Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.

Benzer bir sunumlar


... konulu sunumlar: "“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI."— Sunum transkripti:

1 “UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI V gün

2 V günün sonunda gözlənilən nəticə: Müdavim:
müasir qiymətləndirmənin mahiyyətini və onun ənənəvi qiymətləndirmədən fərqli cəhətlərini şərh edir; müasir qiymətləndirmənin əsas xüsusiyyətlərini izah edir; müasir qiymətləndirmənin növlərini (milli, beynəlxalq və məkəbdaxili) fərqləndirir; məktəbdaxili qiymətləndirmənin növlərindən istifadə qaydalarını izah edir; diaqnostik, formativ və summativ qiymətləndirmənin üsul və vasitələrinə dair bilik və bacarıqlar nümayiş etidirir; qiymətləndirmə standartlarının mahiyyətini və onların səviyyələrini nümunələrlə şərh edir; qiymətləndirmə standartlarına əsasən summativ qiymətləndirmə vasitələri hazırlayır.

3 Müasir qiymətləndirmə siyasəti
“Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın əsas istiqamətləri Təhsilin keyfiyyətinin yüksəldilməsi və keyfiyyətin idarə edilməsi müasir qiymətləndirmə siyasətinin əsası kimi Ümumi təhsil pilləsi üzrə dövlət standartları və proqramları (kurikulumları) və coğrafiya fənni üzrə təhsil proqramında (kurikulumda) qiymətləndirmə məsələləri Ümumtəhsil məktəblərində “Məktəbdaxili qiymətləndirmənin aparılması” barədə

4 Ənənəvi qiymətləndirmə Müasir qiymətləndirmə
Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsi Ənənəvi qiymətləndirmə Müasir qiymətləndirmə Qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu. Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlldilir və onu idarə edən vacib amil kimi meydana çıxır. Cari qiymətləndirmə formalizmə gətirib çıxarırdı. Müəllimin subyektiv rəyinə əsaslanırdı. Cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir. Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilirdi. Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir. Əsasən bilik səviyyəsi qiymətləndirilirdi. Şagirdin nailiyyəti (qazanılan dəyərər) qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir. Qiymətləndirmə standartları mövcud deyildi. Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.

5 Ənənəvi qiymətləndirmə Müasir qiymətləndirmə
Anlayış (acar söz) Ənənəvi qiymətləndirmə Müasir qiymətləndirmə Məqsədlər Bilik, bacarıq, vərdiş. Biliklərin inkişafına yönəlmiş. Reallıqda əsasən bilik səviyyəsi qiymətləndirilirdi. Bilik, bacarıq, vərdiş, dəyərlər. Şəxsiyyətin inkişafına yönəlmiş. Şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir. Rol və vəzifələr Qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu. Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilirdi. Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır. Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir. Növlər Carı və yekun qiymətləndirmə Diaqnostik, formativ (holistik, analitik), summativ qiymətləndirmə. Xüsusiyyətlər Daha formal, qeyri-dəqiq, müəllimin subyektiv rəyinə əsaslanırdı, sistemsiz. Standart əsasında qurulur. Daha obyektiv, dəqiq, adekvat, sistemli. Meyarlar, göstəricilər Mövzulara əsaslanan Qiymətləndirmə standartlarına əsaslanan Üsul və vasitələr Məhdud və qeyri-çevik (şifahi cavab, yoxlama işləri, testlər) Daha müxtəlif və çevik (müsahibə, söhbət, müşahidə, rubriklər, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri)

6 Müasir qiymətləndirmənin əsas xüsusiyyətləri
Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır. Cari qiymətləndirmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir. Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir. Şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir. Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.

7 Qiymətləndirmənin istiqamətləri
Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur. Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır: Beynəlxalq qiymətləndirmə Milli qiymətləndirmə Məktəbdaxili qiymətləndirmə

8 Beynəlxalq qiymətləndirmə
Beynəlxalq qiymətləndirmə müxtəlif ölkələrin 15 yaşlı şagirdlərinin nailiyyətlərinin qiymətləndirilməsidir. Bu vəziyyətin digər ölkələrlə müqayisəsi üçün şərait yaradır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir.

9 Milli qiymətləndirmə Təhsil prosesinin təşkili, planlaşdırılması haqqında toplanmış məlumatlar vasitəsilə kurrikulumun keyfiyyətini və təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir. Milli qiymətləndirmə xüsusi təmsiledici seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır.

10 Qiymətləndirmə formaları
Qiymətləndirmə forması dedikdə, onun keçirilmə mexanizmi nəzərdə tutulur. Məsələn, yekun qiymətləndirmə (buraxılış imtahanları) mərkəzləşdirilmiş, kiçik summativ qiymətləndirmə sinif daxilində, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları seçim yolu ilə məktəb daxilində aparılır.

11 Qiymətləndirmənin üsul və vasitələri
Qiymətləndirmə üsulu dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətlərdir. Əgər qiymətləndirmə üsulu yoxlama yazı işi müəyyənləşdirilibsə, istifadə olunan alət-imla, inşa, məsələ və misal həlli qiymətləndirmə vasitəsi olur. Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.

12 Əsas qiymətləndirmə növləri
Diaqnostik Summativ Formativ

13 Diaqnostik qiymətləndirmə
Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır. Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.

14 Üsullar Vasitələr Müşahidə (Müəllim şagirdin təlim fəaliyyətini müşahidə əsasında qiymətləndirir) Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli) Müsahibə (Şifahi yoxlama) Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazıldığı vərəq) Sorğu Sorğu vərəqi Tapşırıqvermə Çalışmalar Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)

15 Nümunə Üsullar Vasitələr Fəaliyyətin növləri
Müşahidə (Müəllim şagirdin təlim fəaliyyətini müşahidə əsasında qiymətləndirir) Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli) Dərsdə şagirdin müşahidə edilməsi və meyarlar cədvəlinə qeyd olunması Müsahibə (Şifahi yoxlama) Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazıldığı vərəq) Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək Tapşırıqvermə Çalışmalar Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) Valideyn iclasında sorğu vərəqlərinin doldurulması

16 Tapşırıq: İlin əvvəlində coğrafiya fənni üzrə şagirdlərin ilkin bilik və bacarıqlarının ümumi səviyyəsini müəyyən etmək üçün diaqnostik test nümunəsi hazırlayın.

17 Diaqnostik qiymətləndirmənin nəticələrindən istifadə
cari və perspektiv (illik) planlaşdırmanın hazırlanmasında; təlim prosesində fərdi yanaşmanı təmin etməkdə; təlim prosesində qrup və cütlərin təşkilində; şagirdlərin irəliləyiş və geriləmələrinin müəyyənləşdirilməsində; tədris olunacaq fənn və ya mövzu ilə bağlı maraq və ehtiyaclarının müəyyənləşdirilməsində; tədris olunacaq mövzu ilə bağlı tədqiqat sualının seçilməsində.

18 Formativ qiymətləndirmə
Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə müəyyən edilmiş sxemlər üzrə aparılır. tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin edir. şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır. şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.

19 Şifahi nitq bacarıqları üzrə qeydiyyət vərəqi Tapşırıqvermə Çalışmalar
Üsullar Vasitələr Müşahidə Müşahidə vərəqləri Şifahi sual-cavab Şifahi nitq bacarıqları üzrə qeydiyyət vərəqi Tapşırıqvermə Çalışmalar Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) Oxu Dinləmə üzrə qeydiyyat vərəqi Oxu üzrə qeydiyyat vərəqi Yazı Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli Rubrik Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası Şifahi və yazılı təqdimat Meyar cədvəli Test Test tapşırıqları Özünüqiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri

20 Nümunə Üsullar Vasitələr Fəaliyyətlər Müşahidə Müşahidə vərəqləri
Qrupda və ya cütdə iş Şifahi sual-cavab Şifahi nitq bacarıqları üzrə qeydiyyət vərəqi Təqdimatlar Tapşırıqvermə Çalışmalar Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) Sorğu vərəqlərinin doldurulması, və ya müzakirə Oxu Dinləmə üzrə qeydiyyat vərəqi Oxu üzrə qeydiyyat vərəqi Ev tapşırığı Yazı Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi Yoxlama köçürmələr, imla, ifadə Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli Müstəqil (yaradıcı) iş Rubrik Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası Yoxlanılan bacarıq üzrə hər hansıfəaliyyət növü Şifahi və yazılı təqdimat Meyar cədvəli Qrup işi və ya fərdi tədqiqatın təqdimatı Test Test tapşırıqları Test tapşırıqlarının həlli Özünüqiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri Özünüqiymətləndirmə vərəqlərinin doldurulması

21 Qiymətləndirmə meyarlarının müəyyən olunmasına dair nümunə
Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş alt-standartlardan çıxarılmış təlim məqsədlərinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır. Məsələn, Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir. Təlim məqsədləri: 1. Paytaxt şəhərləri sadalayır. 2. Dövlətlərin paytaxtlarını fərqləndirir.

22 Qiymətləndirmə meyarlarının müəyyən olunmasına dair nümunə
Qruplar Meyarlar I qrup II qrup III qrup IV qrup Paytaxt şəhərləri sadalayır. Dövlətlərin paytaxtlarını fərqləndirir. Fikrini sərbəst, ardıcıl ifadə etmə Əməkdaşlıq

23 Qiymətləndirmə meyarlarının müəyyən olunmasına dair nümunə
Müəllim dərsin sonunda formativ qiymətləndirmə jurnalında şagirdlərin adının qarşısında və məktəbli kitabçasında dərsdə reallaşdırılması nəzərdə tutulmuş alt-standartlardan çıxarılmış təlim məqsədlərinə görə 3 çətinlik səviyyəsində müəyyən edilmiş meyarlar üzrə qeydlər aparır. Məsələn, Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri qeyd edir. Təlim məqsədləri: 1. Azərbaycanla həmsərhəd ölkələri sadalayır. 2. Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri çəkir. Zəif Orta Yüksək Azərbaycanla həmsərhəd ölkələri sadalamaqda çətinlik çəkir. Müəllimin köməyi ilə Azərbaycanla həmsərhəd ölkələri sadalayır. Azərbaycanla həmsərhəd ölkələri düzgün sadalayır. Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri qeyd etməkdə çətinlik çəkir. Müəllimin köməyi ilə kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri çəkir. Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri sərbəst çəkir.

24 Tapşırıq: Seçilmiş standartdan təlim məqsədi çıxarın və məqsədə uyğun 3 çətinlik səviyyəsində (zəif, orta, yüksək) qiymətləndirmə meyarı müəyyənləşdirin.

25 Formativ qiymətləndirmənin nəticələrindən istifadə
cari və perspektiv (illik) planlaşdırmanın təkmilləşdirilməsində; təlim tapşırıqlarının seçilməsində; ev tapşırıqlarının verilməsində; sinifdəki təlimin istiqamətləndirilməsində; təlim prosesində qrup və cütlərin təşkilində; şagirdlərin irəliləyiş və geriləmələrinin müəyyənləşdirilməsində.

26 Summativ qiymətləndirmə
Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir.

27 Summativ qiymətləndirmə
Tədris vahidi Summativ qiymətləndirmə İl Yarımil Məzmun standartları

28 Yoxlama yazı işləri üzrə qeydiyyət vərəqi
Üsullar Vasitələr Yoxlama yazı işləri Yoxlama yazı işləri üzrə qeydiyyət vərəqi Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli Şifahi sorğu Şifahi sorğu üzrə qeydiyyət vərəqi Test Test tapşırıqları Tapşırıqvermə Tapşırıq, çalışma və laboratoriya işləri Yaradıcılıq və əl işləri Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri

29 Üsullar Vasitələr Fəaliyyətlər
Yoxlama yazı işləri Yoxlama yazı işləri üzrə qeydiyyət vərəqi Tapşırığın vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli Layihənin meyarlar əsasında qiymətləndirilməsi Şifahi sorğu Şifahi sorğu üzrə qeydiyyat vərəqi Mövzunun şərhi Test Test tapşırıqları Test suallarının cavablandırılması Tapşırıqvermə Tapşırıq, çalışma və laboratoriya işləri Praktik tapşırıqların vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi Yaradıcılıq və əl işləri Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri Təsvir etmə, yapma, şerin qoşulması, essenin yazılması, məsələ qurmaq

30 Qiymətləndirmə standartları
Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir. Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.

31 Qiymətləndirmə standartlarının komponentləri
Nailiyyət Qiymətləndirmə standartları Bilik Fəaliyyət Vaxt və kəmiyyət Keyfiyyət Fəaliyyətin göstəriciləri

32 Qiymətləndirmə standartlarının səviyyələri
Qiymətləndirmə standartları 4 səviyyədə müəyyən olunur. Birinci səviyyə - aşağı İkinci səviyyə - orta Üçüncü səviyyə - yüksək Dördüncü səviyyə - ən yüksək

33 Qiymətləndirmə standartı
VI sinif I. Coğrafi məkan 1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir. C VI QS.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqların qiymətlərmə sxemi Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir. 1.1.1.Q.4. Yer haqqında təsəvvürlərin inkişafındakı mərhələləri müqayisəli, düzgün şərh edir. 1.1.1.Q.3. Yer haqqında ilkin təsəvvürlərin düzgün izahını verir. 1.1.1.Q.2. Yer haqqında ilkin təsəvvürlərin hansı xalqlara mənsub olduğunu düzgün izah edir. 1.1.1.Q.1. Qədim insanların yaşayış məskənlərini yerləşmə məkanına görə təyin edir.

34 Tapşırıq: Təqdim olunan qiymətləndirmə standartlarının səviyyələrinə uyğun test və tapşırıqlar hazırlayın.

35 Summativ qiymətləndirmənin nəticələrindən istifadə
şagirdlərin təlim problemlərini müəyyənləşdirmək; şagirdlə əks əlaqə qurmaq və onu stimullaşdırmaq; planlaşdırma aparmaq və təkliflər vermək; qüvvədə olan kurikulum ilə bağlı mühakimə yürütmək; mövcud tədris vəsaitlərindəki, dərsliklərdəki uyğunsuzluqları araşdırmaq.


"“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI." indir ppt

Benzer bir sunumlar


Google Reklamları