Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri

Slides:



Advertisements
Benzer bir sunumlar
Iqtisadi sistemlərin idarə edilməsində korrelyasiya və reqressiya təhlili metodunun tətbiqi Plan. Sistemlərdə asılılıqların tipləri. Funksional asılılıqlar.
Advertisements

Azərbaycan Dövlət İqtisad Universiteti
Akademik Zərifə Əliyeva Adına Lisey
Müəllim: Elşən BAĞIRZADƏ
I MÖVZU: İQTİSADIN ON PRİNSİPİ Azərbaycan Universiteti
Rəqabətli Bazarda Firmalar
Axtarış sistemləri haqqında qısa məlumat
Silindr Bakı şəhəri, Xətai rayonu
VIII BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: Azərbaycan Dövlət İqtisad Universiteti
27 Maliyyənin əsasları.
nəticələr və tövsiyyələr IBP-nin yerli eksperti
Yaşayış Minimumunun Ölçülməsi
Standart və Normalara Əməl Olunma Hesabatları (SNƏH)
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Nizami rayonu 312 saylı orta məktəb
Fizika Şəki şəhər Ə.Məmmədov adına Orta Zəyzid kənd 2N-li
Məmmədova Aida Qrup-646 Müəl. Elşən BAĞIRZADƏ
Hazirladi: Kürdəmir rayon Pirili kənd tam orta məktəmin Riyaziyyat və İnformatika müəllimi Mütəllim Mütəllimov.
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ
“CanSat Azerbaijan 2018" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Azərbaycan Dövlət İqtisad Universiteti
4 sinfi Əsgərova Aynurə Gəncə şəhəri M.P.Vaqif adına
Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
Azərbaycan Dövlət İqtisad Universiteti
Mənəvi keyfiyyətlər Lovğalandıqca xəcalətlilik artır.
Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
İqtisadi qeyri-müəyyənlik və risk şəraitində optimal qərarların qəbulu modelləri План. Игтисади sistemlərdə мцнагишяли вязиййятляр və onların xarakteristikaları.
İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ
BIM fakültəsi tələbəsi Qafarov Rafiqə məxsusdur
Təşkilati Elementlər və Konseptsiyalar
İstehlakçılar, İstehsalçılar və Bazarların Səmərəliliyi
Azərbaycan Dövlət İqtisad Universiteti Məmmədli Vüqar Qrup: Di-6
Uçuşların meteoroloji təminatının avtomatlaşdırılması
Büdcə investisiyaları: kəskin artan xərclər və şəffaflıq problemləri
? Bir kərə yüksələn bayraq,birdaha enməz.
Hava kütlələri Mühazirəçi: Hacıyev Aqil.
Kauko Hämäläinen və Rait Toompere
Xətti proqramlaşdırmada qoşmalıq.
Atmosferin ümumi dövranı
15 İnhisar.
Əməyin ödənilməsinin təşkili və idarə edilməsi
Loğmanmısan gözəl məkan Sənsən verən ruhuma can!
Bakı Dövlət Universiteti Coğrafiya Fakultəsi Qrup 954 Zülfüqarova Günay . Elmi Rəhbər: N.S Seyfullayeva.
HESABLAMA TEXNİKASININ TARİXİ O, NƏDİR Kİ, TARİXİ QƏDƏR QƏDİM
İstehlakçı seçimi nəzəriyyəsi
OĞUZ RAYON XAÇMAZ KƏND Z. ABIŞOV ADINA ÜMUMİ ORTA MƏKTƏB
İnformasiyanı ötürmə vasitələri
Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin
Həyat bilgisi Ismayılova Sevda
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
Cəbr və analizin başlanğıcı dərsi – təqdimat.
Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri
QHT-lərə Dövlət Dəstəyinin İnstitusional Mexanizmləri
Internet Nedir? İnternet — bir neçə kompüterlər sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
Yaşamaq yanğısı Nazim Hikmət -115.
XX BÖLÜMƏ MÜAHZİRƏ QEYDLƏRİ: BEYNƏLXALQ TEXNOLOGİYA AXINLARI
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin ŞAGİRDİ
AMEA İQTİSADİYYAT İNSTİTUTU HESABAT
Yosunlar İmişli şəhər.A.Eminov adına 7 saylı tam orta məktəb.
Gəncə şəhəri 37 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Hüseynova Gülsüm Gəncə şəhəri 37 №-li tam orta məktəb Hüseynova.
AMEA İQTİSADİYYAT İNSTİTUTU
Təqdimatı hazırlayan: Əliyeva Aidə İltifat qızı
2017.
Bazar gücləri: tələb və təklif
Biologiya müəllim: İsmayılova Sevda Dərsin metodu: İnteraktiv
Ödəniş ekosistemində yeni tənzimləmə və nəzarət çərçivəsi
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hacıqabul rayonu 2 saylı tam orta məktəbin fizika müəllimi Nəhmədova Aidə FİZİKA 8 ci sinif.
Sunum transkripti:

Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri VII MÖVZUNUN MÜHAZİRƏ QEYDLƏRİ: AZƏRBAYCANIN ENERJİ TƏMİNATI SAHƏSİNDƏ QLOBAL ƏMƏKDAŞLIĞI Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 2011 Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri Təqdimatlarda əsasən Azərbaycanın rəsmi qurumlarının internet səhfələrindən istifadə edilmişdir.

Mündəricat Neft istehsalı üzrə ............................................................................................................. 3 Dünya neft ehtiyatı və Azərbaycan ..................................................................................... 4 Xəzər neft ehtiyatlarının ölkələr üzrə bölgüsü .................................................................... 5 “Əsrin müqaviləsi” ............................................................................................................. 6 Azəri-Günəşli-Çıraq layihəsi .............................................................................................. 7 Digər layihələr üzrə sazişlər ................................................................................................ 9 Neft istehsalına xarici investisiyalar ................................................................................. 26 Azərbaycanda neft hasilatı ................................................................................................ 27 Qaz istehsalı üzrə .......................................................................................................... 28 Şah-Dəniz layihəsi ............................................................................................................ 29 Azərbaycanda qaz hasilatı ................................................................................................. 31 Azərbaycanın qaz ixracı .................................................................................................... 32 Neft-qaz nəqli üzrə ......................................................................................................... 33 Bakı-Novorossiyski neft boru xətti ................................................................................... 34 Bakı-Supsa neft boru xətti ................................................................................................ 35 Bakı-Tibilisi-Ceyhan layihəsi ........................................................................................... 36 Cənubi Qafqaz (Bakı-Tiflis-Erzurum) təbii qaz boru xətti ............................................... 38 ARDNŞ-nin xaricdəki fəaliyyətləri .............................................................................. 39 Mənbələr ......................................................................................................................... 41 Copyright © 2003 Pearson Education, Inc.

NEFT İSTEHSALI ÜZRƏ Copyright © 2003 Pearson Education, Inc.

Copyright © 2003 Pearson Education, Inc.

XƏZƏR NEFT EHTİYATLARININ ÖLKƏLƏR ÜZRƏ BÖLGÜSÜ Kəşf edilən neft rezervləri (Mln.ton) Proqnozlaşdırılan neft rezervləri (Mln. ton) Qazaxıstan 1590,0 13515,0 Azərbaycan 572,4 4293,0 Türkmənistan 238,5 5056,2 Özbəkistan 31,8 159,0 Rusiya 795,0 İran 15,9 1908,0 Mənbə: O. N. ARAS, Azerbaycanın Hazar Ekonomisi ve Stratejisi, İstanbul, 2001, s.37 Copyright © 2003 Pearson Education, Inc.

“ƏSRİN MÜQAVİLƏSİ” 20 sentyabr 1994-cü il tarixində "Gülüstan" sarayında Azərbaycanla Amerikanın "AMOKO", "Yunokal", "Pennzoyl", "Makdermot", Böyük Britaniyanın "Britiş Petroleum" və "Remko", Norveçin "Statoyl" Rusiyanın "LUKoyl", Türkiyənin "Türk petrolları", Səudiyyə Ərəbistanının "Delta" şirkətlərinin yaratdığı konsorsium arasında tarixə "Əsrin müqaviləsi" kimi daxil olan ''Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü'' üzrə birinci saziş imzalanmışdır. Sonradan müqaviləyə Yaponiyanın "İtoçu", Amerikanın "Eksson" və "Amerada Hess“ şirkətləri də qoşulmuşdur. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının aparılmasının gündəlik idarə edilməsi və əlaqələndirilməsi məqsədilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılmışdır. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açmışdır. 1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 26 saziş imzalanmışdır. Copyright © 2003 Pearson Education, Inc.

AZƏRİ - ÇIRAQ - GÜNƏŞLİ LAYİHƏSİ Saziş sahəsi təxminən 432,4 km2-dir. Hazırda Saziş sahəsindəki yataqlarda ehtiyatlar 1,0 mlrd. ton şərti yanacaq vahidi həcmində qiymətləndirilir. Kapital qoyuluşunun həcmi $15 mlrd-dan artıq həcmdə nəzərdə tutulmuşdur. AÇG Azərbaycanda işlənən ən böyük yataqlardandır. Bu Sazişin imzalandığı gün – 20 sentyabr Azərbaycanda Neftçilər günü kimi qeyd olunur. Layihə üzrə nəzərdə tutulmuş 5 hasilat platformasından 4-ü artıq istismara verilmiş, 5-ci – «Dərinsulu Günəşli» platformasının tikinti işləri başa çatmaq üzrədir. İşlənmə layihəsi üzrə AÇG layihəsi çərçivəsində 400-ə yaxın quyunun qazılması nəzərdə tutulmuşdur. İndiyədək yataqlardan 74 mln. tondan çox neft, 16 mlrd. m3-dən çox qaz hasil edilmişdir. Layihə üzrə 2010-cu ildə neft hasilatı 58 mln. tona, qaz hasilatı 15 mlrd. m3-ə çatdırılmışdır. Copyright © 2003 Pearson Education, Inc.

AZƏRİ - ÇIRAQ - GÜNƏŞLİ LAYİHƏSİNDƏ ÖLKƏLƏRİN (ŞİRKƏTLƏRİN) PAYLARI, % Mənbə: Azərbaycan Dövlət Neft Şirkəti Copyright © 2003 Pearson Education, Inc.

LƏNKƏRAN-DƏNİZ VƏ TALIŞ-DƏNİZ YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 13 Yanvar 1997 Təsdiq olunmuşdur: 13 iyun 1997 Sazişə qoşulan şirkətlər: TotalFinaElf (operator) – 35% Wintershall – 30% SOCAR – 25% OIEC (İran) – 10% Təxmini ehtiyatlar: 700 milyon barel neft İnvestisiya həcmi: 2 milyard dollar Statusu: 2001-ci ildə ilk quyu test edilmişdir. Copyright © 2003 Pearson Education, Inc.

YALAMA-D222 YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 4 İyul 1997 Təsdiq olunmuşdur: 4 Noyabr 1997 Sazişə qoşulan şirkətlər: Lukoil (operator) – 80% SOCAR – 20% Təxmini ehtiyatlar: 750 milyon barel neft İnvestisiya həcmi: 4 milyard dollar Statusu: 2-D və 3-D seysmik işlər tamamlanmışdır. Copyright © 2003 Pearson Education, Inc.

ABŞERON YATAĞI SAZİŞİ Saziş imzalanmışdır: 1 avqust 1997 Təsdiq olunmuşdur: 11 noyabr 1997 Sazişə qoşulan şirkətlər: SOCAR – 50% Chevron (operator) – 30% TotalFinaElf – 20% Təxmini ehtiyatlar: 200-250 milyon ton neft, 300-400 milyard m3 təbii qaz İnvestisiya həcmi: 3,5 milyard dollar Statusu: 2001-ci ildə reallaşdırılan ilk quyu qazıntısının nəticəsi gözlənilən kimi olmadı. İkinci quyunun qazılması 2004-cü ildə reallaşdırıldı. Gündəlik 70 barel neft istehsalı proqnozlaşdırılır. Copyright © 2003 Pearson Education, Inc.

OĞUZ YATAĞI SAZİŞİ Saziş imzalanmışdır: 1 Avqust 1997 Təsdiq olunmuşdur: 5 noyabr 1997 Sazişə qoşulan şirkətlər: ExxonMobil (operator) – 50% SOCAR – 50% Təxmini ehtiyatlar: 290 milyon barel neft və 685 milyard m3 təbii qaz İnvestisiya həcmi: 2 milyard dollar Statusu: 2001-ci ilin aprel ayında quyu qazılmışdır. 1 il sonra ExxonMobil layihəni tərk ettiyi elan etdi. Copyright © 2003 Pearson Education, Inc.

NAXÇIVAN YATAĞI SAZİŞİ Saziş imzalanmışdır: 1 avqust 1997 Təsdiq olunmuşdur: 14 noyabr 1997 Sazişə qoşulan şirkətlər: ExxonMobil (operator) – 50% SOCAR – 50% Təxmini ehtiyatlar: 750 milyon barel neft İnvestisiya həcmi: 2 milyard dollar Statusu: ExxonMobil uğurlu bir quyu qazmışdır. Copyright © 2003 Pearson Education, Inc.

KÜRDAŞI-ARAZDAŞI-KİRGAN DƏNİZ YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 2 iyun 1998 Təsdiq olunmuşdur: 7 iyul 1998 Sazişə qoşulan şirkətlər: SOCAR – 50% Agip (operator) – 25% Mitsui – 15% TPAO – 5% Repsol – 5% Təxmini ehtiyatlar: 730 milyon barel neft İnvestisiya həcmi: 2,5 milyard dollar Statusu: İlk quyu qazmasının nəticələri qənaətbəxş olmamışdır. Copyright © 2003 Pearson Education, Inc.

İNAM YATAĞI SAZİŞİ Saziş imzalanmışdır: 21 iyul 1998 Təsdiq olunmuşdur: 1 dekabr 1998 Sazişə qoşulan şirkətlər: SOCAR – 50% BP (Operator) – 25% Royal Dutch/Shell – 25% Təxmini ehtiyatlar: 2,2 milyard barel neft İnvestisiya həcmi: 2 milyard dollar Statusu: 2001-ci ilin avqustunda BP ilk qiymətləndirməsində qazıntı işlərini dayandırdı. Hazırda qazma işləri davam etdirilir. Copyright © 2003 Pearson Education, Inc.

ARAZ-ALOV-ŞARK YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 21 İyul 1998 Təsdiq olunmuşdur: 18 Dekabr 1998 Sazişə qoşulan şirkətlər: SOCAR – 40% BP (operator) – 15% Statoil – 15% ExxonMobil – 15% TPAO – 10% Alberta Energy – 5% Təxmini ehtiyatlar: 4 milyard barel neft İnvestisiya həcmi: 10 milyard dollar Statusu: 2001-ci ilin Dekabr ayında İran və Azərbaycanın Xəzər Dənizi sərhəddində qeyri-müəyyənlik səbbəbilə qarşı-qarşıya gəlmələri nəticəsində araşdırmalar dayandırılmışdır. Copyright © 2003 Pearson Education, Inc.

YANAN TAVA-ATƏŞGAH-MUĞAN DƏNİZ YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 25 dekabr 1998 Təsdiq olunmuşdur: 11 iyun 1999 Sazişə qoşulan şirkətlər: SOCAR – 50% JAOC konsosiumu (Japex – 22,5%, Inpex – 12,5%, Teikoku – 7,5%, Itochu – 7,5%) – 50% Japex operatordur. Təxmini ehtiyatlar: 600 milyon barel neft İnvestisiya həcmi: 2,3 milyard dollar Statusu: Seysmik işlər görülmüşdür. Copyright © 2003 Pearson Education, Inc.

LERİK-CƏNAB-SAVALAN-DALĞA YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 27 aprel 1999 Təsdiq olunmuşdur: 13 iyun 1997 Sazişə qoşulan şirkətlər: SOCAR – 50% ExxonMobil (operator) – 30% Ayrılmayan pay – 20% Təxmini ehtiyatlar: 1 mlrd. barel neft İnvestisiya həcmi: 3 milyard dollar Statusu: Kəşfiyat işləri görülür. Copyright © 2003 Pearson Education, Inc.

ZƏFƏR-MƏŞƏL YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 27 aprel 1999 Təsdiq olunmuşdur: 21 aprel 2000 Sazişə qoşulan şirkətlər: SOCAR – 50% ExxonMobil (operator) – 30% Conoco – 20% Təxmini ehtiyatlar: 1-2 milyard barel neft İnvestisiya həcmi: 3 milyard dollar Statusu: Son qazıntı işləri 2004-cü ilin sentyabrında aparılmışdır. Copyright © 2003 Pearson Education, Inc.

KELAMEDDİN-MİŞOVDAĞ YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 1992-ci ildə Joint Venture şəklində imzalanmışdır. Sazişə qoşulan şirkətlər: National Energy – 85% SOCAR – 15% Təxmini ehtiyatlar: 200 milyon barel neft İnvestisiya həcmi: 50 milyon dollar Statusu: İstehsala başlanmışdır. Copyright © 2003 Pearson Education, Inc.

ANŞAD NEFT SAZİŞİ Saziş imzalanmışdır: 1993-də Joint Venture şəklində Sazişə qoşulan şirkətlər: SOCAR – 51% Atilla Doğan – 31,5% Land and General Berhard – 17,5% Təxmini ehtiyatlar: 219 milyon barel neft (Neftçala, Killi, Babazanan yataqları) Statusu: İstismara başlanmışdır. Copyright © 2003 Pearson Education, Inc.

AzGeroil SAZİŞİ Saziş imzalanmışdır: 1995-ci ildə Joint Venture şəklində Təsdiq olunmuşdur: 13 iyun 1997 Sazişə qoşulan şirkətlər: SOCAR – 51% OIEC (İran) – 49% Təxmini ehtiyatlar: 140 milyon barel neft (Ramanı, Balaxanı, Sabunçu yataqları) Statusu: İstismara başlanmışdır. Copyright © 2003 Pearson Education, Inc.

CƏNUBİ-QƏRBİ QOBUSTAN YATAĞI SAZİŞİ Saziş imzalanmışdır: 2 iyun 1998 Təsdiq olunmuşdur: noyabr 1998 Sazişə qoşulan şirkətlər: SOCAR – 20% CNPC of China – 62,83% Arawak Energy of Canada – 37,17% Təxmini ehtiyatlar: 180-200 milyon barel neft İnvestisiya həcmi: 900 milyon dollar Statusu: Araşdırma davam edir. Copyright © 2003 Pearson Education, Inc.

ZIĞ-HÖVSAN YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 5 İyun 2000 Təsdiq olunmuşdur: iyun 2001 Sazişə qoşulan şirkətlər: SOCAR – 50% Lukoil – 50% Təxmini ehtiyatlar: 66-150 milyon barel neft İnvestisiya həcmi: 250 milyon dollar Statusu: Yataqlar reablitasiyadan keçmişdir. Copyright © 2003 Pearson Education, Inc.

KÜRSENGİ-QARABAĞLI YATAQLARI SAZİŞİ Saziş imzalanmışdır: 15 dekabr 1998 Təsdiq olunmuşdur: 16 iyun 1999 Sazişə qoşulan şirkətlər: SOCAR – 50% CNPC – 30% Amerada Delta-Hess JV – 20% Təxmini ehtiyatlar: 730 milyon barel neft İnvestisiya həcmi: 1 milyard dollar Statusu: İstismara başlanmışdır. Copyright © 2003 Pearson Education, Inc.

AZƏRBAYCANIN NEFT SEKTORUNA YÖNƏLDİLƏN XARİCİ İNVESTİSİYALAR Göstəricilər 1995 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 Cəmi xarici investisiyalar, mln. ABŞ dolları 375,1 1472,0 1091,1 927,0 1091,8 2234,9 3273,3 4575,5 4893,2 5052,8 6674,3 6847,4 5468,6 Neft sənayesinə xarici investisiyalar, mln. ABŞ dolları 139,8 891,8 544,5 546,1 820,5 1693,0 2810,2 4088,1 3799,9 3422,3 4003,3 3350,7 2412,7 Cəmi xarici investisiyalarda neft sektorunun payı, %-lə 37,2% 60,1% 49,9% 58,9% 75,2% 75,8% 85,8% 89,3% 77,6% 67,7% 60,0% 48,7% 44,1% Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi Copyright © 2003 Pearson Education, Inc.

Mənbə: Azərbaycan Dövlət Neft Şirkəti “2009 İllik Hesabatı”, s.2 Copyright © 2003 Pearson Education, Inc.

QAZ İSTEHSALI ÜZRƏ Copyright © 2003 Pearson Education, Inc.

ŞAH-DƏNİZ LAYİHƏSİ «ŞAH-DƏNIZ» dünyada ən iri qaz yataqlarından biridir. Saziş sahəsi təxminən 859,8 km2-dir. Layihəni həyata keçirmək üçün $4,0-5,0 mlrd. məbləğində əsaslı xərc çəkilmişdir. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan vermişdir. Copyright © 2003 Pearson Education, Inc.

ŞAH-DƏNİZ LAYİHƏSİNDƏ ÖLKƏLƏRİN (ŞİRKƏTLƏRİN) PAYI, % Mənbə: Azərbaycan Dövlət Neft Şirkəti Copyright © 2003 Pearson Education, Inc.

Mənbə: Azərbaycan Dövlət Neft Şirkəti “2009 İllik Hesabatı”, s.4 Copyright © 2003 Pearson Education, Inc.

AZƏRBAYCANIN QAZ İXRACI Artıq ARDNŞ qonşu ölkələrə də qaz ixrac etmək imkanlarına malikdir. Rusiyanın «Qazprom» şirkəti ilə imzalanmış alqı-satqı sazişi əsasında bu ölkəyə təbii qazın satışı reallaşmışdır. Ümumiyyətlə, Azərbaycan son illərdə qaz ixracatçısı kimi mövqeyini möhkəmləndirmişdir. Nəhəng “Şahdəniz” yatağından, eləcə də istismardakı digər yataqlardan hasil edilən iri qaz həcmləri bu gün Gürcüstana, Türkiyəyə, İrana və Rusiyaya ixrac olunur. Azərbaycan qazı Avropa Birliyi ölkələrinin də diqqət mərkəzindədir. Hazırda bu istiqamətdə Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında tədarük olunması üçün ən əlverişli variantlar araşdırılır. Copyright © 2003 Pearson Education, Inc.

NEFT-QAZ NƏQLİ ÜZRƏ Copyright © 2003 Pearson Education, Inc.

BAKI-NOVOROSSİSKİ NEFT BORU XƏTTİ AIOC və Rusiyanın Transneft şirkəti arasında 16 fevral 1996-cı ildə imzalanan saziş ilə Bakı-Qroznı-Novorossiski boru xətti ilə ilkin neftin ixracına qərar verildi. 1997-ci ilin noyabrından neft bu xəttlə ixrac edilir. Bakıdan Rusiyanın Novorossiski limanına axıdılan nefti oradan dünya bazarına daşıyan tankerlərin ilki 12 dekabr 1997-ci ildə İstanbul Boğazından keçmişdir. Bu xəttlə ildə 2,5 milyon ton neft nəql edilir. SOCAR ixrac edilən neftin hər tonu üçün Rusiyaya 15,67 dollar ödəyir. Bu məbləğ Bakı-Supsa üçün ödəniləndən yüksəkdir. Copyright © 2003 Pearson Education, Inc.

BAKI-SUPSA NEFT BORU XƏTTİ Heydər Əliyev və Eduard Şvarnadzenin də iştirakı ilə 8 mart 1996-cı ildə Tiblisdə ilkin neftin Azərbaycandan Gürcüstanın Supsa limanına nəqlini nəzərdə tutan saziş AIOC, Gürcüstan hökuməti və SOCAR arasında imzalanmışdır. Bu xətt 1999-cu ildə taamlanaraq fəaliyyətə başlamışdır. Copyright © 2003 Pearson Education, Inc.

BAKI-TİBİLİSİ-CEYHAN (BTC) LAYİHƏSİ Dəyəri $4 mlrd-dan artıq olan bu kəmərin uzunluğu 1769 km, məhsuldarlığı ildə 50 mln. ton təşkil edir. Kəmər üç dövlətin – Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçərək AÇG-dən çıxarılan nefti Aralıq dənizinə çıxarmaq üçün nəzərdə tutulmuşdur. Layihə üzrə işlərin yerinə yetirilməsinə 10 min nəfərə yaxın işçi cəlb olunmuşdur. 25.05.05-ci ildə kəmərə ilk neft vurulmuş və 28.05.06-cı ildə ilk neft Ceyhan limanına çatmışdır. BTC açıq dənizlərə çıxışı asanlaşdırmışdır, Orta Asiyanın neft hasil edən dövlətləri üçün bu kəmər Rusiya ərazisindən keçməklə Qara dənizə çıxan neft kəmərlərinə alternativ marşrut yaratmışdır. BTC-nin əhəmiyyəti həm regionun neft istehsalçı-dövlətləri, həm də Avropanın neft istehlakçı-dövlətləri üçün ildən-ilə artır. Hazırda Qazaxıstan neftinin bir hissəsinin bu kəmər vasitəsi ilə nəql olunması üzrə ikitərəfli danışıqlar daha da intensivləşmişdir. İndiyədək BTC kəməri vasitəsilə 13 mln. tondan çox neft nəql olunmuşdur. Copyright © 2003 Pearson Education, Inc.

BTC LAYİHƏSİNDƏ ÖLKƏLƏRİN (ŞİRKƏTLƏRİN) PAYI,% Mənbə: Azərbaycan Dövlət Neft Şirkəti Copyright © 2003 Pearson Education, Inc.

CƏNUBİ QAFQAZ (BAKI-TİFLİS-ƏRZURUM) BORU KƏMƏRİ (CQBK) «Şah-dəniz» yatağından hasil edilən qazın bir hissəsinin (7,7 mlrd. m3) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql edilmək üçün tikilmişdir. Uzunluğu 970 km olan, məhsuldarlığı ildə 30 mlrd. m3 olan kəmər BTC ƏİBK-ə paralel çəkilmişdir. Kəmərin tikintisi 2004-cü ildə başlamış və 2006-cı ilin sonunda başa çatmışdır. Türkiyə ilə bağlanmış müqaviləyə müvafiq olaraq Türkiyə 15 il ərzində 91,0 mlrd. m3 qaz alacaq. Ərzurum şəhərindən CQBK Türkiyənin daxili qaz kəmərləri şəbəkəsinə qoşulacaq ki, bu da Azərbaycan qazının Türkiyənin qərbinə nəql olunaraq Cənubi Avropa ölkələrinə çıxmasına imkan yaradacaq. 2002-ci ilin mart ayında Yunanıstan və Türkiyə Ankaradan Komotiniyə qədər boru kəməri çəkmək haqqında saziş imzaladılar. Beləliklə, Azərbaycan qazını nəinki Türkiyəyə, həm də Yunanıstana (bu ölkədə enerji ehtiyatlarına tələbat ildə 5% artır), həmçinin İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək mümkün olacaq. Gələcəkdə Qazaxıstan da bu kəmərə qoşulmaqla, öz qazını Avropa bazarlarına nəql etmək niyyətindədir. 13.03.07-ci il tarixində ilk Şahdəniz qazı bu kəmərə vurulmuşdur. Copyright © 2003 Pearson Education, Inc.

ARDNŞ-nin XARİCDƏKİ FƏALİYYƏTLƏRİ ARDNŞ 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, Türkiyə, Gürcüstan, Ukrayna və başqa ölkələrdəki birgə müəssisələri vasitəsi ilə dünya enerji bazarına da daxil olmuşdur. Gürcüstanda Kulevi Qara dəniz Terminalı, habelə birgə müəssisələrimiz yüksək səviyyədə fəaliyyət göstərir. Türkiyədəki “Petkim” neft-kimya şirkətinin genişləndirilməsi və xammalla etibarlı təchiz olunması məqsədi ilə onun nəzdində yeni neft emalı zavodunun da inşasına başlanmışdır. Copyright © 2003 Pearson Education, Inc.

ARDNŞ-nin XARİCDƏKİ FƏALİYYƏTLƏRİ ARDNŞ-nin istehsal etdiyi məhsulların enerji bazarında istehlakçılara birbaşa və daha əlverişli şərtlərlə çatdırılmasını təmin etmək məqsədi ilə İsveçrədə “SOCAR TRADING” şirkəti təsis edilmişdir. Avropaya neft ixracı fəaliyyətinin səmərəliliyini artırmağa, xarici təcrübədən faydalanmağa imkan verən “SOCAR TRADİNG” qısa bir müddət ərzində əhatə dairəsini genişləndirmək üçün dünyanın digər bölgələrində də biznes strukturlarının təşkili istiqamətində mühüm addımlar atmış və 2009-cu ildə Sinqapurda öz törəmə müəssisəsini yaratmışdır. Copyright © 2003 Pearson Education, Inc.

MƏNBƏLƏR www.socar.az – Azərbaycan Dövlət Neft Şirkəti www.azstat.org - Azərbaycan Dövlət Statistika Komitəsi www.economy.gov.az – İqtisadi İnkişaf Nazirliyi www.nba.az – Azərbaycan Respublikası Mərkəzi Bankı Osman Nuri ARAS, Azerbaycan’ın Hazar Ekonomisi ve Stratejisi, İstanbul, 2001. Osman Nuri ARAS, Azerbaycan Ekonomisi ve Yatırım İmkanları, Bakı, 2005 Copyright © 2003 Pearson Education, Inc.