Mühəndislik proqramının planlaşdırılması

Slides:



Advertisements
Benzer bir sunumlar
Iqtisadi sistemlərin idarə edilməsində korrelyasiya və reqressiya təhlili metodunun tətbiqi Plan. Sistemlərdə asılılıqların tipləri. Funksional asılılıqlar.
Advertisements

Intellektual oyun 2009 Müəllif: İsayeva Naidə
I MÖVZU: İQTİSADIN ON PRİNSİPİ Azərbaycan Universiteti
Rəqabətli Bazarda Firmalar
Proqram təminatının təsnifatı
CanSat Azerbaijan 2018 müsabiqəsi İlkin Hesabat Sənədi (PDR)
Axtarış sistemləri haqqında qısa məlumat
müəllim: İsmayılova Sevda
27 Maliyyənin əsasları.
nəticələr və tövsiyyələr IBP-nin yerli eksperti
Proqram təminatI Komputerin proqram təminatı-təlimatlar yiğimindan ibarət olub,komputeri idarə edir və onun köməyi iləlazim olan məsələni həll edir. Proqram.
Yaşayış Minimumunun Ölçülməsi
Tam ədədli xətti proqramlaşdırma məsələləri.
Nizami rayonu 312 saylı orta məktəb
Fizika Şəki şəhər Ə.Məmmədov adına Orta Zəyzid kənd 2N-li
Məmmədova Aida Qrup-646 Müəl. Elşən BAĞIRZADƏ
Daş dövrünün hesabı. = Vahid say sistemi (unar)
AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ
“CanSat Azerbaijan 2018" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Şəmkir şeher Nizami Gəncəvi adına tam
Mənəvi keyfiyyətlər Lovğalandıqca xəcalətlilik artır.
Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
İqtisadi qeyri-müəyyənlik və risk şəraitində optimal qərarların qəbulu modelləri План. Игтисади sistemlərdə мцнагишяли вязиййятляр və onların xarakteristikaları.
İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ
BIM fakültəsi tələbəsi Qafarov Rafiqə məxsusdur
Təşkilati Elementlər və Konseptsiyalar
İstehlakçılar, İstehsalçılar və Bazarların Səmərəliliyi
Azərbaycan Dövlət İqtisad Universiteti Məmmədli Vüqar Qrup: Di-6
Uçuşların meteoroloji təminatının avtomatlaşdırılması
Büdcə investisiyaları: kəskin artan xərclər və şəffaflıq problemləri
İnformatika.
Əliyeva Aygün. Yasamal rayonu 175 saylı məktəb.
Kauko Hämäläinen və Rait Toompere
Xətti proqramlaşdırmada qoşmalıq.
Atmosferin ümumi dövranı
Əməyin ödənilməsinin təşkili və idarə edilməsi
GİRİŞ
Həyatınızı onsuz necə təssəffür edirsiniz?
PASCAL`DA OPERATORLAR
HESABLAMA TEXNİKASININ TARİXİ O, NƏDİR Kİ, TARİXİ QƏDƏR QƏDİM
OĞUZ RAYON XAÇMAZ KƏND Z. ABIŞOV ADINA ÜMUMİ ORTA MƏKTƏB
İnformasiyanı ötürmə vasitələri
Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin
Uşaqlar kompyuterdən hansı yaşda istifadə etməli?
Həyat bilgisi Ismayılova Sevda
Qeyri-xətti proqramlaşdırma məsələsi. Plan
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
Cəbr və analizin başlanğıcı dərsi – təqdimat.
Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri
QHT-lərə Dövlət Dəstəyinin İnstitusional Mexanizmləri
Internet Nedir? İnternet — bir neçə kompüterlər sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
XX BÖLÜMƏ MÜAHZİRƏ QEYDLƏRİ: BEYNƏLXALQ TEXNOLOGİYA AXINLARI
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin ŞAGİRDİ
Doğru və yalan mülahizələr
AMEA İQTİSADİYYAT İNSTİTUTU HESABAT
Proqram təminatının təsnifatı
Yosunlar İmişli şəhər.A.Eminov adına 7 saylı tam orta məktəb.
Gəncə şəhəri 37 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Hüseynova Gülsüm Gəncə şəhəri 37 №-li tam orta məktəb Hüseynova.
Bakı şəhəri N.Nərimanov rayonu, 39 №-li tam orta məktəbin İnformatika müəllimi Mövsümova Kifayət Ramiz qızı.
AMEA İQTİSADİYYAT İNSTİTUTU
Təqdimatı hazırlayan: Əliyeva Aidə İltifat qızı
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
2017.
Bazar gücləri: tələb və təklif
Biologiya müəllim: İsmayılova Sevda Dərsin metodu: İnteraktiv
Həyat bilgisi 5 İsmayılova Sevda Dərsin metodu: İnteraktiv
Ödəniş ekosistemində yeni tənzimləmə və nəzarət çərçivəsi
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
KORPORATİV İDARƏETMƏ VƏ YENİ QANUNVERİCİLİK TƏŞƏBBÜSLƏRİ
Hacıqabul rayonu 2 saylı tam orta məktəbin fizika müəllimi Nəhmədova Aidə FİZİKA 8 ci sinif.
Sunum transkripti:

Mühəndislik proqramının planlaşdırılması Tallin Texnologiya Universitetinin təcrübəsi Prof. Tauno Otto

Təhsil proqram qrupunun mövqeyi Təhsil (BA, MA, PHE) Fakultə/Kollec Məsul müəssisə(lər)/Mərkəzlər Inteqrasiya olunmuş mühəndislik BA Mexanika mühəndisliyi fakultəsi/Energetika mühəndisliyi fakultəsi/İnformasiya texnologiyaları fakultəsi/İnşaat mühəndisliyi fakultəsi/Kimya və materialşünaslıq fakultəsi  Bütün mühəndislik fakultələrinin və assosiasiyalarının (Estoniya Mühəndislik Sənayesi Federasiyası, Estoniya Plastik Materiallar Assosiasiyası, Estoniya İnformasiya və Telekomunikasiya Assosiasiyası) nümayəndələrini əhatə edir.

„İnteqrasiya olunmuş mühəndislik“ üzrə təhsil proqramı və onun inkişaf etdirilməsi İngilis dilində tədris olunacaq İnteqrasiya olunmuş Mühəndislik təhsil proqramının açılması mühəndisliyin bakalavr pilləsinin beynəlmiləlləşməsini artırmaq, eləcə də təhsilin magistratura pilləsində davam etdirilməsi üçün daha geniş bilik bazası yaradılması məqsədilə mühəndisliyin müxtəlif sahələrinin inteqrasiyası istiqamətində universitet səviyyəsində verilmiş strateji qərar idi. Mühəndislik fakultələri arasında universitetdə ingilis dilində tədris olunacaq ilk bakalavr təhsil proqramıdır. Təhsil proqramının hazırlanmasına 2013-cü ildən başlanıb.Təşəbbüsü irəli sürən qrupa müxtəlif mühəndislik fakultələrinin nümayəndələri daxil idi.

„İnteqrasiya olunmuş mühəndislik“ üzrə təhsil proqramı və onun inkişaf etdirilməsi Təhsil proqramı hazırlanarkən dünyada tədris olunan oxşar fənlərarası proqramlar təhlil edildi və fənlərin müvafiq matrisası hazırlandı, beləliklə, təhsil proqramı digər inteqrasiya olunmuş mühəndislik proqramlarına uyğunlaşdırılmış oldu. Təhsil proqramı elə hazırlanıb ki, məzunlara bütün TUT magistratura üzrə mühəndislik proqramlarında təhsillərini davam etdirməyə imkan verir. Üç sənaye assosiasiyasının rəhbəri (Estoniya Mühəndislik Sənayesi Assosiasiyası, Estoniya Plastik Materiallar Assosiasiyası, Estoniya İnformasiya və Telekomunikasiya Assosiasiyası) ekspert qismində cəlb olunmuş, onların fikirləri toplanmış və təhlil edilmişdi.

Digər universitetlərin oxşar proqramları Təhsil proqramı hazırlanarkən digər universitetlərdə tədris olunan oxşar proqramlar təhlil edildi, beləliklə, proqram digər mühəndislik proqramlarına uyğunlaşdırılmış oldu. Aşağıdakı universitetlərin oxşar proqramları təhlil edilib: Kardif Universiteti (Birləşmiş Krallıq) http://www.cardiff.ac.uk/engin/degreeprogrammes/undergraduate/integrated/; Cənubi Yuta Universiteti (ABŞ) http://suu.edu/prostu/majors/ciet/integratedengineering.html; Dublin Universiteti (İrlandiya) http://www.tcd.ie/courses/undergraduate/az/course.php?id=DUIEG-ENGI-1F09 ; Bath Universiteti (Birləşmiş Krallıq) http://www.bath.ac.uk/catalogues/2012-2013/ee/UEXX-AFB02.htm; British Columbia Universiteti (Kanada) http://www.igen.ubc.ca/; Windsor Universiteti (Kanada) http://www.uwindsor.ca/bengtech/ .

Kurikulumun strukturu  kurikulum tipli struktur   Modul tipli Ümumi ECTS kreditləri Ümumi fənlər 23.0 Baza fənləri 54.0 Əsas fənlər 65.0 Xüsusi fənlər Könüllü kurslar 7.0 Diplom işi (tezis) 8.0 ümumi 180.0

IM-in kurikulumunun tərkibi (vizual qruplaşdırma üçün rənglərdən istifadə edilib) Semestr Ümumi 1 YMM3731 UTT0010 HLX0020 YGK0010 MHD0071 IAG0581 TMT0050 HLE2210 Riyaziyyat l Təhlil I Təhsilin təşkili Akademik məqsədlər üçün xarici dil Təsviri həndəsə Statika və kinematika Proqramlaşdırma I İş mühiti və erqonomika Eston dili və mədəniyyəti I İxtisasa giriş 5 3 4 2 30 YMM0012 MHT0010 MES0150 HHL1250 IAG0582 YFR0012 MHD0072   Riyaziyyat Təhlil II Metrologiya və ölçü mühəndisliyi Problem həlletmə Texnologiya və cəmiyyət Proqramlaşdırma II Fizika II Dinamika 6 31

2-ci il 2 3 YMA3710 MHE0011 MHE0012 IED0150 YKI0130 MER0150 Xətti cəbr   Xətti cəbr Materialların davamlılığı I Materialların davamlılığı II Elektronika Sənaye kimyası CAD 5 4 6 30 MHK0030 TMJ0110 MET0011 AAR0030 MHD0030 KYF0250 ETV3110 MED0010 Mexatronika Sahibkarlığa giriş Hasilat mühəndisliyinin əsasları I Robototexnikaya giriş Cihazların mexanikası Dayanıqlı energetikanın əsasları Material-texniki təchizatın əsasları Sənaye layihələndirməsi

3-cü il 3 5 MES0080 MSE0100 AAV0060 MTM0070 KMP0330 IDK2015 UTT0050 Hidravlika və pnevmatika İstilik energetikası Elektrik keçiriciliyi və güc elektronikası Materialşünaslıq mühəndisliyi Polimer materiallar: Sintez və xüsusiyyətləri obyekt yönümlü proqramlaşdırma LayihəKurs I Cihazların avtomatlaşdırılması 4 6 32 Bakalavr tezisi Könüllü kurslar MER0060 HOE6052 UTT0060 MTM0120   NC proqramlaşdırma və CAM sistemləri İntellektual mülkiyyət hüququ LayihəKurs II Materialların və prosesin seçilməsi 8 27 TOTAL 180

Kurikulumun təlim nəticələri Məzun: - ixtisası ilə bağlı fikirləri yazılı və şifahi formada ifadə edə və ən azı bir xarici dildə ünsiyyət qura bilir; - gündəlik tapşırıqlarda müasir informasiya texnologiyalarından və komanda işindən yararlanmaq üçün tələb olunan biliyə malikdir; - sənaye və tədqiqat və inkişaf üzrə mühəndislik layihələrində iştirak edə bilir; - sifarişçilərin gözləntilərini qarşılayan, rəqabətcil və ətraf mühitə zərərli olmayan yeni məhsullar konstruksiya edə bilir; - alternativ konstruksiyalar yaradarkən və qiymətləndirərkən texnoloji parametrlər səviyyəsində sistem və ya prosesi müəyyənləşdirmək üçün tələb olunan spesifik modelləri necə istifadə etməyi bilir; - səmərəli istehsalat tələblərinə uyğun olacaq real sistem və ya proses yaratmaq üçün fiziki model vasitəsilə əldə olunan nəticələri necə istifadə etməyi bilir; - sənayedə istifadə olunan sistemləri tənqidi qiymətləndirməyi, eləcə də tələb olunan əlavə təlimləri planlaşdırmağı bacarır.

Modullar Sosial və iqtisadi elmlər 23.0 ECTS krediti (Ümumi fənlər) Riyaziyyat         19.0 ECTS krediti   (Baza fənləri) İnformasiya texnologiyası    15.0 ECTS krediti   (Baza fənləri)  Dəqiq və təbiət elmləri    20.0 ECTS krediti   (Baza fənləri) Mexanika    22.0 ECTS krediti   (Əsas fənlər) Texnologiya və istehsalat    21.0 ECTS krediti   (Əsas fənlər) Enerji və onun tətbiqi     22.0 ECTS krediti   (Əsas fənlər)   Konstruksiya    15.0 ECTS krediti   (Xüsusi fənlər) İnteqrasiya olunmuş mühəndislik   8.0 ECTS krediti  (Xüsusi fənlər) Könüllü fənlər    7.0 ECTS krediti   (Könüllü kurslar)  Bakalavr tezisi    8.0 ECTS krediti   (Diplom işi (tezis))  

Təlim məhsulları: Konstruktisya və mühəndislik 15 Təlim məhsulları: Konstruktisya və mühəndislik   15.0 ECTS krediti  (Xüsusi fənlər) Tələbə: Modellərdən istifadə etməklə sistemlər və subyektlər arasında əlaqələri və davranışı təhlil edə bilir; tətbiq olunan alqoritmlər və modellərin funksionallığının məqsədini izah edə bilir; Sənayedə konstruksiyanın rolunu anlayır və konseptual konstruksiya tapşırıqlarını qavrayır; Mühəndislik tətbiqetmələrinin hazırlanması üçün tələb olunan metod və alətləri bilir; Fərqli parametrik 3D CAD sistemlərindən istifadə edə bilir; Sahənin terminologiyasını mənimsəyir və müxtəlif məhsulların konstruksiyası üzrə əlavə tapşırıqların həllində CAD/CAM/FEM sistemlərinin istifadəsi imkanları barədə məlumatlıdır; Problemləri təsvir etmək və meyarlar siyahısını hazırlamaq bacarığı; Kreativ problem həll etmə metodları barədə bilik və biliyi tətbiq etmək bacarığı. Bazar və sifarişçi təhlilləri aparmaq və məhsulun konstruksiya mühitində olan təhlükələri qiymətləndirmək bacarığı. Məhsulun marketinq strategiyasını hazırlamaq və məhsulun istismar sikli dəyəri kontekstində məhsulun qiymətini müəyyənləşdirmək qabiliyyəti.

Təlim məhsulları: İnteqrasiya olunmuş mühəndislik 8 Təlim məhsulları: İnteqrasiya olunmuş mühəndislik  8.0 ECTS krediti  (Xüsusi fənlər)   Kursu tamamladıqdan sonra tələbə: Çoxprofilli məhsul layihələndirmə komandalarında fəaliyyət göstərə biləcək, məs., Sənaye Mühəndisliyi və İdarəetmə; Konstruksiya və Mühəndislik; Mexatronika; Dayanıqlı energetika üçün materiallar və proseslər; Paylaşılan enerji istehsalı; Proqram təminatı mühəndisliyi; Kiber təhlükəsizlik kimi mövzular üzrə; Konseptual həllərlə işləyə biləcək və Tədqiqat və İnkişaf yönümlü həllərlə çıxış edə biləcək; Gələcəyə baxışı sosial, mədəni və texnoloji meyllərlə əlaqələndirə biləcək; Fikirləri təsvir edə və fərqli və tez nəticə verən tədqiqat metodlarından istifadə edə biləcək; Problemləri anlamaq üçün fərqli və spesifik metodologiyalardan istifadə edə biləcək; Eksperimentlər apara və qiymətləndirə biləcək; Işin nəticəsini özünütənqid baxımından təhlil edə biləcək; İşin nəticələrini şifahi və əyani şəkildə təqdim edə biləcək.

Təlim məhsulları: Könüllü kurslar 8.0 ECTS krediti (Könüllü kurslar ) Tələbənin gələcək ixtisaslaşmasına uyğun olaraq onun xüsusi maraqları ilə bağlı bilik və bacarıqlar

Təlim məhsulları: Bakalavr tezisi 8 Təlim məhsulları: Bakalavr tezisi    8.0 ECTS krediti  (Diplom işi (tezis)) Mühəndislik problemlərini ifadə etmək və iş planı hazırlamaq üçün təcrübə və bacarıqlar; Mühəndislik problemlərinin həlli üçün texniki sənədlər toplusunu hazırlamaq bacarığı; Mühəndislik problemlərinin təhlili və həllin sintezi üçün nəzəri biliyi tətbiq etmək bacarığı.

Əmək bazarının ehtiyaclarının müəyyənləşdirilməsi Müəssisənin əməkdaşlıq şurasının nümayəndələri ilə müzakirə: Təhsil proqramının hazırlanması; Müəssisələrdə praktika yerləri; Təqaüdlər; Tezis mövzuları; Tədqiqat və İnkişaf; Sənaye üçün peşə kursları; Əməkdaşlıq layihələri.

Qiymətləndirmə və rəy – Əsas Fəaliyyət Göstəriciləri Təhsil proqramının əvvəlində nəzarət edə biləcəyimiz məqsədlərdən biri təhsilin səmərəliliyidir və təhsilə dair məsləhətləşmə səviyyəsi aşağı olub. Kurs və müəllimlərdən məmnunluq səviyyəsinin qiymətləndirilməsi hər semestrin sonunda aparılır. Təhsil proqramı üzrə xüsusi komitə semestr ərzində iki dəfə toplanır və müvafiq problemləri müzakirə edir. Tələbələrin rəyinə əsasən, təhsil proqramının strukturu artıq dəyişdirilib, Elektronika daha sonrakı mərhələyə keçirilib, birinci sememstrə İnteqrasiya olunmuş mühəndisliyə giriş fənni əlavə edilib. Təqdimat və eston dili və mədəniyyətinin tədrisi üzrə könüllü kurslar daha aydın təsvir edilib.

İM proqramında 2014-cü ildə təhsil almış tələbələrin ölkələr üzrə sayı Tələbələrin sayı (2014) Bayraq Banqladeş 2 Estoniya 17 Efiopiya 1 Gürcüstan 4 Hindistan 3 Iran Kamerun Latviya Nigeriya 6 Finlandiya Ukrayna

Mühəndislik üzrə təhsil proqramlarının hazırlanmasında müşahidə olunan meyillər (1) 1. Riyaziyyat, Fizika və s. üzrə güclü baza 2. Geniş çeşidli bacarıqlar və bilik : - Ünsiyyət bacarıqları (çoxprofilli qruplarda işləmək üçün); - Sahibkarlıq yanaşması və bacarıqları; - Qloballaşma aspektləri (beynəlmiləl şirkətlərdə işləmək üçün); - Kreativlik və innovasiya.

Mühəndislik üzrə təhsil proqramlarının hazırlanmasında müşahidə olunan meyillər(2) 3. Praktiki mühəndislik təcrübəsi (birinci semestrdən). 4. Problem yönümlü, problemlər əsasında qurulan təlim (real mühəndislik tapşırıqlarının həlli). 5. Çoxprofilli təlim təcrübəsi (texniki problemlərin həlli kontekstində „yumşaq“ bacarıqların tətbiqi). 6. Mühazirələrdən daha çox fəal təlim (laboratoriya, müzakirələr, seminarlar).

Mühəndislik üzrə təhsil proqramlarının hazırlanmasında müşahidə olunan meyillər(3) 7. Fənlərarası təhsil – iki və ya daha çox fənnin bir kurs və ya şəbəkələşmiş kurs toplusunda birləşdirilməsi. 8. Daha geniş kurslar (≥ 5 ECTS krediti). 9. Tələbəyə öz təlim yolunu seçmək sərbəstliyi verən çevik təhsil proqramları.