Anafilaksiya.

Slides:



Advertisements
Benzer bir sunumlar
Baki səhəri Sabunçu Rayonu 255 sayli Tam orta məktəbin
Advertisements

FƏRDİ KOMPUTER VI SİNİF N.Abdullayeva.
Iqtisadi sistemlərin idarə edilməsində korrelyasiya və reqressiya təhlili metodunun tətbiqi Plan. Sistemlərdə asılılıqların tipləri. Funksional asılılıqlar.
BİRLƏŞDİRİCİ TOXUMANIN SİSTEM XƏSTƏLİKLƏRİ
CƏRRAHİYYƏDƏ İRİNLİ İNFEKSİYALAR .
I MÖVZU: İQTİSADIN ON PRİNSİPİ Azərbaycan Universiteti
Rəqabətli Bazarda Firmalar
BAĞIRSaq İBTİDAİLƏRİ.
Axtarış sistemləri haqqında qısa məlumat
Silindr Bakı şəhəri, Xətai rayonu
müəllim: İsmayılova Sevda
VIII BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: Azərbaycan Dövlət İqtisad Universiteti
27 Maliyyənin əsasları.
nəticələr və tövsiyyələr IBP-nin yerli eksperti
Yaşayış Minimumunun Ölçülməsi
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Diqq ə t şüurumuzun mü ə yy ə n obyekt üz ə rin ə yön ə lm ə sind ə n v ə m ə rk ə zl ə şm ə sind ə n ibar ə t olan psixi prosesdir. a)Sensor diqq ə t.
Nizami rayonu 312 saylı orta məktəb
Fizika Şəki şəhər Ə.Məmmədov adına Orta Zəyzid kənd 2N-li
Məmmədova Aida Qrup-646 Müəl. Elşən BAĞIRZADƏ
Məktəb : 219 Fənn : Həndəsə Sinif : 8
Daş dövrünün hesabı. = Vahid say sistemi (unar)
AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ
“CanSat Azerbaijan 2018" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
Şəmkir şeher Nizami Gəncəvi adına tam
Mənəvi keyfiyyətlər Lovğalandıqca xəcalətlilik artır.
Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ
Təşkilati Elementlər və Konseptsiyalar
İstehlakçılar, İstehsalçılar və Bazarların Səmərəliliyi
Azərbaycan Dövlət İqtisad Universiteti Məmmədli Vüqar Qrup: Di-6
Uçuşların meteoroloji təminatının avtomatlaşdırılması
Büdcə investisiyaları: kəskin artan xərclər və şəffaflıq problemləri
Hava kütlələri Mühazirəçi: Hacıyev Aqil.
Kauko Hämäläinen və Rait Toompere
Xətti proqramlaşdırmada qoşmalıq.
Atmosferin ümumi dövranı
15 İnhisar.
Əməyin ödənilməsinin təşkili və idarə edilməsi
Həyatınızı onsuz necə təssəffür edirsiniz?
Koreya Kyunq Hee Universitetinin
PASCAL`DA OPERATORLAR
Bakı Dövlət Universiteti Coğrafiya Fakultəsi Qrup 954 Zülfüqarova Günay . Elmi Rəhbər: N.S Seyfullayeva.
HESABLAMA TEXNİKASININ TARİXİ O, NƏDİR Kİ, TARİXİ QƏDƏR QƏDİM
İstehlakçı seçimi nəzəriyyəsi
OĞUZ RAYON XAÇMAZ KƏND Z. ABIŞOV ADINA ÜMUMİ ORTA MƏKTƏB
Aviasiya üçün təhlükəli hava şəraiti
İnformasiyanı ötürmə vasitələri
Gəncə şəhəri M.Əzizbəyov adına 15 saylı tam orta məktəbin
Uşaqlar kompyuterdən hansı yaşda istifadə etməli?
Həyat bilgisi Ismayılova Sevda
Cəbr və analizin başlanğıcı dərsi – təqdimat.
Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri
QHT-lərə Dövlət Dəstəyinin İnstitusional Mexanizmləri
Internet Nedir? İnternet — bir neçə kompüterlər sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
XX BÖLÜMƏ MÜAHZİRƏ QEYDLƏRİ: BEYNƏLXALQ TEXNOLOGİYA AXINLARI
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin ŞAGİRDİ
Doğru və yalan mülahizələr
Yosunlar İmişli şəhər.A.Eminov adına 7 saylı tam orta məktəb.
Gəncə şəhəri 37 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Hüseynova Gülsüm Gəncə şəhəri 37 №-li tam orta məktəb Hüseynova.
Bakı şəhəri N.Nərimanov rayonu, 39 №-li tam orta məktəbin İnformatika müəllimi Mövsümova Kifayət Ramiz qızı.
AMEA İQTİSADİYYAT İNSTİTUTU
2017.
Bazar gücləri: tələb və təklif
Biologiya müəllim: İsmayılova Sevda Dərsin metodu: İnteraktiv
Həyat bilgisi 5 İsmayılova Sevda Dərsin metodu: İnteraktiv
Qaydalar Sualların hər birinə 1 dəqiqə vaxt verilir
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Hacıqabul rayonu 2 saylı tam orta məktəbin fizika müəllimi Nəhmədova Aidə FİZİKA 8 ci sinif.
Sunum transkripti:

Anafilaksiya

Antigenlər. (anti…+ yunanca əleyhinə Antigenlər (anti…+ yunanca əleyhinə. Genos – mənşə) - orqanizmə yad maddələrdir (ekzo- və ya endogen) qanda və digər toxumalarda antitellər əmələ gətirirlər. Antitellər immunoqlobulin qrupundan olan zülallardır və insan orqanizminə antigenlər və onların zərərli təsirlərini neytrallaşdıran maddələr düşdükdə əmələ gəlirlər. Sensibilizasiya (lat. sensibilis həssaslıq) - orqanizmin hüceyrə və toxumalarının hər hansı bir maddəyə qarşı həssaslığının artmasıdır.

İdiosinkraziya (yunanca idios özünəməxsus + synkrasis dəyişilmə) insan orqanizminin bəzi qida maddələrinə (balıq, süd, çiyələk), dərmanlara (yod, brom, xinin və s.) qarşı həssaslığının dəyişilməsidir.

A. ORQANİZMİN HİPERREAKTİVLİYİNİN İNKİŞAF MEXANİZMİ Orqanizmin antigenlə sensibilizasiyası. Bir dəfə hər hansı bir antigenlə təmasda olan orqanizm, spesifik antitelin (LgE) əmələ gəlməsi hesabına sensibilizasiya olunur. Eyni antigenlə təkrar təmas - Vazoaktiv mediatorların izafi miqdarının azad olunmasına (histamin, serotonin, heparin, bradikinin) səbəb olur. Vazoaktiv mediatorların təsirləri. Histamin əmələ gətirir: - Generalizə olunmuş vazodilatasiya və A/T-in aşağı düşməsi. - Kapilliyar keçiriciliyinin həddən çox artması ətraf toxumaların ödemini əmələ gətirir, qan damarlarında baş verən plazma və zülal itkisi nəticəsində qan qatılaşır, hansı ki, vazodilatasiya ilə birlikdə sirkulyator şokun səbəbi ola bilər.

Dərinin eriteması (qızarması) vazodilatasiyanın nəticəsidir; damar keçiriciliyinin artması hesabına ödem və suluqlar əmələ gəlir; iltihab; dəridə qaşınma- hissi sinir uclarının qıcıqlanması hesabına olur. Saya əzələlərin spazmı (bronxospazm, mədə-bağırsaq traktının peristaltikasının artması). Vəzilərin funksiyalarının güclənməsi (mədə-bağırsaq traktı, bronx vəzilərinin ağız suyu və bəlğəm, katexolaminlərin çoxalması). Əgər bağırsaq divarının ödemi inkişaf edərsə, spazm, qusma, ishal əmələ gəlir. Iltihabi reaksiyaların güclənməsi

Hiperraktivlik əmələ gətirən spesifik agentlər. Yad zülallar və polisaxaridlər (zərdablar, peyvəndlər, anatoksinlər, orqanların ekstraktı, həşaratların zəhərləri (arı, qarışqa, ilan.) Dərmanlar (penisillin, streptomisin, sulfanilamidlər, yerli anestetiklər, yodidlər, aspirin, opium preparatları, relaksantlar, şiş əleyhinə preparatlar, rentgen-kontrast maddələr). Allergenlər - ən çox idiosinkraziya əmələ gətirən agentlər: bitki tozları, toz, kəpək (baş), quş tükü, saç, mikroblar, göbələklər və qida məhsulları (yumurta, süd, şokolad, araxis, balıq, çiyələk, taxıl, fiziki faktor (soyuq) və s.

Allergenin orqanizmə keçmə yolları müxtəlifdir: 1)peroral, 2)parenteral, 3)inhalyasiya, 4)absorbsiya (sorulma, hopma) HİPERREAKTİVLİYİN FORMALARI 1) Hiperreaktivliyin sürətli tipi (HST) - orqanizmdə antitellərin sirkulyasiya etməsi ilə şərtlənir və bunun nəticəsində tez bir zamanda antigen antitel birləşməsi əmələ gələ bilər. Çox hallarda reaksiya bir neçə saniyə ərzində əmələ gəlir, bəzən 30 dəqiqədən sonra. HST-nin üç əsas forması var: anafilaksiya, Artyus reaksiyası və zərdab xəstəliyi.

Hiperreaktivliyin ləng tipi (HLT) - orqanizmdə sirkulyasiya edən antitellərin olmaması ilə xarakterizə olunur. Bu tipin özü iki formaya bölünür: infeksion (bakterial, virus, göbələk) və qeyri-infeksion (dərman, kimyəvi maddələr) təbiətli. Onların antigen olması üçün orqanizmin zülalları ilə birləşməlidirlər. HLT zamanı antigen rolunu sensibilizasiya olunmuş T-limfositlər yerinə yetirirlər. Antigen stimulyasiyasına cavab olaraq bu hüceyrələr müxtəlif makromolekulyar mediatorlar azad edirlər ki, bunları da “limfogenlər” adı altında birləşdirirlər.

ANAFİLAKSİYA - yerli və sistem şəklində təzahür edib, sensibilizasiya olunmuş orqanizmin antigenlə qarşılıqlı təsirindən bir neçə dəqiqə sonra əmələ gəlir. Bu formada antigenlə ilkin qarşılıqlı təsir çox zəif cavab reaksiyasına səbəb olur. Orqanizmin sensibilizasiyası 10 - 21 gün ərzində əmələ gəlir və antigenlə təkrari qarşılıqlı əlaqə ani cavab reaksiyası ilə nəticələnir

Başlıca simptomlar: başın və üzün, əlin (dərisində qaşınma), ovucun , ayaq altının, dodaqların, dilin keyləşməsi. Sonra bu simptomlara boğazda qəhər, döş qəfəsində ağırlıq və sıxılma, ürək nahiyyəsində ağrı, müxtəlif dərəcəli təngnəfəslik, yaxınlaşan ölüm qorxusu qoşulur, sifətin hiperemiyası solğunluqla əvəz olunur. Qıcolmalar və ağızdan köpük ifrazı, qeyri – iradi sidik və nəcis ifrazı, epilepsiyanı xatırladır. Öskürək, çətinləşmiş küylü tənəffüs, əsnəyin və göz qapaqlarının ödemi müşahidə olunur.

Nadir simptomlar: epiqastral nahiyyədə ağrı, ürək bulanma, qusma, görmənin pozulması, hərarətin yüksəlməsi, oynaqlarda ağrı, qanlı maye ilə dolu suluqların əmələ gəlməsi.

KƏSKİN TƏNƏFFÜS ÇATIŞMAZLIĞI ən çox ölümün səbəblərindən biridir. Simptomlar: kəskin təngnəfəslik; 2) stridor; 3) astmatik tənəffüs.

- Qanın venoz damarlarda depolaşması hesabına yenidən paylanması və KƏSKİN DAMAR ÇATIŞMAZLIĞI (ŞOK) – anafilaksiya zamanı ölümün ikinci səbəbidir. Dərman AŞ klinikası qəflətən əmələ gələ bilər və 5-10 dəqiqədən sonra ölüm baş verə bilər. Tə’cili yardım həkimləri çox hallarda bu dövrdə xəstəni görə bilmirlər. Şokun başqa növləri kimi qan dövranının və hemostazın ağır pozğunluğu ilə müşayət olunur: - Qanın venoz damarlarda depolaşması hesabına yenidən paylanması və mikrosilkulyasiyanın pozulması; - Dövr edən qanın həcminin azalması; - Genişlənmiş damar mənfəzləri ilə dövr edən qanın həcminin uyğunsuzluğu; - Mübadilə proseslərinin pozulması; - Poliorqan pozğunluqlar.

Simptomları: Dəri solğun, sianotik, ləkəli, soyuq və nəm (profuz tərləmə) bə’zən isə dəri örtüyü «köz kimi hiperemiyalı» olur. Göz yaşı axır. Nəbz tezləşir, sapvari olur. Arterial təzyiq aşağı olur, ağır hallarda tə’yin edilmir. Hipotenziya böyük intervalda dəyişilir, çox hallarda 20-30 mm c.st. ürək tonları karlaşmış olur. Taxikardiya, aritmiya, ağır hallarda bradikardiya olur. .

v) DƏRİ SİMPTOMLARI - 90% hallarda, urtikar səpkilər, angioödem, qaşınma, qızartı (eritema) q) NEVROLOJİ SİMPTOMLAR az hallarda ön planda olur: oyanıcıqlıq, qorxu, kəskin baş ağrısı, paresteziya, ümumi zəiflik, yuxuculluq, huşun itməsi və qıcolmalar, hansı ki, epileptik statusu və ya beyin qan dövranının kəskin pozğunluğunu xatırladır. Toniki və kloniki qıcolmalar, ağızdan köpük ifrazı, qeyri-iradi sidik və nəcis ifrazı, uşaqlıq yolundan qanlı ifrazat - beyinin ağır hipoksiyasının və qarın boşluğu, çanaq saya əzələlərinin spazmının nəticəsidir. d) ABDOMİNAL SİMPTOMLAR - «kəskin qarın»-ın klinikası, hansı ki, mə`də və 12 barmaq bağırsaq xorasının deşilməsi, bağırsaq keçməməzliyi kimi səhv diaqnoz qoyulur: ürəkbulanma, qusma, diareya, qanlı nəcis.

İDİOSİNKRAZİYA – anaflaksiyanın xüsusi forması kimi baxıla bilər. Həssaslıq çox hallarda irsi olur, məlum antigenlərlə təbii şəkildə təmas zamanı baş verir (bunlara bitkilərin tozları, adi toz, qida maddələri aiddir). Nümunə olaraq bronxial astmanı, qida allergiyasını göstərmək olar.

ARTYUS reaksiyası - intensiv iltihabi reaksiyadır ki, sensibilizasiya olunmuş orqanizmdə antigenin inyeksiya yerində əmələ gəlir. Antigenin orqanizmlə təmasından bir neçə saniyə sonra əmələ gəlməsinə baxmayaraq, reaksiyanın son mərhələyə çatması üçün bir saat tələb olunur. Adətən yerli xarakter daşıyır, eyni zamanda antigenlə təmas sistem xarakter də daşıya bilər.

ZƏRDAB XƏSTƏLİYİ sistem reaksiyadır ki, çox hallarda yerli əlamətlərlə müşayət olunur. Bu xəstəlik sensibilizasiya ilə şərtlənir ki, bu da antigenin birdəfəlik inyeksiyasından sonra inkişaf edir. Zərdab xəstəliyinin ilkin əlamətləri 7-14 gündən sonra meydana çıxır. Dəri təzahürlərinə qaşınma, məxmərək, eritema, səpgilər və limfoadenopatiya aiddir. Üzdə, göz qapaqlarında, əllərdə, ayaqlarda ödemli şişkinlik müşahidə olunur. Bunlar yüngül forma xəstəliyin yeganə əlamətləri ola bilərlər. Ağır hallarda –qızdırma, halsızlıq, baş ağrısı, ürək bulanması, qusma, artrit, nefrit, kardit.

Övrə (urtikariya) - sürətli gedən allergik reaksiyanın klassik təzahürü olub, histaminin azad olması ilə müşayət olunur. Qəflətən əmələ gəlir. Dəri və görünən selikli qişalar solğun və sianotik çalarlı olur. Övrənin ilkin elementi suluqlardır ki, bu da dərinin məməcikli qatının kəskin ödemi hesabına əmələ gəlir. Suluqlar dərialtı və ya selikli qişaaltı nahiyələrdə, bağırsaqda, sidik kisəsində və başqa orqanlarda əmələ gələ bilər. Övrə əzabverici qaşınma ilə müşayət olunur. O, bir qayda olaraq xəstələrdə ağır hallarla müşayət olunmur və tə’xirəsalınmaz müalicə tədbirləri tələb etmir.

ANGİONEVROTİK ÖDEM (Kvinke ödemi). Bu zaman alergik reaksiya dərinin bütün qatlarını, dərialtı toxumanı, hətta əzələni də əhatə edir. Dəridə səpgilər birləşməyə meyilli xarakterdə olur və bərk solğun ödemə çevrilirlər ki, buna da Kvinke ödemi deyilir. Böyük, solğun, bərk, infiltratı barmaqla basdıqda çökəklik əmələ gəlmir. Kvinke ödeminin əsas lokalizasiyası yumşaq dərialtı toxuma olan yerlər: sifət (dodaqlar, göz qapaqları, ağızın selikli qişası) süd vəziləri, xarici cinsiyyət orqanları, beyin maddəsi və qişaları, ağ ciyərlər, ürək və başqa orqanlar ola bilər.

Kvinke ödemi hansı orqan nahiyyəsində əmələ gəlirsə, həmin orqana aid simptomlar meydana çıxa bilər ki, bu da differensial diaqnostika tələb edir. Ən təhlükəlisi odur ki, qırtlağın kəskin ödemi kəskin tənəffüs çatışmazlığı və asfiksiya ilə nəticələnə bilər.

KƏSKİN EPİDERMAL NEKROLİZ (sindrom Layella) - çox ağır anafilaktik reaksiyadır və istənilən dərmanın tə’sirindən əmələ gələ bilər. Kəskin epidermal nekroliz xəstəliyinə oxşar – uşaqlarda stafilokok infeksiyası zamanı qaynar su ilə yanmış dəri sindromu əmələ gəlir. Klinikası xəstənin ümumi vəziyyətinin pisləşməsi ilə başlayır ki, bu da bu sindromun hansı xəstəliyin fonunda inkişaf edirsə, həmin xəstəliyin kəskinləşməsi kimi qiymətləndirilir. Həkim dəridə qaşınmanı, məxmərəyi və toksidermiyanı (tünd qırmızı qabıqlanmanı və ya skarlatinaya bənzər səpkiləri) vaxtında qiymətləndirməlidir. Epidermis dənəli qat səviyyəsində zədələnir.

Əsas əlamət – zədələnmiş, eləcə də zədələnməmiş nahiyyələrdə ağrılar Əsas əlamət – zədələnmiş, eləcə də zədələnməmiş nahiyyələrdə ağrılar. Dəriyə azacıq təzyiq etdikdə epidermisin çox hissəsi soyulur, yerində isə eroziya görünür. Dəri ağır yanıqlardakı kimi görünür. Dəyişikliklər ən çox ağız, burun və başqa təbii dəliklərin ətrafında kəskin nəzərə çarpır. Daxili orqanların ödem, infiltrasiya formasında, qara ciyərin, böyrəyin, miokardın parenximatoz distrofiya şəklində zədələnməsini qan damarlarının allergik zədələnməsi ilə əlaqələndirirlər. Kəskin intoksikasiya ilə əlaqədar xəstənin ümumi vəziyyəti qəflətən pisləşir. 1.5-2 ay ərzində yüksək ölüm faizi qeydə alınır.

HİPERHƏSSASLIQ REAKSİYASININ MÜALİCƏSİ Tənəffüs yollarının keçiriciliyini və ağ ciyərlərin adekvat ventilyasiyasını tə’min etmək. a) Alergenin daxil olmasını dayandırmaq. Preparatı kəsmək. Eyni zamanda: b)Ləngimədən ə/d və ya d/a adrenalin ilkin doza 0.3-0.5 ml – 0.1%. Eyni zamanda: v) mütləq vena daxili üsulla başlanaraq, duzlu və kolloid məhlullar köçürülməli və adrenalin yeridilməlidir. - təkrari adrenalini (1-2 ml 0,1%-li 10-20ml istənilən məhlulda və ya əgər mümkün olmazsa ə/d və ya d/altı) hər 10-20 dəqiqədən bir təkrar etmək o, vaxta qədər ki, xəstənin vəziyyətində əsaslı dəyişiklik əmələ gəlsin.

Xəstənin vəziyyətinin normallaşması üçün ola bilər ki, 5-6ml adrenalin tələb olunsun. Nəzarət göstəriciləri tənəffüsün dəyişməsi, nəbz və A / T. q) Əgər birinci adrenalin inyeksiyasından sonra tənəffüs adekvat deyilsə; -əgər tənəffüs yollarında selik varsa, onu sorucu ilə sormaq, d) Əgər tənəffüs yenidən adekvat deyilsə və ya sərbəst tənəffüsün kəskin pozğunluğu varsa; - traxeyanın intubasiyası, AST (ağ ciyərlərin süni tənəffüsü) və 100%-li O2-lə inhalyasiya (30 dəq. çox olmaz) Ağır broxospazm zamanı: - -adrenomimetriklərlə inhalyasiya: metaproterenol (alupent) 0,3 ml və ya albuterol (salbutamol) 0,5 ml 2,5 ml fizioloji məhlulda həll etməklə. - aminofillin (eufillin) v/d 6 mq/kq 20 dəq. ərzində fizioloji məhlulda.

e) Əgər adrenalinin, b adrenomimetriklərin, aminofillinin təsiri altında qırtlağın ödemi və bronxospazm keçmirsə, intubasiya etmək mümkün deyilsə: - konikotomiya və ya traxeostomiya AST (ağ ciyərlərin süni tənəffüsü) və 100%-li O2-inhalyasiya. j) Adrenalin-Anafilaksiyanın müalicəsində əsas dərman maddəsidir.

QAN DÖVRANINI TƏ’MİN EDİN. Ümumi dövr edən qanın həcminin bərpası duzlu və kolloid məhlullarla olur 500-1000 ml Fizioloji məhlulun ilkin dozasını (500 ml) birbaşa vurmaq lazımdır. Hipotenziya zamanı xəstəyə Trendelenburq vəziyyəti vermək lazımdır. Əgər həyat üçün təhlükəli hallar sovuşarsa, tənəffüs və hemodinamika sabitdirsə, onda ümumi tədbirlərə başlanılır.

ÜMUMİ XARAKTERLİ TƏDBİRLƏR. Allergenin daxil olmasının dayandırılması (allergenin sorulmasına əks təsir göstərmək) hiperhəssaslıq reaksiyası əmələ gətirən preparatların qəbulunun dayandırılması inyeksiya (dişlənmə) yerindən proksimal tərəfə 25 dəq. ərzində turna qoymaq və onun ətrafına adrenalin yeritmək (0.3-0.5 ml-0.1%) pinsetin köməyi ilə arı nəştərini ehtiyatla (əzmədən) çıxarmaq. mədə-bağırsaq traktına düşmüş antigenin sorulmasını imkan daxilində azaltmaq (aktiv kömür 50-100qr sarbitolla birlikdə 1-2 q/kq olmaqla 150 q-dan çox olmayaraq və ya 300 ml maqnezi sitrat) qusma əmələ gətirmək lazım deyil.

- Adrenalin, noradrenalin, b drenomimetriklər, aminofillin - Antihistamin preparatlar, dimedrol 25-50mq daxilə və ya 2.5-5.0 ml 1%-li məhlulu hər 6 saatda bir ə/d tez bir vaxtda təsir etməsə də reaksiyanın müddətini azaldırlar. Əgər simptomlar uzun müddət keçmirsə və ya təkrarlanırsa, əlavə olaraq H2 reseptorların blokatorları təyin olunur.(məsələn Simetidin 300 mq v/d hər 6 saatda bir dəfə) - Qlükokortikoidlər ilk 6-12 saat ərzində nəzərə çarpacaq təsir etmirlər, ancaq onlar ağır reaksiyanın fəsadlarının qarşısını almağa kömək edirlər. Hər 6 saatda bir dəfə 125 mq dozada hidrokortizon işlədilir.

v) Vazopressor maddələr - şübhəsiz kardiogen və anafilaktik şoklarda göstərişdir, həmçinin məhlul yeridilməsinə davamlı şoklarda. - Dofamin 5 – 20 mkq / kq /dəq Noradrenalin (həlledici yalnız 5 %-li qlukoza olmaqla) 2 – 8 mq /dəq. Penisillinaza (1 mln vahid 2.0 ml fizioloji məhlulda ə /d ) əgər allergik reaksiya penisillin inyeksiyasından əmələ gəlmişsə. d) Hospitalizasiya – xərəkdə uzanmış vəziyyətdə. Layell sindromu zamanı isə imkan daxilində septik şəraitdə (steril mələfə) olunmalıdır.