XOCALI QAN YADDAŞIM XX ƏSRİN FACİƏSİ.

Slides:



Advertisements
Benzer bir sunumlar
Azərbaycan Azerbaycan veya resmî adıyla Azerbaycan Cumhuriyeti, Batı Asya ile Doğu Avrupa'nın kesişim noktası olan Kafkasya'da yer alan ülkedir. Güney.
Advertisements

M.P.Vaqif adına 8 saylı tam orta məktəbin kimya müəllimi
DİŞ XƏSTƏLİKLƏRİ..
İctimai Əmtəə və Ortaq Sərvətlər
Fənn: İNFORMATİKA Mövzu: Şəkilli mətnlər Sinif: V a Müəllim: Hacıyeva Ulduz Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin informatika müəlliməsi.
Zəngilan rayon 7 №-li tam orta məktəbin“İnformatika” müəllimi Telmanzadə Əfsanənin informatika fənnindən “Kompüter şəbəkələri” mövzusunda icmalı.
İnternet Nədir ?.
YUXARI SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN
AzƏrbaycan vƏ dünya ölkƏlƏrinin tarixindƏ iz qoyan bƏstəkarlar
Azərbaycan Dövlət İqtisad Universiteti
Keçmiş zamanlarda varlı bir tacir yaşayırdı və onun...
Şamaxı şəhər 10 saylı tam orta məktəbin Qəribova Şəhla Heybət qızı
«Sabahın alimləri» Respublika Müsabiqəsi
MÜBARİZƏ DAVAM EDİR MÜBARİZLƏ
İnformasiya texnologiyalarının təkamülü.
Beynəlxalq ərzaq və istehlak malları bazarı
Mövzu:Balıqların müxtəlifliyi. Balıq ehtiyatının qorunması.
“CanSat Azerbaijan 2019" müsabiqəsi Uçuşdan Sonrakı Hesabat (USH)
Bakı şəhəri Suraxanı rayon Nadir Əliyev adına 282 №li tam orta məktəbin 10B sinif şagirdi Xəlilov Əli “KOMPÜTER CİNAYƏTKARLIĞI”
Yerüstü hava xəritələri və onların təhlili
Azərbaycan dili III sinif
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
Gəncə şəhər,Nizami rayonu Nadir Hüseynov adına 38 N-li tam orta məktəbin tarix müəllimi İbrahimova Təranə Qəzənfər qızının Azərbaycan tarixi fənnindən.
Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Məmmədova.
Əhalinin sağlamlığı və təhlükəsizliyi.
Məktəb: M.P.Vaqif adına 8 saylı tam orta məktəb
ELEKTRON TƏHSİL.
Obyektin informasiya modelinin təsvir formaları.
ANA DİLİM ÖLƏN DEYİL.
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Makroiqtisadi modellər.
Təqdimatçı: Abil Bayramov
BƏRABƏRLİK.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI Nəsİmİ adIna DİLÇİLİK İnsTİtutu
Nihad , Ayxan , Ərcan , Çıraq
Məktəb: 264 saylı məktəb-lisey Sinif: 8 Fənn: ədəbiyyat Müəllim: Mehdizadə İlahə.
tam orta məktəbin müəllimi
Biologiya muəllim: Cahangirova Sevda 1.
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
MÖVZU: İnformasiya nə qədər yer tutur
GİRİŞ Proqramlaşdırmaya
Bakı 9 aprel 2013 Azərbaycanda sosial təminat islahatları:
Milli Gəlirlərin Ölçülməsi
Vətənpərvər Ziyalılarımız
AzKÇ-nin icra edilməsi Bununla nə nəzərdə tutulur
RƏQƏMLƏR … 5.
Sinif: 5 Tarix: –ci il Bakı şəhəri, Nəsimi rayonu
Hüseynli Emil Beynəlxalq Bazarlar və Birjalar
KİÇİKYAŞLI MƏKTƏBLİLƏR ÜÇÜN
Hacıqabul şəhər 6 saylı məktəb
ANA DILI IV b SİNFİ.
Xetai rayon 171 saylı tam orta məktəbin
Hazırladı: İsmayıllı Şəhər 1 saylı tam orta məktəbin 6b sinif şagirdi Haciyev Yusif.
Mövzu: Tədrisdə ən yaxşı
AZƏRBAYCAN TARİXİ BƏDİİ ƏDƏBİYYATDA
Fizika müəllimi: FƏXRİYYƏ ABUŞOVA
fenn- biologiya movzu – helqevi qurdlar
Giriş Avropa Oyunlarının keçirilməsi barədə ilk qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında.
V SİNİF ƏDƏBİYYAT MÜƏLLİM: Məmmədova Təzəgül.
Mətn və cümlələrlə əlaqədar sual tipləri
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
YUXARI SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
Riyaziyyat V sinif Məktəb: Ismayıllı şəhər 1 sayli tam orta məktəb
Affektiv sindromlar.
195 saylı tam orta məktəbin tarix müəllimi
AMEA İQTİSADİYYAT İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakultə: İqtisadiyyat və idarəetmə Kafedra: Maliyyə Qrup: 617a Kurs: III Fənn: vergi.
Sunum transkripti:

XOCALI QAN YADDAŞIM XX ƏSRİN FACİƏSİ

QAN QOXUYAN RƏQƏMLƏR 613 nəfər öldürülmüşdür. Onlardan : 63 nəfəri uşaq və yeniyetmə; 106 nəfəri qadın; 70 nəfəri ahıl; 8 ailə tamamilə məhv edilmişdir. 25 nəfər uşaq valideynlərinin hər ikisini, 130 uşaq valideynlərindən birini itirmişdir. 150 nəfərin taleyi naməlumdur. 487 nəfər əlil olmuş, 1275 nəfər girov götürülmüşdür.

Dözəkmi taleyin bu kələyinə, Beləmi yazılıb yazılan yazı, O dağda axıbdı qan su yerinə O dağın laləsi qandan qırmızı. Orda təpələrin ürəyində dağ, Qandı dörd tərəfi, yamacı, yalı, Orda bir diyar var, adı Qarabağ, Orda bir şəhər var, adı Xocalı. Daha körpələri nəğmə oxumur, Nəğməli körpələr vaxtsız soldular, Nişanlı qızları corab toxumur, Nişanlı oğlanlar şəhid oldular. Ölümlü, qalımlı bu qalmaqalda Nifrətim, qəzəbim uyuyur hələ, Sahibsiz itləri gözləri yolda, Sahibsiz yurdları qoruyur hələ. Sərsəri küləklər itirib başın, Nakam arzuların əlləri göyə, Qapqara buludlar tökür göz yaşı, Qəbirsiz ölülər üzü qibləyə. Orda igid ölüb sinəsində dağ, Orda gəlin ölüb əli xınalı, Orda bir şəhər var , adı Xocalı. Leyla Xəlilova

Çəmənli M. Fred Asif : sənədli roman. – Bakı : Təhsil, 2010. – 224 s. Hər millətin öz ruhu var və millət yaşadıqca o ruh da var olur, bir vücuddan o birinə keçib yaşayır. Bu kitabda haqqında söz açılan vətənpərvər Azərbaycan övladı Fred Asif də bizimkidir və vücuduna sığmayan ruhunu da, onu daim için-için göynədən, yeyən, tükədən ağrısını da gedərkən aramızda kiməsə verib, gedib... İndi bu gün o ruh da, o ağrı da bizimlədir. Bu kitabı oxuyanlar Azərbaycanın Milli Qəhrəmanı, “General Məhəmməd Əsədov mükafatı” laureatı Fred Asiflə yanaşı, həm də dünyaya onunla qoşa gələn, onunla yaşayıb, onunla ölən böyük bir Ağrının canlı obrazını görəcəkdir. Fred Asif Xocalı döyüşlərinin də iştirakçısı olmuşdur.

Elatlı E. Cəhənnəmdən gələn səs : roman . - Bakı : MBM, 2009. - 368 s. Roman XX əsrin ən dəhşətli qırğını olan Xocalı soyqırımına və erməni əsirliyində əzab çəkən həmvətənlərimizin acınacaqlı taleyinə həsr edlib. Burada Azərbaycan milli təhlükəsizlik orqanlarının fəaliyyətinə, anaya və vətənə məhəbbət, dostluq, ilahi eşq mövzularına da geniş yer ayrılıb. Ürəyi zəif olanların bu kitabı oxuması məsləhət görülmür.

Erməni terroru = Armenian terror = Aрмянский террор Erməni terroru = Armenian terror = Aрмянский террор. – Bakı: Vətən, 2005. - 168 s. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanmış bu nəşr erməni terrorizmi haqqında həqiqətləri Dünya ictimaiyyətinə çatdırmaq üçün edilən növbəti bir cəhddir. İngilis, rus, alman, türk, erməni dillərində nəşr olunmuş bu albom bəşəriyyətin bu bəla haqqında düşünməsinə bir çağırışdır... Və nəhayət, bu kövrək planetimizin bütün günahsız terror qurbanlarının xatirəsinə bir ittihamdır. Kitabda Xocalı faciəsi ayrıca bölümdə verilmişdir.

Əroğul Ə. Erməni-daşnak faşizmi və Azərbaycan : bədii publisiistika Əroğul Ə. Erməni-daşnak faşizmi və Azərbaycan : bədii publisiistika. – Bakı : Təhsil, 2007. – 412 s. Kitabda amansızlığı və xüsusi qəddarlığı ilə seçilən şovinist və militarist, Azərbaycan türkünün varlığına qənim kəsilmiş erməni-daşnak faşizminin, onun aparıcı qüvvəsi olan daşnak ideologiyasının qatı faşist mahiyyətindən bəhs edilir, ermənilərin son 100 ildə törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla verilir. Təbii ki, bu olaylar arasında Xocalı soyqırımına da yer verilmişdir.

Xəlilqızı Ə. Güllələnmiş uşaqlıq. – Bakı : 2012. – 295 s. Üç dildə - Azərbaycan, rus və ingilis dillərində yazılmış bu kitab 1992-ci il qanlı-qarlı fevral gecəsində ölümün ağzından qurtarmış Xocalı uşaqlarının xatirələrini gözlərimiz qarşısında canlandırır. Uşaqlığı ölmüş insanların faciəsini hamıya çatdırmaq üçün. Ona görə də bu kitabda nə haray axtarın, nə də üsyan... Sadəcə oxuyub düşünün.

Məhərrəmzadə Ə. Xocalı soyqırımı : Ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siya-sətinin xronologiyası. – Bakı : Adiloğlu, 2011. -184 s. Kitabda ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırım və genosid siyasəti, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, Xocalı soyqırımı barədə geniş, əhatəli məlumatlar verilir.

Musaqızı S. Azərbaycan terrorizmin caynağnda. – Bakı : Təfəkkür, -156 s. Kitab ölkəmizin zaman-zaman, tarix dönəmlərində üzləşdiyi bəlaları, faciələri əks etdirməklə yanaşı erməni taununa dünyanın diqqətini bir daha yönəltmək cəhdidir. Sərvətlərimizə göz dikən rus-erməni birliyinin vəhşiliklərini bəşər övladının diqqətinə çatdırmaqdır. Kitabda Xocalı faciəsi də işıqlandırılmışdır.

Müslümqızı S. Xocalıdan gələn var. – Bakı : 2008. – 254 s. Bu kitab Xocalı faciəsi qurbanlarının harayıdır. Ona görə ki, aradan illərin keçdiyinə baxmayaraq baş vermiş faciəni törədənlərin hələ də cəzasız qaldığını bir daha bəyanlayır. Bu kitab tariximizin qanla yazılmış bir parçasıdır. Bu kitab həm də torpaqlarımız uğrunda mübarizəyə bir çağırışdır.

Səmədov V. , Vəlizadə R. Leyla Əliyeva : «Xocalıya ədalət Səmədov V., Vəlizadə R. Leyla Əliyeva : «Xocalıya ədalət!» : Beynəlxalq erməni terroruna qarşı yeni strateji model. 3 cilddə. I c. – Bakı: 2014. – 344 s. Səmədov V., Vəlizadə R. Leyla Əliyeva : «Xocalıya ədalət!» : Beynəlxalq erməni terroruna qarşı yeni strateji model. 3 cilddə. II c. – Bakı: 2014. – 376 s.

Üç cildlik bu kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən, Xocalı yaşayış məntəqəsində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımdan bəhs edilir. Kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın «Xocalıya Ədalət» kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əlaqələndirilmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaqdır.

Sonam B. Erməni xərçənginin rişələri : Azərbaycanın soyqırımına – Qarabağa həsr olumuş sənədli-bədii materiallar. – Bakı : Qanun, 2004. – 80 s. Kitab bu gün Azərbaycanın əhalisi üçün deyil, həm də bütün yer üzündə yaşayan bütün azərbaycanlılar üçün maraqlı və dəyərli bir nəşrdir. Kitabın “Ağrı...” adlı bölməsində Xocalının işğalının tarixi, səbəbləri qısa və aydın şərh edilmişdir.

Sonam B. Qanlı dərə : povest. - Bakı : Qanun, 2004. – 44 s. Müəllifin qələmə aldığı tarixi xronikada, düşmənin dözülməz işgəncələrinə məruz qalan təkcə iki gəncin acınacaqlı taleyindən deyil, eyni zamanda Azərbaycan xalqının təcavüzkar Ermənistan tərəfindən zor gücü ilə işğal olunmuş, viran edilib yandırılmış Xocalı dəhşətlərindən bəhs edilir.

Sonam B. Qətl : Azərbaycanlıların soyqırımına – Qarabağ müharibəsinə həsr olunmuş sənədli-bədii materiallar silsiləsindən. – Bakı : Qanun, 2004. – 44 s. Müəllifin sayca üçüncü kitabı olan bu nəşrdə Xocalı hadisələri, əsir xocalıların başına gətirilən müsibətlər təsvir olunur. Yeniyetmə və gənclərə ünvanlanmış bu kitab insanda düşmənə nifrət aşılayır.

Sonam B. Sahibsizlik. – Bakı: Qanun, 2004. - 52 s. “Sahibsizlik” adlı hekayələr toplusunda 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə - yandırılıb büsbütün dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalaraq, dəli harayı ilə bütün bəşəri silkələyən Xocalı faciəsi ön plana çəkilir.

Yaqublu N. Xocalı Soyqırımı. - Bakı : Elm və təhsil, 2012. – 188 s. Kitabda Xocalı faciəsində ölənlər, yandırılanlar, diri-diri başları kəsilənlər, dırnaqları qoparılıb işgəncə ilə öldürülənlər haqqında geniş məlumat verilib. Ermənilərin vəhşiliyi, türk qanına hərisliyi ağrılı bir dillə yazılıb. Kitabda həmçinin, ayağı kəsilən, şikəst olan qadınlarımızın, cavanla-rımızın, qızı itkin düşmüş analarımızın faciəsi də təsvir edilib.

Tərtib edəni : Əhmədova S. Kitabların cildlərinin Köçürülməsi : Məmmədova G.