Məktəb: Novruzov qardaşları adına 36 №-li tam orta məktəb Fənn: Coğrafiya Mövzu: Dünyamızın və respublikamızın ekoloji problemləri və onların həll yolları.

Slides:



Advertisements
Benzer bir sunumlar
Mövzu: Marketinqin ətraf mühiti
Advertisements

DİŞ XƏSTƏLİKLƏRİ..
Beynəlxalq birja və bazarlar
Dünyanın yüngül sənayesi
İctimai Əmtəə və Ortaq Sərvətlər
Beynəlxalq bazarlar və birjalar
Xammal və enerji daşıyıcıları bazarı Müəllim: Elşən BAĞIRZADƏ
Zəngilan rayon 7 №-li tam orta məktəbin“İnformatika” müəllimi Telmanzadə Əfsanənin informatika fənnindən “Kompüter şəbəkələri” mövzusunda icmalı.
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
İnternet Nədir ?.
İstehsal Amilləri Bazarı
BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
Azərbaycan Dövlət İqtisad Universiteti
Keçmiş zamanlarda varlı bir tacir yaşayırdı və onun...
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
Şəhər: Bərdə Məktəb: 8 saylı Sinif: Fənn: Riyaziyyat
Beynəlxalq ərzaq və istehlak malları bazarı
DƏRSİN GEDİŞİ: Salamlaşma Motivasiya Qruplaşdırma Tədqiqat Təqdimat
İnformasiya texnologiyalarının təkamülü.
Beynəlxalq ərzaq və istehlak malları bazarı
Mövzu:Balıqların müxtəlifliyi. Balıq ehtiyatının qorunması.
Qlobal kompyuter şəbəkəsi-İNTERNET
8 Kənar Təsirlər Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi
Bakı şəhəri Suraxanı rayon Nadir Əliyev adına 282 №li tam orta məktəbin 10B sinif şagirdi Xəlilov Əli “KOMPÜTER CİNAYƏTKARLIĞI”
Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəb
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
“Azərbaycanda Sığorta Sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi” İqtisadi və Sosial İnkişaf Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım.
2. Əmək ehtiyatları və əmək potensialı
Gəncə şəhər,Nizami rayonu Nadir Hüseynov adına 38 N-li tam orta məktəbin tarix müəllimi İbrahimova Təranə Qəzənfər qızının Azərbaycan tarixi fənnindən.
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Yevlax rayonu Yuxarı Qarxun kənd tam orta məktəbin coğrafiya müəllimi
Əhalinin sağlamlığı və təhlükəsizliyi.
Məktəb: M.P.Vaqif adına 8 saylı tam orta məktəb
Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
Riyaziyyatın inkişafına təkan vermiş dahi kəşflər.
ELEKTRON TƏHSİL.
MÖVZU: “ ALQORİTM HAQQINDA MƏLUMAT”
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Makroiqtisadi modellər.
BƏRABƏRLİK.
İsmayıllı şəhər E.Məmmədov
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Nihad , Ayxan , Ərcan , Çıraq
Siklonlar və onların əmələ gəlməsi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
GİRİŞ Proqramlaşdırmaya
Bakı 9 aprel 2013 Azərbaycanda sosial təminat islahatları:
Bank qanunvericiliyi Yeniliklər və inkişaf perspektivləri
Milli Gəlirlərin Ölçülməsi
Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.
Beynəlxalq İqtisadi munasibətlərdə kapital ixracı
AzKÇ-nin icra edilməsi Bununla nə nəzərdə tutulur
Hüseynli Emil Beynəlxalq Bazarlar və Birjalar
Elektron cədvəllər . Eyni tipli düsturlar.
Xetai rayon 171 saylı tam orta məktəbin
Hazırladı: İsmayıllı Şəhər 1 saylı tam orta məktəbin 6b sinif şagirdi Haciyev Yusif.
Mövzu: Tədrisdə ən yaxşı
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
Devalİvasİya. Onun İqtİsadİyyata təsİrİ
fenn- biologiya movzu – helqevi qurdlar
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
Görünüş məsafəsinin növləri. Görünüş məsafəsinin təyini
İstehsal müəssisələri:
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
ETT və insan resurslarının peşə-ixtisas təhsili problemləri
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Sinif: VII Mövzu: “Atmosfer. Atmosfer təzyiqi”
AMEA İQTİSADİYYAT İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakultə: İqtisadiyyat və idarəetmə Kafedra: Maliyyə Qrup: 617a Kurs: III Fənn: vergi.
Sunum transkripti:

Məktəb: Novruzov qardaşları adına 36 №-li tam orta məktəb Fənn: Coğrafiya Mövzu: Dünyamızın və respublikamızın ekoloji problemləri və onların həll yolları Hazırladı: Xəlilli Sona

Ekologiya-canlı və cansız təbiətin qarşılıqlı vəziyyətin öyrənən elmdir.Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D.Toro işlətmişdir.1866-ci ildən alman bioloqo E.Hekkel bu anlayışı geniş yaymışdır.Müasir dövrdə ekoloji problemlər son dərəcə artmışdır.

Ekoloji problem dedikdə bunlar nəzərdə tutulur: 1)Meşələrin məhv edilməsi yaşıllıqların qırılması. 2)Qlobal istiləşmənin yaranması. 3)Ozon təbəqəsinin nazikləşməsi və ozon deşiyinin yaranması. 4)Torpağın deqradasiyası yəni:şoranlaşması,eroziyası,münbitliyin aşagı düşməsi 5)Torpaqda suda havada zərərli maddələrin toplanması 6)Bitki və heyvanların məhv edilməsi 7)Zərərli fiziki sahələrin intensivliyin yüksəlməsi 8)Həyat keyfiyyətinin aşağı düşməsi

Ekoloji problemlər - müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir

Meşələrin qırılması ve yaranan fesadlar: Yer küresinin meşə örtüyünün azalması da təhlükəli həddə çatmışdır. Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir,Meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütün ərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-da, Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi sürətdə qırılmışdır.

Qlobal istiləşmə İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik  deyilir.Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir.Qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkiləri artır. Məsələn 1960-cı illərin sonlarından bu yana şimal yarımkürəsinin qar örtüyündə yüzdə 10 azalma olub. 20-ci əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyən olunub. Qlobal istiləşməyə bağlı olaraq dünyanın bəzi bölgələrində qasırğalar, sellər və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar baş verir.

Ozon təbəqəsi Ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici şüalarından qoruyur.Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalardan qoruyan ozon qatının qorunması dünya ölkələrinin birinci dərəcəli problemlərindən sayılır.Ozon qatının dağılması ekvator zonasında plaktonların məhvi nəticəsində,okeanın bio tərkibinin dağilmasına,flora,faunanin məhvinə,insanlarda göz və xərçəng xəstəliklərinin artmasına,eləcədə insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müəyyən xəstəliklərə gətirib çıxarır.Son illər bir çox ölkələr tərəfindən ozon təhlükəsi olmayan agentlərin hazırlanmasına diqqət yetirilir.1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü”elan edib.

Atmosferin çirklənməsi Atmosferin çirklənməsi sənaye, nəqliyyat və başqa istehsal sahələrinin fəaliyyəti nəticəsində baş verir. Bu sahələr atmosferə bərk hissəciklərlə yanaşı xeyli miqdarda zəhərli qazlar da buraxır. Atmosferə atılan maddələr arasında turşulu yagışlara səbəb olan kükürd dioksid(SO2) daha təhlükəlidir. Belə yağıntılar sənayeni yüksək inkişafı ilə fərqlənən Avropa, Şimali Amerika, bir çox Asiya ölkələri (Yaponiya, Çin, İndoneziya),Latın Amerikasında (Braziliya) geniş yayılmışdır. Atmosferə istixana qazlarının, ilk növbədə karbon dioksid (CO2) atılması, xüsusilə, ciddi problemlərə səbəb olur. Yer atmosferinə daxil olan karbon qazının illik miqdarı 6mlrd. tondan çoxdur. Bu tullantıların əsas hissəsi ABŞ, Çin, Rusiya, Yaponiya və Almaniyanın payına düşür.

Hidrosferin çirklənməsi Hidrosferin çirklənməsi çaylara, göllərə və dənizlərə sənaye, kənd təəsərrüfatı və məişət tullantılarının, çirkab sularının axıdılması nəticəsində baş verir. Bu tullantılar Avropada Reyn, Dunay, Sena və Temza çaylarını,ABŞda  Misisipi və Ohayo çaylarının, Rusiyada Volqa çayının və MDB-də olan bir çox iri çayların (Dnepr,Kür,Amudərya, Sırdərya)həddən artıq çirklənməsinə səbəb olmuşdur.Bu tullantılar çay suları ilə birlikdə dənizlərə axaraq onları çirkləndirir. Dünya okeanı üçün neftle çirklənmə daha böyük təhlükə mənbəyidi.Hesablamalara görə hər il 3mlrd.tondan 10 mlrd. tona kimi neft və neft məhsulları hidrosferi çirkləndirir.

Demoqrafik problemler Bu problemlərin mahiyyeti ondan ibarətdir ki Yer kürəsinin əhalisinin sayı yüksək sürətlə artır və bir sıra sosial-iqtisadi problemlər ortaya çıxır.İlk növbədə adam başına düşən becərilən torpaqlar azalır ərzaq qıtlığı problemi yaranır.18- ci əsrin sonlaında yaşamış ingilis keşişi T.Maltus əhalinin yoxsuluğunun əsas səbəbinin Yer kürəsinin əhalinin sürətlə artımı ilə əlaqədərolduğunu söyləmişdi.Onun nəzəriyyəsinə görə əhali həndəsi silsilə maddi nemətlər isə ədədi silsilə ilə artır.Ona görə də əhalinin artımı ciddi problemlər yaradacaq.Hal-hazırda planetimizin 1 milyardan artıq əhalisi daimi aclıq və yarımaclıqdan əziyyət çəkir.

Müharibələr və onların fəsadları Heç vaxt dünyada indiki qədər güclü təsirə malik silahlar istehsal edilməmişdir.Qeyd etmək lazımdır ki,hər il dünyada silahlanmaya 1 trln.ABŞ dolları qədər vəsait xərclənir.Dünyada müharibələr qarşısının alınması uzun illər bəşəriyyətin ən mühüm qlobal problemlərindən biri olmuşdur və bu problem bu gün də aktual olaraq qalır.Müharibələr cəmiyyətə,təbii landşaflara və süni ekosistemlərə çox böyük ziyan vermişdir. Alimlər hesablamışılar ki son 6 min il ərzind’ Yer kürəsi dövlətləri və müxtəlif tayfalar qəbilələr arasında təxminən 3 mlrd 640 mln nəfərdən artıq insan tələfatına səbəb olan 14.5 mindən çox müharibə və münaqişələr baş vermişdir.Təkcə İKinci Dünya müharibəsi dövründə hərbi əməiyyatlar 3.3 mln km2 ərazinin təbii landşafanına sosial tikililərinə kənd və şəhərlərinə ciddi ziyan vurmuş

Tebii resursların tükənmə təhlükəsi Dünya əhalisinin və təsərrüfatının artan tələbatına uyğun olaraq hər gün çoxlu yanacaq hasil edilir enerji istehsal olunur.İlk baxışdan yanacaq və enerji çatışmazlığı hiss olunmur.Amma gələcəkdə bu problemin çox kəskinləşəcəyi gözlənilir.Alimlər belə hesab edirlər ki,müasir yanacağa və xammala olan təlabatla kəşf olunmuş neft və qaz ehtiyatları bir neçə onillik üçün yetərlidir.Ona görədə karbohidrat xammalının məhdudluğu və tükənməsi qlobal enerji probleminin əsasını təşkil edir. Bir qrup mütəxəssislər sənayədə istifadə olunan əksər mineral ehtiyatların çoxunun yaxın onillikdə tükənəcəyini və yaxud kəskin azalacağını və dünya iqtisadiyyatının daha ağır böhrana düşəcəyini proqnozlaşdırırlar.

Günəş və külək enerjisindən istifadə Ekoloji cəhətdən daha təmiz sayılan günəş elektrik stansiyasından ABŞ-da hələ 20-ci əsrin ortalarında çox böyük müvəffəqiyyətlə istifadə edilməyə başladı.Lakin onların tikilməsinə çəkilən xərclər çpx olduğu üçün bu sahənin inkişafını xeyli ləngitmişdi.20-ci əsrin axırları 21-ci əsrin ilk illərində artıq Qərbi Avropanın Cənub-Qərbi Asiyanın bütün varlı ölkəkərində günəş elektrik stansiyaları tikilməşdi. Külək enerjisindən istifadə edilməsi 20-ci əsrin 80-ci illərindən etibarən ABŞ-da AFRFransa danimarka və s-də çox sürətlə artmaqdadır.respublikamızın Quba-xaçmaz iqtisadi rayonunda kulək enerji qurguları fəaliyyət göstərir

Respublikamızda ekologiya 2010-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilmişdi.Ekologiya ili çərçəvəsində müxtəlif tədbirlər həyata keçərilir,spesifik sahələr üzrə elektron resuslar yaradılır,əhali arasında maariflədirmə işləri gücləndirilir.”Azərbaycan Respublikasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı “təsdiq edilmiş və bir sıra proqramlar qəbul edilmişdir.Ölkəmizdə ekoloji mühitin pozulması meşələrin ,otlaqların,kənd təsərrüfatına yararlı torpaqların azalması,şəhərimizdə atmosfer havasının,Kür,Araz və digər çayların, Xəzər dənizinin torpalqarın çirklənməsi bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyi pozulması və ya azalması ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyi ekoloji biliklərə tələbat və marağı günü-gündən artır

Ekoloji problemlərin həlli yolları 1)Təmiz energetika 2)Aztullantılı texnologiya 3)İstehsal ve istehlakın məhdudlaşdırılması

Maraqlı faktlar: 1872-ci ildə dünyada ilk dəfə Yellouston Milli Parkı yaradılıb. 1911-ci ildə ABŞ Rusiya Kanada ve Yaponiya arasında dəniz heyvanlarının mühafizəsi haqqında ilk Beynəlxalq saziş imzalanıb. 1954-cü ildə Londonda dənizlərin neftlə çirklənməsinin qarşısının alınması haqqında beynəlxalq qətnamə qəbul edilmişdir. 1956-ci ildə Beynəlxalq Biometroloji cəmiyyət yaradılıb. 1962-ci ildə BMT Baş məclisinin sessiyasında ilk dəfə olaraq təbiətin mühafizəsi məsələləri müzakirə olunmuşdur. 1978-ci ildə təbiətin mühafizəsinin ümumdünya strategiyası qəbul edilmişdir.