MƏKTƏBLİLƏRƏ ƏXLAQ DƏRSLƏRİ

Slides:



Advertisements
Benzer bir sunumlar
M.P.Vaqif adına 8 saylı tam orta məktəbin kimya müəllimi
Advertisements

Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə
DİŞ XƏSTƏLİKLƏRİ..
İctimai Əmtəə və Ortaq Sərvətlər
Elmi məqaləni necə yazmalı
Zəngilan rayon 7 №-li tam orta məktəbin“İnformatika” müəllimi Telmanzadə Əfsanənin informatika fənnindən “Kompüter şəbəkələri” mövzusunda icmalı.
Fərruxova Qiyafət saylı tam orta məktəb
İnternet Nədir ?.
İstehsal Amilləri Bazarı
Keçmiş zamanlarda varlı bir tacir yaşayırdı və onun...
Gəncə şəhəri M.Əzizbəyov adına 15 №li tam orta məktəbin
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
İşsizlik və Onun Təbii Dərəcəsi
«Sabahın alimləri» Respublika Müsabiqəsi
PASCAL ilə proqramlaşdırma.
MÜBARİZƏ DAVAM EDİR MÜBARİZLƏ
Mövzu:Balıqların müxtəlifliyi. Balıq ehtiyatının qorunması.
Qlobal kompyuter şəbəkəsi-İNTERNET
Bakı şəhəri Suraxanı rayon Nadir Əliyev adına 282 №li tam orta məktəbin 10B sinif şagirdi Xəlilov Əli “KOMPÜTER CİNAYƏTKARLIĞI”
Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəb
Azərbaycan dili III sinif
Gəncə şəhər,Nizami rayonu Nadir Hüseynov adına 38 N-li tam orta məktəbin tarix müəllimi İbrahimova Təranə Qəzənfər qızının Azərbaycan tarixi fənnindən.
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Məmmədova.
Məktəb: M.P.Vaqif adına 8 saylı tam orta məktəb
Riyaziyyatın inkişafına təkan vermiş dahi kəşflər.
XPƏM-nin həll üsulları.
Hazırladı: Fətullalı Tural İslam oğlu
Obyektin informasiya modelinin təsvir formaları.
Hazırladı:204 saylı məktəbin informatika müəllimi Fərruxova Qiyafət
MÖVZU: “ ALQORİTM HAQQINDA MƏLUMAT”
V sinif Mən elimlərin şahıyam Riyaziyyat.
Makroiqtisadi modellər.
Nihad , Ayxan , Ərcan , Çıraq
Məktəb: 264 saylı məktəb-lisey Sinif: 8 Fənn: ədəbiyyat Müəllim: Mehdizadə İlahə.
İnformatika V sinif.
tam orta məktəbin müəllimi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
Verilənlər bazası və onun obyektləri
MÖVZU: İnformasiya nə qədər yer tutur
GİRİŞ Proqramlaşdırmaya
İsmyılova Sevda Həyati bacarıqlara əsaslanan təhsil
BakI şəhərİ 14 №-lİ məktəbİn İnformatİka müəllİmİ
RƏQƏMLƏR … 5.
Elektron cədvəllər . Eyni tipli düsturlar.
Günəş Bəyova 42 saylı orta məktəbin informatika müəlliməsi
KİÇİKYAŞLI MƏKTƏBLİLƏR ÜÇÜN
Budaqlanma, Şərt.
ANA DILI IV b SİNFİ.
Hazırladı: İsmayıllı Şəhər 1 saylı tam orta məktəbin 6b sinif şagirdi Haciyev Yusif.
Mövzu: Tədrisdə ən yaxşı
: Ağsu rayonu Təklə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnur Fərzəlizadə.
Fizika müəllimi: FƏXRİYYƏ ABUŞOVA
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Bayramlı Şəfəq Vidadi qızının V sinifdə keçirilən “Düzbucaqlı prizmanın.
fenn- biologiya movzu – helqevi qurdlar
Fakültə: İbtidai təhsilin metodikası və metodologiyası
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
V SİNİF ƏDƏBİYYAT MÜƏLLİM: Məmmədova Təzəgül.
Mətn və cümlələrlə əlaqədar sual tipləri
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
İNFORMATİKA V SİNİF.
Mövzu: Proqramlaşdırma dilləri
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Ağayev Rüf ə t B U TƏLIMDƏN NƏ ƏLDƏ EDƏCƏYIK ? Ş ə xsi gigiyenanin vacibliyi haqqında m ə lumat Düzgün ə l yuma v ə t ə mizliy ə riay ə t.
Riyaziyyat V sinif Məktəb: Ismayıllı şəhər 1 sayli tam orta məktəb
Affektiv sindromlar.
195 saylı tam orta məktəbin tarix müəllimi
Sinif: VII Mövzu: “Atmosfer. Atmosfer təzyiqi”
Sunum transkripti:

MƏKTƏBLİLƏRƏ ƏXLAQ DƏRSLƏRİ DÜZ YOL İSTƏYİRSƏNSƏ... MƏKTƏBLİLƏRƏ ƏXLAQ DƏRSLƏRİ (kiçik və böyük yaşlı şagirdlər üçün nəzərdə tutulub)

Çətinliklərdən qorxmuram. Cəsarət : nağıl-oyun : fəaliyyət : tamaşa Çətinliklərdən qorxmuram. Cəsarət : nağıl-oyun : fəaliyyət : tamaşa. – Bakı : Altun kitab, 2015. – 64 s. – (Əxlaqi dəyərlər). Çətini ilk addımı atmaqdır, sonra sən də hamı kimi hər şeyi bacaracaqsan. Balaca Ağtük də elə bu cür hərəkət etdi və... dostlarına qoşuldu. Balaca dostum, cəsarətli ol!!! Dərs zamanı əlini qaldırmaqdan qorxma! Doğru hərəkət etməkdən və həqiqəti söyləməkdən çəkinmə! Kitabda verilmiş nağıl, hekayə və oyunlar bu işdə sənə yardımçı olacaq!!!

Dəyər verirəm. Hörmət : nağıl-oyun : fəaliyyət : tamaşa Dəyər verirəm. Hörmət : nağıl-oyun : fəaliyyət : tamaşa. – Bakı : Altun kitab, 2015. – 64 s. Suya daim ehtiyac olan bir ölkədə bir kasıb qoca və qarı var idi, onlar çox kasıb yaşayırdılar. Bir gün onlar ölkənin ədalətli hökmdarı olan sultana yardım üçün müraciət etməyi qərara aldılar. Lakin sultana layiqli bir hədiyyə aparmaq lazım idi. Qərara aldılar ki, onların ölkəsi üçün çox dəyərli olan su aparsınlar. Sultan bu hədiyyədən çox məmnun qaldı və əvəzində suyun qabını qızılla doldurub qocaya verdi və məsləhət gördü ki, evə qayıdanda Dəclə çayının yanından keçsin. Çayın yanından keçəndə Qoca başa düşdü ki, sultan ona böyük hörmət etmişdir. Bu bolsulu çayın yanında yaşayan adam üçün bir dolça suyun nə əhəmiyyəti var?!. Amma sultan qocanın hədiyyəsindən məmnun qalmışdı. Axı, özünə çox dəyərli olan bir şeyi başqasına vermək üçün gərək nə qədər genişqəlbli olasan. Bu hərəkət doğurdan da hörmətə layiq idi.

Düzünü deyirəm. Düzgünlük : nağıl-oyun : fəaliyyət : tamaşa Düzünü deyirəm. Düzgünlük : nağıl-oyun : fəaliyyət : tamaşa. – Bakı : Altun kitab, 2015. – 64 s. – (Əxlaqi dəyərlər). Düzgün adam : Ona əmanət olunan əşyanı yaxşı qoruyar, verdiyi sözü unutmaz, hər zaman həqiqəti söylər, cəsarətli olar, öz məsuliyyətini dərk edər və s. Daha hansı keyfiyyətlərə sahib olar? Bu suala cavab tapmaq üçün bu kitabdakı hekayə və nağılları oxu və oyunlara qoşul.

Ədalətli hərəkət edirəm Ədalətli hərəkət edirəm. Ədalət : nağıl - oyun: fəaliyyət : tamaşa – Bakı : Altun kitab, 2015. – 64 s. – (Əxlaqi dəyərlər). Təbəssümlər ölkəsinin kraliçası Kəpənək Telli Kraliça Arıya dedi : - Mənim ölkəmdə hər kəsin əməyinə qiymət verilir, haqqı ödənilir. Bizim xoşbəxt yaşamağımızın sirri məhz budur, yəni ədalətdir! Balaca dostum! Ədalətin nə olduğunu dərindən öyrənmək istəyirsənsə, bu kitabdakı nağıl və hekayələri oxu. Və biləcəksən ki, Ədalətli insan özünə ziyan olsa belə, yenə haqq və ədalətin tərəfində olar, heç kəsin haqqına sahib çıxmaz, həssas olar, zəiflərin haqqını qoruyar.

Sevməyi bacarıram. Sevgi. – Bakı: Altun kitab, 2015. - 64 s Sevməyi bacarıram . Sevgi. – Bakı: Altun kitab, 2015. - 64 s. – (Əxlaqi dəyərlər). «İnsanları tanıdıqca sevmək asan olurmuş». Bu, Zəhra nənənin qızlara danışdığı əhvalatın sonluğudur. Kitabda insanlar arasındakı münasibətdən, həyat sevgisindən və s. danışılır. Kitabda həm də bu mövzuda nağıl-oyunlar, tamaşa və sorğular verilib. 8 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Səbirli olmağı bacarıram. Səbir : nağıl-oyun : fəaliyyət : tamaşa Səbirli olmağı bacarıram. Səbir : nağıl-oyun : fəaliyyət : tamaşa. – Bakı : Altun kitab, 2015. – 64 s. - (Əxlaqi dəyərlər). «Paxla» oyunu, «Ayaqqabı bağı» oyunu və s. kitabdan bu oyunları öyrənib oynamaqla səbirli olmağın nədən ibarət olduğunu öyrənəcəksən. Kitabda verilən hekayə və nağıllar bu işdə sənə kömək edəcək.

Yaxşılıqları unutmuram. Vəfa : nağıl-oyun : fəaliyyət : tamaşa Yaxşılıqları unutmuram. Vəfa : nağıl-oyun : fəaliyyət : tamaşa. – Bakı : Altun kitab. – 64 s. – (Əxlaqi dəyərlər). Vəfalı insan dostlarını, tanışlarını və qohumlarını unutmaz. Mütəmadi olaraq onlara zəng edib hal-əhval tutar və ya baş çəkər. Və bir çox belə keyfiyyətlərə sahib olar. Bəs bu keyfiyyətlər hansılardır??? Kitabda buna misal olan hekayələr var. Balaca dostum, kitabı oxu, biləcəksən.

YUXARI SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN

Düz yol istəyirsən ədalətli ol. Xalqına, elinə sədaqətli ol. İnsanı yaşadan budur doğrusu, Yaxşılıq ümidi, pislik qorxusu. Sədi Şirazi

Akar M. Hikmət dənizi. – Bakı : Xəzər, 2008. – 151 s. Mənqibələrin (ibrətamiz rəvayət), hekayələrin bizim mədəniyyətimizdə çox əhəmiyyətli bir yeri vardır. Sanki sözün, sirrin, hikmətin, ibrətin əsasıdır onlar... Bu kitabdakı rəvayətlər müxtəlif qaynaqlardan toplanmış və onlardan çıxarılacaq nəticələr də bir qədər İşarə olunmuşdur. Hamısı gerçək hadisələrə söykənirmi? Bilmirik... Ancaq əslində nağılda tarixi dəqiqlik axtarılmaz. Mənqibədə axtarılan görünüş deyil, məğzdir, mahiyyətdir, hikmətdir.

Altun M. Qənaət dükanı. – Bakı : Xəzər, 2009. – 84 s Altun M. Qənaət dükanı.– Bakı : Xəzər, 2009. – 84 s.- (Gözəl davranış hekayələri). Vətən... Gözəl Vətən... Gözəl ölkəm, gözəl insanlar, gözəl bir tarix... Vətənimizi kəlmələrə sığışdırmaq istəsək, ağlımıza ilk olaraq gözəl kəlməsi gəlir. Sonra yardımlaşma, səbr, əzm, fədakarlıq, qənaət, dostluq, qəhrəmanlıq, vəfa, doğruluq, yaxşılıq, qonşuluq kimi kəlmələrə sığışdırmaq istəyirik Vətəni. Bunlardan hansını gərəksizdir deyə həyatımızdan ata bilərik?.. Bu əsərlə tədricən itməyə üz tutan gözəllikləri hər sətirdə xatırlatmaq istəyirik.

Aydın Ç. Yaxşılıq. – Bakı: Xəzər, 2009. – 93 s Aydın Ç. Yaxşılıq. – Bakı: Xəzər, 2009. – 93 s. – (Gözəl davranış hekayələri). Ömrümüzün hər anında kiməsə yaxşılıq edə bilərik. Şəhərdə, kənddə, sinifdə, küçədə, avtobusda, metroda... Təki içimizdə kiçik də olsa, bir qığılcım parlasın. İçimizdən keçən yaxşı niyyətlər belə bizim əxlaqımızı gözəlləşdirir və bir gün gəlir o yaxşılığı həyata keçirmək imkanı doğur. Hələ bir də qəmgin bir çöhrənin gülümsəməsinə səbəb ola biliriksə, dünyanın ən bəxtəvəri oluruq! Kitabda Asif adlı bir şəhərlinin yay aylarında kənddə başına gələn əhvalatlar əks olunmuşdur.

Koca H. Basdırılmış pul. – Bakı : Xəzər, 2008. – 105 s. Elə gözəl hekayələr var ki, onları oxumaqla həm ibrət alır, həm də həyatda nə üçün yaşadığımızı dərk edirik. Əlinizdəki bu kitab da bu məqsədə xidmət edən hekayələr məcmuəsindən ibarətdir; yem torbasından çıxan qarışqa, ata-ana və övladlar üçün işləyən gənc, xöşbəxtliyin yollarını axtaran sultan, kibirli zənginin başına gələnlər, heyvanların dilini öyrənmək istəyən adam və digərlərinin başına gələn sərgüzəştlər hamımız üçün böyük ibrət olacaq.

Oğuz M. Ən gözəl hədiyyə. – Bakı : Xəzər, 2008. – 96 s. Kitabda Peyğəmbərimiz haqqında olan hədislərin timsalında gözəl davranış qaydaları təbliğ olunur.

Sezgin O. Həyat meydanı. – Bakı : Xəzər, 2009. – 54 s. «İnsan sərf etdiyi əmək qədər qazanar. Hərəkət və fəaliyyət... Dayanmadan gecə-gündüz çalışmaq»... Kitab bizə bunu deyir. Kitabda Himmət Sultanın səyahəti boyu rastlaşdığı hadisələrlə tanış olduqca bir daha buna əmin oluruq.

Təcili qan axtarılır. – Bakı : Xəzər, 2008. – 80 s. Bəzən ətrafımızdakı hadisələrə çox laqeyd yanaşırıq. Bu davranışımız çox sevdiyimiz bir insanın əziyyət çəkməsinə səbəb ola bilər. Bəzən də tamahımızın qurbanı olur, pul qazanmaq üçün insanları aldadırıq. Sonra isə etdiklərimizə peşman oluruq.

Turan K. Gül ətirli hekayələr. – Bakı : Xəzər, 2007. – 168 s. Zahirən qəliz kimi görünən bəzi həqiqətləri təmsillərlə, yəni misal gətirərək, hekayə yolu ilə izah etmək onların başa düşülməsini asanlaşdırır. Əlinizdəki bu əsər də məhz təmsillərdən ibarət gül dəstəsini sizə təqdim etmək üçün qələmə alındı. Bu kitabda daha çox ibrətamiz hekayələr öz əksini tapmışdır.

Tücan Ə. Soyuq su. – Bakı : Xəzər, 2009. – 83 s Tücan Ə. Soyuq su.– Bakı : Xəzər, 2009. – 83 s. – (Gözəl davranış hekayələri). «Soyuq su» kitabında müəllif oxucunu insan mənəviyyatının daha dərin qatlarına nəzər salmağa çağırır. Oxucu onun bələdçiliyi ilə sonsuz mənəviyyat səmasına səyahət edir. Buradakı müşahidələri onu düşündürür, özünə və insanlara münasibətdə daha səmimi və daha ədaləli olmağa sövq edir.

Məlumat-biblioqrafiya şöbəsi Əhmədova S.