – Uşaqgəncnəşr, 1959. – 31 s.
Bu kitabın 55 yaşı var cu ildə çap olunmuş bu kitabda elm və texnikanın sürətli inkişafı sadə uşaq dili ilə balaca oxuculara anladılır. Yaşının çox olmasına baxmayaraq bu kitabdan hələ də nə isə öyrənmək olar.

9 Din-Dan. – B.: Azərnəşr, 1964. – 15 s.
Kitabda müxtəlif şeirlər. Yanıltmaclar, tapmacalar öz əksini tapmışdır.

10 Laylalar. – B.: Gənclik, 1970. - 14 s.
Hərənin öz laylası var : Hər anaya- öz balası Hər balaya – öz laylası. Kitabda turacın, qurbağanın, delfinin, kirpinin, canavarın öz balalalarına dediyi laylalar verilib. Ən nəhayət Ananın balasına dediyi laylay : Yerini saldım rahat, Qoçaq, zirək balam, yat. Yuxun ətirli olsun, Mənim çiçək balam, yat. Bu laylalar şirindir, əzizdir.

11 Mənim kiçik ulduzlarım. – B.: Gənclik, 1985. – 352 s.
Kitaba şairin şeirləri, nəzmlə yazılmış tapmacaları, nağılları daxil edilmişdir.

12 Oğul - Buğac. – B.: Gənclik, 1988. – 40 s.
Ulu «Dədə Qorqud» motivləri əsasında dastanın qəhrəmanlarından biri olan igid Buğac haqqında yazılmış poemanı sizin diqqətinizə çatdırırıq. Qoçaq, qorxmaz Buğacın Vətənə, doğma torpağa, el-obaya, valideynlərinə olan sevgisi bu gün böyüməkdə olan nəsillərin ürəyində dünənimizə və gələcəyimizə məhəbbət duyğuları oyadır.

13 Torağayın nəğməsi : şeirlər, təmsillər, atalar sözləri, poemalar. – B
Torağayın nəğməsi : şeirlər, təmsillər, atalar sözləri, poemalar. – B.: Yazıçı, – 202 s. Saxlayın təmiz adı, Mənliyi, ləyaqəti. Onun yerini verməz Dünyanın var-dövləti. Kitab belə deyimlərlə zəngindir. Bundan başqa kitaba «Gəzdim ölkə-ölkə» başlığı altında dünya xalqlarının ədəbiyyatından tərcümələr də daxil edilib.

14 Toğrul babanın nağıl ağacı. – B.: Gənclik, 1981. – 60 s.
Kitaba müəllifin mənzum nağılları – «Ağ göyərçin nağılı», «Elçi gəldi təpəgöz», «Yuxucul Domrulun nağılı» və s. daxil edilmişdir. «Səyahət» adlı müasir nağıl isə uşaqların marağına səbəb olur.

15 Şəkərim, duzum : şeirlər, nəğmələr, tapmacalar, yanıltmaclar. – B
Şəkərim, duzum : şeirlər, nəğmələr, tapmacalar, yanıltmaclar. – B.: Gənclik, – 224 s.

16 Məlumat-biblioqrafiya şöbəsi
Tərtib etdi: Əhmədova S.


"KİÇİKYAŞLI MƏKTƏBLİLƏR ÜÇÜN" indir ppt

Benzer bir sunumlar


Google Reklamları