Oğuz rayonu Ə.Abdulhüseyinov adına Sincan kənd tam orta məktəbin

Slides:



Advertisements
Benzer bir sunumlar
M.P.Vaqif adına 8 saylı tam orta məktəbin kimya müəllimi
Advertisements

Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə
Mövzu: “Düzbucaqlı paralelepipedin və kubun həcmi.”
İctimai Əmtəə və Ortaq Sərvətlər
Fənn: İNFORMATİKA Mövzu: Şəkilli mətnlər Sinif: V a Müəllim: Hacıyeva Ulduz Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin informatika müəlliməsi.
Zəngilan rayon 7 №-li tam orta məktəbin“İnformatika” müəllimi Telmanzadə Əfsanənin informatika fənnindən “Kompüter şəbəkələri” mövzusunda icmalı.
Fərruxova Qiyafət saylı tam orta məktəb
Mətn redaktoru WordPad
İnternet Nədir ?.
Məktəbin, müəllimlərin ən əsas vəzifəsi 
Mən bütün elmllərin şahıyam.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı şəhər Təhsil idarəsi Şamaxı şəhər 10 saylı tam orta məktəbin İnformatika müəllimi Qəribova Şəhla Heybət.
Keçmiş zamanlarda varlı bir tacir yaşayırdı və onun...
Gəncə şəhəri M.Əzizbəyov adına 15 №li tam orta məktəbin
Şəhər: Bərdə Məktəb: 8 saylı Sinif: Fənn: Riyaziyyat
Şamaxı şəhər 10 saylı tam orta məktəbin Qəribova Şəhla Heybət qızı
«Sabahın alimləri» Respublika Müsabiqəsi
Ucar şəhər N.Gəncəvi adına 3 saylı tam orta məktəb
DƏRSİN GEDİŞİ: Salamlaşma Motivasiya Qruplaşdırma Tədqiqat Təqdimat
Mövzu:Balıqların müxtəlifliyi. Balıq ehtiyatının qorunması.
“CanSat Azerbaijan 2019" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Qlobal kompyuter şəbəkəsi-İNTERNET
Azərbaycan dili III sinif
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
Gəncə şəhər,Nizami rayonu Nadir Hüseynov adına 38 N-li tam orta məktəbin tarix müəllimi İbrahimova Təranə Qəzənfər qızının Azərbaycan tarixi fənnindən.
S.Vəliyev adına 34 saylı orta məktəbin İnformatika müəllimi İbrahimova
Yevlax rayonu Yuxarı Qarxun kənd tam orta məktəbin coğrafiya müəllimi
Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Məmmədova.
Məktəb: M.P.Vaqif adına 8 saylı tam orta məktəb
Obyektin informasiya modelinin təsvir formaları.
Zəngilan rayon 11 saylı tam orta məktəb
Hazırladı:204 saylı məktəbin informatika müəllimi Fərruxova Qiyafət
MÖVZU: “ ALQORİTM HAQQINDA MƏLUMAT”
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
V sinif Mən elimlərin şahıyam Riyaziyyat.
Nihad , Ayxan , Ərcan , Çıraq
İnformatika V sinif.
tam orta məktəbin müəllimi
Biologiya muəllim: Cahangirova Sevda 1.
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
MÖVZU: İnformasiya nə qədər yer tutur
GİRİŞ Proqramlaşdırmaya
Informasiya prosesləri
İsmyılova Sevda Həyati bacarıqlara əsaslanan təhsil
BakI şəhərİ 14 №-lİ məktəbİn İnformatİka müəllİmİ
Sinif: 5 Tarix: –ci il Bakı şəhəri, Nəsimi rayonu
Günəş Bəyova 42 saylı orta məktəbin informatika müəlliməsi
KİÇİKYAŞLI MƏKTƏBLİLƏR ÜÇÜN
Budaqlanma, Şərt.
ANA DILI IV b SİNFİ.
Xetai rayon 171 saylı tam orta məktəbin
Mövzu: Tədrisdə ən yaxşı
: Ağsu rayonu Təklə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnur Fərzəlizadə.
Fərdi kompüterlər İnformatika V SİNİF.
Fizika müəllimi: FƏXRİYYƏ ABUŞOVA
İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Bayramlı Şəfəq Vidadi qızının V sinifdə keçirilən “Düzbucaqlı prizmanın.
Fakültə: İbtidai təhsilin metodikası və metodologiyası
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
V SİNİF ƏDƏBİYYAT MÜƏLLİM: Məmmədova Təzəgül.
BANKLARDA HÜQUQİ RİSK MENECMETİNİN QURULMASI
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
Həyat bilgisi Sevda ismayılova Dərsin metodu: İnteraktiv
İNFORMATİKA V SİNİF.
Mövzu: Proqramlaşdırma dilləri
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Riyaziyyat V sinif Məktəb: Ismayıllı şəhər 1 sayli tam orta məktəb
195 saylı tam orta məktəbin tarix müəllimi
Sinif: VII Mövzu: “Atmosfer. Atmosfer təzyiqi”
AMEA İQTİSADİYYAT İNSTİTUTU
Sunum transkripti:

Oğuz rayonu Ə.Abdulhüseyinov adına Sincan kənd tam orta məktəbin Ibtidai sinif müəllimi Ağammədova Nəzakət

Sinif: 4 Fənn: Azərbaycan dili Mövzu: Hökmdar qardaşlar Standart: 1. 2 Sinif: 4 Fənn: Azərbaycan dili Mövzu: Hökmdar qardaşlar Standart: 1.2.2,2.2.1,2.2.4 Iş üsulu:Qruplarla iş Resurslar: iş vərəqləri İnteqrasiya: Riyaziyyat

Təlim məqsədləri Məzmun standartları 1.2.2.Müşahidə etdiyi, oxuduğu hadisələr haqqında mühakimə xarakterli fikirlər irəli sürür. 2.2.1.Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli,düzgün, şüurlu, ifadəli oxuyur. 2.2.4.Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir. Debat zamanı oxuduqların-dan və eşidib-gördüklərindən misallar gətirməklə fikirlərini əsaslandırır. Oxuduğu mətndəki məlumatları mənimsəyir və nəticə çıxarır. Oxuduğu əsərdəki qəhrəmanların hərəkətinə münasibət bildirir.

“Məsuliyyət” sözünü necə Motivasiya (əqli hücum) S U A L “Məsuliyyət” sözünü necə başa düşürsünüz?

Əlavə suallar 1.Sizcə hansı atalar sözü məsuliyyətli olmağa çağırır? 2.Əgər dövlət başçısı məsuliyyətsiz olsa, xalqın aqibəti necə olar? 1.Sizcə hansı atalar sözü məsuliyyətli olmağa çağırır? A)Tək əldən səs çıxmaz. B)Bu günün işini sabaha qoyma. C)İlanın ağına da lənət,qarasına da.

Oxu (proqnozlaşdırma) Biri var idi,biri yox idi.Bir padşahın iki oğlu var idi.Böyük oğulun adı Teymur,kiçiyinki Səməd idi.Teymur qoçaq və bacarıqlı idi,dövlət işlərində atasına kömək edirdi.Səməd isə tənbəl idi.Bütün gününü kefdə,eyş-işrətdə keçirirdi. Vaxt keçdi,vədə çatdı,padşah ölüm yatağına düşdü.Oğullarını yanına çağırıb dedi: -Mən ömür boyu əlləşib-vuruşub böyük dövlət yaratmışam.İndi haqq dünyasına köçürəm.Amma istəmirəm ki,məndən sonra aranızda hökmranlıq uğrunda ədavət düşsün.Ona görə də ölkəmin ərazisini xəzinəni tən yarı bölüb hərənizə bir yarısını verirəm. Bunu deyib padşah gözlərini həmişəlik yumdu.

Sizcə bundan sonra hadisələr necə cərəyan edəcək? Atası Səmədə bütün ərazinin hansı hissəsini vəsiyyət etdi? A)1/2 B)1/4 C)3/4

1-ci qrup: -Padşahın vəsiyyəti düzgün və ədalətli idi. Danışma(debat) 2-ci qrup: -Padşahın vəsiyyəti yanlış və ədalətsiz idi. (əsas arqument: padşah oğullarından birinin məsuliyyətsiz olduğunu bildiyi halda ölkənin yarısını ona verməklə dövlətin taleyini zərbə altında qoydu) 1-ci qrup: -Padşahın vəsiyyəti düzgün və ədalətli idi. (əsas arqument: padşah öz oğulları üçün bərabər imkanlar yaratmaq istəyirdi)

2-ci hissə Bəli,oğulların hərəsi öz dövlətini idarə etməyə başladı.Teymurun dövləti gündən-günə güclənirdi. Səməd isə,həmişəki kimi ,öz kefində idi.Ova gedir, kef məclisləri qurur,dövlət işləri ilə məşğul olmurdu. Onun dövləti getdikcə zəifləyir,aclıq,səfalət baş alıb gedir,ordu dağılırdı.Nəhayət düşmən padşahlardan biri dövlətin zəiflədiyini görüb Səmədin ölkəsinə hücum çəkdi.Onun qoşununu pərən-pərən salıb ölkəni ələ keçirdi. Səməd güclə canını qurtarıb böyük qardaşının ölkəsinə üz tutdu.Uzun məşəqqətdən sonra gəlib onun şəhərinə çatdı.Saraya gəlib qardaşı ilə görüşdü. Başına gələnləri ona danışdı.Teymur qardaşını dinlədikdən sonra əmr etdi ki,ona 100 qoyun versinlər, gedib çöldə otarsın.Sonra üzünü qardaşına tutub dedi: -Qardaş,sürüyə yaxşı bax.Qoyunların südü,yağı sənə qalsın.Nə balaladılar,sənindir.Amma üç ildən sonra mən 100 qoyunumu geri alacağam.

Sual Səncə, nə üçün Teymur kiçik Qardaşını sarayda saxlamadı? Onun hərəkəti ilə razısanmı? Sən onun yerində olsaydın, Nə edərdin?

-Qardaş, mənim heç bəxtim yoxdur. Teymur acıqla ayağa qalxıb qışqırdı: 3-cü hissə Böyük qardaşının bu “mərhəmət”indən acığa düşən Səməd nə edəcəyini bilmirdi.Amma çarəsiz idi.Ona görə də sürünü qabağına qatıb çobanlıq eləməyə başladı. Bir gün qoyunları otararkən Səməd ağacın kölgəsində uzanıb yuxuya getdi.Bu vaxt canavarlar sürüyə daraşıb qoyunların axırına çıxdı.Səməd yuxudan oyanıb gördü ki,qoyunlardan bir dəri qalıb,bir də sümük. Kor-peşman qardaşının yanına gəlib hal-qəziyyəni ona danışdı və dedi: -Qardaş, mənim heç bəxtim yoxdur. Teymur acıqla ayağa qalxıb qışqırdı: -Mən sənə axırıncı dəfə kömək edib 50 qoyun verəcəyəm.Amma sözümüz sözdür: üç ildən sonra indiyə qədər verdiyim qoyunların hamısını geri qaytarmalısan.Qaytara bilməsən, bir də yanıma gəlmə.

Səməd qardaşına cəmi neçə Doğrudanmı, Səmədin bəxti yox idi? Sual Səməd qardaşına cəmi neçə qoyun qaytarmalı idi? Doğrudanmı, Səmədin bəxti yox idi?

Rollu oyun(3şagird tərəfindən oxunur) 4-cü hissə Rollu oyun(3şagird tərəfindən oxunur) Səməd başa düşdü ki,bu dəfə də məsuliyyətsiz olsa, gedib dilənçilik etməli olacaq.Ona görə də gecə-gündüz yatmadı,qoyunların başına fırlandı.Südünü sağdı,yağ elədi,yağı satdı,təzə qoyunlar aldı.Üç ildən sonra onların sayını iki yüzə çatdırdı. Üç ilin tamamında Səməd qardaşına çatacaq qoyunları qabağına qatıb saraya gəldi.Teymur ayağa qalxıb qardaşını qucaqladı və dedi: -Hə,qardaş,indi sən gedib öz ölkəndə hökmdarlıq edə bilərsən. Səməd hirsli-hirsli dedi: -Qardaş,mən sənə demədimmi ki,qonşu padşah hücum çəkib mənim ölkəmi tutub?! İndi mən öz ölkəmə necə qayıda bilərəm? Teymur cavab verdi: -Səməd,bil və agah ol. Müharibə xəbərini eşidən kimi mən öz qoşunlarımı sənə köməyə göndərdim,amma onlar ora çatanda artıq iş-işdən keçmişdi,sən ölkədən qaçmışdın.Mənim sərkərdəm düşmən padşahla döyüşə girib onu məğlub etdi və ölkədən qovdu. İndi üç ildir,səni gözləyir ki, taxt-tacı əsl hökmdara təhvil versin. Bu sözləri eşitcək Səmədin sevincdən gözləri yaşardı.Böyük qardaşının əlindən öpüb dedi: -Sağ ol,qardaş.Ancaq başa düşmürəm,niyə məni görən kimi bunları demədin? Teymur gülümsünüb cavab verdi: -Əziz qardaşım,mən əmin olmaq istəyirdim ki,sən özün bundan sonra ölkəni müdafiə edə biləcəksən.Axı...

Düşün və cavab ver: 50 qoyun Mətnin sonunda Teymurun cümləsini tamamla. A)Canavardan qorxan adam düşmən qarşısında tab gətirə bilməz. B)Bir sürü qoyunu qoruyub saxlaya bilməyən adam ölkəni idarə edə bilməz. C)Süddən yağ ala bilməyən xalqını dolandıra bilməz. Səməd qardaşına çatacaq qoyunları qaytarandan sonra özünə nə qədər qoyun qaldı? 50 qoyun

Hökmdarın öz qardaşına verdiyi qoyunları geri istəməsinə səbəb nə idi? A)Öz səhvini düzəldə bilən bacarıqlı çoban yetişdirmək istəyirdi. B)Zəhmətə və məsuliyyətə alışdırmağa çalışırdı. C)Ehtiyaclarını ödəmək istəyirdi.

Verilmiş cümlələri mətnin məzmun ardıcıllığına uyğun nömrələyin: Düşmənlər Səmədin ölkəsini ələ keçirdilər. Teymur Səmədin taxt-tacını ona təhvil verdi. Bir padşahın Teymur adlı bacarıqlı,Səməd adlı isə tənbəl oğlu var idi. Səmədin qoyunlarını canavarlar yedi. Padşah ölkəni və xəzinəni övladlarına vəsiyyət etdi. Səməd qoyunlara yaxşı qulluq edərək onların sayını iki yüzə çatdırdı. Teymurun dövləti güclənir,Səmədinki isə günü-gündən dağılırdı. Teymur Səmədə 100 qoyun verdi. 4 8 1 6 2 7 3 5

Mətnin hissələrini məzmuna uyğun başlıqla adlandır: 1-ci hissə:______________ 2-ci hissə:______________ 3-cü hissə:______________ 4-cü hissə:______________

Qiymətləndirmə 1)Sual-cavabda fəallıq göstərən şagirdlər-5bal 2)Düzgün və İfadəli oxu nümayiş etdirən şagirdlər-5bal 3)Maraqlı fikirlər və fərziyyələr söyləyən şagirdlər-5bal 4)Dərs müddətində az aktivlik göstərən şagirdlər-3bal 5)Dərsin ən fəalı-

Mən dövlət başçısı olsaydım, Ev tapşırığı Inşa Mən dövlət başçısı olsaydım, nə edərdim?