Bakı Dövlət Universiteti Coğrafiya Fakultəsi Qrup 954 Zülfüqarova Günay . Elmi Rəhbər: N.S Seyfullayeva
Dərəcə toru .
Dərəcə toru meridian və paralellərin kəsişməsindən yaranan şəbəkəyə deyilir. Dərəcə toru elementləri: qütblər, meridian, paralel.
.
Yerin xəyali fırlanma oxunun Yer səthi ilə kəsişdiyi nöqtələr coğrafi qütblər adlanır. İki coğrafi qütb var: şimal və cənub . Bütün meridianlar coğrafi qütblərdə birləşir. .
Yer səthindən keçməklə coğrafi qütbləri birləşdirən xəyali xətlər meridian adlanır. Meridian latınca “ günorta xətti ” deməkdir. Yer səthində bütün meridianların uzunluqları və formaları eynidir. 1°-lik meridian qövsünün uzunluğu 111.1 km-dir. .
1884-cü ildə London yaxınlığındakı Qrinviç rəsədxanasından keçən meridian sıfırıncı və ya Başlanğıc (Qrinviç) meridianı kimi qəbul edilmişdir. Başlanğıc meridian yer kürəsini şərq və qərb yarımkürələrə ayırır ..
Eyni meridian üzərində yerləşən məntəqələrdə yerli vaxt eynidir.
EKVATOR
Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş çevrə ekvator adlanır Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş çevrə ekvator adlanır. Mənası “ tənbölən ” deməkdir. Ekvator yer səthində çəkilə bilən ən böyük çevrədir. Ekvator yer səthini şimal və cənub yarımkürələrinə ayırır. .
Ekvatora paralel olaraq çəkilmiş çevrələr paralel adlanır Ekvatora paralel olaraq çəkilmiş çevrələr paralel adlanır. Yerin kürəvi əyriliyindən asılı olaraq ekvatordan qütblərə doğru getdikcə paralellərin radiusu və uyğun olaraq 1°-lik paralel qövsünün uzunluğu ( km-lə) azalır. .
1924-cü ildə Beynəlxalq sazişə görə Yerin ölçüləri aşağıdakı kimi qəbul edilmişdir. 1. Ekvator radiusu – 6378 km. 2. Qütb radiusu- 6357 km. 3. Ekvator çevrəsinin uzunluğu- 4076 km. 4. Meridian çevrəsinin uzunluğu-4009 km.
Dərəcə toru cəhətlərin təyin edilməsində, coğrafi koordinatların hesablanmasında əsas rol oynayır.
Tapşırıqlar
A və B məntəqələrinin ümumi cəhətləri: 1. Eyni paralel üzərindədirlər 2. Hər ikisi şərq yarımkürəsindədir. 3. Eyni meridian üzərindədirlər. 4. Qütblərdən məsafələri eynidir. 5. Yerli vaxtları eynidir. .
. cavab: 2,3,5.
Uyğun olanı seçin: 1. Başlanğıc meridian yer səthini şərq və qərb yarımkürələrinə ayirir. 2. Ekvatordan qütblərə doğru paralel qövsünün uzunluğu azalır. 3. Paralellər coğrafi qütblərdə birləşir. 4. Ekvatora paralel olaraq çəkilmiş çevrələr paralel adlanır. 5. Bütün meridianlar üzərindəki məntəqələrdə vaxtlar eynidir. 6. Yer səthinə çəkilən ən böyük çevrə meridiandır.
. Cavab : 1,2,4
Diqqətinizə görə minnətdaram . Diqqətinizə görə minnətdaram