“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.

Slides:



Advertisements
Benzer bir sunumlar
Baki səhəri Sabunçu Rayonu 255 sayli Tam orta məktəbin
Advertisements

Iqtisadi sistemlərin idarə edilməsində korrelyasiya və reqressiya təhlili metodunun tətbiqi Plan. Sistemlərdə asılılıqların tipləri. Funksional asılılıqlar.
BREND KOMMUNIKASIYALAR
I MÖVZU: İQTİSADIN ON PRİNSİPİ Azərbaycan Universiteti
Rəqabətli Bazarda Firmalar
CanSat Azerbaijan 2018 müsabiqəsi İlkin Hesabat Sənədi (PDR)
Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi
Axtarış sistemləri haqqında qısa məlumat
Silindr Bakı şəhəri, Xətai rayonu
müəllim: İsmayılova Sevda
Fəal təlimim tətbiqinə dair metodik tövsiyə
27 Maliyyənin əsasları.
nəticələr və tövsiyyələr IBP-nin yerli eksperti
Proqram təminatI Komputerin proqram təminatı-təlimatlar yiğimindan ibarət olub,komputeri idarə edir və onun köməyi iləlazim olan məsələni həll edir. Proqram.
Yaşayış Minimumunun Ölçülməsi
Microsoft® Office Word 2007 Təlim Kursu
Nizami rayonu 312 saylı orta məktəb
Fizika Şəki şəhər Ə.Məmmədov adına Orta Zəyzid kənd 2N-li
Hazirladi: Kürdəmir rayon Pirili kənd tam orta məktəmin Riyaziyyat və İnformatika müəllimi Mütəllim Mütəllimov.
Daş dövrünün hesabı. = Vahid say sistemi (unar)
“CanSat Azerbaijan 2018" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
4 sinfi Əsgərova Aynurə Gəncə şəhəri M.P.Vaqif adına
Azərbaycan Dövlət İqtisad Universiteti
Şəmkir şeher Nizami Gəncəvi adına tam
Mənəvi keyfiyyətlər Lovğalandıqca xəcalətlilik artır.
Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
İqtisadi qeyri-müəyyənlik və risk şəraitində optimal qərarların qəbulu modelləri План. Игтисади sistemlərdə мцнагишяли вязиййятляр və onların xarakteristikaları.
İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ
Təşkilati Elementlər və Konseptsiyalar
İstehlakçılar, İstehsalçılar və Bazarların Səmərəliliyi
Uçuşların meteoroloji təminatının avtomatlaşdırılması
? Bir kərə yüksələn bayraq,birdaha enməz.
Əliyeva Aygün. Yasamal rayonu 175 saylı məktəb.
Hava kütlələri Mühazirəçi: Hacıyev Aqil.
Kauko Hämäläinen və Rait Toompere
Xətti proqramlaşdırmada qoşmalıq.
Atmosferin ümumi dövranı
Sinif:V Fənn: İnformatika
Əməyin ödənilməsinin təşkili və idarə edilməsi
Həyatınızı onsuz necə təssəffür edirsiniz?
PASCAL`DA OPERATORLAR
HESABLAMA TEXNİKASININ TARİXİ O, NƏDİR Kİ, TARİXİ QƏDƏR QƏDİM
İstehlakçı seçimi nəzəriyyəsi
OĞUZ RAYON XAÇMAZ KƏND Z. ABIŞOV ADINA ÜMUMİ ORTA MƏKTƏB
İnformasiyanı ötürmə vasitələri
Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin
Uşaqlar kompyuterdən hansı yaşda istifadə etməli?
Həyat bilgisi Ismayılova Sevda
Qeyri-xətti proqramlaşdırma məsələsi. Plan
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
Cəbr və analizin başlanğıcı dərsi – təqdimat.
Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri
3 sinif Alqoritm Alqoritmin xassələri Hazırladı: Rəcəbova K.
QHT-lərə Dövlət Dəstəyinin İnstitusional Mexanizmləri
Internet Nedir? İnternet — bir neçə kompüterlər sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin ŞAGİRDİ
Doğru və yalan mülahizələr
Proqram təminatının təsnifatı
MÖVZU: “DOGRU VƏ YALAN”
Yosunlar İmişli şəhər.A.Eminov adına 7 saylı tam orta məktəb.
Gəncə şəhəri 37 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Hüseynova Gülsüm Gəncə şəhəri 37 №-li tam orta məktəb Hüseynova.
Bakı şəhəri N.Nərimanov rayonu, 39 №-li tam orta məktəbin İnformatika müəllimi Mövsümova Kifayət Ramiz qızı.
2017.
Bazar gücləri: tələb və təklif
Biologiya müəllim: İsmayılova Sevda Dərsin metodu: İnteraktiv
Həyat bilgisi 5 İsmayılova Sevda Dərsin metodu: İnteraktiv
Qaydalar Sualların hər birinə 1 dəqiqə vaxt verilir
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hacıqabul rayonu 2 saylı tam orta məktəbin fizika müəllimi Nəhmədova Aidə FİZİKA 8 ci sinif.
MÖVZU: SONU “ ” və “ ” İLƏ BİTƏN ÇOXHECALI SÖZLƏRİN TƏLƏFFÜZÜ
Sunum transkripti:

“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI IV gün

Motivasiya. Problemin qoyuluşu. Sövqetmədir Dərsin ilk mərhələsidir ? Üç yolla qurulur Dərsin əsas mərhələsidir

Tədqiqat sualları: Motivasiya nədir? Motivasiyanın hansı xüsusiyyətləri var?

Motivasiya Motivasiya – hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir. Motivasiya - fəal dərsin vacib komponenti olub, təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

Motivasiyanın yaradılması yolları 1. Rəmzi (simvolik) materialın şərhi (bu, rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”) 2. Sual verməyə həvəsləndirmə. Təfəkkür prosesinin aktuallaşdıran sualların 3 növü mövcuddur: Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar: “. . . haqqında biz nəyi bilirik və nəyi bilmirik? . . . haqqında daha nələri bilmək istərdik?” Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir. Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqata uyğun olanlarını seçib ayırırlar. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin. Açıq suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur. Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir («açar» sözlər: xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə , əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.). 3. Problemin müxtəlif yollarla həll edilməsi (məsələn, müxtəlif yollarla təsnif edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli səbəbinin olması).

Motivasiyanın düzgün qiymətləndirilməsi meyarları: motivasiyanın məqsədəuyğunluğu, motivasiya nəticəsində problemin və müxtəlif fərziyyələrin yaranması, motivasiyanın yığcamlığı - qısa vaxt ərzində həyata keçirilməsi, onun hazırlanmasına müəllimin az vaxt və qüvvə sərf etməsi, uşaqlar tərəfindən orta çətinliklə dərk edilməsi, onların yaş və bilik səviyyəsinin nəzərə alınması.

Yönəldici suallar: Fəal dərsin birinci elementi olan motivasiyanı həyata keçirmək nə üçün lazımdır? Dərsdə tədqiqat sualının hansı rolu var? Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir?

Nümunə Standartlar : 3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərni təsvir edir. Təlim məqsədi: 1. Dünya xalqlarını dil, irq və dini baxımından fərqləndirir. 2. Dünya xalqlarının xüsusiyyətlərini dil, irq və dini baxımdan izah edir. Mövzu: Dünya xalqlarının xüsusiyyətləri

Nümunə Motivasiya. Problemin qoyuluşu. Dərsin girişində müəllim sinfə aşağıdakı şəkilləri nümayiş etdirir. Sonra “Şəkildə gördüyünüz insalar bir-birindən nə ilə fərqlənirlər?” sualı ilə müraciət edir. Şagirdlərin cavabları qeyd olunur, ümumiləşdirmə aparmadan yönəldici suallar verilir. “Niyə dünya xalqları bir-birindən fərqlənirlər?, Niyə biz digər xalqların danışdıqlarını başa düşmürük?, Nə üçün insanların inancları fərqlidir?” Şagirdlərin fərziyyələri dinlənilir, suallara verdikləri cavabları ümumiləşdirməklə mövzunun tədrisinin həyati əhəmiyyəti bir qədər də aktuallaşdırılır. Tədqiqat sual: Dünya xalqları hansı xüsusiyyətlərinə görə bir-birindən fərqlənir?

Tapşırıq: I qrupa “rəmzi (simvolik) materialın şərhi əsasında” motivasiyanın qurulması tapşırılır. II qrupa “sual verməyə həvəsləndirmə” yolu ilə motivasiyanın qurulması tapşırılır. III qrupa “problemin müxtəlif yollarla həll edilməsi” ilə motivasiyanın qurulması tapşırılır.

Ümumiləşdirici suallar: Tədqiqat işini apardıqdan sonra dərsdə nə baş verir? Dərsdə nətəcələri necə çıxartmaq olar? Ümumiləşdirməni hansı şəkildə vermək olar? Tədqiqatın produktiv tətbiq edilməsi nə üçün lazımdır? Ev tapşırıqları dərsin hansı mərhələsini əks etdirirlər ?

Tapşırıq Qrup 1 Dərsin mərhələsi Bu mərhələnin nəticəsi Əsas xüsusiyyətləri, aparma yolları Müəllim tərəfindən buraxılan səhvlər Müəllimdən tələb olunan bilik, bacarıq, vərdiş və keyfiyyətlər Məlumat mübadiləsi və müzakirəsi (əldə edilmiş məlumatların təqdim olunması, məlumatın müzakirəsi, təsnifi, əlaqələndirilməsi

Tapşırıq Qrup 2 Dərsin mərhələsi Bu mərhələnin nəticəsi Əsas xüsusiyyətləri, aparma yolları, formaları Müəllim tərəfindən buraxılan səhvlər Müəllimdən tələb olunan bilik, bacarıq, vərdiş və keyfiyyətlər Nəticələrin çıxarılması (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olub-olmaması haqda nəticənin çıxarılması)

Tapşırıq Qrup 3 Dərsin mərhələsi Bu mərhələnin nəticəsi Əsas xüsusiyyətləri, aparma yolları, formaları Müəllim tərəfindən buraxılan səhvlər Müəllimdən tələb olunan bilik, bacarıq, vərdiş və keyfiyyətlər Produktiv (yaradıcı) tətbiq etmə

Motivasiya. Problemin qoyuluşu “Sizcə, fikirləşmək və hifz etmək sözləri hansı anlayışlarla bağlıdır?” Hifz etmək Fikirləşmək

Yönəldici suallar: Təfəkkürün və hafizənin təlim prosesində rolu nədən ibarətdir? Təlim prosesində biz nəyə üstünlük verməliyik? Təfəkkürü biz necə inkişaf etdirə bilərik?

Tapşırıq: Təfəkkürün müxtəlif növlərinin inkişaf etdirilməsinə yönəldilmiş tapşırıqlardan ibarət 3 iş vərəqi hazırlayın.

Müzakirə sualları: Necə fikirləşirsiniz, şagirdləriniz hansı tapşırıqları daha müvəffəqiyyətlə yerinə yetirərdilər? Hər konkret tapşırıq hansı düşünmə vərdişinə yönəldilmişdir? Siz hansı tapşırığın yerinə yetirilməsi zamanı təhlil və müqayisə etmisiniz? Siz harada nəyi isə tənqidi qiymətləndirmisiniz? Tədqiqat üçün tapşırıqların hazırlanmasının fənn kurikulum ilə nə kimi əlaqəsi var?

Hafizə Məntiqi təfəkkür Tənqidi təfəkkür Yaradıcı təfəkkür Öyrən. Əzbərlə. Yadına sal . Xəyalında canlandır. Yadında saxla. Təsvir et. Müqayisə et. Oxşarlıqları və fərqləri tap. Təsnif et. Müxtəlif baxış nöqtə-lərindən qiymətləndir. Əhəmiyyətini, rolunu qiymətləndir. Uydur: Hekayə Situasiya Na2ğıl Musiqi Üsul Danış. İfadə et. Qur. Dəyişdir. Hesabla. Sadələşdir. Meyarları müəyyən et. Meyar cədvəlini tərtib et. Tərtib et, uydur: Maket Model Sxem Qrafik Tap. Siyahını tərtib et. Sadala. Müəyyən et. Öz tərifini ver. Əlaqəni aşkar et. Səhvləri tap. Faktları uydurmadan seçib ayır. Mübahisəli məqamları aşkar et. Proqnoz ver. Müqayisə et və analoqu tap. İxtira et, yarat. Başqa obyektə döndər. Yeni tətbiq üsulunu tap. Təsdiqini tap (əsaslandır). Sxem, qrafik, cədvəl düzəlt. Tərtib et. Davam et. Tənqidi yanaş. Düzgün olanı seç. Dəyişikliklər et, yarat, yenidən tərtib et. Dəyişikliklər etməklə yarat. Quraşdır. Düsturun köməyilə hesablayıb tap. Təhlil et. İzah et. Şərh et . Nəticə çıxar. Ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et. Yeni əsaslar üzərində təsnif et. Yeni şəraitə uyğun hala gətir. Tətbiq et (yeni şəraitdə). Hər hansı bir kateqoriyaya aid et. Göstər. Səbəbi tap (səbəb, nəticə). Öz ideyanı əsaslandır (sübut et). Öz şəxsi izahını ver Problemi müəyyən et, fərziyyələr irəli sür. Modelin əsasında tərtib et. Ümumiləşdir. Əsas ideyanı seçib ayır. Ən səmərəli yolu tap. Mübaliğə et. Minimuma endir. Tərif ver. Mahiyyətini, mənasını ifadə et. Məsləhət ver. Simvol (rəmz) şəklində təsvir et.

İş vərəqi nədir? İş vərəqi –şagirdlərin tədqiqat işini təşkil edən vasitədir. Kiçik qruplara verilən problem və onun həllinin nəticələri iş vərəqində əks olunur.

İş vərəqlərinin hazırlanması üçün nəyi nəzərdə tutmaq lazımdır? Tapşırığın həcmini Sualların miqdarını Sualların növlərini Tərtib etmə qaydalarını

İş vərəqinə verilən tələblər: Cəlbedici məzmunu və tərtibatı Məqsəd və sual aydın və konkret olmalıdır Uşaqların səviyyəsinə uyğun olmalıdır Dərsin məqsədinə uyğun olmalıdır

İş vərəqlərinin hazırlanma meyarları: şagirdlərin fəallaşdırılması, iş vərəqlərinin şagirdlər üçün emosional cazibədarlığı, əlavə təlim motivasiyasının yaradılması, müəllimin vaxtına qənaət edilməsi, şagirlərə işlərinin nəticələrini müxtəlif şəkildə təqdim etmə yollarının öyrədilməsi və s.

Nümunə

Nümunə

Nümunə