fenn- biologiya movzu – helqevi qurdlar Fenn muellimi-- Huseynova Terife Hazirladi; Nuriyev Ceyhun
Helqevi qurdlar haqqinda umumi melumat Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub ,ali qurdlar adlanırlar.Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur.Bədən ölçüləri 0.5 mm-dən 2-3 m-ə qədər uzunluqda olur.Onlar dənizlərdə ,şirin sularda,torpaqlarda yayılır.9000-ə qədər növü vardır. Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu və ya metamerli olmasıdır.Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir.Bu buğumluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər ) adlanır.Bəzi formalarda xarici buğumluluq daxili arkəsmələrə uyğun gəldiyi halda,bir qisim formalarda bu qanunauyğunluq pozulur.Bədəninin buğumları bir çox formalarda quruluşlarına görə bir-birinə oxşardır və ona görə də bu homonom buğumluluq adlanır.
Helqevi qurdlarin az qilli numayendesi Soxulcan
Yasadigi muhit; Torpaq
Helqevi qurdlarin cox qilli numayendeleri
Cox qillilar haqqinda umumi melumat Çoxqıllı qurdlar (lat. Polychaeta yun. polys — "çox", yun. chaete — "tük") həlqəvi qurdlar sinfi. 10000-ə yaxın növü var. Ən çox tanınmış nümayəndələri Arenicola marina və neraiddir (Nereis virens). Xəzər dənizində yaşayan 7 növü məlumdur. Çoxqıllı qurdlardan olan Nereis diversicolor növü Xəzər dənizinə Azov dənizindən 1939-1941-ci illərdə gətirilmiş və iqlimə uyğunlaşdırılmışdır. Hypania invalida və Hipaniola kowalewskii Xəzər dənizində lildə yaşayırlar. Mercierella enigmatica Xəzər dənizində Azov dənizindən 1960-cı illərdə yapışaraq gəlmişdilər. Azqıllı qurdlar (Oligochaeta) Həlqəvi qurdlar tipinin ayrıca sinfidir. Hazırda 5000 növü məlumdur və Xəzər dənizində 32 növü qeyd edilmişdir. Bunlar balıqların qidasında mühüm rol oynayırlar.
zeliler
Zeliler haqqinda umumi melumat Qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə etmək mümkündür. Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biri sayılır. Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtalıqlar
Son..
Diqqetinize gore tesekkur edirem…