BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

Slides:



Advertisements
Benzer bir sunumlar
Mövzu: Marketinqin ətraf mühiti
Advertisements

Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə
Beynəlxalq birja və bazarlar
Dünyanın yüngül sənayesi
ISO Qida Təhlükəsizliyi Idarəetmə Sistemi Qida Zəncirində Iştirak Edən Təşkilatlar Üçün Tələblər
İctimai Əmtəə və Ortaq Sərvətlər
Beynəlxalq bazarlar və birjalar
Xammal və enerji daşıyıcıları bazarı Müəllim: Elşən BAĞIRZADƏ
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
XVI BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: VALYUTA KURSU SİSTEMLƏRİ
Mövzu 6. RƏQABƏT VƏ RƏQABƏT ÜSTÜNLÜYÜ
Dr. Elşən BAĞIRZADƏ Bakı
Hazırladı : Əzizova Könül Fakultə : Maliyyə Qrup : 644
İstehsal Amilləri Bazarı
Xətti proqramlaşdırmanın əsas məsələsinin qoyuluşu.
AZƏRBAYCANDA KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏR ÜZRƏ HESABAT
KSM. Nəzəriyyələr J.J.Russo görə ( ) Biznes və ictimaiyyət arasındakı «İctimai müqavilə» təşkil edir. Birbirinə qarşılıqlı fayda yaratma əsasında.
Tələb, təklif və hökumət siyasəti
Azərbaycan Dövlət İqtisad Universiteti
Məmmədova Aida Qrup-646 Müəl. Elşən BAĞIRZADƏ
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
Ekonometrika – iqtisadi sistemlərin optimal idarə edilməsinin riyazi aparatı kimi. Plan: Model – ekonometrikanın dərketmə vasitəsi kimi. Modellərin tipləri.
AMEA İQTİSADİYYAT İNSTİTUTU ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİ HAQQINDA
Beynəlxalq ərzaq və istehlak malları bazarı
İnformasiya texnologiyalarının təkamülü.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Beynəlxalq ərzaq və istehlak malları bazarı
“CanSat Azerbaijan 2019" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Qlobal kompyuter şəbəkəsi-İNTERNET
8 Kənar Təsirlər Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi
1. İdarəetmə sistemində münaqişələr 2. Sosial-psixoloji münaqişələr 3
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
“Azərbaycanda Sığorta Sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi” İqtisadi və Sosial İnkişaf Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım.
2. Əmək ehtiyatları və əmək potensialı
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Təqdimat N-1 Mövzu: Elektron Hakimiyyət və idarəetmə,onların keyfiyyət.
ADİU-646 Hüseynova Nuranə Müəl. Elşən BAĞIRZADƏ
Azərbaycan Dövlət İqtisad Universiteti
İnsan resurslarının strateji planlaşdırılması və idarə edilməsi.
Əhalinin sağlamlığı və təhlükəsizliyi.
Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
ELEKTRON TƏHSİL.
Plan: Sosial nəzarətin mahiyyəti, növləri və funksiyaları
XPƏM-nin həll üsulları.
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Makroiqtisadi modellər.
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Nihad , Ayxan , Ərcan , Çıraq
Siklonlar və onların əmələ gəlməsi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
GİRİŞ Proqramlaşdırmaya
Bank qanunvericiliyi Yeniliklər və inkişaf perspektivləri
Milli Gəlirlərin Ölçülməsi
Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.
Beynəlxalq İqtisadi munasibətlərdə kapital ixracı
AzKÇ-nin icra edilməsi Bununla nə nəzərdə tutulur
Mövzu 4: İxrac əməliyyatları ilə bağlı bankların üzərinə düşən vəzifələr   Çıxışçı: Zaur Hacılı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət.
Hüseynli Emil Beynəlxalq Bazarlar və Birjalar
Devalİvasİya. Onun İqtİsadİyyata təsİrİ
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
BANKLARDA HÜQUQİ RİSK MENECMETİNİN QURULMASI
İstehsal müəssisələri:
ETT və insan resurslarının peşə-ixtisas təhsili problemləri
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hesablama texnikasının tarixi. 8-ci sinif..
AMEA İQTİSADİYYAT İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakultə: İqtisadiyyat və idarəetmə Kafedra: Maliyyə Qrup: 617a Kurs: III Fənn: vergi.
Sunum transkripti:

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

Azərbaycan Dövlət İqtisad Universiteti Əliyeva Aynur Qrup 646 Kurs III Müəl. Elşən BAĞIRZADƏ

Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti 1. Kapitalın beynəlxalq hərəkəti: mahiyyəti, mərhələləri, inkişaf səbəbləri, göstəriciləri və formaları 2. Birbaşa xarici investisiyalar kapital ixracının əsas forması kimi. 3. Portfel investisiyaları. 4. Dünya borc kapitalı bazarı.

Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibətlərin əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. Kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm də bu inkişafın nəticəsidir. Kapitalın ixracı imkanının yaranması üçün ilk növbədə kapitalın ölkə daxilində kifayət qədər əhəmiyyətli yığımına malik olmaq lazım idi. Bu cür imkan kapitalın beynəlxalq hərəkətinin təkamülünün birinci mərhələsində meydana gəlmişdir. Bu mərhələ kapitalın ilkin yığımı prosesinin bitməsindən və kapital istehsal münasibətlərinin inkişafından sonra, XVII-XVIII əsrlərin astanasında başlamış və XIX əsrin sonlarına qədər davam etmişdir.

Kapitalın beynəlxalq hərəkətinin təkamülünün ikinci mərhələsi öz başlanğıcını XIX əsrin sonlarından götürür və XX əsrin ortalarına qədər davam edir. Bu mərhələdə kapital ixracı həm sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında baş vermişdir. Beləliklə, kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir.

Kapitalın beynəlxalq hərəkətinə təsir edən amillər: İqtisadi xarakterli amillər: istehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi; həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-texniki inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur dəyişiklikləri; beynəlxalq əmək bölgüsünün dərinləşməsi; dünya iqtisadiyyatının transmilliləşməsinin artımı; istehsalın beynəlmiləlləşməsinin artımı və inteqrasiya proseslərinin inkişafı; beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının aktiv inkişafı.

Siyasi xarakterli amillər: kapital ixracının (idxalının) liberallaşdırılması (xüsusi iqtisadi zonaların, offşor zonalarının yaradılması və s.); “üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi; iqtisadi islahatların həyata keçirilməsi (dövlət müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun, kiçik biznesin dəstəklənməsi); məşğulluq səviyyəsinin dəstəklənməsi siyasətinin reallaşdırılması.

Kapitalın beynəlxalq hərəkəti göstəriciləri. Kapitalın idxalı əmsalı (Kid) – xarici kapitalın (XK) ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətini əks etdirir:   Kid = XK/ÜDM x 100% 2. Kapitalın ixracı əmsalı (Kix) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir:   Kix = İK/ÜDM x 100% 3. Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbətini əks etdirən əmsal:   Ke = XK/T(K) x 100%

Kapital ixracını həyata keçirərkən subyektlər aşağıdakılardan çıxış edirlər: əlavə gəlirin əldə edilməsi; digər subyektlər üzərində nəzarətin ələ keçirilməsi; əmtəə axınlarının qarşısına qoyulan proteksionist maneələrin aradan qaldırılması; istehsalın yeni satış bazarlarına yaxınlaşdırılması; yeni texnologiyaların əldə edilməsi (məsələn, səhm nəzarət paketinin əldə edilməsi ilə); xarici filialların yaradılması ilə istehsal sirlərinin qorunması; vergi ödəmələrinə qənaət edilməsi (xüsusilə müəssisələrin offşor zonalarda və xüsusi iqtisadi zonalarda yaradılması və ya qeydiyyatdan keçirilməsi zamanı); ətraf mühitin qorunmasına çəkilən xərclərin aşağı salınması.

Kapitalın beynəlxalq hərəkətinin formaları Mülkiyyət formasına görə: özəl; dövlət; beynəlxalq (regional) valyuta-kredit və maliyyə təşkilatlarının; qarışıq. Müddətinə görə: qısamüddətli (1-1,5 ilə qədər); ortamüddətli (1 ildən 5-7 ilə qədər); uzunmüddətli (5 ildən 40-45 ilə qədər).

Təqdim olunma formasına görə: - əmtəə; - pul; - qarışıq. İstifadə edilmə məqsədinə və xarakterinə görə: sahibkar (birbaşa və portfel investisiyaları); borc.

Kapital ixracı və idxalı Sahibkar kapitalı Borc kapitalı Birbaşa investisiyalar Portfel investisiyaları Borclar və kreditlər Bank depozitləri və digər maliyyə institutlarının hesablarında olan vəsaitlər

Birbaşa xarici investisiyalar Uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ixracatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya idarəedilməsini nəzərdə tutur. Birbaşa xarici investisiyaların tərkibinə aşağıdakılar daxil edilir: Şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları; Birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin müəssisəyə reinvestisiya edilməsi; Baş firma və onun xarici müəssisələri arasında şirkətdaxili kapital köçürmələri.

Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir. Kapitalın borc formasında hərəkəti dedikdə birbaşa xarici investisiyalar və portfel investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür.

Birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsirini aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar: Transmilli şirkətlərin qız şirkətlərinin və filiallarının yaradılması iqtisadiyyata kapital qoyuluşlarınını artımına səbəb olur ki, bu da əmək məhsuldarlığınınartımı və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır. Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir, belə ki, transmilli şirkətlərdən digər dövlətlərin daxili bazarlarına əmtəə ixracı kanalı kimi aktiv surətdə istifadə edilir. Transmilli şirkətlər filiallarının potensial zərələrini tam örtmək qabiliyyətinə malikdirlər. Əgər filialların əməliyyatları qeyri-rentabellidirsə, onda gəlirlər repatriasiya edilir və deməli, kapital qoyuluşları əldə edilmiş mənfəət hesabına özünü doğruldur.

Birbaşa xarici investisiyaların mənfi effektləri kimi aşağıdakıları göstərmək olar: 1. Yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi üzərində nəzarətin itirilməsi. 2. Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri ədalətli rəqabət əsasında daxili bazardan çıxara bilər. 3. Birbaşa xarici investisiyalar, əgər filialların istehsalı iri həcmli idxal tələb edirsə, kapitalı idxal edən ölkənin tədiyə balansına mənfi təsir göstərə bilər. 4. Uzunmüddətli perspektivdə birbaşa xarici investisiyaların dəyəri bahalaşa bilər

Portfel investisiyaları əsasən özəl sahibkarlığa əsaslanır, lakin dövlətlər də tez-tez xarici qiymətli kağızları əldə edirlər. Portfel investisiyalarının həcmi beynəlxalq sazişlərin imzalanması anına mövcud olan cari bazar qiymətləri əsasında hesablanır. Birbaşa investisiyalarda olduğu kimi, portfel investisiyalarının da təxminən 90%-i inkişaf etmiş ölkələr arasında həyata keçirilir və birbaşa investisiyaların artım tempini əhəmiyyətli dərəcədə üstələyən dinamika ilə inkişaf edir. Portfel investisiyalarının əsasən inkişaf etmiş ölkələrin daxili bazarlarında təmərküzləşməsinin səbəbləri kimi qiymətli kağızlar üzrə milli qanunvericiliyin daha aydın olmasını, bazarın infrastrukturunun daha inkişaf etmiş olmasını, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə lazımi zəmanətlərin olmasını, milli qiymətli kağızların yüksək likvidliyini göstərmək olar.

1993-cü ildən başlayaraq portfel investisiyalarının əhəmiyyətli artımı müşahidə olunur ki, bunu da aşağıdakı amillərin təsiri ilə izah etmək olar: Maliyyə bazarlarının qloballaşması və liberallaşması maliyyə kapitallarının daha az xərclə daha azad hərəkətinə şərait yaratmışdır; Əksər inkişaf etməkdə olan bazarlarda makroiqtisadi vəziyyətin yaxşılaşması bu ölkələrə portfel investisiya yatırımlarının inkişaf etmiş ölkələrə nisbətən daha sürətlə artımına gətirib çıxarmışdır; Dünya üzrə əlverişli makroiqtisadi vəziyyət faiz dərəcələrinin aşağı düşməsinə və beynəlxalq maliyyə bazarlarının likvidliyinin güclənməsinə şərait yaratmışdır; Yığımların institusionallaşması və aktivlərin peşəkar surətdə idarə edilməsi səviyyəsinin artımı maliyyə sazişlərinin əməliyyat xərclərinin aşağı düşməsi ilə nəticələnmişdir; Kommunikasiya və informasiya texnologiyaları sferasında əhəmiyyətli tərəqqi xarici ölkələrə və şirkətlərə iri həcmli informasiyanı daha operativ surətdə ötürməyə imkan yaratmışdır.

Dünya borc kapitalı bazarı dünya təsərrüfatının ölkələri (sosial-iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq) arasında borc kapitalının akkumulyasiyası və yenidən bölgüsü üzrə münasibətlər sistemidir. Praktikada bu bazar üç səviyyə bazarların – milli, regional və dünya bazarlarının vəhdəti və qarşılıqlı fəaliyyəti kimi əks olunur. Dünya kredit bazarı ölkələr arasında müddət, geriyə qaytarma və faiz ödəmələri şərtləri əsasında kapitalın hərəkətinin həyata keçirildiyi dünya borc kapitalı bazarının xüsusi seqmentidir. Bu bazar iki altseqmentdən – dünya pul bazarından və dünya kapital bazarından ibarətdir ki, onlar da müəyyən xüsusiyyətlərə malikdirlər

Dünya borc kapitalı bazarı Dünya kredit bazarı Dünya maliyyə bazarı Dünya pul bazarı Dünya kapital bazarı Avrovalyuta bazarı Avrokredit bazarı İlkin maliyyə bazarı Təkrar maliyyə bazarı Avromaliyyə bazarı Avrobazar

Ədəbiyyat Elsenbagırzade.wordpress.com Cəlil Kərimov, Ayaz Orucov – Beynəlxalq iqtisadi münasibətlər. Bankir.az Ekonomiks.az