Yevlax rayonu Yuxarı Qarxun kənd tam orta məktəbin coğrafiya müəllimi Bərxudarov Camal Saməddin oğlu
Mövzu: Miqyas Standart: 1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir. Məqsəd: Miqyasdan istifadə edərək obyektlər arasında məsafəni təyin edir, planda və ya xəritədə riyazi məsələləri həll edir. İnteqrasiya: Riyaziyyat-6 (1.2.5.; 3.1.1.), Fizika-6 (3.1.1.) Dərsin tipi: İnteraktiv İş forması: Kollektivlə və kiçik qruplarla iş İş üsulları: Əqli hücum, BİBÖ, Anlayışın çıxarılması, Venn diaqramı. Resurslar: Dərslik, qlobus, Azərbaycanın və dünyanın siyasi- inzibati xəritələri, sinif atlasları, xətkeş, pərgar, iş vərəqləri, İKT vasitələri (noutbuk, proyektor)
TƏSVİRLƏRƏ DİQQƏTLƏ BAXIN! 3
B u f o t o ş ə k i l l ə r s i z d ə h a n s ı t ə s ə v v ü r l ə r i y a r a d ı r ?
B u t ə s v i r l ə r d ə n ə g ö r ü r s ü n ü z ?
B ə s b u t ə s v i r l ə r d ə n ə g ö r ü r s ü n ü z ?
B u m ə n z ə r ə l ə r d ə n ə t ə s v i r o l u n u r ?
Q L O B U S N Ə D İ R ?
X Ə R İ T Ə N Ə D İ R ?
Nəyə görə xəritələrdə dövlətlərin əraziləri, iri meşə zolaqları, şəhərlər və s. həqiqi ölçülərindən fərqli şəkildə - dəfələrlə kiçik təsvirlərdə göstərilir. Sizcə bu niyə belə olur? Bunun səbəbi nədir?
Nisbət nədir? Tənasüb nədir?
Miqyas: 1:22 000 000
1:600 000
Bu foto-şəkillər sizdə hansı təsəvvürləri yaradır Bu foto-şəkillər sizdə hansı təsəvvürləri yaradır? Bu şəhərləri əhatəli şəkildə, lakin kiçik ölçülərdə necə təsvir etmək olar? Qlobus nədir? Bəs xəritə nəyə deyilir? Nəyə görə Xəritələrdə dövlətlərin əraziləri, iri meşə zolaqları, şəhərlər həqiqi ölçülərindən fərqli şəkildə - dəfələrlə kiçik göstərilir. Sizcə bu niyə belə olur? Bunun səbəbi nədir? Nisbət nədir? Tənasüb nədir? Sizcə, qlobus və xəritələrin kənarında göstərilən 1:22000000, 1:600 000 kimi kəmiyyət göstəriciləri - nisbət nəyi bildirir?
Miqyas-Yer səthinin plan və xəritədə neçə dəfə kiçildiyini göstərən kəsr ədəddir. Miqyas ifadə olunmasına görə 3 cür olur: ədədi, izahlı, xətti. 1.Ədədi miqyasın surəti həmişə vahid, məxrəci obyektin plan və xəritədə neçə dəfə kiçildiyini göstərir. Məs: 1:5000, 1:200000 və s. Ədədi miqyasın məxrəci nə qədər kiçik olsa xəritədəki obyektlər bir o qədər iri olacaqdır. 2. İzahlı miqyas - ədədi miqyası sözlə ifadə edir. Məs: 1:50 000 miqyası izahlı şəklində belə yazılır: «1 sm-də 500 m» 3. Xətti miqyas - ədədi və izahlı miqyasın qrafiki ifadəsidir. Xətti miqyas qurarkən aralarında 1-2 mm olan 2 xətt çəkib onları hər 1 və ya 2 sm-dən bir bərabər hissələrə bölüb onların ucuna Yer səthində uyğun gələn məsafələr yazılır. Soldan 1-ci hissə isə 5 və ya 10 kiçik hissəyə bölünür. Planda miqyasın hər 3 forması göstərilir. Xətti miqyasa əsasən heç bir hesablama aparmadan planda istənilən xəttin uzunluğunu ölçmək olar. Bunun üçün pərgardan və ya kağız parçasından istifadə etmək olar.
Tədqiqat sualı: Miqyasdan istifadə edərək plan və ya xəritədə məsafəni necə təyin etmək olar?
İş vərəqi “Yer” qrupu Miqyası 1:3 000 000 olan VI sinif atlasda Yevlaxdan Kürdəmirə qədər olan yolun uzunluğunu tapın.
İş vərəqi “Qlobus” qrupu Azərbaycanın Respublikasının siyasi-inzibati xəritəsində Yevlax şəhəri ilə Gəncə şəhəri arasındakı məsafəni xətkeşlə ölçün və miqyasdan istifadə edərək bu iki məntəqə arasındakı həqiqi uzunluğu tapın.
İş vərəqi “Xəritə” qrupu Dünyanın siyasi xəritəsi üzərində Bakıdan Londona düz xətt boyunca uçan təyyarənin yolunun uzunluğunu hesablayın. Təyyarənin sürətinin saatda 800 km olduğunu bilərək yola nə qədər vaxt sərf edildiyini təyin edin.
Məlumatın mübadiləsi və müzakirəsi: Miqyasın növlərini Venn diaqramı vasitəsi ilə müqayisəli şəkildə təhlil edin.
Miqyasın növləri Ədədi İzahlı (adlı) Xətti Oxşar
Yaradıcı tətbiqetmə: Miqyas anlayışı olmasaydı, miqyasdan istifadə olunmasaydı, plan və xəritələr necə qurulardı, obyektlərin ölçüləri necə təsvir edilərdi? Bu barədə fikirlərinizi bildirin və əsaslandırın.
TEST № 1 İki şəhər arasındakı məsafə 200 km-dir. Xəritənin miqyası 1:500000 olarsa, xəritədə bu məsafəyə uyğun olan parçanın uzunluğunu tapın. 40 sm B) 50 sm C) 70 sm
TEST № 2 Xəritədə 1 sm məsafənin həqiqi uzunluğu 100 m olarsa, bu xəritənin miqyasını təyin edin. 1:10000 B) 1:100000 C) 1:1000000
TEST № 3 Xəritənin miqyası 1:3000-dir. Xəritədə uzunluğu 4 sm olan parçanın həqiqi uzunluğunu tapın. 100 m B) 110 m C) 120 m
TEST № 4 Ərazidən keçən dəmir yolu xəttinin uzunluğu 500 m-dir. Yolun uzunluğu təsvirdə 10 sm-dir. Miqyası tapın. 1:2000 B) 1:5000 C) 1:10000
Ümumiləşdirmə və nəticə: Miqyas nədir? Miqyas necə müəyyən olunur? Həqiqi ölçünü və plandakı ölçünü necə müəyyən edirlər? Plan və xəritələrin tərtibində miqyasın nə kimi rolu və əhəmiyyəti var? Fikrinizi bildirin.
M e y a r c ə d v ə l i Yer Qlobus Xəritə № Əməkdaşlıq edir (5 ballıq şkala üzrə) № QRUPLAR MEYARLAR Yer Qlobus Xəritə 1 Əməkdaşlıq edir 2 Tapşırıqları vaxtında həll edir 3 Təqdimat edir 4 Müzakirələrdə fəal iştirak edir 5 Xəritə ilə işləməyi bacarır 6 Nəticə çıxarır Cəmi
Ev tapşırığı: Eni 150 m, uzunluğu 200 m olan məktəb sahəsinin planını iş vərəqində 1sm = 10m miqyasında təsvir edin və miqyası göstərin.
S İ Z Ə U Ğ U R L A R !!!