Fərdi kompyuterlər.

Slides:



Advertisements
Benzer bir sunumlar
31 Mart 2015 EUR/USD EURUSD paritesinin güçlü Dolar Endeksi nedeniyle satış baskısına maruz kaldığını ve seviyesine kadar hareketini sürdürdüğü.
Advertisements

02 Mart 2015 EUR/USD EURUSD paritesi destek noktası üzerindeki tepkisini seviyesine kadar sürdürdüğünü ancak devam ettiremediğini görmekteyiz.
Daxiletmə qurğuları informasiyanı komüterin başa düşdüyü formaya çevirir. Yəni daxiletmə qurğuları informasiyanı kompüterə daxil etmək üçün istifadə edilən.
FƏRDİ KOMPUTER VI SİNİF N.Abdullayeva.
Kompüterlərdə və internetdə təhlükəsizlik.
Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə
ISO Qida Təhlükəsizliyi Idarəetmə Sistemi Qida Zəncirində Iştirak Edən Təşkilatlar Üçün Tələblər
Fənn: İNFORMATİKA Mövzu: Şəkilli mətnlər Sinif: V a Müəllim: Hacıyeva Ulduz Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin informatika müəlliməsi.
Zəngilan rayon 7 №-li tam orta məktəbin“İnformatika” müəllimi Telmanzadə Əfsanənin informatika fənnindən “Kompüter şəbəkələri” mövzusunda icmalı.
Proqram təminatının təsnifatı
Fərruxova Qiyafət saylı tam orta məktəb
Mətn redaktoru WordPad
İnternet Nədir ?.
İstehsal Amilləri Bazarı
Əsas Alqoritmik Konyuksiyalar. Xətti Alqoritmlər
Azərbaycan Dövlət İqtisad Universiteti
Gəncə şəhəri M.Əzizbəyov adına 15 №li tam orta məktəbin
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
Elmi Layihə Olimpiadaları üçün Elmi layihə nədir?
Şəhər: Bərdə Məktəb: 8 saylı Sinif: Fənn: Riyaziyyat
PASCAL ilə proqramlaşdırma.
Ucar şəhər N.Gəncəvi adına 3 saylı tam orta məktəb
İnformasiya texnologiyalarının təkamülü.
Arxitektur maketlərin hazırlanmasına dair
Beynəlxalq ərzaq və istehlak malları bazarı
“CanSat Azerbaijan 2019" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Qlobal kompyuter şəbəkəsi-İNTERNET
Hazirladi: Kürdəmir rayon Pirili kənd tam orta məktəmin Riyaziyyat və İnformatika müəllimi Mütəllim Mütəllimov.
“CanSat Azerbaijan 2019" müsabiqəsi Layihələndirmə Sənədi (LS)
CdS/PVS və CuS/PVS polimer matris əsasında nanokompozitlərin dielektrik spektroskopiyası NANOMATERİALLARIN KİMYƏVİ FİZİKASI MƏLİKOVA.L.V.
Yerüstü hava xəritələri və onların təhlili
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Say sistemləri arasında əlaqə
S.Vəliyev adına 34 saylı orta məktəbin İnformatika müəllimi İbrahimova
PAİNT proqramı İNFORMATİKA Hazırladı: Həsənova Lumu.
ELEKTRON TƏHSİL.
XPƏM-nin həll üsulları.
Hazırladı: Fətullalı Tural İslam oğlu
Obyektin informasiya modelinin təsvir formaları.
MÖVZU: “ ALQORİTM HAQQINDA MƏLUMAT”
Makroiqtisadi modellər.
Nihad , Ayxan , Ərcan , Çıraq
Barik sistemlər Mühazirəçi: Hacıyev Aqil.
Siklonlar və onların əmələ gəlməsi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
Verilənlər bazası və onun obyektləri
MÖVZU: İnformasiya nə qədər yer tutur
GİRİŞ Proqramlaşdırmaya
Hesablama texnikasının tarixi.
Milli Gəlirlərin Ölçülməsi
Informasiya prosesləri
Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.
BakI şəhərİ 14 №-lİ məktəbİn İnformatİka müəllİmİ
11-Cİ SİNİF K O M P Y U T E R ŞƏBƏKƏLƏRİ. 11-ci sinif.
Elektron cədvəllər . Eyni tipli düsturlar.
Hacıqabul şəhər 6 saylı məktəb
Budaqlanma, Şərt.
Mövzu: Tədrisdə ən yaxşı
Fərdi kompüterlər İnformatika V SİNİF.
Fizika müəllimi: FƏXRİYYƏ ABUŞOVA
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
ELektron cədvəllər Ümumi məlumat
fenn- biologiya movzu – helqevi qurdlar
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
İKT BİZ Və Yarış başladı!!!!!.
ETT və insan resurslarının peşə-ixtisas təhsili problemləri
Mövzu: Proqramlaşdırma dilləri
Hesablama texnikasının tarixi. 8-ci sinif..
Sunum transkripti:

Fərdi kompyuterlər

İlk fərdi kompyuter Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975-ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S.Voznyak və S.Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar.

Fərdi kompyuterlərin təsnifatı Konstruksiya etibarilə fərdi kompyuterlər aşağıdakı formalarda ola bilər: Stolüstü FK Bloknot (NoteBook) Superbloknot (Sub - Notebook) Cib kompyuteri (Palmtop) Elektron yazı kitabçası Planşet tipli FK

Stolüstü FK

Bloknot (NoteBook)

Superbloknot (Sub - Notebook)

Cib kompyuteri (Palmtop)

Elektron yazı kitabçası

Planşet tipli FK (Tablet PC)

Ultra Mobile PC

Fərdi kompyuterlərin tərkib hissələri Fərdi kompyuterlərin tərkib hissələri aşağıdakılardır: sistem bloku monitor (displey) klaviatura

Sistem bloku Sistem bloku fərdi kompyuterin əsas hissəsi olub, daxilində kompyuterin işləməsi üçün lazım olan ən əhəmiyyətli qurğuları birləşdirir. Sistem blokunun daxilində yerləşən qurğular daxili, bloka xaricdən qoşulan qurğular isə xarici qurğular adlanır.

Sistem platası (Ana plata) Ana plata fərdi kompyuterin əsas platası sayılır. Ana plata üzərində yerləşən elementlər aşağıdakılardır: Mikroprosessor Mikroprosessor dəsti (çipset) Şinlər Əməli yaddaş Daimi yaddaş qurğusu Yuvalar və s.

Mikroprosessor Kompyuterin əsas hissəsi mikroprosessordur. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompyuterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını, ötürülməsini və s. təmin edir. Mikroprosessorlar bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır.

Mikroprosessor Mikroprosessorun tərkibinə mərkəzi idarə qurğusu, hesab-məntiq qurğusu, prosessorun daxili əməli yaddaşı, registr, keş-yaddaş və s. daxildir.

Mikroprosessorun əsas xüsusiyyəti Mikroprosessorun əsas səciyyəvi xüsusiyyəti takt tezliyi, işçi gərginliyi, takt tezliyinin daxili çoxaltma əmsalı, keş-yaddaşın tutumu və dərəcəliliyidir. Dərəcəlik (mərtəbəlilik) – eyni vaxtda emal olunan informasiya bitlərinin sayı ilə ölçülür. Məs, 16, 32 və s.

Takt tezliyi Takt tezliyi - 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların sayıdır. Takt tezliyi Meqaherslərlə (MHs) və Geqaherslərlə (GHs) ölçülür. İndiki zamanda fərdi kompyuterlərdə geniş istifadə olunan mikroprosessorların maksimum takt tezliyi saniyədə 1 milyard taktdır. Bu göstərici prosessorun adından sonra yazılır (məsələn, Pentium/75 Mhs).

Mikroprosessorların təsnifatı Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə buraxır. Pentium tipli mikroprosessorların tezliyə görə təsnifatı aşağıdakı kimidir: Pentium I - 75 Mhs  300 Mhs Pentium II - 300 Mhs  600 Mhs Pentium III - 600 Mhs  1100 Mhs Pentium IV - 1100 Mhs (1,1Ghs)  4000 Mhs (4 Ghs)

Keş yaddaş Keş-yaddaş mikroprosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Keş-yaddaş kompyuterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Çünki keş yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır.

BIOS (Basic Input-Output System) BIOS - Fərdi kompyuterin daimi yaddaşında kompyuter avadanlıqlarının işini yoxlayan, əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusudur. BIOS (Giriş-çıxışın baza sistemi) ona görə belə adlanır ki, bu sistem giriş-çıxış əməliyyatlarını yerinə yetirən proqramlar toplusunu özündə cəmləşdirir. Fərdi kompyuterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompyuterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bu verilənlər CMOS-da saxlanılır.

Portlar Mikroprosessorun xarici qurğularla informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların iki: paralel və ardıcıl növü var.

Qida bloku Sistem blokunun daxilində yerləşən qida bloku fərdi kompyuteri tələb olunan gərginliklə mütəmadi olaraq qidalandırır. Qida blokunda transformator, düzləndirici və sərinləşdirici qurğu yerləşdirilmişdir.

Kontroller Kontroller (və ya nəzarət qurğusu) idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. İnformasiya mikroprosessora şinlər vasitəsilə ötürülür. Kompyuterin bütün daxili qurğuları sistem şini ilə əlaqələndirilir.

Xarici yaddaş qurğusu Xarici yaddasaxlama qurğusu böyük həcmli informasiyanın uzun müddət saxlanmasını təmin edir. Xarici yaddaşa aşağıdakılar aiddir: Elastik maqnit disklərdə toplanan informasiya Sərt maqnit diskdə (vinçester) toplanan informasiya Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya Kompakt disklərlə iş üçün disk qurğuları Strimmerlər

Çevik maqnit disk (Disket) Elastik maqnit disklərdə toplanan informasiya daşıyıcıları – disketlərdir. Adi disket 1,44 Mbayta qədər informasiya tuta bilər.

Sərt Maqnit Disk (Hdd) Dəyişdirilməyən sərt maqnit disk (HDD – Hard Disk Driver, vinçester) EHM-lə iş zamanı daim istifadə olunan informasiyanın – əməliyyat sisteminin, proqramların və s.-in kompyuter şəbəkədən ayrıldıqda belə uzun müddətə saxlanılmasını təmin edir. Müasir kompyuterlərdə vinçesterin tutumu 1Tbayt-a qədər ola bilər.

Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya Dəyişdirilə bilən sərt maqnit disklər də informasiyanın saxlanması və daşınmasını təmin edir.

Kompakt disklərlə iş üçün disk qurğuları Kompakt disklərlə iş üçün disk qurğuları müxtəlif tip kompakt disklərdən informasiyanın oxunmasını təmin edir. Əsas tipləri aşağıdakılardır:

CD-ROM (Compact disk – Read Only Memory) Kompakt disklərin yalnız oxunmasını təmin edir. Yaddaşın həcmi ən azı 680 Mbayt olur.

CD-R disklər Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə bir dəfə yazıla bilər.

CD-RW disklər Bu cür disklərə informasiya, yazan istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.

DVD disklər Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx yerləşdirilə bilməsindədir. Ən çox istifadə edilən DVD disklərin tutumu 4,38 Gbaytdır. Bu disklərin tutumu 15 Gbayta qədər ola bilər. DVD-ROM – yalnız informasiyanı oxumaq üçün DVD-R isə həm oxumaq, həm də yazmaq üçün istifadə edilir.

Periferiya qurğuları Verilənlərin sistem blokuna daxil edilməsi və ya xaric edilməsi, həmçinin blokda uzun müddət saxlanması üçün istifadə edilən qurğulara periferiya qurğuları deyilir.

Verilənləri daxil edən qurğular (Giriş qurğuları) Klaviatura Skaner Rəqəmli kamera Mikrofon Qrafik planşet və s.

Verilənləri xaric edən qurğular (Çıxış qurğuları) Printer Plotter Səs gücləndirici Monitor və s.

İdarəetmə qurğuları Mouse Coystik Trekbol Sensor paneli və s.

Verilənləri saxlayan qurğular Strimmer Verilənləri mübadilə edən qurğular Modem

Monitor Monitor (displey) – kompyuterə daxil edilən və kompyuterdən alınan mətn və qrafik informasiyanı əks etdirən qurğudur.

Klaviatura Klaviatura informasiyanın kompyuterə daxil edilməsi və onun işinin idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Windows sistemində ən geniş istifadə olunan klaviatura 102 və 104 düyməlidir.

1. Hərf-rəqəm klavişləri Bu düymələr çap makinasının rolunu oynayırlar, hərf, rəqəm və bəzi simvolları kompyuterə daxil etmək üçündür: A-Z, <, >, , , . , ? , / , { , } , [ , ] , ; , : , ‘ , “, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0, ! , @ , # , $ , % , ^, & , * , ( , ) , - , _ , = , + , ` , ~ , \ , |

2. Funksional düymələr Bu düymələr klaviaturanın yuxarı hissəsində yerləşir. İstifadə olunan əməliyyat sistemlərindən və proqramlardan asılı olaraq bu düymələrin funksiyaları da dəyişir. F1, F2, F3, F4, F5, F6, F7, F8, F9, F10, F11, F12

3. Kursoru idarə edən düymələr Proqramın işçi sahəsi üzrə kursoru idarə etmək üçün istifadə edilir. Bu düymələr aşağıdakılardır: ← - kursoru 1 simvol sola keçirir → - kursoru 1 simvol sağa keçirir ↑ - kursoru 1 sətir yuxarı qaldırır ↓ - kursoru 1 sətir aşağı salır Home - kursoru sətrin əvvəlinə keçirir End - kursoru sətrin sonuna keçirir PageUp - sənədi 1 ekran boyu yuxarı qaldırır PageDn - sənədi 1 ekran boyu aşağı salır

3. Kursoru idarə edən düymələr Bununla yanaşı, bu düymələri Ctrl-la birgə istifadə etdikdə, funksiyaları dəyişir: Ctrl + ← - kursoru 1 söz sola keçirir Ctrl + → - kursoru 1 söz sağa keçirir Ctrl + ↑ - kursoru 1 abzas yuxarı qaldırır Ctrl + ↓ - kursoru 1 sətir aşağı salır Ctrl + Home - kursoru sənədin əvvəlinə keçirir Ctrl + End - kursoru sənədin sonuna keçirir Ctrl + PageUp - sənədi 1 səhifə yuxarı qaldırır Ctrl + PageDn - sənədi 1 səhifə aşağı salır

4. Rəqəm klaviaturası Bu düymələrdən hesablama zamanı kalkulyator kimi istifadə edilir, yalnız NumLock düyməsi aktiv olan zaman rəqəmlərlə işləmək mümkündür. Rəqəm klaviaturası adətən klaviaturanın sağ hissəsində yerləşir.

5. Xüsusi düymələr Caps Lock - əlifbanın böyük hərflərinin daxil edilməsi rejimini verir. Enter – mətn yazıldıqda abzasın bitməsi və yeni abzasın başlaması üçün və dialoq pəncərəsində aktiv düymənin sıxılması üçün istifadə olunur. BackSpace (←) – kursordan solda yerləşən simvolu ləğv edir. Del (Delete) – kursordan sağdakı simvolu ləğv edir.

5. Xüsusi düymələr Space bar (probel) – boş yer daxil etmək üçün istifadə edilən, üzərində heç bir yazı olmayan düymədir. Num Lock – Rəqəm klaviaturasını aktivləşdirir. Pause – Proqramın yerinə yetirilməsini müvəqqəti olaraq dayandırır. Ins (Insert) – simvolların daxil edilməsi rejimlərinin dəyişdirilməsi üçün nəzərdə tutulub.

5. Xüsusi düymələr PrntScrn – ekranın təsvirini mübadilə buferinə göndərir Shift + PrntScrn – ekranın təsvirini çapa vermək üçün istifadə edilir. Tab – kursorun bir neçə mövqe yerinə dəyişdirilməsi üçün istifadə edilir. Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı müxtəlif istiqamətlərdə hərəkət etdirməyə imkan verir. Bu düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik ola bilər.

Mouse (manipulyator) Mouse – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.

Printer Printer informasiyanı kağıza çap edən qurğudur. Printerlər bir-birindən iş prinsipinə, çapetmə üsuluna, sıxlığına, sürətinə və çap rənginə görə dəyişirlər.

Plotter Plotter mürəkkəb sxemlərin, böyük ölçülü qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur.

Skaner Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir.

Qrafik planşet Əl ilə çəkilən şəkli bilavasitə kompyuterə daxil edən giriş qurğusudur.

Modem Modem – kompyuter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə demodulyasiya deyilir. Modemlər istifadə olunan kompyuterlərin tiplərindən asılı olaraq daxili və xarici olurlar.

Strimmer Strimmer (stream – uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitofondur. Strimmerin kasetləri böyük tutuma (120Mbayt – 5Gbayt) malikdir.

Videoadapter Videoadapter vasitəsilə qrafiki informasiya monitorun ekranına çıxarılır. Videoadapterin cəld işləməsi və imkanları videokontrollerdən asılıdır. Onun vasitəsilə videoyaddaşdan təsvirin alınması və bu kimi əməliyyatlar təmin edilir.

Şəbəkə kartı Şəbəkə kartı kompyuterin şəbəkəyə qoşulmasını təmin edir. Əgər firma və ya təşkilatda lokal şəbəkə varsa, şəbəkə kartı vasitəsilə kompyuterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.