Təqdimatı hazırlayan: Əliyeva Aidə İltifat qızı

Slides:



Advertisements
Benzer bir sunumlar
Fənn:Alqoritmlərin analizi və hazırlanması üsulları Müəllim:Mirzəyeva Gülnar Tələbə:Zeynalova Nərmin Mövzu:CSS.
Advertisements

FƏRDİ KOMPUTER VI SİNİF N.Abdullayeva.
Iqtisadi sistemlərin idarə edilməsində korrelyasiya və reqressiya təhlili metodunun tətbiqi Plan. Sistemlərdə asılılıqların tipləri. Funksional asılılıqlar.
DÜNYA OKEANI VƏ ONUN HİSSƏLƏRİ
I MÖVZU: İQTİSADIN ON PRİNSİPİ Azərbaycan Universiteti
Rəqabətli Bazarda Firmalar
CanSat Azerbaijan 2018 müsabiqəsi İlkin Hesabat Sənədi (PDR)
Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi
Axtarış sistemləri haqqında qısa məlumat
Kompüter şəbəkələri.
27 Maliyyənin əsasları.
nəticələr və tövsiyyələr IBP-nin yerli eksperti
Yaşayış Minimumunun Ölçülməsi
İnformasiyanın emal texnologiyaları.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Nizami rayonu 312 saylı orta məktəb
Fizika Şəki şəhər Ə.Məmmədov adına Orta Zəyzid kənd 2N-li
Məmmədova Aida Qrup-646 Müəl. Elşən BAĞIRZADƏ
Daş dövrünün hesabı. = Vahid say sistemi (unar)
AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ
“CanSat Azerbaijan 2018" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
Azərbaycan Dövlət İqtisad Universiteti
Şəmkir şeher Nizami Gəncəvi adına tam
Mənəvi keyfiyyətlər Lovğalandıqca xəcalətlilik artır.
Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ
BIM fakültəsi tələbəsi Qafarov Rafiqə məxsusdur
Təşkilati Elementlər və Konseptsiyalar
İstehlakçılar, İstehsalçılar və Bazarların Səmərəliliyi
Azərbaycan Dövlət İqtisad Universiteti Məmmədli Vüqar Qrup: Di-6
Uçuşların meteoroloji təminatının avtomatlaşdırılması
Büdcə investisiyaları: kəskin artan xərclər və şəffaflıq problemləri
? Bir kərə yüksələn bayraq,birdaha enməz.
Əliyeva Aygün. Yasamal rayonu 175 saylı məktəb.
Hava kütlələri Mühazirəçi: Hacıyev Aqil.
Kauko Hämäläinen və Rait Toompere
Xətti proqramlaşdırmada qoşmalıq.
Atmosferin ümumi dövranı
15 İnhisar.
Əməyin ödənilməsinin təşkili və idarə edilməsi
Həyatınızı onsuz necə təssəffür edirsiniz?
PASCAL`DA OPERATORLAR
Bakı Dövlət Universiteti Coğrafiya Fakultəsi Qrup 954 Zülfüqarova Günay . Elmi Rəhbər: N.S Seyfullayeva.
HESABLAMA TEXNİKASININ TARİXİ O, NƏDİR Kİ, TARİXİ QƏDƏR QƏDİM
İstehlakçı seçimi nəzəriyyəsi
OĞUZ RAYON XAÇMAZ KƏND Z. ABIŞOV ADINA ÜMUMİ ORTA MƏKTƏB
Aviasiya üçün təhlükəli hava şəraiti
İnformasiyanı ötürmə vasitələri
Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin
Uşaqlar kompyuterdən hansı yaşda istifadə etməli?
Həyat bilgisi Ismayılova Sevda
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
Cəbr və analizin başlanğıcı dərsi – təqdimat.
Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri
QHT-lərə Dövlət Dəstəyinin İnstitusional Mexanizmləri
Internet Nedir? İnternet — bir neçə kompüterlər sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
XX BÖLÜMƏ MÜAHZİRƏ QEYDLƏRİ: BEYNƏLXALQ TEXNOLOGİYA AXINLARI
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin ŞAGİRDİ
Doğru və yalan mülahizələr
Proqram təminatının təsnifatı
Yosunlar İmişli şəhər.A.Eminov adına 7 saylı tam orta məktəb.
Gəncə şəhəri 37 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Hüseynova Gülsüm Gəncə şəhəri 37 №-li tam orta məktəb Hüseynova.
Bakı şəhəri N.Nərimanov rayonu, 39 №-li tam orta məktəbin İnformatika müəllimi Mövsümova Kifayət Ramiz qızı.
AMEA İQTİSADİYYAT İNSTİTUTU
2017.
Bazar gücləri: tələb və təklif
Həyat bilgisi 5 İsmayılova Sevda Dərsin metodu: İnteraktiv
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hacıqabul rayonu 2 saylı tam orta məktəbin fizika müəllimi Nəhmədova Aidə FİZİKA 8 ci sinif.
Sunum transkripti:

Təqdimatı hazırlayan: Əliyeva Aidə İltifat qızı Təhsil aldığı məktəb: Dilavər Məmmədzadə adına 232 nömrəli tam orta məktəb Oxuduğu sinif: 8a

ALTERNATIV ENERJİ MƏNBƏLƏRİ Alternativ energetika — təbiətin kirlənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. O bu gün o qədər də çox yayılmamış, ancaq ətraf mühiti təmizlikdə saxlamaq və iqtisadi səmərililik baxımından əlverişlidirlər. Onların əsasında bərpaolunan enerji durur. Küləyin enerjisi Günəş enerjisi   Geotermal energetika

GÜNƏŞ ENERJİSİ

Günəş enerjisi Günəş enerjisi - Günəş işığından enerji əldə edilməsi texnologiyası.Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz,daş kömür  və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı.Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda.   

Texnologiyası Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.

Günəş enerjisinin daha səmərəli istifadəsi onun fotoelementlərdə elektrik enerjisinə çevrilməsi ilə həyata keçirilir. Fotoelementlər işığa həssas yarımkeçirici materiallardan – selen, silisium, qallium arsenidi, kadmium sulfidi və s. materiallardan hazırlanır. Bu materiallarda xüsusi p-n keçidi tərəfindən işığın udulması elektrik cərəyanı yaradır. Fotoelementlərdən minlərlə kvadrat metr sahə əhatə edən müxtəlif gücdə elektrik stansiyaları qurmaq mümkündür. Günəş enerjisinin Günəşin sutkalıq və mövsümi dövriyyəsindən asılı olmaması üçün alınan elektrik enerjisini elektrik akkumulyatorları ilə və ya metalhidrid akkumulyatorlarında hidrogen şəklində toplamaq mümkündür.

Hesablamalara görə Günəş energetik qurğularının 50-ci enliklərdən cənuba doğru yerləşən regionlarda istifadəsi olduqca əlverişlidir. Həmçinin Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar bu regionda Günəş energetikasının inkişafı daha perspektivlidir.

Azərbaycanda günəş şüalanmasının davmiyyəti ildə 2000-3000 saata qədər müşahidə olunur. Dövlət Agentliyi tərəfindən aparılmış tədqiqatlara görə ölkə ərazisinin hər kvadrat metrinə düşən günəş enerjisinin illik miqdarı 1300 kVt saat-dan 1750 kVt saat-a qədər dəyişir.Beynəlxalq Enerji Agentliyinin 2011-ci ildə dərc etdirdiyi hesabatında Azərbaycan üzrə üfüqi səthə düşən günəş radiasiyası göstəricisi 1566 kVt saat/m2 olduğu qeyd edilmişdir. İRENA-nın təsnifatına görə bu, “əlverişli” və “yüksək dərəcədə əlverişli” enerji potensialı siniflərinə aiddir. . . .

TƏTBİQİ Binalarda günəş enerjisindən maksimum faydalanmaq üçün hazırda istifadə edilən 3 əsas yanaşma mövcuddur: Passiv günəş, Aktiv günəş istiliyi və Fotoqalvanik (FQ) Günəş sistemləri

PASSİV GÜNƏŞ Passiv Helioarxitektura aşağıdakılar üçün nəzərdə tutulan bina layihələndirmə yanaşmasıdır: • Binada günəşin faydalarını maksimallaşdırmaq (düzgün səmtləşdirmə və planlaşdırma, və şüşələnmə); • Binanın yüksək səviyyəli izolyasiyası və germetikliyini təmin etməklə istilik itkilərinin qarşısının alınması; • Nəzarət olunan ventilyasiya və gündüz işıqlandırmasından istifadə etməklə yüksək səviyyədə rahatlığın təmin edilməsi. Passiv günəş istiliyi layihəsinə hər hansı mexaniki isitmə cihazı faktiki olaraq daxil deyil. Bundan fərqli olaraq, passiv günəş istiliyi ev daxilində temperaturu saxlamaq üçün binanın istiliyi özünə çəkən və daha sonra istiliyi tədricən buraxan xüsusiyyətlərini əhatə etməklə fəaliyyət göstərir. Binanın çox vaxt termik kütlə kimi istinad edilən bu xüsusiyyətlərinə böyük pəncərələr, daş döşəmə və kərpic divarlar daxil ola bilər.

Aktiv Günəş İstiliyi Aktiv günəş texnologiyaları günəş enerjisini digər daha faydalı enerji formasına çevirmək üçün tətbiq edilir. Bu bir qayda olaraq istilik və elektrik enerjisinə konversiya ola bilər. Aktiv Günəş İstiliyi binaların günəş enerjisindən istifadə etməsinin əsas yollarından biridir. Bu, passiv günəş istiliyinə bənzəyir, lakin bu daha əhatəli prosesdir və passiv sistemlərdən daha çox istilik əmələ gətirir. Aktiv günəş istiliyi üç komponentdən əhəmiyyətli dərəcədə asılıdır: günəş enerjisini özünə çəkən günəş kollektoru, günəş saxlama sistemi, və istiliyin uyğun yerə yayılması üçün istiliyin ötürülməsi sistemi. Aktiv istilik sistemləri iki kateqoriyaya bölünə bilər: hava sistemləri və maye sistemləri. İstilik sistemlərindəki fərqlər günəş enerjisinin günəş kollektorunda yığılması yolu ilə ortaya çıxır. Maye sistemlərdə günəş kollektorunda enerjinin yığılması üçün mayedən istifadə edilir, hava sistemləri isə enerjini hava vasitəsilə özünə çəkir.

Fotoqalvanik Sistemlər ‘Fotoqalvanik’ (FQ) işıqdan alınan elektrik enerjisini ifadə edir. Mahiyyətinə görə fotoelektrik sistemlər günəş radiasiyasını elektrik enerjisinə çevirmək üçün gün işığından (birbaşa gün işığının olması zəruri deyil) istifadə edir. FQ elementlərdə yanan işıq elektrik enerjisinin hərəkətinə səbəb olmaqla elektrik sahəsi yaradır. İşığın intensivliyi nə qədər böyük olarsa, elektrik enerjisinin hərəkəti də bir o qədər yüksək olar. Fotoelektrik sistemlər günəş enerjisini elektrik enerjisinə çevirmək üçün yarım keçirici materiallardan istifadə edir. Bu texnologiya günəş kalkulyatorları, saatlar və ya bağça işıqları kimi istehlakçı məhsullarında geniş istifadə olunur. Günəş FQ yaşayış yerləri və kommersiya və sənaye müəssisələri üçün günəş elektrik enerjisini təmin etmək üçün istifadə edilə bilər. Bu elektrik enerjisi istehsal edildiyi kimi istifadə edilməklə, onu saxlamaqla (batareyalardan istifadə edərək, bu investisiya xərclərini artırır və ekoloji məsələlər ortaya çıxarır) və ya şəbəkəyə birləşdirilib ödəniş almaqla alınmış elektrik enerjisini kompensasiya etmək üçün istifadə edilə bilər.