Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

REMEDİUM HÜQUQ MƏRKƏZİ

Benzer bir sunumlar


... konulu sunumlar: "REMEDİUM HÜQUQ MƏRKƏZİ"— Sunum transkripti:

1 REMEDİUM HÜQUQ MƏRKƏZİ
Remedium Hüquq Mərkəzinin həmtəsisçiləri Əliyev Əli və Qəşəmov Fuad İSTEHLAKÇI HÜQUQLARI Bakı 2012 © remediumlc

2 Anlayışlar İstehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; Qanunvericilik: - İstehlakçıların hüquqlarının müdafiəsi haqqında (İHM) AR Qanunu, m 1. (19 sentyabr 1995-ci il tarixli, 1113 saylı) © remediumlc

3 Anlayışlar istehsalçı — mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar; icraçı — iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar; satıcı — alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar; (İHM, m1) © remediumlc

4 Anlayışlar qüsur — malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu; mühüm qüsur — maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur; © remediumlc

5 İstehlakçıların hüquqları
Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; (İHM, m. 3) © remediumlc

6 İstehlakçıların hüquqları
qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. (İHM, m. 3) © remediumlc

7 İstehlakçıların hüquqları
İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına hüququ İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. © remediumlc

8 İstehlakçıların zəmanətlə bağlı hüquqları
İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. © remediumlc

9 İstehlakçıların zəmanətlə bağlı hüquqları
İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir. © remediumlc

10 İstehlakçıların zəmanətlə bağlı hüquqları
İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. © remediumlc

11 İstehlakçıların zəmanətlə bağlı hüquqları
Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. © remediumlc

12 İstehlakçıların zəmanətlə bağlı hüquqları
Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. © remediumlc

13 İstehlakçıların zəmanətlə bağlı hüquqları
Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır. © remediumlc

14 İstehlakçıların zəmanətlə bağlı hüquqları
Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır. © remediumlc

15 İstehlakçıların zəmanətlə bağlı hüquqları
İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. © remediumlc

16 AR Mülki Məcəlləsi, m. 589 Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. © remediumlc

17 AR Mülki Məcəlləsi, m. 589 Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. © remediumlc

18 AR Mülki Məcəlləsi, m. 589 Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. alğı-satqı müqaviləsində komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha qısa qarantiya müddəti müəyyənləşdirildikdə alıcı komplektləşdirici məmulatın qüsurları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. © remediumlc

19 AR Mülki Məcəlləsi, m. 589 Müqavilədə komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha uzun qarantiya müddəti müəyyənləşdirildikdə alıcı əşyanın qüsurları ilə bağlı tələbləri əsas məmulatın qarantiya müddətinin bitib-bitmədiyindən asılı olmayaraq komplektləşdirici məmulatın qüsurlarını onun qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. © remediumlc

20 AR Mülki Məcəlləsi, m. 589 Yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. © remediumlc

21 Reklam qanunvericiliyi
Reklam haqqında Azərbaycan Respublikasının Qanunu (03 oktyabr 1997-ci il tarixli, 376-IQ ) reklam istehlakçısı — nəticə etibarilə ona təsir edən, yaxud edə bilən reklam məlumatı nəzərinə çatdırılan fiziki və ya hüquqi şəxsdir; © remediumlc

22 Reklama aid ümumi tələblər
Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan əmtəələrin reklamı qadağandır. Bazar subyektlərinin, əmtəənin, istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə istehsalı və realizə olunması qadağan olunan əmtəənin reklamına yol verilmir. © remediumlc

23 Qeyri-dəqiq reklam Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur: əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə şərtləri, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer; əmtəənin bazarda mövcudluğu, onun göstərilən həcmdə, vaxtda və yerdə əldə edilməsi imkanları; © remediumlc

24 Qeyri-dəqiq reklam reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti);
ödəmənin əlavə şərtləri; əmtəənin yerinə çatdırılması, dəyişdirilməsi, geri qaytarılması, təmiri və digər xidmətlər; yararlılıq müddəti, xidmət müddəti və təminat öhdəliyi; dövlət rəmzlərindən (bayraq, gerb, himn), həmçinin beynəlxalq təşkilatların rəmzlərindən istifadə hüquqları; rəsmi tanınmaq, medallar, prizlər, diplomlar və digər mükafatların alınması; © remediumlc

25 Qeyri-dəqiq reklam əmtəə seriyanın müəyyən qismi təşkil edirsə, onun tam seriyasının əldə edilməsi haqqında məlumat verilməsinin mümkünlüyü; tədqiqat və sınaqların nəticələri, elmi terminlər, texniki, elmi və digər dərc olunmuş materiallardan sitatlar; statistik məlumatlar; başqa əmtəə (əmtəələr) ilə, həmçinin digər fiziki və hüquqi şəxslərin mövqe və hüquqları ilə müqayisə; © remediumlc

26 Qeyri-dəqiq reklam reklam sifarişçisi haqda məlumat və əmtəəyə olan tələbatın faktiki ölçüsü. Sənədli şəkildə təsdiqlənmədiyi halda “ən”, “yalnız”, “təkcə” və bu kimi digər terminlərdən istifadə edildikdə. Qeyri-dəqiq reklama yol verilmir. © remediumlc

27 Qeyri-dəqiq reklam Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur: əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə şərtləri, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer; əmtəənin bazarda mövcudluğu, onun göstərilən həcmdə, vaxtda və yerdə əldə edilməsi imkanları; © remediumlc

28 Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir (İHM, m. 7): © remediumlc

29 Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. © remediumlc

30 Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. © remediumlc

31 Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. © remediumlc

32 Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. © remediumlc

33 Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. © remediumlc

34 Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. © remediumlc

35 İş görülməsi ilə bağlı istehlakçı hüquqları
İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. © remediumlc

36 İş görülməsi ilə bağlı istehlakçı hüquqları
İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. © remediumlc

37 İş görülməsi ilə bağlı istehlakçı hüquqları
İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İcraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. © remediumlc

38 İstehlakçıların malların təhlükəsiz olmasına hüquqları
İstehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit üçün təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan vurulmamasının təmin olunması hüququna malikdir. Malın (işin, xidmətin) təhlükəsiz istifadə edilməsi və ya daşınması, saxlanılması üçün xüsusi qaydalara əməl olunması zəruridirsə, onda istehsalçı (icraçı) belə qaydaları müəyyənləşdirməli, satıcı (icraçı) isə bunları istehlakçının nəzərinə çatdırmalıdır. © remediumlc

39 İstehlakçıların mal haqqında məlumat almaq hüququ
Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. © remediumlc

40 İstehlakçıların mal haqqında məlumat almaq hüququ
Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. © remediumlc

41 Ticarət və başqa xidmət növləri sahələrində istehlakçıların hüquqları
İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır. © remediumlc

42 İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ
Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. © remediumlc

43 İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ
İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. © remediumlc

44 Dəyişdirilməli olmayan malların siyahısı
Dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı (NK Qərarı, 21 may 1998-ci il tarixli, 114 saylı): 1. Qızıl və qızıl məlumatları. 2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar. © remediumlc

45 Dəyişdirilməli olmayan malların siyahısı
4. Parfümer-kosmetika malları. 5. Kişi, qadın və uşaq çimərlik paltarları. 6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları. 7. Məişət-kimyası malları. 8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.). 9. Uşaq oyuncaqları. © remediumlc

46 Dəyişdirilməli olmayan malların siyahısı
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları. 11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar. 12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları. © remediumlc

47 Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. © remediumlc

48 İstehlakçıların hüquqlarının müdafiəsi
İHM Qanunun pozulmasına görə təqsirli şəxslər mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. © remediumlc

49 İstehlakçıların hüquqlarının müdafiəsi
Maddə 228. İstehlakçıların hüquqlarının pozulması İstehlakçıların hüquqlarının pozulmasına, yəni: məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması və saxlanması, onların işlədilməsi qaydalarının pozulmasına; saxlama müddəti ötmüş məhsulların satılmasına; © remediumlc

50 İstehlakçıların hüquqlarının müdafiəsi
standartların və dıgər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; © remediumlc

51 İstehlakçıların hüquqlarının müdafiəsi
standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə; [516] qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların satılmasına; © remediumlc

52 İstehlakçıların hüquqlarının müdafiəsi
lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan qanunvericiliklə müəyyən edilmiş təhlükəli malların satılmasına; nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə; sertifikatlaşdırılmış malların, işlərin (xidmətlərin) sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrinin aparılmamasına; © remediumlc

53 İstehlakçıların hüquqlarının müdafiəsi
dövlət reyestrinə daxil edilməyən, dövlət sınaqlarından və ya metroloji attestasiyadan keçməyən, habelə yoxlanmayan ölçü vasitələrinin tədavülə buraxılmasına; [518] müəyyən edilmiş qaydada müvafiq icazə almadan mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar tərəfindən ölçü vasitələrinin hazırlanmasına, təmirinə və yoxlanmasına, habelə yoxlama metodlarının və qaydalarının pozulmasına; © remediumlc

54 İstehlakçıların hüquqlarının müdafiəsi
ölçü vasitələrinin işlədilməsi qaydalarının pozulmasına görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir. [519] © remediumlc

55 İstehlakçıların hüquqlarının müdafiəsi
Maddə 231. İstehlakçıları aldatma Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda - vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir. [527] Qeyd: Bu maddədə "az miqdarda olduqda" dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.[528] © remediumlc

56 İstehlakçıların hüquqlarının müdafiəsi
Maddə 231. İstehlakçıları aldatma Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda - vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir. [527] Qeyd: Bu maddədə "az miqdarda olduqda" dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.[528] © remediumlc

57 İstehlakçıların hüquqlarının müdafiəsi
Maddə 231. İstehlakçıları aldatma Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda - vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir. [527] Qeyd: Bu maddədə "az miqdarda olduqda" dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.[528] © remediumlc

58 İstehlakçıların hüquqlarının müdafiəsi
Maddə 231. İstehlakçıları aldatma Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda - vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir. [527] Qeyd: Bu maddədə "az miqdarda olduqda" dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.[528] © remediumlc

59 İstehlakçıların hüquqlarının müdafiəsi
Maddə 200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma — yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya səksən saatadək ictimai işlər ilə cəzalandırılır.[215] © remediumlc

60 İstehlakçıların hüquqlarının müdafiəsi
Eyni əməllər: təkrar törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; külli miqdarda ziyan vurmaqla törədildikdə— üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[216] © remediumlc

61 İstehlakçıların hüquqlarının müdafiəsi
Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda — beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[217] Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manat, «külli miqdar» dedikdə qırx manatdan yuxarı olan məbləğ başa düşülür.[218] © remediumlc

62 İstehlakçıların məhkəmə müdafiəsi
İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. (İHM m, 26) İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər (Mülki Prosessual Məcəllə 36.9). © remediumlc

63 İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 88 A Telefon: (+99412) , (+99412) Faks: (+99412) İnternet səhifəsi: © remediumlc

64

65 İstehlakçı hüquqları ilə bağlı fəaliyyət göstərən QHT-lər
AZAD İSTEHLAKÇILAR BİRLİYİ Azad İstehlakçılar Birliyi (AİB) ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, gəlirsiz işləyən qeyri-hökumət təşkilatıdır (QHT). Ünvan: Az-1010, Bakı şəhəri, S.Rəhimov küçəsi. 201, mənzil 10. Telefon: ; İnternet səhifəsi: © remediumlc

66 İstehlakçı hüquqları ilə bağlı fəaliyyət göstərən QHT-lər
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və Konstitusiya Araşdırmalar Fondunun “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi İnternet səhifəsi: © remediumlc

67 REMEDİUM HÜQUQ MƏRKƏZİ
Remedium Hüquq Mərkəzi “Öyrən, tətbiq et, öyrət, təşviq et” adlı layihənin davamı olaraq hüququn bir çox sahələri ilə bağlı hüquqi məsləhətlər verir. İnternet səhifəsi: © remediumlc

68


"REMEDİUM HÜQUQ MƏRKƏZİ" indir ppt

Benzer bir sunumlar


Google Reklamları