Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Ödəniş ekosistemində yeni tənzimləmə və nəzarət çərçivəsi

Benzer bir sunumlar


... konulu sunumlar: "Ödəniş ekosistemində yeni tənzimləmə və nəzarət çərçivəsi"— Sunum transkripti:

1 Ödəniş ekosistemində yeni tənzimləmə və nəzarət çərçivəsi
Bakı

2 Məqsəd Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması Yeni iştirakçılar və azad rəqabət prinsiplərinin qorunması Maliyyə inklüzivliyinin inkişaf etdirilməsi Ödəniş xidməti istifadəçilərinin hüquqlarının daha da möhkəmləndirilməsi İnnovativ ödəniş texnologiyalarının və alətlərinin tətbiqinin genişləndirilməsi

3 Beynəlxalq təcrübədə hüquqi çərçivə
Avropa Birliyi üzrə tənzimləyici çərçivə 13 noyabr 2007-ci il tarixli “Daxili bazarda ödəniş xidmətləri” adlı /64/EC saylı Direktiv; 16 sentyabr 2009-cu il tarixli “Elektron pul təşkilatlarının fəaliyyətinin təşkil edilməsi və prudensial nəzarəti” üzrə /110/EC saylı Direktiv; 25 noyabr 2015-ci il tarixli “Daxili bazarda ödəniş xidmətləri” üzrə /2366 saylı Direktiv. 2007/64/EC saylı Direktivə əsasən Qanun qəbul etmiş ölkələr: Polşa, Bolqarıstan, Çexiya, Xorvatiya, Slovakiya, İngiltərə, Danimarka, İspaniya, Latviya, Kipr, Türkiyə və s. Digər ölkələr: Hindistan, Malaziya, Sinqapur, İsrail, Ukrayna, Gürcüstan, Qırğızıstan, Rusiya Federasiyası və s.

4 Əhatə olunan iştirakçılar
banklar; poçt rabitəsinin milli operatoru; xidmət mərkəzləri; pul köçürmə sistemi operatorları; ödəniş şlüzü xidmətini təqdim edən təşkilatlar; özünəxidmət terminalları üzərindən xidmət göstərən təşkilatlar; elektron pul emissiya edən təşkilatlar və digərləri.

5 Ödəniş xidməti təchizatçıları
Azərbaycan Respublikasının Mərkəzi Bankı; banklar; poçt rabitəsinin milli operatoru ödəniş təşkilatları; elektron pul təşkilatları; xarici ödəniş və elektron pul təşkilatlarının yerli filialları.

6 Ödəniş xidmətləri pul vəsaitlərinin ödəniş hesabına nağd formada mədaxil və/və ya məxaric edilməsi üzrə xidmətlər, habelə hesabın aparılması üzrə əməliyyatlar; ödəniş tapşırığı, birbaşa debetləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş alətlərinin, o cümlədən elektron pulun emissiyası və (və ya) ekvayrinqi; pul köçürmələri; ödəniş xidməti istifadəçisinin digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının qəbulu, məlumatların emalı və ötürülməsi.

7 Lisenziyalaşdırma (icazə) proseduru
Fəaliyyətin tənzimlənməsi Lisenziya İcazə Məlumatlandırma Ödəniş təşkilatı Filial/ nümayəndəlik Xarici ödəniş sistemi operatorunun yerli filial və nümayəndəliyi Elektron pul təşkilatı Ödəniş agenti Ödəniş sistemi operatoru Xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatının yerli filialı

8 Tətbiq modeli Bank MRO ödəniş xidmətini həyata keçirir
MRO fərdi əməliyyatların və balansların qeydiyyatını aparır MRO ödəniş təşkilatı və ya elektron pul təşkilatı olaraq çıxış edir. Bank MRO ÖXİ Ümumi Hesab MRO bank ilə müqavilə bağlayır MRO ödəniş agentlərin cəlb edir Ödəniş agenti Bank MRO adına ümumi hesab saxlayır; Bu hesab üzərindən ancaq ödəniş xidməti istifadəçilərinin ödəniş əməliyyatları həyata keçirilir. ÖXİ – ödəniş xidməti istifadəçisi MRO – mobil rabitə operatoru

9 Ödəniş agenti fəaliyyəti
Çərçivə tələbləri: ölkə daxilində və ölkə xaricində ödəniş agenti şəbəkəsinin yaradılması; müqavilə münasibətlərinə əsaslanma; fəaliyyəti üzrə ödəniş təşkilatının və elektron pul təşkilatının tam məsuliyyət daşıması. Göstərilən ödəniş xidmətləri: pul vəsaitlərinin ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi üzrə xidmətlər, habelə həmin ödəniş hesabı üzrə əməliyyatların aparılması; ödəniş tapşırığı, birbaşa debetləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; pul köçürmələri.

10 Ödəniş xidməti istifadəçilərinin müdafiəsi
Ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyi üzrə tələblər: pul vəsaitlərinin yalnız ödəniş xidmətlərinin həyata keçirilməsi üçün qəbul edilməsi; ödəniş əməliyyatlarının icrası üçün qəbul olunmuş pul vəsaitlərinin bankda xüsusi hesabda saxlanılması; pul vəsaitlərinin uçotunun hər hansı fiziki və ya hüquqi şəxsin ödəniş xidmətləri ilə əlaqəli olmayan vəsaitlərindən ayrı aparılması; pul vəsaitlərinin  nəzarət orqanı tərəfindən müəyyən edilmiş likvid, aşağı-riskli aktivlərə investisiya edilməsi imkanı; ödəniş təşkilatının və elektron pul təşkilatının kreditorlarının tələblərinin (ödəniş təşkilatının müflis olması zamanı yönəldilən tələblər də daxil olmaqla) bu vəsaitlərə yönəldilə bilinməməsi.

11 Ödəniş xidməti istifadəçilərinin müdafiəsi Davamı -2
Ödəniş xidməti istifadəçisinin məsuliyyət həddi ödəyici ödəniş alətinin itirilməsi, oğurlanması və qanunsuz istifadəsi zamanı hər bir avtorizə edilməmiş ödəniş əməliyyatları haqqında ödəniş xidməti təchizatçısını dərhal məlumatlandırdığı halda müəyyən məbləğədək itkiyə məruz qala bilər. İstisna halları: ödəyicinin dələduzluq etməsi; ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə qanunla müəyyən edilmiş vəzifələrin icra edilməməsi.

12 Ödəniş sistemi operatorları
Azərbaycan Respublikasının Mərkəzi Bankı; banklar və ya xarici bankların yerli filialı; poçt rabitəsinin milli operatoru; dövlət orqanları (qurumları); ödəniş təşkilatları və elektron pul təşkilatları; digər hüquqi şəxslər.

13 Ödəniş sistemi operatoru – tənzimləmə və nəzarət
Lisenziyalaşdırma (İcazə) Mühüm iştirak payının sahibi və rəhbər şəxslər Risk əsaslı yanaşma Ödəniş sistemlərinə giriş və iştirak Daxili qaydalar Gerigötürülməzlik və hesablaşmaların qətiliyi Hesabatlıq və məlumatlandırma Tənzimləmə və nəzarət Təsir və təshih tədbirləri

14 Elektron pul Elektron pulun emitentləri:
Elektron formada saxlanılaraq qəbul edilən pul vəsaiti məbləğində emissiya edilən, emitentlə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş vasitəsi kimi qəbul edilən və ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən pul dəyəri Elektron pulun emitentləri: bank lisenziyasına malik banklar və xarici bankların yerli filialları; poçt-maliyyə xidmətləri göstərən hüquqi şəxslər; elektron pul təşkilatları; xarici elektron pul təşkilatının yerli filialları.

15 Elektron pulun xüsusiyyətləri
emitentin qəbul etdiyi pul vəsaiti məbləğində dərhal emissiya edilməsi; elektron pulun depozit hesab olunmaması; elektron pulun uçotunun konsolidə olunmuş hesab üzərindən aparılması; elektron pul sahibinin əvvəlcədən məlumatlandırılması; elektron pul sahibinin tələbi ilə elektron pulun qalıq dəyərini dərhal nağd və ya nağdsız formada geri ödənilməsi; elektron pulun emissiyası və istifadəsinə dair tələblərin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilməsi.

16 Digər müddəalar ödəniş xidmətləri üzrə məlumat şəffaflığı;
məlumatlandırma üzrə tətbiq olunan xidmət haqları; ödəniş sərəncamları üzrə dəqiq icra proseduru; ödəniş xidməti istifadəçilərinin məsuliyyət həddi; ödəniş alətinə münasibətdə vəzifə və öhdəliklər.

17 Gözlənilən nəticələr Maliyyə inklüzivliyi və nağdsız hesablaşmalar
maliyyə inklüzivliyinin dərinləşməsi; pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlbi; innovativ ödəniş texnologiyalarının tətbiqi; yeni ödəniş alətlərindən istifadə. Maliyyə inklüzivliyi və nağdsız hesablaşmalar yeni iştirakçıların yaranması; rəqabət mühitinin gücləndirilməsi; ödəniş xidməti istifadəçilərinin tələblərinə fokuslaşma; yeni müştərilərin cəlb olunması və əlavə gəlir mənbələri. Ödəniş xidmətləri və ödəniş sistemləri elektron ödənişlər sahəsində hüquqların möhkəmləndirilməsi; vəsaitlərin təhlükəsizliyinin təmini və ödəniş əməliyyatının geri qaytarılması imkanı; ödəniş xidmətlərindən qanunsuz istifadə üzrə məsuliyyət həddi; daha effektiv və təhlükəsiz ödəniş xidmətləri. Ödəniş xidməti istifadəçiləri

18 Diqqətinizə görə minnətdarıq!


"Ödəniş ekosistemində yeni tənzimləmə və nəzarət çərçivəsi" indir ppt

Benzer bir sunumlar


Google Reklamları