İsmayıllı şəhər E.Məmmədov

Slides:



Advertisements
Benzer bir sunumlar
31 Mart 2015 EUR/USD EURUSD paritesinin güçlü Dolar Endeksi nedeniyle satış baskısına maruz kaldığını ve seviyesine kadar hareketini sürdürdüğü.
Advertisements

02 Mart 2015 EUR/USD EURUSD paritesi destek noktası üzerindeki tepkisini seviyesine kadar sürdürdüğünü ancak devam ettiremediğini görmekteyiz.
DİŞ XƏSTƏLİKLƏRİ..
Beynəlxalq birja və bazarlar
Xammal və enerji daşıyıcıları bazarı Müəllim: Elşən BAĞIRZADƏ
Zəngilan rayon 7 №-li tam orta məktəbin“İnformatika” müəllimi Telmanzadə Əfsanənin informatika fənnindən “Kompüter şəbəkələri” mövzusunda icmalı.
KOSMOS.
İnternet Nədir ?.
İstehsal Amilləri Bazarı
9 mart cı il E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli
İFRAZAT SİSTEMİ Medical ppt Medical ppt
Fizika Şəki şəhər Ə.Məmmədov adına Orta Zəyzid kənd 2N-li
Azərbaycan Dövlət İqtisad Universiteti
Keçmiş zamanlarda varlı bir tacir yaşayırdı və onun...
Gəncə şəhəri M.Əzizbəyov adına 15 №li tam orta məktəbin
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
Şəhər: Bərdə Məktəb: 8 saylı Sinif: Fənn: Riyaziyyat
DEMODEKOZ.
DƏRSİN GEDİŞİ: Salamlaşma Motivasiya Qruplaşdırma Tədqiqat Təqdimat
İnformasiya texnologiyalarının təkamülü.
Beynəlxalq ərzaq və istehlak malları bazarı
Mövzu:Balıqların müxtəlifliyi. Balıq ehtiyatının qorunması.
“CanSat Azerbaijan 2019" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Qlobal kompyuter şəbəkəsi-İNTERNET
Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəb
Yerüstü hava xəritələri və onların təhlili
171 saylı orta məktəb Eynullazadə Nərmin.
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
Say sistemləri arasında əlaqə
Yevlax rayonu Yuxarı Qarxun kənd tam orta məktəbin coğrafiya müəllimi
Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Məmmədova.
Məktəb: Novruzov qardaşları adına 36 №-li tam orta məktəb Fənn: Coğrafiya Mövzu: Dünyamızın və respublikamızın ekoloji problemləri və onların həll yolları.
Riyaziyyatın inkişafına təkan vermiş dahi kəşflər.
ELEKTRON TƏHSİL.
XPƏM-nin həll üsulları.
Hazırladı: Fətullalı Tural İslam oğlu
Obyektin informasiya modelinin təsvir formaları.
Zəngilan rayon 11 saylı tam orta məktəb
Hazırladı:204 saylı məktəbin informatika müəllimi Fərruxova Qiyafət
MÖVZU: “ ALQORİTM HAQQINDA MƏLUMAT”
Makroiqtisadi modellər.
Nihad , Ayxan , Ərcan , Çıraq
Barik sistemlər Mühazirəçi: Hacıyev Aqil.
Təyyarələrin buz bağlaması və elektrizasiyası
Siklonlar və onların əmələ gəlməsi
tam orta məktəbin müəllimi
Biologiya muəllim: Cahangirova Sevda 1.
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
GİRİŞ Proqramlaşdırmaya
BakI şəhərİ 14 №-lİ məktəbİn İnformatİka müəllİmİ
Barik topoqrafiya xəritələri və onların təhlili
Hüseynli Emil Beynəlxalq Bazarlar və Birjalar
Elektron cədvəllər . Eyni tipli düsturlar.
KİÇİKYAŞLI MƏKTƏBLİLƏR ÜÇÜN
Hacıqabul şəhər 6 saylı məktəb
Xetai rayon 171 saylı tam orta məktəbin
Hazırladı: İsmayıllı Şəhər 1 saylı tam orta məktəbin 6b sinif şagirdi Haciyev Yusif.
Mövzu: Tədrisdə ən yaxşı
Fizika müəllimi: FƏXRİYYƏ ABUŞOVA
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
fenn- biologiya movzu – helqevi qurdlar
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
Görünüş məsafəsinin növləri. Görünüş məsafəsinin təyini
Qalaktikalar.
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hesablama texnikasının tarixi. 8-ci sinif..
Riyaziyyat V sinif Məktəb: Ismayıllı şəhər 1 sayli tam orta məktəb
Sinif: VII Mövzu: “Atmosfer. Atmosfer təzyiqi”
Sunum transkripti:

İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli MƏKTƏB-LİSEYİN şagirdi BABAYEVA SƏBİNƏ

Planetlər və Günəş sistemi

GÜNƏŞ SİSTEMİ 9 8 6 4 7 2 5 3 1 Günəş Merkuri Venera Yer Mars Yupiter Saturn Uran Neptun 9 8 6 4 7 2 5 3 1

GÜNƏŞ SİSTEMİ HAQQINDA MƏLUMAT Günəş sistemi — Bizim Qalaktikanın qollarından birində yerləşən, Günəş və onun ətrafında dövr edən böyük planetlərvə onların peykləri, kiçik planetlər (asteroidlər, kometlər, meteorlar), xırda hissəciklər (meteroitlər, kosmik toz) kimi fəza cismlərindən ibarət ulduz sistemi. Aparılan tədqiqatlar 5 milyard il əvvəl qaz-toz buludundan yarandığını göstərir. Günəş sistemi 220 km/san sürəti ilə qalaktikanın mərkəzi ətrafinda dövr edir.

GÜNƏŞ HAQQINDA Günəş – Yer kürəsinə ən yaxın sarı cırtdan tipinə aid olan ulduz. Günəş sisteminin ümumi kütləsinin 99,8 % təşkil edir. Süd yolu qalaktikasınınının qollarından birində yerləşir.Planetərdə baş verən proseslərdə günəş enerjisinin əhəmiyətli rolu vardır, Yer kürəsi üzərində canlı həyatın mövcudluğu bu enerji ilə birbaşa bağlıdır. Günəşin səthində hərarət selsi ilə 5530 dərəcədir. Belə temperaturda istənilən kütlə əriyir. Onun nüvəsində isə hərarət 14 mln. dərəcədir. Günəş öz həyatının orta mərhələsindədir. Belə güman edilir ki, o təxminən 5 mlrd il bundan əvvəl yaranmışdır. Hesab edilir ki, bu ulduz daha 5 mlrd il işıq saçacaq və elə güclü partlayışla məhv olacaq ki, Yer kürəsini də yandırıb məhv edəcəkdir. Günəşin səthində görünən ləkələr eni 1000 km həcmdə, özü də adətən cüt əmələ gəlir. Onlar planetin digər sahələrinə nisbətən soyuq olduqlarından tutqun görünürlər. Günəş dövrə vurduğu zaman ləkələr onun üzəri ilə yavaş-yavaş hərəkət edərək ekvatorda 37 gün, qütblərdə isə 26 gün ərzində tam dövrə vururlar. Günəşdə ləkələr hər 11 ildən bir əmələ gəlir. Belə hallarda Yerdə maqnit burulğanları daha çox olur. Günəş orta həcmli ulduzdur. Diametri – 1.392.000 km, çəkisi – 200 trilyon tondur. Günəşin daxili qatları- na Nüvə, Radioaktiv zona, Konveksiya (qarışma) zonası aiddir. Xarici təbəqəyə isə Fotesfer, Xrotosfer, Günəş- tacı və qranulalar aiddir. Həmçinin Günəşin maqnit Sahasinin yaratdığı maqnitosfer də Günəşin atmosfe- rini təşkil edir.

MERKURİ HAQQINDA Merkuri və ya Ütarid- Günəş siste- mində, Günəşə ən yaxın planet. Daxili planetlərin ən kiçiyidir. Merkuri öz oxu ətrafında çox yavaş fırlanır. Buna görə də Merkuridə bir il bir gündən daha qı- sadır. Merkuri günəş ətrafında 88 yer sutkası ərzində tam dövr edir. Merku- ridə praktiki olaraq atmosfer yoxdur. Buna görə də onun gündüz yarımkürə- si bərk qızır. Merkuri Günəş Sistemi planetlərinin içində ən ekssentrik orbi-tə sahib olanıdır. Merkuri fiziki xüsusiy- yətlərinə görə Aya bənzəyir. Səthi kra- terlidir.Həmdə Nizami Gəncəvi adına krater var. Təbii peyki yoxdur və kütlə- si  Aydan azacıq böyükdür.

VENERA HAQQINDA Venera və ya Zöhrə ulduzu-Günəş sisteminin planetlərindən biridir. Kainatın ən qaynar ulduzudur. Veneranın atmosferi yerdən ən daha sıx olub qalın buludlarla örtülmüşdür. Atmosferin 97%i karbon qazından ibarətdir. Atmosferdə ildırım boşalmaları qeydə alınmışdır. Venera öz oxu ətrafında bütün qalan planetlərdən fərqli olaraq (Uran stisna olmaqla) qərbdən şərqə yox, şərqdən qərbə doğru fırlanır. Oksford Universitetinin alimləri Nature (Təbiət) jurnalında dərc etdikləri məqalədə, Veneranın bir vaxtlar Yer kürəsi kimi yaşamalı yer olduğuna aid dəlilləri olduğunu açıqladılar. Bir Avropa kosmos gəmisindən alınan məlumata görə Venera planeti, Yer kürəsinə indiyə qədər təxmin olunandan daha çox oxşayır. Planetin milyonlarla il əvvəl atmosfer və yaşayış əlverişliliyi baxımından Yer kürəsinin bu günkü vəziyyətini nəzərə aldıqda demək olar ki, "ekiz" kimi olduqları ifadə olunur. Ancaq qazların təsiri, atmosfer eroziyası, solar radiasiya və planetin fırlanmasının yavaş olması nəticəsində Veneranın Yer kürəsindən fərqli inkişaf yolu keçdiyi izah edilir. Bu gün Venerada su yoxdur və temperatur qurğuşunu əridəcək qədər yüksəkdir. Planetdə tez-tez tayfun şiddətində küləklərə və şimşəklərə rast gəlinir. Oksford Universiteti Fizika Kafedrasından Professor Fred Teylor, əldə etdikləri məlumatların VIRTIS adlı bir spektometr tərəfindən təmin olunduğunu söylədi. VIRTIS-dən gələn şəkillər, Veneranın ekvatoru yaxınlığındakı hava cərəyanının şiddətli, qütblərə doğru da yumşaq olduğunu göstərir. Planetin səthində 50-55 km hündürlükdə də buluda oxşar hadisələr müşahidə olunur. Nature jurnalında dərc olunan araşdırma məqaləsinə görə, elm adamları Venera planetində şimşək çaxdığına dair ilk dəqiq hesablamalar apardı.

YER HAQQINDA Yer (lat. Terra) — Günəş sistemində üçüncü planetdir. Orbiti Venera və Mars planetlərinin arasında yerləşir. Yer qrupu planetlərinin ən böyüyüdür. Canlı varlıqların yaşadığı yeganə planetdir. Planet təqribən 4-5 milyard il bundan əvvəl yaranıb. Yeganə təbii peyki Aydır. Yer səthi çox müxtəlif və eləcə də girintili – çıxıntılıdır. Onun kütləsinin 95-97 faizi birinci beş yüz milyon il ərzində yaranmışdır. Yer kürəsinin yarandığı müddətdən bəri Yerdə atmosfer, hidrosfer, bios- fer və litosfer kimi dörd konsentrik örtük yaranmışdır. Bu örtüklərdən bəziləri əsasən Yer səthində qeyri-bərabər paylanmışdır. Yer səthi 510 milyon kvadrat kilometrdir. Bunun 362 milyon kvadrat kilometri və ya 71 %-i okeanın, 148 milyon kvadrat kilometri və ya 29 %-i quru ərazilərinin payına düşür, . Yer səthinin şimal yarımkürəsində qurunun sahəsi ümumi ərazinin 39.4 %-ini, suyun sahəsi isə 60.6 %-ini təşkil edir. Cənub yarımkürəsində qurunun sahəsi 19 %, suyun sahəsi isə 81 %-dir. Quru- nun sahəsi şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 10.4 % artıqdır. Suyun sahəsi isə əksinə, şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 18,4 % azdır. Yer səthində su ilə quru qeyri-bərabər paylan- maqdan başqa o, şimal və cənub yarımkürələrində də qeyri-bərabər paylanmışdır.

MARS HAQQINDA Mars və ya Mərrix — Günəş sisteminin məsafəcə dördüncü və ölçücə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm Ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində bilinən ən hündür ikinci (planetdə birinci ən hündür) dağ - Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobosvə Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər. 1965-ci ildə Mariner 4 tərəfindən edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər. Bu işıqlı və qaranlıq yerlərdə, xüsusilə qütb en dairələrində müşahidə edilən periodik müxtəlifliklərə əsaslanırdı; uzun qara cizgilər bəziləri tərəfindən maye su üçün suvarma kanalları hesab edildi. Bu düz xətlər sonra optik illüziyalar kimi izah edildi, baxmayaraq ki insansız missiyalarda toplanan geoloji sübut göstərir ki, Marsın səthində onun həyatının erkən dövrlərində irimiqyaslı su örtüyü var idi. 2005- ci ildə radar məlumatı qütblərdə  və orta en dairələrində   böyük miqdarda su olduğunu aşkar etdi. Mars roveri  Spirit2007-ci ilin martında su molekullarının daxil olduğu kimyəvi birləşmələri götürdü. Phoenix enmə aparatı 31 iyul 2008-ci ildə Marsın üst torpağında buz suyu götürdü.

YUPİTER HAQQINDA Yupiter və ya Müştəri— Günəş sistemində 5-ci, böyüklüyünə görə isə ən böyük planet. Asteroid qurşağından xaricdə yerləşdiyi və tipinə görə qaz nəhəngi olduğu üçün xarici planetlərə aid edilir. Ekvatorial radiusu 71400 km-dir. Orta sıxlığı 1,3 q/sm3=1300 kq/m3-dir. Yupiter öz oxu ətrafında böyük sürətlə fırlanır. Yupiter bərk cisim kimi fırlanmır (Günəş kimi). Onun ekvatorunda fırlanma sürəti ən böyük, qütblərdə isə ən kiçikdir. Onun tam fırlanma periodu ekvatorunda 9 saat 50 dəqiqə 30 saniyəyə bərabərdir. Yupiterin orta temperaturu – 140 °C-dir. Yupiterin maqnit sahəsi Yerə nisbətən 10-20 dəfə çoxdur.

SATURN HAQQINDA Saturn və ya Zühəl -Günəş sistemində 6-cı, böyüklüyünə görə Yupiterdən sonra ikinci böyük planet. Adını Roma əkinçilik tanrısı Saturnusdan alıb. Ərəbcə mənşəli Saturn adı Türkcədə getdikcə daha az istifadə edilməkdədir. Sekendiz olaraq da bilinir. Saturnun ətrafındakı yeni halqa 1 milyard Yer kürəsi həcmindədir. ABŞ-ın Kaliforniya ştatındakı Pasadena şəhərindən 2003-cü ildə kosmosa buraxılan və Yer kürəsindən 106,2 milyon kilometr uzaqlıqda orbitə yerləşdirilən "Spitzer" kosmik teleskopu Saturn planeti ətrafındakı yeni, nəhəng halqanın görüntüsünü 2009-cu ildə yerə ötürüb. Bu barədə NASA xəbər yayıb. Bu halqa buz və toz parçalarından ibarətdir. Saturndan 5,96 milyon kilometr məsafədə yerləşən halqada temperatur mənfi 316 dərə- cədir və parlaq işıq saçır. NASA bu nəhəng halqanın içərisinin 1 milyard Yer kürəsi həcmində olduğunu bildirir. Açıq sarı rəngli,zolaqlıdır.Neptun və Urandan xeyli böyükdür.Ən çox peyki olan planetdir.

URAN HAQQINDA Uran  — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran Uilyam Herşel tərəfindən 1781 ci ildə kəşf edilmişdir. Uranın ətrafında Saturnda var olan halqalar aşkar edilmişdir. Uran əksetmə qabiliyyətinə görə birinci planetdir. Uran planeti Yerdən adi gözlə görünür. Adını Roma dəniz tanrısı Neptunusdan alıb. Bu planet günəş ətrafinda tam dövrunu 84 ilə başa vurur. Yerdən 15 dəfə böyükdür və 63 dəfə ağırdir. Planetin 10 halqasi var. Tempuratur çox aşağıdır. Planetin səthi yoxdur. Toz və qazdan ibarətdir. Buna görə Uranı qaz gigantı adlandırırlar. Uranın atmosferi hidrogendən və heliumdan ibarətdir. Temperatur burada -220s-dir. Uran öz oxu ətrafında başqa planetlərə nisbətən əks istiqamətə fırlanır. Uran Günəş ətrafında 84 ilə fırlanır. Burada uzunmüddətli qütb gecələri və gündüz- ləri olur (42 il). Uranın 15 peyki var.

NEPTUN HAQQINDA Neptun — Günəş sistemində 8-ci planet. Neptun planetini ilk dəfə 1846-cı il sentyabrın 24-də Berlində İohan Qalle kəşf edib. Neptunun üz qabığı maye metan okeanı ilə örtülmüşdür. Onun rəngi yaşıl-göyümtüldür. Neptun günəşdən çox aralıda yerləşir. Maksimum uzunluq 4 milyard km-dir. Ona görə də planet günəşin ətrafında 165 ildə bir dövrə vurur. Neptun günəşdən o qədər aralıdır ki, səthində tempratur - 210 dərəcəyə qədər düşür. Neptunun 8 peyki var: Nayada, Talassa, Despina, Nereida, Qalateya, Larissa, Protey və Triton.

Diqqətinizə görə təşəkkür edirəm!