Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Məmmədova
Azərbaycan dili Mövzu: "SÖZÜN QURULUŞCA NÖVLƏRİ" V sinif
Standartlar: 4.1.2 Təlimin məqsədi: İş forması: İş üsulu: İnteqrasiya: Sözün səs tərkibini,semantik xüsusiyyətlərini,tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir. Təlimin məqsədi: 1. Sözləri quruluşuna görə fərqləndirir. İş forması: Kiçik qruplarla iş,böyük qruplarla iş İş üsulu: Beyin həmləsi, müzakirə, klaster İnteqrasiya: Tarix (2.2.1.) Resurslar: Dərslik İş vərəqləri
QRUPLAR I - “SADƏ” II - “DÜZƏLTMƏ” III - “MÜRƏKKƏB” IV - “ŞƏKİLÇİLƏR”
MOTİVASİYA Şəkilləri bir-birindən fərqləndirən nədir ?
Sözlər quruluşca hansı xüsusiyyətlərinə görə fərqlənə bilər? Tədqiqat sualı Sözlər quruluşca hansı xüsusiyyətlərinə görə fərqlənə bilər?
SÖZÜN QURULUŞCA NÖVLƏRİ SEVİL MƏMMƏDOVA SÖZÜN QURULUŞCA NÖVLƏRİ SADƏ DÜZƏLTMƏ MÜRƏKKƏB
SADƏ SÖZLƏR Söz kökü və qrammatik şəkilçidən əmələ gələn sözlərə sadə sözlər deyilir. Məsələn: kitab, dəftər, ana, çanta, evdə, suyu
SEVİL MƏMMƏDOVA SADƏ SÖZLƏR Ev kitab uşaq
SEVİL MƏMMƏDOVA SADƏ SÖZLƏR ev evlər kitab kitaba beş beşdən apar apardı Sadə sözlər həm kökdən,həm də kök və qrammatik şəkilçidən ibarət ola bilir
Düzəltmə sözlər necə yaranır? Bu sözlərə xas olan xüsusiyyərlər hansılardır?
DÜZƏLTMƏ SÖZLƏR Söz kökü və leksik şəkilçilər vasitəsilə əmələ gələn sözlərə düzəltmə sözlər deyilir. Məsələn:su+çu = suçu şəhər +li = şəhərli, meşə +lik = meşəlik məktəb +li = məktəbli
balıq balıqçı
su + çu = suçu balıq + çı = balıqçı Ot + laq = otlaq SEVİL MƏMMƏDOVA DÜZƏLTMƏ SÖZLƏR su + çu = suçu balıq + çı = balıqçı Ot + laq = otlaq yaxşı + laş = yaxşılaş Gözəl + lik = gözəllik
çörək çörəkçi
Düzəltmə sözlər leksik şəkilçilər vasitəsi ilə yaranır Düzəltmə sözlər leksik şəkilçilər vasitəsi ilə yaranır.Bir söz kökünə bir neçə şəkilçi qoşula bilər.Belə olduqda bir düzəltmə sözdən yeni düzəltmə söz yaranır.
Düzəltmə sözün kökü və başlanğıc forması müxtəlif nitq hissələrinə aid ola bilər.Lakin onlar arasında həmişə məna yaxınlığı olmalıdır. Ək+in+çi+lik Əkinçilik Yaz+ı+çı+lıq Yazıçılıq
Yaz Yazı Yazıçı
SEVİL MƏMMƏDOVA İki və daha artıq sözün MÜRƏKKƏB SÖZLƏR İki və daha artıq sözün birləşməsi ilə əmələ gələn və bir vurğu altında deyilən sözlərə mürəkkəb sözlər deyilir. Məsələn: it + burun = itburnu, çox+mərtəbə=çoxmərtəbəli, bağ + yarpaq = bağayarpağı
+ Dəvəquşu
Tozsoran İtburnu Ayaqqabı
SEVİL MƏMMƏDOVA MÜRƏKKƏB SÖZLƏR Isti + ot = istiot Toz + soran = tozsoran Asta + asta = asta – asta Balıq + qulaq = balıqqulağı Dəmir + dümür = dəmir – dümür Kağız + kuğuz = kağız – kuğuz Qeyri + adi = qeyri – adi
SEVİL MƏMMƏDOVA Mer-meyvə kağız-kuğuz kələ-kötür
“SADƏ” QRUP SUALLAR: Sadə sözlər nəyə deyilir? Sadə sözlərə aid 5 söz yazın. Aşağıdakılardan hansı sadədir? ağacdələn B) güllük C) həkim D) naməlum
“DÜZƏLTMƏ” QRUP Şəkilçilər haqqında nə bilirsiniz? Leksik şəkilçilər və onların xüsusiyyətləri haqqında nümunələr yazın Düzəltmə sözlərə aid 5 söz söyləyin.
“MÜRƏKKƏB” QRUP Mürəkkəb sözlər nəyə deyilir? Mürəkkəb sözlərə aid 5 söz yazın. Hansı mürəkkəb sözdür? gözəllik B) kitabxana C) ucaboy D) çanta
“ŞƏKİLÇİLƏR” QRUP Sözün quruluşca neçə növü var? Sadə,düzəltmə və mürəkkəb sözlərə aid 5 söz söyləyin. Hansı düzəltmə sözdür? ucaboy B) sarıköynək C) səmimi D) dərslik
NƏTİCƏ Sözlər quruluşuna görə üç yerə ayrılır: sadə,düzəltmə və mürəkkəb. Sadə sözlər bir kökdən və ya kök və qrammatik şəkilçidən ibarət olur. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Mürəkkəb sözlər isə iki kökdən əmələ gəlir
“Çətin” sözünün antonimi “SADƏ” QRUPU Krossvord (Yaradıcı tətbiqetmə) “Çətin” sözünün antonimi S ) Suda yaşayan canlı L Dərs ləvazimatı K Tərəvəz növü Ə M
Krossvord “DÜZƏLTMƏ” QRUPU (Yaradıcı tətbiqetmə) “Dadlı” sözünün əksi Gül qabı L Sirr saxlayan adam Ş “Dərrakəli” sözünün sinonimi Ğ
Krossvord “MÜRƏKKƏB” QRUPU (Yaradıcı tətbiqetmə) “Kağız-......” Z “Əlüz.....” Y “Dəmir-.....” A
Krossvord “ŞƏKİLÇİLƏR” QRUPU (Yaradıcı tətbiqetmə) Dərs ləvazimatı Q “Uzaq” sözünün əksi N “Dəmir-.....” Ü
EV TAPŞIRIĞI Kiçik bir hekayə qurmaq.Hekayədə işlədilən sözləri quruluşuna görə qruplaşdırmaq.
Qiymətləndirmə Qruplar Meyarlar Sadə qrup Düzəltmə Mürəkkəb Şəkilçilər Sözün quruluşca növlərini müəyyən edir Müzakirələrdə fəallıq göstərir. Tapşırıqları yerinə yetirir. Əməkdaşlıq edir Yekun
Resurslar: www.kinderyata.ru www.google.az V sinif Azərbaycan dili dərsliyi