V SİNİF ƏDƏBİYYAT MÜƏLLİM: Məmmədova Təzəgül
Azərbaycan himni səsləndirilir Azərbaycan himni səsləndirilir. Sonra dövlət rəmzlərimiz haqqında sual-cavab aprılır. Daha sonra himnimizin musiqisi və sözlərinin kimə məxsus olduğu şagirdlərdən soruşulur. Cavab aldıqdan sonra Əhməd Cavadın şəkli göstərilir.
MOTİVASİYA ŞƏKİLDƏKİ DAHİ ŞƏXSİYYƏT HAQQINDA NƏ BİLİRSİNİZ?
Nöqtələrin yerinə hansı söz uyğun gəlir? .......... sənsən mənim, Ülviyyətim, şan –şöhrətim. Adım mənim öz adımdır, Sənsiz mənim nə qiymətim?! Vətənimizə-Azərbaycana çoxlu əsərlər həsr olunub. Həmin əsərlərdə doğma yurdumuzun şərəfli keçmişi,bu günü,təbiəti əksini tapıb. Böyük şairimiz Ə. Cavadın vətən mövzulu əsərləri daha çoxdur. Onlardan biri də “Azərbaycan, Azərbaycan!” şeiridir. Azərbaycan Respublikasının Dövlət Himninin mətni də bu vətənpərvər şairə məxsusdur.
Əhməd Cavad “Azərbaycan! Azərbaycan” şeiri MÖVZU Əhməd Cavad “Azərbaycan! Azərbaycan” şeiri
STANDART 1.1.1 Şeirdə tanış olmayan sözləri lüğət vasitəsilə müəyyənləşdirir. 1.1.5 Mətndəki bədii təsvir vasitələrini müəyyənləşdirir və fərqləndirir. 2.1.2 Əsərlə bağlı fikirlərini mətndən seçdiyi nümunələrlə aydın, ardıcıl şərh edir.
MƏQSƏD Şeİrdə epİtet və Təşbehİ müəyyənləşdİrİR. ŞİFAHİ TƏQDİMATINI ƏSƏRDƏN SEÇDİYİ NÜMUNƏLƏR ƏSASINDA QURUR
Dərsin tipi: İnduktiv, bədii əsərin öyrənilməsi. İş üsulu: Beyin həmləsi, müsahibə. İş forması: Kiçik qrupla iş, fərdi iş. İnteqrasiya: Tarix, həyat bilgisi,musiqi. Resurslar: Dərslik, iş vərəqləri, marker, proyektor, kompyuter,A4 vərəqləri.
TƏDQİQAT SUALLARI Vətən haqqında çoxlu əsərlərin yazılmasına səbəb nədir? Şeirdə doğma təbiətin mənzərələri necə təsvir olunmuşdur?
Tədqiqatın aparılması Şeiri bədii oxu ustasının ifasında proyektor vasitəsi ilə şagirdlər dinləyir. Sonra fərdi olaraq mətn oxunur, tanış olmayan sözlərin mənası lüğət vasitəsilə aydınlaşır. Daha sonra qrup işinə başlanır. Şagirdlər iki qrupa bölünür: QARABAĞ və VƏTƏNPƏRVƏR. Qruplar iş vərəqlərində verilən tapşırığı yerinə yetirirlər.
TƏDQİQATIN APARILMASI Qarabağ Vətənpərvər Şeirdə işlənmiş epitet və təşbehləri tapın. Şeirdə daha çox nəyin təsvirinə yer verilib?
Şeir mənimsənildikdən sonra şagirdlər Əhməd Cavadın vətənini sevən, onun hər bir gözəlliyinə vurğun olan, qəlbi daim vətən hissi ilə döyünən bir sənətkar olduğu qənaətinə gəlirlər.
Vətənpərvər şair
Nəticənin çıxarılması və ümumiləşdirmə Şagirdlər bu sualları cavablandırmaqla nəticə və ümumiləşdirmə aparırlar. Şairin daha çox vətən mövzusunda əsər yazmasının səbəbini necə izah edərsiniz? Şeirdə hansı hiss və ovqat daha güclüdür? Əsərdə ölkəmizin təbii sərvətləri barədə hansı fikirlər əksini tapmışdır?
QRUPLARIN QİYMƏTLƏNDİRİLMƏSİ MEYAR (KRİTERİYA) “Qarabağ” QRUPU “Vətənpərvər” QRUPU ƏMƏKDAŞLIQ TƏQDİMAT DÜZGÜNLÜK NƏTİCƏ
«Şeirdən yeni nə öyrəndim?» mövzusunda məruzə hazırlayın. YARADICI TƏTBİQETMƏ «Şeirdən yeni nə öyrəndim?» mövzusunda məruzə hazırlayın.
Dİqqətİnİzə Görə təşəkkürlər