Mətn və cümlələrlə əlaqədar sual tipləri Statistik təhlil, diaqram və qrafik təhlili ilə əlaqədar suallar
Mətn və cümlələrlə əlaqədar sual tipləri I. Cümlələrlə əlaqədar suallar I.1. Cümləni tamamlama və ya cümləyə uygun olmayan ifadəni tapmaq I.2. Yaxın mənalı cümlələri tapmaq. I.3. Verilmiş cümləyə mənaca yaxın olan cümləni tapmaq. I.4. Verilmiş cümlədən çıxan dəqiq nəticəni tapmaq. I.5. Cümlə qurmaq II. Paraqraflarla (qısa mətnlər) əlaqədar suallar II.1. Mətnin məna bütövlüyünü pozan cümləni tapmaq II.2. Mətnin məna bütövlüyünü və axıcılıgını təmin etmək üçün cümlələrin yerdəyisməsi II.3. Paraqrafda əsas düsuncə , paraqrafdan çıxan əsas nəticə və ya çıxa bilməyən nəticə III. Məntiqi əlaqələr və mühakimə yürütməklə əlaqədar mətnlər
Mətn və cümlələrlə əlaqədar sual tipləri I Mətn və cümlələrlə əlaqədar sual tipləri I. Cümlələrlə əlaqədar suallar I.1. Cümləni tamamlama və ya cümləyə uygun olmayan ifadəni tapmaq Bir çox şagirdin nailiyyət əldə etməsinə ən böyük maneə imtahan stresidir. Yüngül stress ............. üçün faydalıdır. Amma ............... qorxuya keçir. Boşluqlara uyğun gələn variantı seçin. A) qərarsızlığa səbəb olduğu, çox çalışmaq B) çətinliyə səbəb olacağı, həyacan C) ruhlandırmağa səbəb olduğu, özünə inam D) diqqəti artırdığı, həddini aşdıqda E) həmişə olduğu, zaman keçdikcə
Mətn və cumlələrlə əlaqədar sual tipləri I Mətn və cumlələrlə əlaqədar sual tipləri I. Cümlələrlə əlaqədar suallar I.1. Cümləni tamamlama və ya cümləyə uygun olmayan ifadəni tapmaq Şeirimin mükafat almasını əlbəttə ki, çox istəyərdim, amma ......... Aşağıda fikirlərdən hansı verilən cümlənin məntiqi axıcılığına uyğun deyil? A) jüri mənim kimi düşünmürdü B) mənim şeirimdən daha yaxşı şeirlər var idi C) mən şairlər yetisdirən bir xalqa mənsubam D) şeirim finala belə qalmadı E) istəmək mükafat almağa yetmirdi
Yuxarıda nömrələnmiş cümələlərdən hansıları mənaca bir-birinə daha Mətn və cumlələrlə əlaqədar sual tipləri I. Cümlələrlə əlaqədar suallar I.2. Yaxın mənalı cümlələri tapmaq Susmaq bəzən danışmaqdan daha güclü bir etiraz şəklidir. Çox danışan insanlar müəyyən bir vəziyyətə lazım olduğu şəkildə etiraz edə bilməzlər. Bəzi vaxtlar, müəyyən vəziyyətlərə etiraz etmənin ən yaxşı yolu susmaqdır. Etirazımızı susaraq dilə gətirmək, sözün təsir gücündən istifadə etməmizi əngəlləyir. Dinləməyi bacarmayan birini, başqaları da dinləməz. Yuxarıda nömrələnmiş cümələlərdən hansıları mənaca bir-birinə daha yaxındır? A) I və II B) I və III C) II və IV D) III və V E) IV və V
Mətn və cumlələrlə əlaqədar sual tipləri I Mətn və cumlələrlə əlaqədar sual tipləri I. Cümlələrlə əlaqədar suallar I.3. Verilmiş cümləyə mənaca yaxın olan cümləni tapmaq. İnsanlar sizdən onları tənqid etməyinizi istədiklərində belə, həqiqətdə sizdən onları təqdir etməyinizi gözləyirlər. Aşağıdakılardan hansı mənaca bu cümləyə yaxındır A) İnsanların xətalarını onların üzlərinə demək doğru deyil. B) Qürurlu insanların başqalarını bəyənməməsi təbiidir. C) Təriflənməkdən xoşu gələn insanlar kamil insanlar deyil. D) İnsanlar onların əksik tərəflərindən çox, bəyənilən tərəfləri haqqında danışılmasını xoşlayırlar. E) İnsanların tərifəlayiq davranışlarını təqdir etmək lazımdır.
Bu cümlədən çıxan dəqiq nəticə aşağıdakılardan hansıdır? Mətn və cumlələrlə əlaqədar sual tipləri I. Cümlələrlə əlaqədar suallar I.3. Verilmiş cümlədən çıxan dəqiq nəticəni tapmaq Xəstənin son müayinələrində, onun vəziyyətinin yaxşıya doğru getdiyi aydın olmuşdur. Bu cümlədən çıxan dəqiq nəticə aşağıdakılardan hansıdır? A) Xəstəyə başqa müayinələr də aparılmışdır B) Xəstədə bir çox xəstəliklər aşkar edilsə də vəziyyəti normallaşır C) Xeyli vaxtdır xəstə müalicə olunur D) Müalicənin aparıldığı xəstəxana müasir müalicə metodlarını tətbiq edir E) Xəstəliklə əlaqədar yeni dərmanlar daha effektiv təsir gücünə malikdir
Mətn və cumlələrlə əlaqədar sual tipləri I Mətn və cumlələrlə əlaqədar sual tipləri I. Cümlələrlə əlaqədar suallar I.5. Cümlə qurmaq həm stresi azalar, həm də nailiyyət qazanmaq şansini artirir hər hansı problemlə qarşılaşan şəxs emosional və zehni enerjisini vəziyyətdən şikayət etmə və heyfsilənmək yerinə problemi necə həll edəcəyinə yönəldərsə Yuxarıdakı ifadələrdən mənalı bir cümlə qurmaq üçün, ifadələrin sıralanma ardıcıllığı aşağıdakılardan hansıdır? A) II – IV – V – III – I B) III – V – IV – II – I C) II – IV – III – V – I D) IV – V – III – I – II E) IV – II – III – V – I
Mətn və cumlələrlə əlaqədar sual tipləri I I Mətn və cumlələrlə əlaqədar sual tipləri I I. Paraqraflarla (qısa mətnlər) əlaqədar suallar II.1. Mətnin məna bütövlüyünü pozan cümləni tapmaq Aşağıdakı cümlələr ardıcıllıqla oxunduğu zaman nömrələnmiş cümlələrdən hansı paraqrafın məna bütövlüyünü pozur? (I) Avstriya şəhərləri, kəndləri, qəsəbələri meşələrin içərisində və ya meşələrə bitişik halda gözəl və məğrur görünür. (II) Küçələrində gəzdiyiniz zaman yüzlərlə il əvvəlki mənzərələrlə bugünün modern həyatını birlikdə yaşayırsınız. (III) İnsanlar və heyvanlar bitmək tükənmək bilməyən yaşıllıqlarla qucaq-qucağa yaşayırlar. (IV) Geniş magistral yollar ya çox sıx meşələrin içindən ya da yam-yaşıl tarlalar, ovalıqlar və dağlar arasından keçir. (V) Qayalıqlar üstündə, onların çatları və yarıqları arasında belə gözəl şam ağacları... A) I B) III C) IV D) V E) II
Mətn və cumlələrlə əlaqədar sual tipləri I I Mətn və cumlələrlə əlaqədar sual tipləri I I. Paraqraflarla (qısa mətnlər) əlaqədar suallar II.1. Mətnin məna bütövlüyünü pozan cümləni tapmaq Aşağıdakı cümlələr ardıcıllıqla oxunduğu zaman nömrələnmiş cümlələrdən hansı paraqrafın məna bütövlüyünü pozur? (I) Ətraf mühit – insan və ya başqa bir canlının yaşadığı müddətdə əlaqələrini davam etdirdiyi xarici mühitdir. (II) Hava, su, torpaq ətraf mühitin fiziki ünsürləri, insanlar, heyvanlar, bakteriya və göbələklər isə bioloji ünsürləridir. (III) İnsanın xarakterinin formalaşmasında ailədən sonrakı ən önəmli faktor ətraf mühitdir. (IV) Təbiətdəki canlıların öz aralarındakı və ətraf mühitə olan münasibəti, canlıların sağlam inkişafına imkan verirsə, təbii tarazlıq qorunur demək olar. (V) Əksinə bir vəziyyət bu tarazlığın pozulduğunu göstərir. A) V B) II C) I D) III E) IV
Mətn və cumlələrlə əlaqədar sual tipləri I I Mətn və cumlələrlə əlaqədar sual tipləri I I. Paraqraflarla (qısa mətnlər) əlaqədar suallar II.2. Mətnin məna bütövlüyünü və axıcılığını təmin etmək üçün cümlələrin yerdəyisməsi I. Belə böyük bir dənizin bu qədər dayaz olmasına inanmaq çətindir. II. Xəzərin sanki açıq dənizlərlə əlaqəsinin olmamasından başqa, bir əksiyi oxdur. III. Xəritəyə baxdığımız zaman Xəzər dənizinin Qara dəniz qədər böyük olduğunu görə bilərsiniz. IV. Bu dənizin ən dərin yeri bilirsinizmi nə qədərdir? Sadəcə 200 metr. V. Ancaq Xəzər sahəsinin böyüklüyünə baxmayaraq böyük bir su kütləsi sayılmır. Yuxarıdakı cümlələr mənalı və məntiqi bir ardıcıllıqla sıralandıqda son cümlə hansı olar ? A) I B) II C) III D) IV E) V
Mətn və cumlələrlə əlaqədar sual tipləri I I Mətn və cumlələrlə əlaqədar sual tipləri I I. Paraqraflarla (qısa mətnlər) əlaqədar suallar II.3. Paraqrafda əsas düsuncə , paraqrafdan çıxan əsas nəticə və ya çıxa bilməyən nəticə İlk avtomobil yaranan vaxtı avtomobillərə kifayət qədər çox tələb var idi. Bunun səbəbi avtomobillərin indiki kimi imkanlılıq simvolu deyil, at arabaları ilə müqayisədə sürət və gücü ilə yaratdığı rahatlılıqlar idi. Xalqın bu böyük marağını görən Henri Ford tez və istehsalı ucuz başa gələn bir növ və bir rəngdə “T” modeli istehsal etdi. Mətndə verilənlərə əsasən aşağıdakı fikirlərdən hansı deyilə bilməz? A) İstehlakçıların avtomobil alma imkanlarının yeterli olması. B) Avtomobilə sahib olanların fərqli bir statusa sahib olmasını. C) Avtomobillərin insanların daha rahat yaşamalarına imkan verməsi. D) Avtomobil istehsalının ona tələbin qarşılığında zəif olması. E) Texnologiyanın gündəlik həyatın ayrılmaz bir hissəsi olduğu.
Mətn və cumlələrlə əlaqədar sual tipləri I I Mətn və cumlələrlə əlaqədar sual tipləri I I. Paraqraflarla (qısa mətnlər) əlaqədar suallar II.3. Paraqrafda əsas düsuncə, paraqrafdan çıxan əsas nəticə və ya çıxa bilməyən nəticə İstedadlı olmaq bir səhifə deyil 300 səhifə yazmaqdır. Hər hansı bir yazıçının yaza bilməyəcəyi heç bir roman yoxdur, təcrübəsiz bir yazıçı da gözəl bir cümlə qura bilər. Bundan sonra sadəcə qələmi götürüb səbrlə kağızı doldurmaq qalır. Güclü olanlar heç bir zaman işi yarımçıq buraxmazlar, masa arxasında oturar, tərləyərlər, amma sona qədər gedərlər. Heç bir vəchlə işə başlaya bilməyən tənbəllərlə istedadlı yazıçıları ayıran budur. Yuxarıdakı mətnə əsasən aşağıdakı nəticələrdən hansına gəlmək olmaz? A) Roman yazmaq üçün çox istedadlı olmağa gərək yoxdur. B) Çox yazmaq istedadın çoxluğuna dəlalət edər. C) Mübarizə əzmi olanlar güclüdür. D) Tənbəllər işə başlamağa ərinirlər. E) İstedad varsa, çox zəhmət çəkmədən də sənətkar olmaq olar.
Mətn və cümlələrlə əlaqədar sual tipləri I I Mətn və cümlələrlə əlaqədar sual tipləri I I. Paraqraflarla (qısa mətnlər) əlaqədar suallar II.3. Paraqrafda əsas düsuncə, paraqrafdan çıxan əsas nəticə və ya çıxa bilməyən nəticə Bir romanın dəyəri, yalnız onu digər çox oxunan romanlarla müqayisə etdikdə ortaya çıxar, çünki heç bir roman ayrılıqda, bir dəyərə malik deyil. Aşağıdakılardan hansı mətndə bildirilən fikri ifadə edir? A) Uğulu bir roman ilk oxunuşda dəyərlədirilə bilməz, onu bir neçə dəfə oxumaq lazım gəlir. B) Hazırki romanlar köhnə romanları unutdura bilərsə uğurlu sayıla bilər. C) Roman oxumağı vərdiş halına gətirmiş bir şəxs, romanın dəyərini ilk oxuduğu zaman müəyyən edər. D) Bir romanın dəyəri, uğurlu romanlarla müqayisə edilərək aşkar oluna bilər. E) Bir roman digər romanlarla müqayisə edilmədikcə dəyərinin nə olduğu ortaya çıxmaz.
Mətn və cumlələrlə əlaqədar sual tipləri III Mətn və cumlələrlə əlaqədar sual tipləri III. Məntiqi əlaqələr və mühakimə yürütməklə əlaqədar mətnlər Masanın üstündə qırmızı, yaşıl və sarı rəngdə üç zərf var. Bu zərflərdən birinə şəkil, o birinə məktub, digərinə isə ərizə qoyulacaq. şəkil yaşıl zərfə qoyulsa, sarı zərfə mütləq məktub qoyulacaq; qırmızıya məktub qoyulsa, yaşıla ərizə qoyulacaq; şəkil qırmızıya qoyulsa, yaşıla ərizə qoyulacaq. Bu şərtləri nəzərə almaqla, əgər sarı zərfə ərizə qoymaq istəsək, aşağıdakılardan hansı mütləq doğrudur? A) şəkil yaşıl zərfə qoyular B) məktub qırmızıya qoyular C) qırmızıya şəkil qoyular D) məktub yaşıla qoyular E) bu hal şərtlərlə ziddiyət təşkil edir
Mətn və cumlələrlə əlaqədar sual tipləri III Mətn və cumlələrlə əlaqədar sual tipləri III. Məntiqi əlaqələr və mühakimə yürütməklə əlaqədar mətnlər K, L, M, S və T şəhərləri haqqında bunlar məlumdur : - K-nın ərazisi L-dən böyük, əhalisinin sayı S-dən çoxdur; - S-in əhalisi M-dən çox, ərazisi L-dən kiçikdir; - M-in ərazisi K-dan, əhalisi isə T-dən azdır; - K-nın əhalisi T-dən və L-dən çoxdur. Bu məlumatlara görə, aşağıdakılardan hansılar mütləq doğrudur? S-in əhalisi T-dən çoxdur; Ən çox əhalisi olan şəhər K-dır; M ərazisi ən kiçik olan şəhərdir; Ən az əhalisi olan şəhəri tapmaq olmaz; M-in əhalisi L-dən azdır. A) 1,5 B) 2,4 C) 3,5 D) 1,4 E) 2,3
Mətn və cumlələrlə əlaqədar sual tipləri III Mətn və cumlələrlə əlaqədar sual tipləri III. Məntiqi əlaqələr və mühakimə yürütməklə əlaqədar mətnlər Aşağıdakı sualları verilmiş mətnə əsasən cavablandırın. Memar bir evi aşağıdakı şərtlər daxilində dekorasiya edəcək : Divarlar mavi rəngdə boyansa, xalılar yaşıl, ya da sarı olacak ; Divarlar boz rəngdə boyansa, xalılar qəhvəyi və ya boz olacaq ; Divarlar yaşıl boyansa, xalılar mütləq boz olacaq ; Divarlar narıncı rəngdə boyansa, xalılar sarı ya da boz olacaq ; Divarlar sarı rəngdə boyansa, xalılar boz ya da yaşıl olacaq ; 1.Yerə boz rəngli xalı döşənmişsə divarların hansı rəngdə boyanması mümkün deyil ? A) mavi B) boz C) yaşıl D) narıncı E) sarı 2. Divarların və xalıların eyni rəngdə olması hansı rəngdən istifadə etdikdə mümkündür? A) mavi B) yaşıl C) narıncı D) sarı E) boz 3. Aşağıdakı rənglərdən hansılarl eyni vaxtda bir otaqda istifadə olunmaz ? A) mavi – sarı B) yaşıl – sarı C) narıncı – boz D) yaşıl – narıncı E) qəhvəyi – boz
Mətn və cumlələrlə əlaqədar sual tipləri III Mətn və cumlələrlə əlaqədar sual tipləri III. Məntiqi əlaqələr və mühakimə yürütməklə əlaqədar mətnlər Eyni keyfiyyətdə olmayan X, Y, Z, T və U şamları eyni anda yandırıldıqda müxtəlif vaxtlarda qurtarır. Ən uzun müddətdə yanan şam daha keyfiyyətlidir. Z şamının yanma vaxtı, T və U şamlarından daha uzundur. Keyfiyyətli şamlar daha bahalıdır. X şamının keyfiyyəti yalnız Y-dən aşağıdır. Z-dən sonra daha keyfiyyətli şam U-dur. 1) Aşağıdakı şamlardan hansı daha ucuzdur? A) X B) Y C) Z D) T E) U 2) Z və T şamları eyni anda yandırıldıqdan bir müddət sonra X, Y, U şamları eyni zamanda yandırılarsa, hansı 2 şam eyni anda qurtara bilər? A) X və Z B) Y və T C) U və Z D) X və T E) Y və Z 3) Şamların hamısı eyni anda yandırılsa, 4-cü hansı şam qurtarar? A) X B) Y C) Z D) T E) U 4) Aşağıdakı şamlardan hansı daha uzun müddət yanır? A) X B) Y C) Z D) T E) U T<U<Z<X<Y
Mətn və cumlələrlə əlaqədar sual tipləri III Mətn və cumlələrlə əlaqədar sual tipləri III. Məntiqi əlaqələr və mühakimə yürütməklə əlaqədar mətnlər Məşhur bir rəssəmın əsərlərinin sərgiləndiyi bir rəsm qaleriyasında, əsərlər 6 ayrı salona yerləşdirilmiş və salonlar A, B, C, D, E və F kimi adlandırılmışdır. Sərgini hazırlayanlar, ziyarətlərin daha səmərəli keçməsi üçün salonlar arası keçidləri müəyyən qaydalara əsasən düzəldiblər. Sərgiyə hər salondan giriş var. Çıxış isə yalnız B və E salonlarındandır. Salonlar arası keçid bir istiqamətlidir. A salonundan yalnız F və C salonlarına keçid var. F salonundan yalnız D salonuna, C salonundan yalnız B salonuna keçid var. D salonundan yalnız E salonuna, E salonundan isə yalnız B və C salonlarına keçid var. 1) Bütün salonları gəzmək istəyən bir ziyarətçi salonlardan hansı ardıcıllıqla keçməlidir. A) A – C – B – D – E – F B) A – C – D – F – B – E C) A – F – D – E – C – B E) A – F – D – C – B – E E) A – F – C – B – D – E 2) Sərgiyə F salonundan girən bir ziyarətçi üçün aşağıdakılardan hansı mütləq səhvdir? A) A salonunu ziyarət edib B) D salonunu ziyarət edib C) C salonunu ziyarət edib D) E salonundan çıxıb E) B salonundan çıxıb Növbəti
A) F salonunu ziyarət edib B) C salonunu ziyarət edib Məşhur bir rəssəmın əsərlərinin sərgiləndiyi bir rəsm qaleriyasında, əsərlər 6 ayrı salona yerləşdirilmiş və salonlar A, B, C, D, E və F kimi adlandırılmışdır. Sərgini hazırlayanlar, ziyarətlərin daha səmərəli keçməsi üçün salonlar arası keçidləri müəyyən qaydalara əsasən düzəldiblər. Sərgiyə hər salondan giriş var. Çıxış isə yalnız B və E salonlarındandır. Salonlar arası keçid bir istiqamətlidir. A salonundan yalnız F və C salonlarına keçid var. F salonundan yalnız D salonuna, C salonundan yalnız B salonuna keçid var. D salonundan yalnız E salonuna, E salonundan isə yalnız B və C salonlarına keçid var. 3) Sərgiyə D salonundan girən bir ziyarətçi üçün aşağıdakılardan hansı mütləq doğrudur? A) F salonunu ziyarət edib B) C salonunu ziyarət edib C) Ən az 2 salonu ziyarət edib D) E salonundan çıxıb E) 5 salonu ziyarət edib 4) Sərgiyə C salonundan girən bir ziyarətçi üçün aşağıdakılardan hansı doğrudur? A) Ən az 3 salonu ziyarət edib B) Ən çox 4 salonu ziyarət edib C) E salonundan çıxıb D) F salonunu ziyarət edib E) B salonundan çıxıb
Statistik təhlil , diaqram və qrafik təhlili ilə əlaqədar suallar Aşağıdakı sualları verilmiş cədvələ əsasən cavablandırın Cədvəldə tələbələrin idman yarışlarında kurslar üzrə iştirak sayı və faizi göstərilmişdir. 1. Yarışda iştirak edən tələbələrin ümumi sayını : “ t “ – ni təyin edin edin. A) 450 B) 750 C) 1200 D) 1800 E) Təyin etmək mümkün deyil 2. Yarışda neçə nəfər 4 – cü kurs tələbələsi iştirak etmişdir ? A) 360 B) 420 C) 630 D) 800 E) Təyin etmək mümkün deyil
Statistik təhlil , diaqram və qrafik təhlili ilə əlaqədar suallar Aşağıdakı cədvəldə supermarketdə A, B, C, D və E meyvələrinin bir aydakı satış miqdarı və satış məbləğləri verilmişdir. 1) Qiyməti ən aşağı olan meyvə hansıdır? A) A B) B C) C D) D E) E 2) Qiyməti ən yüksək olan meyvə, ən ucuz meyvədən neçə faiz bahadır? A) 150 B) 200 C) 250 D) 300 E) 400 Meyvə Məbləğ (AZN) Satış miqdarı (kq) A 7200 3600 B 4800 1200 C 10000 D 16500 5500 E 4200 1400
Statistik təhlil, diaqram və qrafik təhlili ilə əlaqədar suallar 29 nəfərlik sinifdəki eynəkli və eynəksiz şagirdlərin sayı cədvəldəki kimidir 1) Sinifdə eynəkli şagirdlərin sayı, eynəksiz şagirdlərin sayından 11 nəfər az olarsa eynəksiz oğlanların sayını tapın. A) 5 B) 6 C) 7 D) 8 E) 9 2) Sinifdəki eynəkli qız sayı 3 nəfər azalıb, eynəksiz oğlan sayı 9 nəfər artarsa, qız şagirdlərin sayının oğlan şagirdlərin sayına nisbətini tapın. A) 1/3 B) 2/3 C) 3/4 D) 1 E) 5/4
Statistik təhlil , diaqram və qrafik təhlili ilə əlaqədar suallar Yarışda iştirak edən bir heyət, çəkiləri 60, 65, 70, 75, 80, 85 və 90 kq olan idmançılardan ibarətdir. Aşağıdakı diaqram idmançıların müəyyən qruplar şəklində çəkilərini göstərir. 1) Heyətdə neçə idmançı var? A) 42 B) 38 C) 36 D) 40 E) 44 2) İdmançıların orta çəkisini tapın. A) 60 B) 70 C) 75 D) 80 E) 85
Statistik təhlil , diaqram və qrafik təhlili ilə əlaqədar suallar Idman yarışında 15 ölkədən bir kişi və bir qadın idmançıdan ibarət cütlüklər iştirak edir. Aşağıdakı diaqramda X oxu qadınların, Y oxu isə kişilərin yaşlarını göstərir. Cütlüklərin yaş uyğunluqlarını ifadə edən nöqtələr y=x düsturu ilə verilən qrafik boyunca dağılmışdır. Aşağıdakı sualları verilmiş diaqram əsasında cavablandırın. 1) A ölkəsindən iştirak edən kişi idmançı 25 yaşındadırsa, qadın idmançının yaşı haqqında aşağıkadılardan aşağıdakılardan hansı doğrudur? A) kişi idmançıdan yaşca böyükdür B) 27 yaşındadır C) Kişi idmançıdan yaşca kiçikdir D) 25 yaşındadır E) Kişi və qadın idmançı arasındakı yaş fərqi kifayət qədər çoxdur. 2) Cütlüklərin neçə faizində kişilər qadınlardan yasca böyükdür ? A) 26,7% B) 33,3% C) 40% D) 60% E) 66,7%
Statistik təhlil , diaqram və qrafik təhlili ilə əlaqədar suallar Aşağıdakı cədvəldə, A, B və C mobil telefon operatorlarının danışıq tarifləri verilmişdir 1) Operatorlar, danışıq vaxtı xaricində heç bir ödəmə tələb etmirsə, A abonenti ilə 15 dəqiqə, B abonenti ilə 10 dəqiqə və ev telefonları ilə 30 dəqiqə danışan B abunəçisi neçə manat ödəyər? A) 15 B) 20 C) 25 D) 30 E) 35 2) Əgər B operatoru abunə haqqı olaraq 10 AZN, C operatoru isə 5 AZN alırsa, 30 dəqiqə danışan B və C abunəçilərinin ödədikləri məbləğlər arasındakı fərq ən çox neçə manat olar? A) 6 B) 7 C) 8 D) 9 E) 10 3) Sadəcə ev telefonları ilə danışan A və B abunəçiləri 42 AZN ödəmişlər. A və B operatorlarının danışıq müddəti xaricində hər hansı bir ödəmə tələbi yoxdur. A və B abunəçilərinin danışdıqları vaxt eyni olarsa, onlar neçə dəqiqə danışmışlar? A) 50 B) 80 C) 60 D) 70 E) 90 Operatorlar A B C Danışıq haqqı (qəpik/dəqiqə) Şəbəkə daxili 35 20 50 Ev telefonlarına 40 30 60 Digər şəbəkələrə 45 70
Statistik təhlil, diaqram və qrafik təhlili ilə əlaqədar suallar Aşağıdakı cədvəllərin birincisində müxtəlif çərəzlərdən təşkil olunmuş x, y və z qarışıqlarında fıstıq, fındıq, günəbaxan tumu, kişmiş və noxudun faiz miqdarları, ikincisində isə çərəzlərin qiymətləri verilmişdir. Verilmiş cədvəllər əsasında aşağıdakı sualları cavablandırın. Çərəzlərin qarışıqlardakı faiz miqdarları (%) Çərəzlərin qiymətləri (AZN / kq) Qarışıq Fıstıq Fındıq Günəbaxan tumu Kişmiş Noxud x 20 10 25 30 15 y z 5 45 Çərəz Fıstıq Fındıq Günəbaxan tumu Kişmiş Noxud Qiymət 4 6 1 2
Statistik təhlil, diaqram və qrafik təhlili ilə əlaqədar suallar 1) x qarışığının 5 kq-ı neçə manatdır? A) 14 B) 14,75 C) 14,25 D) 15 E) 15,75 2) Fındığın qiyməti 30% azaldılsa, günəbaxan tumunun qiyməti 1 AZN və fısdığın qiyməti 20% artırılsa y qarışığındakı qiymət fərqi necə olar? A) 0,27 AZN artar B) 0,17 AZN azalar C) 1,7 AZN artar D) 0,17 AZN artar E) 0,33 AZN azalar