Böyrək çatışmazlığı.

Slides:



Advertisements
Benzer bir sunumlar
Renal Transplantasiya
Advertisements

DİŞ XƏSTƏLİKLƏRİ..
Beynəlxalq birja və bazarlar
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
İctimai Əmtəə və Ortaq Sərvətlər
Xammal və enerji daşıyıcıları bazarı Müəllim: Elşən BAĞIRZADƏ
B12vitaminin çatışmazlığı zamanı yaranan anemiya
İnternet Nədir ?.
İstehsal Amilləri Bazarı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə
Əsas Alqoritmik Konyuksiyalar. Xətti Alqoritmlər
9 mart cı il E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli
İFRAZAT SİSTEMİ Medical ppt Medical ppt
MƏHSUL SATIŞ HİTLƏRİ.
Tələb, təklif və hökumət siyasəti
CƏRRAHİYYƏDƏ RENTGENOLOJİ MÜAYİNƏ VƏ ENDOSKOPİYA
Azərbaycan Dövlət İqtisad Universiteti
Keçmiş zamanlarda varlı bir tacir yaşayırdı və onun...
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
DİFTERİYA.
Ekonometrika – iqtisadi sistemlərin optimal idarə edilməsinin riyazi aparatı kimi. Plan: Model – ekonometrikanın dərketmə vasitəsi kimi. Modellərin tipləri.
(XAŞİMOTO XƏSTƏLİYİ) Ə. ƏLİYEV ADINA AZƏRBAYCAN DÖVLƏT
Elmi Layihə Olimpiadaları üçün Elmi layihə nədir?
Dişlərin çəkilməsi əməliyyatı. Ümumi və yerli fəsadlar.
«Sabahın alimləri» Respublika Müsabiqəsi
ANADANGƏLMƏ SİANOTİK ÜRƏK QÜSURLARI
DEMODEKOZ.
DƏRSİN GEDİŞİ: Salamlaşma Motivasiya Qruplaşdırma Tədqiqat Təqdimat
İnformasiya texnologiyalarının təkamülü.
Beynəlxalq ərzaq və istehlak malları bazarı
Mövzu:Balıqların müxtəlifliyi. Balıq ehtiyatının qorunması.
“CanSat Azerbaijan 2019" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
8 Kənar Təsirlər Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi
CdS/PVS və CuS/PVS polimer matris əsasında nanokompozitlərin dielektrik spektroskopiyası NANOMATERİALLARIN KİMYƏVİ FİZİKASI MƏLİKOVA.L.V.
Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəb
Yerüstü hava xəritələri və onların təhlili
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Say sistemləri arasında əlaqə
Əhalinin sağlamlığı və təhlükəsizliyi.
XPƏM-nin həll üsulları.
Obyektin informasiya modelinin təsvir formaları.
MÖVZU: “ ALQORİTM HAQQINDA MƏLUMAT”
V sinif Mən elimlərin şahıyam Riyaziyyat.
Makroiqtisadi modellər.
Nihad , Ayxan , Ərcan , Çıraq
Təyyarələrin buz bağlaması və elektrizasiyası
Siklonlar və onların əmələ gəlməsi
tam orta məktəbin müəllimi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.
BakI şəhərİ 14 №-lİ məktəbİn İnformatİka müəllİmİ
Elektron cədvəllər . Eyni tipli düsturlar.
Mövzu: Tədrisdə ən yaxşı
Fizika müəllimi: FƏXRİYYƏ ABUŞOVA
Devalİvasİya. Onun İqtİsadİyyata təsİrİ
fenn- biologiya movzu – helqevi qurdlar
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
Görünüş məsafəsinin növləri. Görünüş məsafəsinin təyini
BANKLARDA HÜQUQİ RİSK MENECMETİNİN QURULMASI
DEFİSİT ANEMİYALAR.
İstehsal müəssisələri:
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
ETT və insan resurslarının peşə-ixtisas təhsili problemləri
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hesablama texnikasının tarixi. 8-ci sinif..
Affektiv sindromlar.
Sinif: VII Mövzu: “Atmosfer. Atmosfer təzyiqi”
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın.
Sunum transkripti:

Böyrək çatışmazlığı

Kəskin böyrək çatışmazlığı Kəskin böyrək çatışmazlığı - böyrək parenximasına müxtəlif faktorların (ekzogen, endogen) təsiri nəticəsində əmələ gələn vəziyyət olub, böyrəklərin ekskretor, sekretor, filtrasiya funksiyalarının kəskin pozulması ilə müşayiət olunur

Etiologiyası Prerenal (hemodinamik) forma – böyrək qan cərəyanının kəskin pozulması nəticəsində əmələ gəlir. Renal (parenximatoz) forma – böyrək parenximasının zədələnməsi nəticəsində əmələ Postrenal (obstruktiv) forma – sidiyin xaric olmasının kəskin pozulması nəticəsində əmələ Arenal forma – çox nadir forma olub, həyati göstərişə görə hər iki böyrəyin və ya tək böyrəyin çıxarılması nəticəsində əmələ gəlir.

Etiologiyası

Etiologiyası Prerenal (hemodinamik) forma Renal (parenximatoz) forma Postrenal (obstruktiv) forma Arenal forma 1) Şoklar (travmatik, anafilaktik, kardiogen, infeksion-toksiki, hemolitik) 2) Uzun müddətli sıxılma sindromu 3) Yanıqlar 4) Ürək çatışmazlığı 5) Dehidratasiya və elektrolitlərin itirilməsi 6) Qanaxma və infeksiya ilə fəsadlaşmış mamalıq patologiyası 7) Böyrək qan cərayanını azaldan dərman preparatlarının təsiri 1) Nefritlər (kəskin qlomerulonefrit , kəskin interstisial nefrit) 2) Birləşdirici toxumanın diffuz xəstəlikləri 3) Qudpasçer sindromu 4) Nefrotoksik maddələrin təsiri 5) Böyrək arteriyasının tromboz və emboliyası 6) Böyrək venasının trombozu 1) Sidik çıxarıcı yolların daşla obstruksiyası 2) Sidik çıxarıcı yolların şişlə obstruksiyası 3) Sidik çıxarıcı yolların böyümüş limfa düyünləri ilə obstruksiyası 4) Prostat vəzinin böyüməsi nəticəsində kəskin sidik ləngiməsinin əmələ gəlməsi 5) Sidik axarlarının qan laxtaları ilə okkluziyası Həyatı göstərişə görə hər iki böyrəyin və ya tək böyrəyin xaric edilməsi nəticəsində əmələ gəlir

Patogenezi Sitokinlərin böyrəklərə zədələyici təsiri Böyrək qan cərəyanı və yumaqcıq filtrasiyasının azalması, böyrəklərin işemiyası Na və suyun distal kanalcıqlara gəlməsinin azalması Kanalcıqların epitelinin apoptozu güclənməsi Disseminə olunmuş damar daxili laxtalanma sindromu inkişaf etməsi Böyrək kanalcıqları hüceyrələrində Ca-nin toplanması, onun ödemi və şişməsi Pielorenal və pielovenoz reflüksün inkişaf etməsi Kanalcıqlarda hidrostatik təzyiqin artması İnterstisiyanın ödemi Yumaqcıqlarda və kanalcıqlarda qan cərəyanının pozulması Tubulyar nekrozun əmələ gəlməsi

Təsnifatı Zədələnmə yerinə görə Prerenal Renal Postrenal

Təsnifatı Etiopatogenezinə görə Şok böyrəyi Toksiki böyrək Kəskin infeksion böyrək Damar obstruksiyası Uroloji obstruksiya Arenal vəziyyət

Təsnifatı Gedişinə görə Faktorun təsirinin başlanğıc dövrü Oliqoanuriya dövrü Diurezin bərpa olunması dövrü Sağalma dövrü

Təsnifatı Ağırlıq dərəcəsinə görə 1-ci dərəcə - yüngül 2-ci dərəcə - orta ağırlıqda 3-cü dərəcə - ağır

Klinikası Başlanğıc dövr yaxud etioloji faktorun təsir dövrü Oliqoanurik dövr Diurezin bərpa olunması dövrü Böyrək funksiyasının bərpa olunması dövrü

Klinikası Başlanğıc dövr yaxud etioloji faktorun təsir dövrü: Təxminən 1-2 gün davam edir Kollaps Diurezin azalması baş verir

Klinikası Oliqoanurik mərhələ 1 neçə gündən 3-4 həftəyə qədər davam edir Ümumi zəiflik İştahsızlıq Gündüz yuxululuq, gecə yuxusuzluq Ürək bulanma, qusma Sidik ifrazının azalması

Klinikası Dəri quru olur, qabıqlanır Dil quru olur Uremik qastrit, kolit Qaraciyər böyüyə, funksiyası pozula, hətta qaraciyər çatışmazlığı inkişaf edə bilər

Klinikası Kəskin miokardit, az hallarda isə fibrinoz perikardit inkişaf edə bilər Ciddi hiperhidratasiya zamanı ağciyər ödemi müşahidə oluna bilər Tez-tez pnevmoniya inkişaf edir və abseslə ağırlaşa bilər Ağır hallarda Kussmaul tənəffüsü (asidozla əlaqədar) əmələ gəlir

Klinikası Baş ağrıları Əzələ dartılmaları Qıcolmalar Huşun pozulması

Klinikası Hiperkaliemiya Hiponatriemiya Hipokalsiemiya Hipoxloremiya Hipermaqniemiya Hiperfosfatemiya Hipersulfatemiya

Klinikası Diurezin bərpa olunması dövrü Diurez tədricən artmağa başlayır Yumaqcıq filtrasiyası bərpa olunur Kanalcıq reabsorbsiyası isə pozulmuş vəziyyətdə qalır Hüceyrədən kənar dehidratasiya və hüceyrə dehidratasiyası əlamətləri qeyd olunur Hipokaliemiya Hipomaqniemiya Hiponatriemiya müşahidə olunur

Klinikası Böyrək funksiyasının bərpa olunması dövrü 3-12 ay və daha çox davam edir Bu dövrdə kreatinin və sidik cövhərinin qanda səviyyəsi normal olur

Müalicəsi Əsas etioloji faktorların aradan qaldırılması Travmatik şok zamanı - ağrısızlaşdırma, yaranın cərrahi işlənilməsi Hemorragik şok zamanı - qan əvəzedici məhlulların köçürülrməsi Nefrotoksik kəskin böyrək çatışmazlığında - mədə-bağırsağın təmizlənməsi, bu yolla uremik toksinlərin orqanizmdən çıxarılması Renal mənşəli KBÇ-da - böyrək xəstəliklərinin müalicəsi Sidik yollarının okklyuziyası fonunda əmələ gələn KBÇ – da - təcili nefrostomiya Massiv hemoliz zamanı - qan köçürülməsi Sepsis fonunda baş vermiş KBÇ-da - intensiv antibakterial terapiya

Şok əleyhinə tədbirlər Dövr edən qanın həcminin bərpa edilməsi Poliqlükin - plazma əvəz edici preparatdır, tədricən damar divarından keçir, hemodinamik təsir göstərir, AT-ni tez yüksəldir. Reopoliqlükin - dekstranın 10%-li məhluludur. Preparat mayenin toxumalardan qan dövranına keçməsinə şərait yaradır, dövr edən qanın həcmini artırır, mikrosirkulyasiyanı yaxşılaşdırır.V/d damcı üsulu ilə istifadə edilir (400-1000 ml). Şok zamanı dövr edən qanın həcmini bərpa etmək üçün - zülal preparatları - Yeni hazırlanmış plazmanın v/d. damcı üsulu ilə köçürülməsi

Şok əleyhinə tədbirlər Beta adrenostimulyatorların vena daxilinə istifadəsi Dopamin (dopmin) - beta-adrenoreseptorları stimulyasiya etməklə miokardın yığılma qabiliyyətini artırır, böyrək qan cərəyanını artırmaqla, yumaqcıq filtrasiyasını yaxşılaşdırmaqla diurezi artırır. 200 mq (5 ampula) dopmini 5%-li 400 ml qlükoza yaxud NaCl-da həll edib v/d. damcı üsulu ilə yeridilir. Dopmin böyrək qan cərəyanını yaxşılaşdırır, AT-ni yüksəldir Dopmin dozasının çox olması fonunda böyrək arteriyalarının daralmasına görə böyrək qan cərəyanı pisləşə bilər.

Şok əleyhinə tədbirlər Prednizolonun istifadə edilməsi Qlükokortikoidlərin istifadəsi - autoimmun proseslər fonunda əmələ gələn KBÇ-da məsləhət görülür. Prednizolonu 3-5 mq/kq dozada istifadə etmək olar. Qlükokortikoidləri həmçinin hemolitik mənşəli KBÇ-da da tətbiq etmək olar. Arterial hipotenziya ilə müşayiət olunan KBÇ-da da 60-90 mq prednizolondan v/dax. axınla istifadə etmək olar, sonra isə saxlayıcı doza təyin edilir.

Şok əleyhinə tədbirlər Xəstələrdə şok vəziyyəti 4-5 saatdan çox davam edərsə, böyrək toxumasında geri dönməz dəyişikliklər əmələ gəlir. Odur ki, şok zamanı tədbirlər təcili, qısa müddət ərzində aparılmalıdır.

Diuretiklərin istifadə edilməsi Diuretiklər KBÇ-nın müalicəsində ilk saatlardan istifadə edilməlidir. Furosemid Na və suyun geriyə sorulmasını blokada etməklə böyrək damarlarını genişləndirir, diurezi artırır. KBÇ-da furosemid v/d. yeridilməklə 2 mq/kq (8 ampula-160 mq) dozadan başlanır, əgər 1 saat ərzində effekt olmazsa, təkrar preparatı 1 mq/kq dozaya (40 ampula-800 mq) qədər vena daxilinə vurmaq olar. Furosemidin böyük dozalarının toksiki effekti əmələ gələ və böyrək çatışmazlığı proqressivləşə bilər.

Diuretiklərin istifadə edilməsi Mannitol böyrək kanalcıqlarında sidiyin osmotik təzyiqini artırmaqla suyun reabsorbsiyasını azaldır, yumaqcıq filtrasiyasını, böyrək qan cərəyanını yaxşılaşdırır. Əgər KBÇ olan xəstələrdə mannitolun istifadəsindən sonra diurez artmırsa, onu sonra istifadə etmək lazım deyil, çünki mannitolun artıq tətbiq edilməsi nəticəsində hipervolemiya, ağciyərlərin və beynin ödemi əmələ gələ bilər. Mannitolun 10-20% məhlulunu 5%-li qlükoza məhlulunda həll etməklə vena daxilinə damcı üsulu ilə yaxud v/dax. Axınla yavaş-yavaş 1 q/kq dozada istifadə etmək olar. Mannitolla bərabər vena daxilinə 200 mq furosemidin vurulması da məsləhətdir.

Antikoaqulyantların təyinatı KBÇ-da antikoaqulyantların istifadəsi disseminə olunmuş damar daxili laxtalanma (DDDL) yaxud hemolitik-uremik sindrom zamanı göstəriş hesab olunur. DDDL sindromunun hiperkoaqulyasiya dövründə heparin hər 6 saatdan bir 15-50 vah./kq dozada təyin edilir. DDDL sindromunun 2-ci (hemorragik) fazasında təzə hazırlanmış plazma və proteolitik fermentlərin inhibitorları v/dax. vurulur.

KBÇ-nın oliqoanurik fazasının müalicəsi Bu mərhələdə ölüm daha çox Hiperhidratasiyadan Hiperkaliemiyadan Tənəffüsün və qan dövranının pozulması ilə müşayiət olunan metabolik asidozdan Hiperazotemiyadan ola bilər.

Zülal metabolizminin azalması və orqanizmin energetik tələbatının təmin edilməsi Pəhriz az zülallı olmalı (gün ərzində 20 qramdan artıq olmamaqla), əsasən karbohidrat və yağlardan təşkil olunmalıdır. Zülal katabolizmini azaltmaq üçün anaboliklərdən-retabolil ə/dax. 1 ml-dən həftədə 1 dəfə, kişilərə testosteron propionat 100 ml/gün dozada ə/dax. istifadə edilir. Zülal katabolizmini azaltmaq üçün həmçinin proteolitik fermentlərin inhibitorları: kontrikal, trasilol 30000-50000 TV v/dax. damcı üsulu ilə 250-300 ml 5%-li qlükoza məhlulunda gündə 1 dəfə 4-5 gün ərzində köçürülə bilər.

Mayenin optimal balansının təmin edilməsi Xəstəliyin oliqoanurik mərhələsində çox maye köçürmək olmaz Mayenin artıq miqdarda infuziyası hidremiyanı artıra, su zəhərlənməsi yarada bilər Xəstədə diurez olmadıqda yaxud oliqouriya olduqda, gün ərzində 600-700 ml maye köçürülməsi məsləhət görülür Xəstəyə mayeni daxilə də vermək olar Eyni zamanda v/dax. 5-10 %-li qlükoza yaxud Ringer məhlulunu köçürmək olar. Qlükoza zülal katabolizmini azaldır, ketoasidozım qarşısını alır

Elektrolit pozğunluqlarının korreksiyası Hiperkaliemiyanın korreksiyası üçün ilk növbədə K ilə zəngin qida məhsullarını istifadə etməmək lazımdır (kartof, meyvə şirələri, ərik, gavalı qurusu və s.). Bu məqsədlə 200-300 ml 40%-li qlükoza məhlulunun 40 vahid insulinlə v/dax. vurulması məsləhətdir. Ağır hiperkaliemiya zamanı 5%-li 10-20 ml NaCl yaxud laktat məhlullarını v/dax. istifadə etmək olar. Ancaq bu zaman ehtiyatlı olmaq lazımdır, çünki Na-un dozası çox olduqda ağciyərlərin ödemi əmələ gələ bilər.

Elektrolit pozğunluqlarının korreksiyası Asidoz hiperkaliemiyanın əmələ gəlməsinə şərait yaradır. Odur ki, NaHCO3 məhlulunu v/dax. istifadə etmək olar. Aparılan tədbirlər effektsiz olduqda hemodializ müalicəsi məsləhət görülür. Hipokalsiemiyanın qarşısını almaq üçün isə v/dax. 10%-li kalsi qlükonatdan 20-40 ml v/dax. istifadə edilir. Hiponatriemiya adətən hidremiya ilə əlaqədar olur. Bu zaman hüceyrələrdə K Na ilə əvəz edilir. Hiperkaliemiya, hidremiya aradan qaldırdıqda hiponatriemiya da normallaşır.

Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası KBÇ-nın oliqoanuriya mərhələsində asidoz əmələ gəlir. Metabolik asidoz zamanı K hüceyrə daxilindən çıxır və Na hüceyrə daxilinə keçir. KBÇ zamanı nadir hallarda metabolik alkaloz inkişaf edə bilər ki, bu da özünü qusma, ishal, hiperventilyasiya ilə göstərir.

Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası Asidozun müalicəsi 4,2% NaHCO3 məhlulu hər kq çəkiyə 4 ml hesabi ilə köçürülürə bilər NaHCO3 məhlulunun təsirindən asidoz azalan zaman Ca-nın qan zərdabında səviyyəsi azalmaqla qıcolma əmələ gətirə bilər Onun qarşısını almaq üçün isə Ca qlükonatın 10%-li məhlulu 20 ml v/dax. vurula bilər

Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası Alkalozun müalicəsi Ca qlükonatın 10%-li məhlulundan 50 ml-ə qədər v/dax istifadə olunur.

Dezintoksikasiya edici müalicə Dezintoksikasiya məqsədilə hemodez, qlükoza, ringer məhlullarından istifadə etmək olar, ancaq KBÇ olan xəstələrdə hiperhidratasiya olduğundan bu preparatların böyük dozalarda istifadəsi məhdudlaşdırılmalıdır KBÇ-nin müalicəsində hemodializin tətbiqi ən effektiv üsullardan hesab edilir Əgər xəstələrdə hemodializ müalicəsini aparmaq mümkün deyilsə, bu zaman hemofiltrasiya üsulundan istifadə etmək olar

Antibiotiklərin istifadə edilməsi KBÇ zamanı antibiotiklər əsasən sepsis, infeksion fəsadlar olan zaman təyin edilir. Antibiotiklərin istifadə edilməsi zamanı nefrotoksiklik, böyrək funksiyasının pozulmasının dərəcəsi, preparatın farmakokinetikası nəzərə alınmalıdır.

Diurezin bərpa olunması dövründə müalicə Qidalanma rejimi Diurezin bərpa olunması dövründə xəstələrin qidalanması rejimi genişləndirilməlidir Kifayət qədər zülal qəbulu məsləhət görülür Xörək duzunu məhdudlaşdırmağa ehtiyac olmur Qida vitaminlə, minerallarla zəngin olmalıdır Vitamin çatışmazlığı dövrlərində polivitamin preparatlarından istifadə etmək olar Poliuriya fazasında xəstələr 2-3 l və ondan artıq maye qəbul edə bilərlər ki, kifayət qədər diurez olsun.

Su balansı pozğunluğunun korreksiyası Hüceyrədən kənar dehidratasiyanın müalicəsi NaCl-u daxilə qəbul etmək lazımdır (xaric edilən hər litr sidiyə təxminən 2 qram hesabı ilə) NaCl-un 0,9%-li məhlulunun v/dax. yeridilməsi (gün ərzində 2-3 litr) v/dax plazma, albuminin istifadə edilməsi

Su balansı pozğunluğunun korreksiyası Hüceyrə dehidratasiyasının müalicəsi Gün ərzində xaric edilən sidiyin miqdarından çox mayenin daxilə qəbul edilməsi v/dax. 3-5 litr 5%-li qlükozanın damcı üsulu ilə köçürülməsi NaCl məhlullarının, hipertonik məhlulların v/dax. yeridilməsi

Ümumi dehidratasiya zamanı müalicə 5%-li qlükoza məhlulu v/dax. köçürülür Sonra isə NaCl-un izotonik məhlulu v/dax. yeridilir NaCl, qlükozanın hipertonik məhlulları, kolloid məhlulların istifadəsi əks göstərişdir

Elektrolit balansı pozğunluğunun müalicəsi KBÇ-nın poliuriya fazasında sidiklə çoxlu miqdarda elektrolitlər itirildiyindən hipokaliemiya, hiponatriemiya, hipoxloremiya, hipomaqniemiya yarana bilər. Bu dövrdə qan zərdabında Ca-nin səviyyəsi normallaşır. Hipokaliemiya və hiponatriemiyanı korreksiya etmək üçün müvafiq elektrolitlər təyin edilir. Eyni zamanda tərkibi K ilə zəngin olan məhsulları da istifadə etmək olar (portağal, mandarin, süd, kartof, qara gavalı, banan və s.).

İnfeksion ağırlaşmaların müalicəsi KBÇ zamanı infeksion ağırlaşmalar əmələ gələrsə, nefrotoksik olmayan (penisillin qrup antibiotikləri) və az nefrotoksik (sefalosporinlər) antibiotiklərdən istifadə etmək olar. Antibiotiklərin təyin ediləcək dozaları böyrəklərin funksional vəziyyətindən asılı olaraq seçilməlidir.

Anemiyanın müalicəsi Müalicə məqsədilə dəmir tərkibli preparatlar, eritropoetin istifadə edilməlidir. Hb-nin səviyyəsi 50 g/l-dən aşağı olarsa xəstələrə eritrosit kütləsinin köçürülməsi məsləhətdir.

Bərpa dövründə müalicə Böyrəklərin funksional vəziyyətinin göstəricilərinə Gündəlik diurezə Qan zərdabında elektrolitlərin səviyyəsinə Azotemiyaya Qanın ümumu analizinə nəzarət olunmalıdır

Xroniki böyrək çatışmazlığı Xroniki böyrək çatışmazlığı – tədricən əmələ gələn, getdikcə proqresivvləşən, nefronların funksiyasının və miqdarının azalması, böyrəklərin ekskretor və inkretor funksiyasının, turşu-qələvi, su-duz mübadiləsinin pozulması, uremik intoksikasiya ilə müşayiət olunan xəstəlikdir.

Etiologiyası Xroniki qlomerulonefritlər Xroniki pielonefrit Diabetik qlomeruloskleroz Böyrəklərin polikistozu Böyrək daşı xəstəliyi Birləşdirici toxumanın diffuz xəstəlikləri Prostat vəzinin adenoması və xərçəngi Böyrəklərin amiloidozu Böyrəklərin kistası Böyrəklərin vərəmi Hipertoniya xəstəliyi Böyrək və sidik çıxarıcı yolların anomaliyaları Podaqra və s.

Patogenezi Etioloji xəstəliklərin uzun müddət ərzində davam etməsi nəticəsində böyrəklərin parenximasında geri dönməz struktur dəyişikliklər baş verir Nefronların miqdarı azalır, onlar atrofiyalaşır, büzüşürlər Böyrəklərin kompensator imkanları tükənir Böyrəklərin zədələnməsinin struktur dəyişikliyi ilə bərabər, XBÇ-nin terminal mərhələsində immunoloji dəyişikliklər də mühüm əhəmiyyət kəsb edir Xəstəlik fonunda yumaqcıqların çox hissəsi boşalır, kanalcıqlar atrofiyalaşır Böyrəklərin sidiyi konsentrasiya, həll etmək imkanları azalır Bu dəyişikliklər nefronlar üzərinə osmotik yükün artması, eyni zamanda henle ilgəyinin zədələnməsi ilə əlaqədardır Kanalcıqların sekretor funksiyası azalır, xəstəliyin terminal mərhələsində bu göstərici 0-a bərabər olur Beləliklə, böyrəklərin sidik əmələ gətirmə, xaric etmə, qanyaratma və s. funksiyaları kobud şəkildə pozulur və XBÇ-nin simptomatologiyası əmələ gəlir

Təsnifatı Xəstəliyin gedişində 2 mərhələ ayırd edilir: Konservativ mərhələ - yumaqcıq filtrasiyası 40 ml/dəq-dək enir Terminal mərhələ - yumaqcıq filtrasiyası 15 ml/dəq-dək enir. Bu zaman qanın böyrəkdən kənar təmizlənmə üsulLARIndan (hemodializ, PERİTONEAL DİALİZ) yaxud böyrək transplantasiyası əməliyyatından istifadə olunur

Klinikası Xəstələr ləng, apatik, yuxulu olurlar Dəri quru, sifət şişkin olur Əzələ zəifliyi (hipokaliemiya ilə əlaqədar olaraq), asidotik tənəffüs, əzab verici dəri qaşınması ( uremik toksinlərin dəridəki sinir uclarını qıcıqlandırması nəticəsində) Bəzən əzələlərdə qıcolmalar, əzələ dartılmaları, gərilmələri (Ca-nin qan zərdabında səviyyəsinin azlması ilə əlaqədar) Osteopoz, “ikincili podagra”, uremik plevrit, perikardit. Perikardın sürtünmə küyü - “uremikin ölüm zəngi”. Bu əlamətin olması xəstəliyin finalının yaxınlaşdığını göstərir

Klinikası Arterial hipertenziya, uremik vaskulit, qastrit, enterokolit Ürəkbulanma, qusma, iştahasızlıq, ağızda quruluq, yanğı hissinin olması, hipotermiya, uremik artrit (sidik turşusunun artması ilə əlaqədar) Böyrəklərin eritropoetin əmələ gətirmək fuksiyasının pozulması nəticəsində azotemik (ikincili, toksiki) anemiya Preterminal mərhələyə qədər poliuriya, terminal fazada isə oliqoanuriya

Diaqnostikası Qanın ümümi analizindəki dəyişikliklər: Hb-nin azalması Eritrositlərin azalması Leykositoz Trombositopeniya EÇS-in artması

Diaqnostikası Qanın biokimyəvi müayinəsi Qan zərdabında kreatinin, sidik cövhərinin səviyyəsi artır Ümumi zülalın miqdarı etioloji xəstəliklə əlaqədar olaraq dəyişə bilər Xəstəliyin terminal mərhələsində hiperkaliemiya, preterminal mərhələsinə qədər hipokaliemiya müşahidə edilə bilər Hipokalsiemiya, hipermaqniemiya, hiperfosfatemiya Hiperurikemiya

Diaqnostikası USM, kompüter tomoqrafiya, nüvə maqnit rezonansı üsullarının köməkliyi ilə böyrəklərin büzüşməsi, onlarda ola bilən struktur dəyişikliklər haqqında məlumatlar əldə etmək mümkündür. Bağırsaqlar yaxşı təmizlənərsə - ümumi rentgenoqrafiya vasitəsilə də böyrəklərin ölçülərinin kiçilməsini müəyyən etmək olar.

Diaqnostikası

Müalicəsi Pəhriz Qəbul edilən zülalların miqdarı məhdudlaşdırılmalıdır Qidanın tərkibi əsasən karbohidrat və yağlardan ibarət olmalı, qida mikroelement və vitaminlərlə zəngin olmalıdır Qəbul edilən fosfatların miqdarı azaldılmalıdır NaCl, su və K-nin qəbuluna nəzarət edilməlidir

Müalicəsi Bağırsaqların təmizlənməsi - NaHCO3 məhlullu imalələrdən istifadə edilir. Xəstələrin müalicəsində eyni zamanda sorbit, ksiliti ( 50 qram sorbit verməklə stulu tezləşdirmək və bu yolla uremik intoksikasiyanı azaltmaq mümkündür) də tətbiq etmək olar. Zəif soda məhlulu ilə mədənin yuyulması

Müalicəsi XBÇ-nin başlanğıc mərhələsində anaboliklərdən ( retabolil ) istifadə etmək olar ( 1 ml-dən həftədə 1 dəfə, 3-4 həftə ərzində ). Bitki mənşəli preparatlar ( xofitol, lespenefril ) da xəstəliyin başlanğıc mərhələlərində azotemiyanı azalda bilər. Dezintoksikasiya məqsədilə isə 5%-li qlükoza , hemodez, 0,9%-li NaCl məhlulları v/dax. yeridilə bilər.

Müalicəsi Xəstələrdə reninemiya ilə əlaqədar olaraq ciddi arterial hipertenziya olur. Bu zaman AÇFİ, ARA, Ca ionlarının blokatorlarından, beta- adrenoblokatorlardan istifadə etmək olar. AÇFİ və ARA-nın istifadəsi zamanı qan zərdabında K-nin və kreatininin səviyyəsinə nəzarət etmək lazımdır.

Müalicəsi Qan zərdabında kreatininin səviyyəsi 200 mmol/l.-dən artıq olduqda- tiazid və tiazidə bənzər diuretiklərin (hidrochlortiazid, indapamid) istifadə edilməsi məsləhət görülmür, çünki onlar yumaqcıq filtrasiyasını pisləşdirməklə uremiyanı artıra bilərlər. İlgər diuretikləri əsasən diuretik məqsədlə istifadə edilir ( furosemid, laziks, uregit). XBÇ zamanı hipertonik kriz müşahidə edilərsə, peroral olaraq kaptopril, nifedipin və klofelindən istifadə edilməlidir. MgSO4-ün krizlərdə istifadəsi məsləhət görülmür, çünki bu qrup xəstələrdə hipermagniemiya olur.

Müalicəsi Xroniki uremiyalı xəstələrdə eritropoetin çatışmazlığının müalicəsi üçün rekormondan (rekombinat eritropoetin) istifadə edilir. 1 ampulada 1000 TV olur. Preparatın başlanğıc dozası 20 TV/kq-dan həfdədə 3 dəfə dəri altına təyin edilir, effekt olmadıqda hər ay 3 inyeksiya artırılır. Preparatın maksimal dozası 720 TV/kq/ həftə hesab edilir. Hemoqlobinin səviyyəsi artandan sonra saxlayıcı doza seçilir.

Müalicəsi Kişilərdə eritropoezi gücləndirmək üçün androgenlərdən istifadə olunur. Testosteron ə/dax. 400-600 mq 5%-li məhluldan həfdədə 1 dəfə, sustanon isə ə/dax. 100-150 mq 10%-li məhluldan həfdədə 3 dəfə vurulur. Dəmir preparatlarını ( tablet şəklində ) da bu məqsədlə uzun müddət ərzində istifadə etmək olar. Ağır formalı anemiyalarda (Hb 50 q/l-dən aşağı olduqda) qan köçürülməlidir.

Müalicəsi XBÇ olan xəstələrdə uremik osteodistrofiya əmələ gəlir, yəni qanda kalsiumun miqdarı azalır, fosfor isə artır. Bu məqsədlə Ca qlükonat 10%-dən 10-20 ml. v/dax. istifadə edilməlidir. Hiperfosfatemiyanı azaltmaq üçün isə almageldən istifadə etmək olar. Almagelin tərkibində olan alüminium hidroksid bağırsaqlarda fosforla həll edilməyən birləşmə əmələ gətirir və bağırsaqlardan xaric olur.

Müalicəsi XBÇ zamanı infeksion ağırlaşmalar olarsa penisillin yaxud sefalosporin qrup antibiotiklərindən, xəstə onları qəbul edə bilmədikdə ( yanaşı təsirlərinə görə) makrolidlərdən istifadə olunmalıdır. Aminoqlikozidlərin ( gentamisin, kanamisin, amikasin, streptomisin) istifadəsi məsləhət görülmür, çünki onların güclü nefrotoksik təsirləri vardır. Tetrasiklinlər az nefrotoksikdirlər, ancaq onlar uremiyanı artırdığından istifadəsi məsləhət görülmür. Nitrofuran birləşmələrinin və nalidiks turşusu preparatlarının yalnız XBÇ-nın kompensasiya və latent mərhələsində təyin edilməsi tövsiyyə olunur.

Müalicəsi XBÇ-nın terminal mərhələsində xəstələrə konservativ müalicə kömək etmədikdə, permanent (fasiləsiz) hemodializ və böyrək transplantasiyası üsullarından istifadə edilməlidir.

Müalicəsi Hemodializin aparılmasına göstərişlər: Yumaqcıq filtrasiyası 5 ml/ dəq-dən az olduqda Qan plazmasında sidik cövhərinin konsentrasiyası >35 mmol/l olduqda Plazmada kreatinin səviyyəsi >1 mmol/l olduqda Kalinin qan zərdabında konsentrasiyası >6 mmol/l olduqda Oliqoanuriya yaranarsa Ağciyərlərin ödemi, fibrinoz yaxud nadir hallarda eksudativ perikardit əmələ gələrsə Periferik neyropatiya əlamətləri artarsa

Müalicəsi Xroniki hemodializdə olan xəstələr böyrək köçürülməsi əməliyyatına hazırlanmalıdırlar. Böyrək transplantasiyasının 45-50 yaşdan yuxarı yaşı olan, şəkərli diabetli xəstələrə aparılması məqsədəuyğun deyildir, çünki bu zaman donor böyrəyinin uyğunlaşmamaq ehtimalı çox olur. Transplantasiya zamanı donor böyrəyi HLA-antigen sistemi ilə seçilir.

Müalicəsi Donor böyrəyini adətən eyni yumurta əkizlərindən, xəstənin valideynlərindən, bəzi hallarda HLA sistemi ilə uyğun gələn, avtomobil qəzasında ölmüş xəstələrdən götürürlər. Statistik məlumatlara görə, hemodializ və böyrək transplantasiyası üsullarını tətbiq etməklə xəstələrin ömürlərini 10-20 ilə qədər artırmaq, xəstələrdə proqnozu və xəstələrin həyat keyfiyyətlərini yaxşılaşdırmaq mümkündür.

Proqnozu Xəstəliyin gedişi tədricən proqressivləşəndir

Profilaktikası Xəstəliyin əmələ gəlməsində etoloji rol oynayan xəstəliklər vaxtında, adekvat müalicə olunmalıdırlar.