Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin

Benzer bir sunumlar


... konulu sunumlar: "Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin"— Sunum transkripti:

1 Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin
Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Aytəkin Firuddin qızının 6b sinfində Ədəbiyyat fənnindən “ Xan sarayı ”əfsanəsi mövzusunda keçirdiyi açıq dərsin icmalı.

2 Dərsin mərhələləri Mövzu: “ Xan sarayı” əfsanəsi
Standartlar: Əsərlə bağlı fikirlərini bildirərkən obrazlı söz və ifadələrdən istifadə edir. Əsəri hissələrə ayırıb başlıq verir, hadisələ- rin ardıcıllığını müəyyən edir. Əsərin janr xüsusiyyətini müəyyənləşdirir. Dərsin məqsədi: Nəqletmə xarakterli əsərlərdə hadisələrin ardıcıllığının müəyyən edilməsi. Dərsin tipi: İnduktiv Resurslar: dərslik, lüğət, iş vərəqləri, Xan sarayının şəkilləri, hadisələrin ardıcıllığının müəyyən edilməsi üçün sxem.

3 Dərsin gedişi: İş forması: Fərdi oxu, kollektiv iş. İş üsulu: Beyin həmləsi, müzakirə İnteqrasiya: Azərbaycan dili Dinlədiyi mətndəki əsas məqamları qeyd edərək ona münasibət bildirir. Dinlədiyi məlumatı yığcam şəkildə ümumiləşdirir.

4 Motivasiya: Xan sarayının maketi uşaqlara təqdim olunur.
-Bu saray necə adlanır və harada yerləşir?

5

6 Tədqiqat sualı: Xan sarayı haqqında nə kimi məlumatınız var?
Azərbaycanda daha hansı qədim mədəniyyət abidələri var?

7 İnformasiyanın mübadiləsi:
Mətnin fərdi, sakit oxusu. Mətndaxili sualların cavablandırılması.

8 Nəticə və ümumiləşdirmələr
Mətnin mövzusu üzrə sual-cavab: - Şah nə üçün saray tikdirmək istəyirdi? - Qocalmış xan adını əbədiləşdirmək istəyirdi. - Usta xanın qarşısına necə şərt qoydu? - Sənətimə qiymət versəniz , tikərəm. - Saray xanın xoşuna gəldimi? - Xan sarayı çox bəyəndi. - Sizcə, xan nə üçün qəzəbləndi? -Çünki usta dedi ki, daha gözəl saraylar tikə bilər. - Qəzəblənən xan nə fərman verdi? Xan əmr etdi ki, ustanın əlləri kəsilsin.

9 - Bu ədalətli fərman idimi?
- Xeyr! Usta bu cür cəzaya layiq deyildi. - Usta nə üçün şagirdlərini öz əlləri adlandırdı? -Çünki usta bütün bilik və bacarığını şagirdlərinə öyrətmişdi. - Bu mövzuda daha hansı mətnlə tanışsınız? Azərbaycan dili dərsində keçdiyimiz” Simnar və Neman” mətni -Xan arzusuna çatdımı? - O, tarixdə qəddar və ədalətsiz bir xan kimi qaldı. -Belə hadisələr mədəniyyətin və incəsənətin inkişafında nə kimi rol oynayır? - Belə hadisələr mədəniyyətin və incəsənətin inkişafına mənfi təsir göstərir . Əgər həmin usta yaşasaydı daha nə qədər belə gözəl binalar tikə bilərdi. - Oxuduğumuz bu əsər şifahi xalq ədəbiyyatının hansı ianrındadır? - Bu əsər əfsanə janrındadır.

10

11

12 İş vərəqlərində əsərdəki hadicələrin süjet xətti üzrə yerləşdirilməsi.
Yaradıcı tətbiqetmə İş vərəqlərində əsərdəki hadicələrin süjet xətti üzrə yerləşdirilməsi.

13 5. Qiymətləndirmə: Qiymətləndirmə meyarları 5 4 3 2 1 1.
Hadisələrin müəyyən edilməsi 2. Hadisələrin ardıcıllığının müəyyən edilməsi 3. Hadisələrin süjet xətti üzrə yerləşdirilməsi 4. Fikrin obrazlı ifadəsi 5. Əsərin janr xüsusiyyətinin müəyyənləşdirilməsi

14 Zəif Orta Yüksək Hadisələrin ardıcıllığını müəyyən edir, süjet xətti üzrə yerləşdirməkdə çətinlik çəkir, fikrlərini obrazlı ifadə etməyə çalışır, əsərin yanr xüsusiyyətini səhv müəy-yənləşdirir. Hadisələrin ardıcillığını müəyyən edir, süjet xətti üzrə düzgün yerləşdirir, fikrlərini obrazlı ifadə etməyə çalışır, əsərin janr xüsusiyyətini müəyyənləşdirir. Hadisələrin ardıcıllığını müəyyənləşdirərək süjet xətti üzrə düzgün yerləşdirir Fikrlərini obrazlı ifadə edir, əsərin janr xüsusiyyətini düzgün müəyyənləşdirir. 6. Ev tapşırığı: Əlavə oxu materiallarından nəqletmə xarakterli mətnlərdən birini seçib oxumaq və hadisələrin ardıcıllığını sxem üzrə yerləşdirmək. 


"Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin" indir ppt

Benzer bir sunumlar


Google Reklamları