Beynəlxalq İqtisadi munasibətlərdə kapital ixracı

Slides:



Advertisements
Benzer bir sunumlar
31 Mart 2015 EUR/USD EURUSD paritesinin güçlü Dolar Endeksi nedeniyle satış baskısına maruz kaldığını ve seviyesine kadar hareketini sürdürdüğü.
Advertisements

M.P.Vaqif adına 8 saylı tam orta məktəbin kimya müəllimi
Mövzu: Marketinqin ətraf mühiti
Kompüterlərdə və internetdə təhlükəsizlik.
Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə
Beynəlxalq birja və bazarlar
ISO Qida Təhlükəsizliyi Idarəetmə Sistemi Qida Zəncirində Iştirak Edən Təşkilatlar Üçün Tələblər
İctimai Əmtəə və Ortaq Sərvətlər
Xammal və enerji daşıyıcıları bazarı Müəllim: Elşən BAĞIRZADƏ
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
XVI BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: VALYUTA KURSU SİSTEMLƏRİ
Dr. Elşən BAĞIRZADƏ Bakı
Hazırladı : Əzizova Könül Fakultə : Maliyyə Qrup : 644
İstehsal Amilləri Bazarı
BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
AZƏRBAYCANDA KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏR ÜZRƏ HESABAT
KSM. Nəzəriyyələr J.J.Russo görə ( ) Biznes və ictimaiyyət arasındakı «İctimai müqavilə» təşkil edir. Birbirinə qarşılıqlı fayda yaratma əsasında.
Tələb, təklif və hökumət siyasəti
Azərbaycan Dövlət İqtisad Universiteti
Məmmədova Aida Qrup-646 Müəl. Elşən BAĞIRZADƏ
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
Ekonometrika – iqtisadi sistemlərin optimal idarə edilməsinin riyazi aparatı kimi. Plan: Model – ekonometrikanın dərketmə vasitəsi kimi. Modellərin tipləri.
Beynəlxalq ərzaq və istehlak malları bazarı
İnformasiya texnologiyalarının təkamülü.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Beynəlxalq ərzaq və istehlak malları bazarı
1. İdarəetmə sistemində münaqişələr 2. Sosial-psixoloji münaqişələr 3
Yerüstü hava xəritələri və onların təhlili
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
“Azərbaycanda Sığorta Sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi” İqtisadi və Sosial İnkişaf Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım.
2. Əmək ehtiyatları və əmək potensialı
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Təqdimat N-1 Mövzu: Elektron Hakimiyyət və idarəetmə,onların keyfiyyət.
ADİU-646 Hüseynova Nuranə Müəl. Elşən BAĞIRZADƏ
Azərbaycan Dövlət İqtisad Universiteti
İnsan resurslarının strateji planlaşdırılması və idarə edilməsi.
Əhalinin sağlamlığı və təhlükəsizliyi.
Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
ELEKTRON TƏHSİL.
Plan: Sosial nəzarətin mahiyyəti, növləri və funksiyaları
XPƏM-nin həll üsulları.
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Makroiqtisadi modellər.
BƏRABƏRLİK.
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Nihad , Ayxan , Ərcan , Çıraq
Siklonlar və onların əmələ gəlməsi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
Bank qanunvericiliyi Yeniliklər və inkişaf perspektivləri
Milli Gəlirlərin Ölçülməsi
Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.
AzKÇ-nin icra edilməsi Bununla nə nəzərdə tutulur
Mövzu 4: İxrac əməliyyatları ilə bağlı bankların üzərinə düşən vəzifələr   Çıxışçı: Zaur Hacılı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət.
Hüseynli Emil Beynəlxalq Bazarlar və Birjalar
Elektron cədvəllər . Eyni tipli düsturlar.
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
Devalİvasİya. Onun İqtİsadİyyata təsİrİ
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
BANKLARDA HÜQUQİ RİSK MENECMETİNİN QURULMASI
İstehsal müəssisələri:
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
ETT və insan resurslarının peşə-ixtisas təhsili problemləri
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hesablama texnikasının tarixi. 8-ci sinif..
Affektiv sindromlar.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakultə: İqtisadiyyat və idarəetmə Kafedra: Maliyyə Qrup: 617a Kurs: III Fənn: vergi.
Sunum transkripti:

Beynəlxalq İqtisadi munasibətlərdə kapital ixracı Balabayova Nərgiz Qrup 646 Müəl. Elşən BAĞIRZADƏ

Kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir.

Kapitalı ixracı Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibətlərin əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. Beynəlxalq iqtisadi münasibətlərin beynəlxalq ticarət, elmi- texniki məhsullarla beynəlxalq mübadilə kimi formaları valyuta-maliyyə aspektləri ilə müşaiyət olunur: ixrac-idxal əməliyyatlarının reallaşdırılması zamanı beynəlxalq hesablaşmalar həyata keçirilir və ya beynəlxalq kreditlər tələb edilir. Işçi qüvvəsinin beynəlxalq miqrasiyası zamanı isə əmək haqqı köçürmələri baş verir. Beləliklə, kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm də bu inkişafın nəticəsidir.

Kapiatl ixracın yaranması Kapitalın ixracı imkanının yaranması üçün ilk növbədə kapitalın ölkə daxilində kifayət qədər əhəmiyyətli yığımına malik olmaq lazım idi. Bu cür imkan kapitalın beynəlxalq hərəkətinin təkamülünün birinci mərhələsində meydana gəlmişdir. Bu mərhələ kapitalın ilkin yığımı prosesinin bitməsindən və kapital istehsal münasibətlərinin inkişafından sonra, XVII-XVIII əsrlərin astanasında başlamış və XIX əsrin sonlarına qədər davam etmişdir. Bu mərhələni “kapital ixracının yaranması mərhələsi” adlandırırlar. Bu zaman kapital ancaq bir istiqamətdə - metropoliyalardan müstəmləkələrə doğru hərəkət edir və məhdud, təsadüfi xarakter daşıyırdı. Kapitalın beynəlxalq hərəkətinin təkamülünün ikinci mərhələsi öz başlanğıcını XIX əsrin sonlarından götürür və XX əsrin ortalarına qədər davam edir. Bu mərhələdə kapital ixracı həm sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında baş vermişdir. Kapital ixracı tipik, təkrar olunan və xarakterik hadisəyə çevrilir ki, bu da qeyd olunan mərhələni “kapital ixracı mərhələsi” adlandırmağa imkan verir.

XX əsrin 50-60-cı illərindən etibarən indiyə qədər davam edən kapitalın beynəlxalq hərəkətinin təkamülünün üçüncü mərhələsi başlayır. Bu mərhələdə baş verən prosesləri “kapitalın beynəlxalq miqrasiyası” termini daha aydın əks etdirir ki, bunun da bir neçə səbəbi var. Birincisi, kapital ixracını təkcə sənayecə inkişaf etmiş ölkələr deyil, həm də bir çox inkişaf etməkdə olan ölkələr həyata keçirirlər. İkincisi, ölkələr eyni zamanda həm kapital ixracatçısı, həm də idxalatçısı kimi çıxış edirlər. Üçüncüsü, kapital ixracı öz həcminə görə kapitalın əks hərəkətini (kreditə görə faizlər, sahibkar mənfəəti, səhmlərə görə dividendlər formasında) meydana gətirir. Yuxarıda deyilənlərdən çıxış edərək, kapitalın beynəlxalq hərəkəti dünya təsərrüfatının müxtəlif ölkələri arasında kapital sahiblərinə əlavə gəlir gətirən kapitalın qarşılıqlı hərəkəti prosesidir.

Kapital ixracı üçün əsas səbəblər aşağıdakılardır: Dünya təsərrüfatının müxtəlif sahələrində kapitala olan tələb ilə onun təklifinin üst-üstə düşməsi. Yerli əmtəə bazarlarının mənimsənilməsi və ya yenilərinin yaradılması imkanının mövcudluğu. Bu zaman kapital məhsulunun ixracına yol açmaq, ona tələbi stimullaşdırmaq məqsədilə ixrac olunur. Kapital istiqamətlənmiş ölkədə ucuz xammal və işçi qüvvəsinin mövcudluğu Kapitalı qəbul edən ölkədə stabil siyasi şərait, əlverişli investisiya iqlimi, azad iqtisadi zonalarda güzəştli investisiya rejimi və s. Kapital istiqamətlənmiş ölkədə «donor» ölkədəkinə nisbətən daha aşağı ekoloji standartlar. Müəyyən beynəlxalq korporasiyaların, məhsullara yüksək tarif və qeyri-tarif məhdudiyyətlər tətbiq edən III dünya ölkələrinin bazarlarına daxil olması həvəsi

BİM sistemində mühüm yer tutan kapitalın beynəlxalq hərəkəti dünya iqtisadiyyatına mühüm tə'sir edir: Dünya iqtisadiyyatının inkişaf templərini sür'ətləndirir. Kapital dünya miqyasında daha gəlirli sahələrə yatırılmaq və artırılmaq məqsədilə sərhəddən xaricə çıxarılır. Kapitalı idxal edən ölkələrdə isə o, istehsal kapitalının çatışmazlığı problemini həll etməyə yardım edir, investisiya qabiliyyətini artırır, iqtisadi artım tempini sür'ətləndirir. Beynəlxalq əməkdaşlığı və beynəlxalq əmək bölgüsünü dərinləşdirir. Kapital ixracı BƏB-in inkişafı üçün əsas amillərdən biridir. Kapitalın ölkələrarası qarşılıqlı hərəkəti iqtisadi əlaqələri və əməkdaşlığı möhkəmləndirir, beynəlxalq ixtisaslaşma və kooperasiyanı dərinləşdirir. Ölkələrarası qarşılıqlı mal mübadiləsinin həcminin artmasına səbəb olur

Xarici kapital bir çox mənfi nəticələrə də gətirib çıxarır: Xarici kapital axını yerli kapitalın «hərəkətsizliyindən» istifadə edərək onu gəlirli sahələrdən «ayrı salır». Müəyyən şərtlər daxilində bu ölkə iqtisadiyyatının biryönlü inkişafına gətirib çıxara bilər ki, bununla ölkənin iqtisadi təhlükəsizliyi pozula bilər; tənzim olunmayan kapital axını ətraf mühiti təhlükə altında qoya bilər; kapital idxalı bə'zən keyfiyyətsiz malların yerli bazara daxil olması ilə də nəticələnir; borc kapitalının idxalı xarici dövlət borclarını artırır; beynəlxalq korporasiyaların transfert qiymətlərdən istifadəsi nəticəsində importçu ölkənin vergi və gömrük daxilolmalarını aşağı salır.

Kapitalın beynəlxalq hərəkəti prosesinin inkişafına iki qrup faktorlar təsir edir. İqtisadi xarakterli amillər: İstehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi; həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-texniki inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur dəyişiklikləri; beynəlxalq əmək bölgüsünün dərinləşməsi; dünya iqtisadiyyatının transmilliləşməsinin artımı; istehsalın beynəlmiləlləşməsinin artımı və inteqrasiya proseslərinin inkişafı; beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının aktiv inkişafı.

Siyasi xarakterli amillər: kapital ixracının (idxalının) liberallaşdırılması (xüsusi iqtisadi zonaların, offşor zonalarının yaradılması və s.); “üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi; iqtisadi islahatların həyata keçirilməsi

əlavə gəlirin əldə edilməsi; Kapital ixracını həyata keçirərkən subyektlər aşağıdakılardan çıxış edirlər: əlavə gəlirin əldə edilməsi; digər subyektlər üzərində nəzarətin ələ keçirilməsi; əmtəə axınlarının qarşısına qoyulan proteksionist maneələrin aradan qaldırılması; istehsalın yeni satış bazarlarına yaxınlaşdırılması; yeni texnologiyaların əldə edilməsi (məsələn, səhm nəzarət paketinin əldə edilməsi ilə); xarici filialların yaradılması ilə istehsal sirlərinin qorunması; vergi ödəmələrinə qənaət edilməsi (xüsusilə müəssisələrin offşor zonalarda və xüsusi iqtisadi zonalarda yaradılması və ya qeydiyyatdan keçirilməsi zamanı); ətraf mühitin qorunmasına çəkilən xərclərin aşağı salınması.

Kapital idxalının iqtisadi məqsədəuyğunluluğu aşağıdakılardan ibarətdir: əlavə iş yerlərinin yaradılması elmi-texniki potensialın genişləndirilməsi; əlavə valyuta resurslarının cəlbi yeni və köhnə istehsal texnologiyalarının inkişaf etdirilməsi inkanı

Ölkənin kapitalın beynəlxalq hərəkətində iştirakı ümumilkdə bir sıra göstəricilərdə əks olunur. Mütləq göstəricilər kimi kapital ixracının həcmi, kapital idxalının həcmi, kapitalın ixrac-idxal saldosu, ölkədə xarici kapitallı müəssisələrin sayı, onlarda məşğul olanların sayı və s.-ni fərqləndirirlər.

Digər göstəricilər nisbi göstəricilər hesab edilir Digər göstəricilər nisbi göstəricilər hesab edilir. Onlar kapitalın beynəlxalq hərəkətində qüvvələr düzülüşünü və ölkənin kapital ixracı-idxalından asılılığını daha real əks etdirirlər. Bu göstəricilər sırasına aşağıdakıları aid etmək olar: Kapitalın idxalı əmsalı (Kid) – xarici kapitalın (XK) ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətini əks etdirir: Kid = XK/ÜDM x 100% Kapitalın ixracı əmsalı (Kix) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir: Kix = İK/ÜDM x 100% Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbətini əks etdirən əmsal: Ke = XK/T(K) x 100% Burada Ke ehtiyac əmsalı, XK xarici kapital və T(K) ölkədə kapitala olan tələbdir. Digər nisbi göstəricilər: xarici və ya qarışıq müəssisələrin milli istehsalda payı, kapital ixracının (idxalının) əvvəlki dövrə nisbətən artım tempi, adambaşına düşən xarici investisiya.

İM = X+NA+NR burada İM - idxal, X - ixrac, : Valras qaydasına görə, ölkənin idxalının dəyəri ixracın dəyərinin, aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin cəminə bərabərdir İM = X+NA+NR burada İM - idxal, X - ixrac, NA - aktivlərin xalis satışıdır (xaricilərə satılan və onlardan alınan aktivlərin dəyəri arasında olan fərq), NR – faizlər üzrə xalis ödəmələrdir (qoyulan kapitala görə xaricdən alınan və xaricilərə ödənilən faizlərin dəyəri arasında olan fərq).

Kapitalın beynəlxal hərəkətinin formaları Təsnifat əlaməti Kapitalın beynəlxal hərəkətinin formaları Mülkiyyət formasına görə özəl; dövlət; beynəlxalq (regional) valyuta-kredit və maliyyə təşkilatlarının; qarışıq. Müddətinə görə həddən artıq qısamüddətli (3 aya qədər); qısamüddətli (1-1,5 ilə qədər); ortamüddətli (1 ildən 5-7 ilə qədər); uzunmüddətli (5 ildən 40-45 ilə qədər). Təqdim olunma formasına görə əmtəə; pul; İstifadə edilmə məqsədinə və xarakterinə görə sahibkar (birbaşa və portfel investisiyaları); borc.

Birbaşa xarici investisiyalar uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ixracatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya idarəedilməsini nəzərdə tutur. Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir.

Kapitalın borc formasında hərəkəti dedikdə birbaşa xarici investisiyalar və portfel investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür. Kapitalın beynəlxalq hərəkətinin borc forması aşağıdakı əməliyyatlar vasitəsilə reallaşdırılır: dövlət və borc kreditlərinin verilməsi; digər ölkələrin istiqrazlarının, qiymətli kağızlarının, veksellərinin, xarici şirkətlərin trattlarının alınması; borclar üzrə ödəmələrin həyata keçirilməsi; banklarararsı depozitlər; rəsmi yardımlar və s

Kapitalın beynəlxalq hərəkətinin funksional bölgüsü Birbaşa investisiyalar   Xaricdə Qarşılıqlı iqtisadi marağın yaranmasına gətirib çıxaran rezidentlər və qeyri-rezidentlər arasında kapital hərəkətidir Ölkə daxilində 2.Portfel investisiyaları Aktivlər Qiymətli kağızların alqı-satqısı ilə əlaqədar olan kapital hərəkətidir Passivlər  3. Digər investisiyalar Dövlətlərarası kreditlər və bank depozitləri ilə əlaqədar olan kapital hərəkətidir 4. Ehtiyat aktivləri Monetar qızıl Dövlət tərəfindən tədiyə balansının saldosunun örtülməsi üçün istifadə edilə bilən aktivlərlə əlaqədar olan kapital hərəkətidir

Diqqətinizə görə təşəkkür edirəm. Tərifləsəniz razı qalaram)))