İsmyılova Sevda Həyati bacarıqlara əsaslanan təhsil 7 saylı tam orta məktəb
Dərsin gedişi: Salamlaşma Motivasiya Rolli oyun Müzakirə Nəticə Yekunlaşdırma Qiymətləndirmə
Motivasiya Şagirdlərə belə bir suallarla müraciət edirəm: - Sən ailədə öz mövqeyini necə görürsən? - Ailədə sağlam münasibətlər necə olmalıdır? - Sağlam nəsil yetişdirmək üçün nə etmək lazımdır?
Ailə və sağlam nəsil Məqsədlər: Üsul və fəaliyyət növləri: Ailədə sağlam münasibətlərin yaranmasını öyrətmək; Ailə planlaşdırılması və xəstəliklərdən qorunma yollarını şagirdlərə aşılamaq; Ailənin cəmiyyətdə tutduğu mövqeyini açıqlamaq; Üsul və fəaliyyət növləri: rolli oyun, problemli şərh etmə, müzakirə, qrupla iş. Əyani vəsaitlər: təsvirlər, vipp kartları.
Rolli oyun Şagirdlər öz istəklərinə görə qruplara bölünurlər.Hər qrupda baba,nənə,ata,ana, övladlar rolunu oynayan uşaqlar olmalıdır. Onlar iki ailə obrazı yaratmalıdırlar: a)səmimi,mehriban ailə və b)qalmaqallı,davakar,tüfeyli ailə. Digər şagirdlər isə tamaşaçı qismində çıxış edirlər.
Xoşbəxt ailə sərxoş- tüfeyli ailə
Sağlam ailə necə olmalıdır? İfa bitəndən sonra şagirdlərə Mövzusunda kartlar paylanılır.Hamı öz fikrini ümumiləşmiş şəkildə yazıb səbətə atır,kartlar qarışdırılıb oxunandan sonra üst-üstə düşən müsbət və mənfi fikirlər lövhədə yazılır. Müzakirələr aparılır. Sağlam ailə necə olmalıdır?
Ümumiləşdirmə və nəticə *Ailədə sağlam münasibət vacibdir; *Ailənin normal formalaşması üçün bütün ailə üzvləri cavabdehdir;
Refleksiya *Sən nələri öyrəndin? *Ailədə münaqişəni həll edə bilərsənmi? *Öyrəndiklərini gələcək ailə həyatında tətbiq edə biləcəksənmi? Refleksiya
Yekunlaşdirma Muəllimin payladığı sorğu vərəqində uşaqlar keçilən mövzu ətrafında öz mülahizələrini bildirirlər. *Bildim ki, sağlam ailə qurmaq üçün lazımdır. *Bu gün ən maraqlısı o idi ki, *Əvvəllər ailə münasibətləri barədə fikirdə idim.