Azərbaycan Respublikası Ali Təhsili və Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi arasında boşluğun aradan qaldırılması Maiki Udam
Əsas ideya Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi (AATMKÇ) – nədir və nə məqsəd daşıyır? Boşluğun aradan qaldırılması – Bunu necə etmək olar?
Bolonya prosesi 1998-ci il - … 1998-ci il – Sarbonna Bəyannaməsi (Fransa , Almaniya, İtaliya, Birləşmiş Krallıq) Əmək bazarının tələbatına uyğun olaraq tələbələr, məzunlar, müəllim heyəti üçün mobillik, kvalifikasiyaların təşviq olunması 1998-ci il – Bolonya Bəyannaməsi (30 ölkə), AATM-in yaradılması Müqayisə olunan proqram və dərəcələrlə sistemli bakalavriat və magistratura təhsilinin təqdim olunması Keyfiyyət təminatı
Milli Kvalifikasiyalar Çərçivəsi üçün (MKÇ) icra müddəti Hərtərəfli çərçivə (AATMKÇ) – 2005-ci Milli çərçivələrin işlənib hazırlanması (MKÇ) – 2010-cu il
İlk peşə-ixtisas təhsili EQF səviyyələri AATM pillələri Ümumi təhsil İlk peşə-ixtisas təhsili Orta ixtisas təhsili Ali təhsil Əlavə təhsil AzKÇ səviyyələri 8 ÜÇÜNCÜ PİLLƏ (DOKTOR) 7 İKİNCİ PİLLƏ (MAGİSTR) 6 BİRİNCİ PİLLƏ (BAKALAVR) 5 QISAMÜDDƏTLİ PİLLƏ 4 3 2 1
1-ci pillənin başa çatmasını əks edən kvalifikasiyalar aşağıdakı tələbələrə verilir: • ümumi orta təhsil aldıqdan sonra konkret təhsil sahəsində bilik və təsəvvürə malikdir və adətən, qabaqcıl dərsliklərdən qaynaqlanaraq öz təhsil sahəsi ilə bağlı yeni biliklər barədə məlumatlıdır; • qazanılmış bilik və bacarıqları iş və ya peşəsində professional şəkildə tətbiq edə bilir və adətən, təhsil sahəsi ilə bağlı yeni mülahizələr irəli sürmək, onlara tərəfdar çıxmaq və problemlərin həlli yollarını nümayiş etdirən kompetensiyalara malikdir; • sosial, elmi və ya etik məsələlər ilə bağlı fikir söyləmək üçün müvafiq məlumatları (adətən öz təhsil sahəsi ilə bağlı) toplamaq və şərh etmək bacarığına malikdir; • mütəxəssis və qeyri-mütəxəssislərə informasiyalar, ideyalar, problemlər və onların həlli yollarını çatdıra bilər; • müstəqil şəkildə təhsili davam etdirməyə imkan verən zəruri təlim bacarıqlarına yiyələnmişdir. Adətən 180- 240 AKTTS kreditinə bərabərdir
2-ci pillənin başa çatmasını əks edən kvalifikasiyalar aşağıdakı tələbələrə verilir: • adətən birinci pillə ilə bağlı olan, daha da inkişaf etmiş və əksər hallarda, tədqiqat məzmunu ilə orijinal ideyalar irəli sürmək və/və ya tətbiq etmək imkanı verən bilik və təsəvvürə malikdir; • bilik və təsəvvürlərini, problemləri həll etmək bacarıqlarını öz təhsil sahələri ilə bağlı yeni və ya tanış olmayan mühitdə və daha geniş (çoxşahəli) konteksdə tətbiq edə bilər; • mürəkkəb şəraitlərdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərə bilir, şəxsi davranışlarının etik aspekt və imkanlarını, məhdudiyyət və sosial rolunu anlayır • irəli sürdükləri fikir və nəticələri, əsaslandıqları bilikləri mütəxəssis və qeyri-mütəxəssislərə aydın və birmənalı şəkildə çatdıra bilir; • tam olaraq özünü-istiqamətləndirən və ya müstəqil şəkildə təhsili davam etdirməyə imkan verən təlim bacarıqlarına malikdir. Adətən 90-120 AKTTS kreditə, 2-ci pillə səviyyəsində minumum 60 kreditə bərabər olur.
3-cü pillənin başa çatmasını əks edən kvalifikasiyalar aşağıdakı tələbələrə verilir: • konkret təhsil sahəsi ilə üzrə sistemli təsəvvürə malik və həmin sahə ilə bağlı tədqiqat bacarıqlarına və metodlarına yiyələnmişdir; • elmi cəhətdən müvafiq hər hansı əhəmiyyətli tədqiqatın ideya olaraq təsəvvür edilməsi, hazırlanması, həyata keçirilməsi və uyğunlaşdırılması bacarığını nümayiş etdirir; • elmi və akademik biliklərin inkişafına töhfə verir, eləcə də milli və beynəlxalq akademik nəşrlərdə orijinal tədqiqat nəticələrini dərc etdirir; • yeni və mürəkkən ideyalar haqqında tənqidi təhlil, qiymətləndirmə və sintez etmək bacarığına malikdir; • həmkarları, daha geniş elmi və akademik ictimaiyyət və ümumilikdə, cəmiyyət ilə ixtisaslaşdığı sahələrdə müzakirələr aparır; • akademik və professional kontekstdə texnoloji, sosial və ya mədəniyyət sahəsində irəliləyişlər barədə təkmilləşdirilmiş elmi şərhini verə bilir. Göstərilməyib
AATMKÇ AATMKÇ (ali təhsil) sistemində bütün kvalifikasiyaları özündə birləşdirir. Müəyyən kvalifikasiya əsasında təhsilalanın nələri bildiyini, qavradığını və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini, yəni müəyyən kvalifikasiya üçün gözlənilən təlim nəticələrini göstərir. KÇ prosedurlardan daha çox nəticələrə və bəzi təlim yollarına, habelə ömür boyu təhsilə yönəlir- bu da müəyyən kvalifikasiyaya gətirib çıxarır.
AATMKÇ KÇ dərəcə sistemlərinin, eləcə də təhsil proqramlarının hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. KÇ kvalifikasiyaların tanınmasını asanlaşdırır və kvalifikasiyalardan istifadə edənlər, xüsusilə də təhsilalanlar və işəgötürənlər üçün vacibdir.
Təlim nəticələri Təlim nəticələri tələbənin qazandığı və qiymətləndirmə nəticəsində təsdiq olunmuş kompetensiya səviyyəsini göstərir. Onlar «təhsilalanın nələri bildiyini, qavradığını və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini müəyyən edən göstəricilərdir». Onlar, tələbələr və digər maraqlı tərəfləri cəlb etməklə akademik heyət tərəfindən formalaşdırılır. Qiymətləndirməni asanlaşdırmaq üçün bu göstəricilər təsdiq olunmalıdır. AKTTS üzrə istifadəçi təlimatı
Bolonya prosesi 2020-ci il 2010-cu il – 47 ölkə + 8 məşvərətçi ölkə 2020-ci il üçün prioritetlər: Sosial aspekt Omür boyu təhsil Məşğulluq Tələbələrə əsaslanan təlim Təhsil, tədqiqat və innovasiya Mobillik Məlumatların toplanması Çoxtərəfli şəffalıq alətləri Maliyyə
AATMKÇ MKÇ ilə müqayisədə milli çərçivələrin daxil olduğu «xarici sərhədləri» təsvir edir praktikaya ən yaxındır milli çərçivələr arasında uyğunluğu təmin edir milli sistem tərəfindən idarə olunur sistemlər arasında yerdəyişməni asanlaşdırır sistem (təlim yolları) daxilində yerdəyişməni asanlaşdırır Avropa ali təhsili üçün qlobal konteksdə mühüm əhəmiyyət kəsb edən «vahid üz» təqdim edir Sonda, təhsilalanların hansı kvalifikasiyaları qazanacaqlarını müəyyənləşdirir konkret təhsil sistemi daxilində kvalifikasiları və onların bir-biri ilə əlaqəsini təsvir edir
Boşluğun aradan qaldırılması AATMKÇ MKÇ Təhsil proqramı üçün təlim nəticələri Modulların/fənnlərin seçilməsi Modullar/fənnlər üçün təlim nəticələri Qiymətləndirmə metodları və meyarları (habelə Əvvəlki Təlimin Tanınması) Məzmun və tədris metodları Keyfiyyət təminatı
Boşluğu aradan qaldırmaq üçün zəruri tədbirlər və resurslar Yaxşı iradə Maraqlı tərəflərin cəlb edilməsi AzKÇ-nin təqdiq olunması Təlimlər!!! Safiq şəxslər Pul Təhsil proqramlarının hazırlanması Sadiq və səriştəli şəxslər (Pul) Keyfiyyət təminatı
Faydalı mənbələr Bolonya prosesi – Avropa Ali Təhsil Məkanı http://www.ehea.info/article-details.aspx?ArticleId=65 AKTTS üzrə İstifadəçi Təlimatı http://ec.europa.eu/education/library/publications/2015/ects-users-guide_en.pdf Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Tövsiyələri (ESG) http://www.enqa.eu/index.php/home/esg/