Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Riyaziyyatın inkişafına təkan vermiş dahi kəşflər.

Benzer bir sunumlar


... konulu sunumlar: "Riyaziyyatın inkişafına təkan vermiş dahi kəşflər."— Sunum transkripti:

1 Riyaziyyatın inkişafına təkan vermiş dahi kəşflər.
Evklidin “başlanğıclar” əsəri , Rene Dekartın düzbucaqlı koordinat sistemi və triqonometriyanın banisi - Şeyx Nəsrəddin Tusi.

2 Evklidin “başlanğıclar” əsəri.
Miletli Fales Bu dahi insanı biz onun adını daşıyan məhşur teoremi ilə tanıyırıq: Iki düz xətti kəsən paralel düz xət- lər onlardan birinin üzərində bərabər parçalar ayıırsa digərinin də üzərin- də bərabər parçalar ayırar. Yunanıstanın 7 müdrikindən biri, günəş tutulmasını izah etmiş və vaxtını qabaqcadan söyləmiş, elmin var-dövlətdən üstün olduğunu göstərmək üçün öz tədqiqatları ilə zeytunun qarşıdan gələn il bol olacagını qabaqcadan təyin etmiş və zeytun yağı emal mərkəzlərini ucuz qiymətə icarəyə götürmüşdür. Vaxt gəldikdə onlara tələbat yüksək olduğu üçün istədiyi qiymətə icarəyə verərək coxlu qazanc əldə etmişdir. Falesin riyaziyyat sahəsindəki bir cox kəşfləri “başlanğıclar” əsərinin ərsəyə gəlməsində böyük rol oynamışdır: Diametrin çevrənin uzunluğunu yarıya bölməsi, bərabəryanlı üçbucağın oturacağa bitişik bucaqlarının bərabər olması, düzbucaqlı üçbucaqların bərabərlik əlamətləri və sair.

3 Evklidin “başlanğıclar” əsəri.
Pifaqor Onun məşhur teoremi ilk vaxt- larda belə ifadə olunurdu: Düzbu- caqlı üçbucağın hipotenuzu üzərində qu- rulmuş kvadratın sahəsi , katetləri üzərində qurulmuş kvadratların sahələri cəminə bərabərdir. Pifaqorun və ardıcıllarının riyaziyyat sahəsindəki bəzi kəşflərini qeyd edək: - Üçbucağın daxili bucaqlarının cəmi haqqında teorem. - Müstəvi üzərində düzgün çoxbucaqlıların qurulması qaydası. - Kvadrat tənliklərin həndəsi üsulla həlli qaydaları. - Sahəsi verilən çoxbucaqlının sahəsinə bərabər, tərəflərinin sayı fərqli olan çoxbucaqlının qurulması və sair.

4 Evklidin “başlanğıclar” əsəri.
Dahi, qədim yunan riyaziyyatçısı Evklid kicik yunan şəhərciyi Meqerada anadan olmuşdur. Onun həyatı haqqında çox az məlumat vardır. Elmı fəaliyyətinin çiçəklənən dövrü bizim eradan əvvəl III əsrdə İskəndəriyyə şəhərində Yunan-Makedon əsilli Ptolomeylər sülaləsinin hakimiyyəti dövründə olmuşdur. Ptolomeylər o dövrdə alim, yazıçı, ixtiracı və şairlərə himayədarlıq etmələri ilə ad çıxarmışdılar. Onlar İskəndəriyyədə möhtəşəm elmi mərkəz yaratmış və ora elm adamlarını cəlb etmişdilər. Evklid də burada həm dərs keçmış, həm də tədqiqatlarını aparmışdır. O, özündən öncəki məşhur alımlərin tədqiqatlarını cox səlis şəkildə sistemləşdirərək və öz tədqiqatlarının nəticələrini də əlavə edərək 15 cilddə «Başlanğıclar» adlı əsər yaratdı.

5 Rene Dekartın düzbucaqlı koordi- nat sistemi.
Rene Dekart – məşhur fransız filosofu və riyaziyyatçısıdır. Özünün “ Üsul haqqında mülahizələr” əsərində ilk dəfə olaraq koordinat sistemini da- xil etmiş və bununla da cəbr və hən- dəsə elmlərini birləşdirən analitik hən- dəsənin əsasını qoymuşdur. Bu koordinat sistemi indiki düzbu- caqlı koordinat sistemindən cox fərqlənirdi. Onunla yanaşı mü- asiri dahi fransız alimi Pyer Ferma da koordinat sistemi üzə- rində araşdırmalar aparmışdı. Onların araşdırmaları müstəvi üzə- rində koordinat sistemi haqqında olmuşdur. İlk dəfə fəzada üç- ölçülü koordinat sistemini isveçrə alimi Leonard Eyler XVIII əsrdə elmə gətirmişdir.

6 Triqonometriyanın banisi – Şeyx Nəsrəddin Tusi.
  Dahi Azərbaycan mütəfəkkiri Şeyx Nəsrəddin Tusinin çoxcəhətli fəaliyyət sahəsində riyaziyyat özünə- məxsus yer tutur. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" əsəri Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. O ilk dəfə sinus və kosinus anlayışlarını daxil etmiş və sinuslar teoreminin isbatını vermişdir. Burda əsasən müstəvi üçbucaqlarının həlli arasdırılmışdır. "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Dahi alim öz araşdır- malarında Pifaqor teoreminin 48 müxtəlif isbatını vermişdir.


"Riyaziyyatın inkişafına təkan vermiş dahi kəşflər." indir ppt

Benzer bir sunumlar


Google Reklamları