İstehlakçı seçimi nəzəriyyəsi 15 İstehlakçı seçimi nəzəriyyəsi
İstehlakçı seçimi nəzəriyyəsi aşağıdakı sualları cavablandırır: Bütün tələb əyriləri aşağı meyllidirmi? Əmək haqqları əmək təklifinə necə təsir göstərir? Faiz dərəcələri ev təsərrüfatı yığımına necə təsir göstərir?
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Büdcə məhdudiyyəti istehlakçının satın ala biləcəyi istehlak “səbəti” üzərindəki məhdudiyyəti göstərir. İnsanlar arzu etdiklərindən daha az istehlak edirlər. Çünkü onların xərcləmələri gəlirləri ilə məhdudlaşır.
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Budcə məhdudiyyəti müəyyən gəlir və qiymət səviyyəsində istehlakçının satın ala biləcəyi müxtəlif əmtəə kombinasiyalarını göstərir.
İstehlakçının Büdcə Məhdudiyyəti
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? İstehlakçının Büdcə Məhdudiyyəti Büdcə məhdudiyyəti xətti üzərindəki hər hansı bir nöqtə istehlakçı kombinasiyasını və ya iki məhsul arasındakı seçim nisbətini göstərir. Məsələn, əgər istehlakçı pizza almırsa, o 500 litr Pepsi ala bilər (B nöqtəsi). Əgər o Pepsi almırsa, 100 pizza ala bilər (A nöqtəsi).
Qrafik 1: İstehlakçının Büdcə Məhdudiyyəti Pepsi miqdarı 500 B İstehlakçının büdcə məhdudiyyəti 100 A Pizza miqdarı Copyright©2004 South-Western
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? İstehlakçının Büdcə Məhdudyyəti Alternativ olaraq, istehlakçı 50 pizza və 250 litr Pepsi ala bilər.
Qrafik 1: İstehlakçının Büdcə Məhdudiyyəti Pepsi miqdarı 500 B İstehlakçının büdcə məhdudiyyəti 250 50 C 100 A Pizza miqdarı Copyright©2004 South-Western
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Büdcə məhdudyyəti xəttinin meyli iki məhsulun nisbi qiymətinə bərabərdir. Burada nisbi qiymət dedikdə, bir məhsulun qiymətinin digəri ilə müqayisədə əldə olunan qiymətidir. Bu, istehlakçının bir məhsulu digəri ilə dəyişdirə biləcəyi nisbətdir.
SEÇİM: İSTEHLAKÇI NƏ İSTƏYİR? İstehlak səbətləri arasında istehlakçının seçimi laqeydlik əyriləri ilə təsvir edilə bilər.
Seçimlərin laqeydlik əyriləri ilə təsvir edilməsi Laqeydlik əyrisi istehlakçıya eyni məmnunluq dərəcəsi verən istehlak səbətlərini göstərən əyridir.
Qrafik 2: İstehlakçının Seçimləri Pepsi I2 Laqeydlik Əyrisi, I1 miqdarı C B D A Pizza miqdarı Copyright©2004 South-Western
Seçimlərin laqeydlik əyriləri ilə təsvir edilməsi İstehlakçının Seçimləri İstehlakçı A, B və C nöqtələrindəki kombinasiyalar üzrə ya laqeyiddir, ya da eyni dərəcədə məmnundur. Çünkü bütün nöqtələr eyni əyri üzərindədir. Əvəzetmənin marjinal nisbəti Laqeydlik əyrisi üzərində hər hansı bir nöqtədəki mayililik əvəzetmənin marjinal nisbətini göstərir. Bu, istehlakçının bir məhsulu digəri ilə mübadilə etməyə hazır olduğu nisbətdir. Bu, istehlakçının digər məhsulun hər vahidi üçün ödəməyə hazır olduğu bir məhsulun miqdarıdır.
Qrafik 2: İstehlakçının Seçimləri Pepsi I2 Laqeydlik Əyrisi, I1 miqdarı C B D 1 MRS A Pizza miqdarı Copyright©2004 South-Western
Laqeydlik əyrilərinin dörd xüsusiyyəti Daha aşağı olanları ilə müqayisədə daha yüksək laqeydlik əyrilərinə üstünlük verilir. Laqeydlik əyriləri aşağıya doğru meyllidir. Laqeydlik əyriləri kəsişmir. Laqeydlik əyriləri içəriyə doğru əyilir.
Laqeydlik əyrilərinin dörd xüsusiyyəti Xüsusiyyət 1: Daha aşağı olanları ilə müqayisədə daha yüksək laqeydlik əyrilərinə üstünlük verilir. İstehlakçı adətən bir şeyin daha çoxuna üstünlük verir. Yüksək laqeydlik əyriləri daha aşağı laqeydlik əyriləri ilə müqayisədə daha çox məhsul həcmini ifadə edir.
Qrafik 2: İstehlakçının Seçimləri Pepsi I2 Laqeydlik Əyrisi, I1 miqdarı C B D A Pizza miqdarı Copyright©2004 South-Western
Laqeydlik əyrilərinin dörd xüsusiyyəti Xüsusiyyət 2: Laqeydlik əyriləri aşağıya doğru meyllidir. Eyni dərəcədə məmnun olmaqdan ötürü istehlakçı o zaman bir məhsuldan keçər ki, digərindən daha çox əldə etsin. Əgər bir məhsulun miqdarı azalırsa, digəri artmalıdır. Buna görə də əksər laqeydlik əyriləri aşağı doğru meyllidir.
Qrafik 2: İstehlakçının Seçimləri Pepsi Laqeydlik Əyrisi, I1 miqdarı Pizza miqdarı Copyright©2004 South-Western
Laqeydlik əyrilərinin dörd xüsusiyyəti Xüsusiyyət 3: Laqeydlik əyriləri kəsişmir. A və B nöqtələri eyni istehlakçı məmnunluğu yaratmalıdır. B və C nöqtələri eyni istehlakçı məmnunluğu yaratmalıdır. Bu o deməkdir ki, A və C də eyni istehlakçı məmnunluğu doğurmalıdır. Ancaq C nöqtəsi, A nöqtəsi ilə müqayisədə hər iki məhsuldan daha çox miqdarı əks etdirir.
Qrafik 3: Laqeydlik əyrilərinin kəsişməsinin qeyri-mümkünlüyü Pepsi miqdarı C A B Pizza miqdarı Copyright©2004 South-Western
Laqeydlik əyrilərinin dörd xüsusiyyəti Xüsusiyyət 4: Laqeydlik əyriləri içəriyə doğru əyilir. İnsanlar o məhsulların əldən çıxarılmasını çox istəyirlər ki, həmin məhsullardan onlarda çox olur, o məhsulların əldən çıxarılmasını az istəyirlər ki, onlardan daha az miqdara sahibdirlər. İstehlakçının marjinal əvəzetmə nisbətindəki bu fərqliliklər onun laqeydlik əyrisinin içəriyə doğru əyilməsinə səbəb olur.
Qrafik 4: Əyilmiş laqeydlik əyrisi Pepsi miqdarı Laqeydlik Əyrisi 14 2 1 MRS = 6 8 3 A 4 6 3 7 B 1 MRS = 1 Pizza miqdarı Copyright©2004 South-Western
Laqeydlik əyrilərinin iki ideal nümunəsi Mükəmməl əvəzedicilər Mükəmməl tamamlayıcılar
Laqeydlik əyrilərinin iki ideal nümunəsi Mükəmməl əvəzedicilər Düzxətt laqeydlik əyriləri olan iki məhsul mükəmməl əvəzedicilərdir. Bu zaman marjinal əvəzetmə nisbəti sabit ədəd olur.
Qrafik 5: Mükəmməl əvəzedicilər və mükəmməl tamamlayıcılar (a) Mükəmməl əvəzedicilər 5 sentlklər 3 6 I3 2 4 I2 1 2 I1 10 sentliklər Copyright©2004 South-Western
Laqeydlik əyrilərinin iki ideal nümunəsi Mükəmməl tamamlayıcılar Düz bucaq formalı laqeydlik əyrilərinə malik iki məhsul mükəmməl tamamlayıcılardır.
Qrafik 5: Mükəmməl əvəzedicilər və mükəmməl tamamlayıcılar (b) Mükəmməl tamamlayıcılar Sol ayyaqqabı I1 I2 7 5 Sağ ayaqqabı Copyright©2004 South-Western
OPTİMALLAŞDIRMA: İSTEHLAKÇI NƏ SEÇİR? İstehlakçılar ən yüksək laqeydlik əyrisi üzrə məhsul kombinasiyasını əldə etmək istəyirlər. Ona görə ki, istehlakçı öz büdcə məhdudiyyəti üzərində və ya onun altında dayanmalıdır.
İstehlakçının optimal seçimləri Laqeydlik əyrisi və büdcə məhdudiyyətinin birləşməsi istehlakçının optimal seçimini göstərir. İstehlakçı elə optimal noqtədə dayanır ki, orada ən yüksək laqeydlik əyrisi və büdcə məhdudiyyəti bir-birinə toxunurlar.
İstehlakçının optimal seçimləri İstehlakçı iki əmtəənin istehlakını seçir və beləliklə marjinal əvəzetmə nisbəti nisbi qiymətə bərabər olur
İstehlakçının optimal seçimləri İstehlakçının optimal seçimi o deməkdir ki, istehlakçının iki məhsula verdiyi qiymət onların bazar qiymətinə bərabərdir.
Qrafik 6: İstehlakçının Optimal Seçimi Pepsi I3 miqdarı I2 Büdcə məhdudiyyəti I1 Optimallıq B A Pizza miqdarı Copyright©2004 South-Western
Gəlirdə dəyişmələr istehlakçı seçiminə necə təsir göstərir? Gəlirdə artım büdcə məhdudiyyətini çolə doğru sürüşdürür. İstehlakçıya daha yüksek laqeydlik əyrisi üzərində daha yaxşı məhsul kombinasiyası seçməyə imkan verir.
Qrafik 7: Gəlirdə artım Pepsi miqdarı Yeni büdcə məhdudiyyəti 1. Gəlirdə artım büdcə məhdudiyyətini çölə doğru sürüşdürür . . . I1 Yeni optimallıq 3. . . . və Pepsi istehlakı. Iİlkin optimallıq İlkin büdcə məhdudiyyəti Pizza 2. . . . pizza istehlakı artır . . . miqdarı Copyright©2004 South-Western
Gəlirdə dəyişmələr istehlakçı seçiminə necə təsir göstərir? Keyfiyyətsiz mallara qarşı normal mallar Əgər istehlakçının gəliri artanda bir məhsuldan daha çox alırsa, o məhsula normal məhsul deyilir. Əgər istehlakçının gəliri artıqda bir məhsuldan daha az alırsa, o məhsula keyfiyyətsi məhsul deyilir.
Qrafik 8: Keyfiyyətsiz məhsul Pepsi miqdarı Yeni büdcə məhdudiyyətit I2 I1 1. Gəlir artdığı zaman büdcə məhdudiyyətini çöl tərəfə doğru sürüşdürür . . . 3. . . . ancaq Pepsi istehlakı azalır,çünkü Pepsi keyfiyyətsiz məhsuldur. İlkin optimallıq Yeni optimallıq İlkin büdcə məhdudiyyəti Pizza miqdarı 2. . . . pizza istehlakı artır, çünkü pizza normal məhsuldur . . .
Qiymətdə dəyişmələr istehlakçı seçiminə necə təsir göstərir? Hər hansı məhsulun qiymətində enmə büdcə məhdudiyyətini çöl tərəfə doğru istiqamətləndirir və onun meylini dəyişdirir.
Qrafik 9: Qiymətdə dəyişmə Pepsi miqdarı Yeni büdcə məhdudiyyəti 1,000 D I1 I2 Yeni optimallıq 1. Pepsinin qiymətində enmə büdcə məhdudiyyətini çölə doğru istiqamətləndirir . . . 500 B 100 A 3. . . . və Pepsi istehlakı yüksəlir. İlkin optimallıq Ilkin Büdcə məhdudiyyəti Pizza 2. . . . pizza istehlakı azalır . . . miqdarı
Gəlir və əvəzetmə effektləri Qiymət dəyişməsi istehlak üzərində iki effektə malikdir: Gəlir effekti Əvəzetmə effekti
Gəlir və əvəzetmə effektləri Gəlir effekti Qiymət dəyişməsi istehlakçını daha yüksək və ya daha aşağı laqeydlik əyrisinə doğru yönəltdiyi zaman istehlakdakı dəyişməyə gəlir effekti deyilir. Əvəzetmə effekti Qiymət dəyişməsi istehlakçını laqeydlik əyrisi boyunca fərqli marjinal əvəzetmə nisbəti olan nöqtəyə doğru yönəltdiyi zaman istehlakdakı dəyişməyə əvəzetmə effekti deyilir.
Gəlir və əvəzetmə effektləri Qiymətdə dəyişmə: Əvəzetmə effekti Qiymət dəyişməsi ilk öncə istehlakçının laqeydlik əyrisi üzərində bir nöqtədən digərinə doğru hərəkət etməsinə səbəb olur. Qrafikdə A nöqtəsindən B nöqtəsinə yerdəyişmə. Qiymətdə dəyişmə: Gəlir effekti Eyni əyri üzərində bir nöqtədən digərinə hərəkətdən sonra istehlakçı başqa bir laqeydlik əyrisinə doğru hərəkət edəcəkdir. Qrafikdə B nöqtəsindən C nöqtəsinə yerdəyişmə.
Qrafik 10: Gəlir və əvəzetmə effektləri Pepsi miqdarı I2 I1 Yeni büdcə məhdudiyyəti C Yeni optimallıq Gəlir effekti Gəlir effekti B A İlkin optimallıq İlkin büdcə məhdudiyyəti Əvəzetmə effekti Əvəzetmə effekti Pizza miqdarı Copyright©2004 South-Western
Cədvəl 1: Pepsi qiymətləri endiyi zaman gəlir və əvəzetmə effektləri Copyright©2004 South-Western
Tələb əyrisindən törəmə İstehlakçının tələb əyrisi onun büdcə məhdudiyyəti və laqeydlik əyrilərindən doğan optimal qərarlarının məzmunu kimi görünə bilər.
Qrafik 11: Tələb əyrisindən törəmə (a) İstehlakçının ’ optimallığı (b) Pepsi üçün tələb əyrisi Pepsi Pepsi miqdarı qiyməti Yeni büdcə məhdudiyyəti I2 Tələb 750 B 250 $2 A I1 750 1 B 250 A İlkin büdcə məhdudiyyəti Pizza Pepsi miqdarı miqdarı Copyright©2004 South-Western
ÜÇ TƏTBİQİ MƏSƏLƏ Bütün tələb əyriləri aşağı doğru meyllidirmi? Tələb əyriləri bəzən yuxarı doğru meylli ola bilirlər. Bu o zaman baş verir ki, istehlakçı qiyməti yüksələn məhsuldan daha çox alsın. Giffen məhsulları Ekonomistlər tələb qanununa tabe olmayan məhsulları “Giffen məhsulu” termini ilə ifadə edirlər. Giffen məhsulları o məhsullardır ki, onların qiyməti qalxdıqda tələb həcmi də yüksəlir. Gəlir effekti əvəzetmə effekti üzərində hakimdir. Onlar yuxarı meylli tələb əyrilərinə malik olurlar.
Qrafik 12: Giffen Məhsulu Kartof miqdarı İlkin budcə məhdudiyyətit A B I1 Yüksək qiymətli kartoflarla optimllıq I2 Aşağı qiymətli kartoflarla optimallıq D E 2. . . . Kartof Giffen məhsulu olduğu üçün istehlakı yüksəlir. 1. Kartofun qiymətində artım büdcə məhdudiyyətini içəriyə doğru yönəldir . . . C Yeni büdcə məhdudiyyəti Ət miqdarı Copyright©2004 South-Western
ÜÇ TƏTBİQİ MƏSƏLƏ Əmək haqqları əmək təklifinə necə təsir göstərir? Əgər işçi üçün əvəzetmə effekti gəlir effektindən böyükdürsə, o daha çox çalışacaqdır. Əgər gəlir effekti əvəzetmə effektindən daha böyükdürsə, o daha az işləyəcəkdir.
Qrafik 13: İşləmək-İşləməmək Qərarı İstehlak I3 I2 $5,000 100 I1 Optimallıq 2,000 60 İşləməmə saatları Copyright©2004 South-Western
Qrafik 14: Əmək haqqı artımı (a) Bu seçimlərlə fərd üçün ... . . . Əmək təklifi əyrisi yuxarıya doğru meyllidir. İstehlak Əmək haqqı Əmək təklifi I2 I1 1. Əmək haqql yüksələn vaxt . . . BC1 BC2 İşləməmə Təklif olunan 2. . . . Işləməmə saatları azalır . . . 3. . . . Əmək saatları artır. saatları Əmək saatları Copyright©2004 South-Western
Qrafik 14: Əmək haqqı artımı (b) Bu seçimlərlə fərd üçün ... . . . Əmək təklif əyrisi əks istiqamətə meyl edir. İstehlak Əmək haqqı Əmək təklifi BC2 1. Əmək haqqı yüksəldikdə . . . I2 I1 BC1 İşləməmə Təklif olunan 2. . . . Işləməmə saatları artır . . . 3. . . . və əmək saatları azalır. saatları Əmək saatları
ÜÇ TƏTBİQİ MƏSƏLƏ Faiz dərəcələri ev təsərrüfatı yığımına necə təsir göstərir? Əgər daha yüksək faiz dərəcəsinin əvəzetmə effekti gəlir effektindən böyükdürsə, ev təsərrüfatları daha çox yığım edəcəkdir. Əgər daha yüksək faiz dərəcəsinin gəlir effekti əvəzetmə effektindən böyükdürsə, onda ev təsərrüfatları daha az yığım edəcəkdir.
Qrafik 15: İstehlak-Yığım Qərarı Yaşlılıqda Büdcə məhdudiyyəti istehlak I3 $110,000 100,000 I2 I1 55,000 $50,000 Optimallıq Cavanlıqda istehlak Copyright©2004 South-Western
Qrafik 16: Faiz dərəcəsində artım (a) Daha yüksək faiz dərəcəsi yığımı yüksəldir (b) Daha yüksək faiz dərəcəsi yığımı azaldır Yaşlılıqda istehlak Yaşlılıqda istehlak BC2 BC2 1. Dahay yüksək faiz dərəcəsi büdcə məhdudiyyətini çöl tərəfə yönəldir . . . 1. Daha yüksək faiz dərəcəsi büdcə məhdudiyyətini çöl tərəfə yönəldir . . . I2 I1 I1 I2 BC1 BC1 Cavanlıqda Cavanlıqda 2. . . . Cavanlıqda daha az Istehlak, daha çox yığım doğurur.. 2. . . . Cavanlıqda daha Yüksək istehlak, daha aşağı yığım doğurur. istehlak istehlak Copyright©2004 South-Western
ÜÇ TƏTBİQİ MƏSƏLƏ Beləliklə faiz dərəcəsində artım yığımı ya təşviq edir, ya da həvəsdən salır.
Xülasə İstehlakçının büdcə məhdudiyyəti, verilmiş gəlir və qiymət səviyyəsində onun satın ala biləcəyi müxtəlif əmtəələr üzrə mümkün kombinasiyaları göstərir. Büdcə məhdudiyyətinin meyli məhsulların nisbi qiymətinə bərabərdir. İstehlakçının laqeydlik əyriləri onun seçimlərini göstərir.
Xülasə Daha yüksək laqeydlik əyriləri üzərindəki nöqtələr daha aşağı laqeydlik əyriləri üzərindəki nöqtələrdən üstün hesab edilir. İstənilən nöqtədə laqeydlik əyrisinin meyli istehlakçının əvəzetmənin marjinal nisbətidir. İstehlakçı ən yüksək laqeydlik əyrisi ilə büdcə məhdudiyyətinin bir-birinə toxunduğu nöqtəni seçməklə optimal qərar verir.
Xülasə Nə vaxt məhsulun qiyməti enir, istehlakçı seçimləri üzərində təsir gəlir effekti və əvəzetmə effekti arasında bölünə bilər. Gəlir efefkti daha aşağı qiymətin istehlakı əlverişli hala gətirməsindən doğan istehlakdakı dəyişmədir. Gəlir effekti daha aşağı laqeydlik əyrisindən daha yüksək laqeydlik əyrisinə doğru hərəkətlə ifadə olunur.
Xülasə Əvəzetmə effekti nisbətən daha ucuz əmtəənin daha çox istehlakını təşviq edən qiymət dəyiməsindən doğan istehlak dəyişməsidir. Əvəzetmə effekti laqeydlik əyrisi boyunca fərqli maililikdəki nöqtəyə doğru hərəkətlə ifadə olunur.
Xülasə İstehlakçı seçimi nəzəriyyəsi aşağıdakıları izah edə bilir: Nə üçün tələb əyriləri potensial olaraq yuxarı doğru maili olabilirlər? Əmək haqqları əmək təklifinə necə təsir göstərir? Faiz dərəcələri ev təsərrüfatı yığımına necə təsir göstərir?