Gəncə şəhər,Nizami rayonu Nadir Hüseynov adına 38 N-li tam orta məktəbin tarix müəllimi İbrahimova Təranə Qəzənfər qızının Azərbaycan tarixi fənnindən 14.03.2016-cı il tarixdə V sinifdə “Bir kərə yüksələn bayraq...” mövzusunda keçəcəyi açıq dərsin icmalı
Fənn: Azərbaycan tarixi.
Standartlar: 1.1.2 Azərbaycan Xalq Cümhuriyyəti haqqında sadə biliklər nümayiş etdirir. 1.2.2 Xalqın mənafeyinin qorunmasında Azərbaycan Xalq Cümhuriyyətinin rolunu dəyərləndirir. 3.1.1 AXC-yə aid sadə xronoloji məsələləri həll edir.
Dərsin mövzusu: “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ ...”
Dərsin məqsədi: Azərbaycan Xalq Cümhuriyyəti haqqında sadə biliklər nümayiş etdirir. Xalqın mənafeyinin qorunmasında Azərbaycan Xalq Cümhuriyyətinin rolunu dəyərləndirir. AXC-yə aid sadə xronoloji məsələləri həll edir.
Dərsin tipi: İnduktiv. İş forması: Kollektiv iş, qruplarla iş. İş üsulu: Beyin həmləsi, müzakirə, suallar, venn dioqramı. Resurslar: Dərslik, şəkil, xəritə, iş vərəqləri, marker. İnteqrasiya: H.b.2.1.2; Əd.3.1.3; Az.d.3.1.4.
Motivasiya: Vətənimiz. ------AZƏRBAYCAN
Şəhərimiz? ----Gəncə.
Dövlətimizin əsas rəmzləri hansılardır?
Respublika sözünü başqa hansı sözlə əvəz etmək olar?
Tədqiqat sualı: Milli müstəqillik niyə xalqımız üçün ən mühüm dəyər hesab edilir ?
Tədqiqatın aparılması: Şagirdlər qruplara bölünür . Qruplarda aşağıdakı tapşırıqlar əsasında tədqiqat işi aparılır.
I qrup : BABƏK Azərbaycan Xalq Cümhuriyyəti hansı şəraitdə yaradıldı? İŞ VƏRƏQİ Azərbaycan Xalq Cümhuriyyəti hansı şəraitdə yaradıldı?
II qrup: RƏŞİDİYYƏ İŞ VƏRƏQİ Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəetmə forması.
III qrup: TƏBRİZ İŞ VƏRƏQİ Bakının azad edilməsi.
IV qrup: IMPERİYA İŞ VƏRƏQİ Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuq tədbirləri və mədəni nailiyyətləri.
Məlumatın mübadiləsi: Qrup nümayəndələri işlərini təqdim edirlər.
Məlumatın müzakirəsi: AXC-nin müstəqilliyinin xalqımız üçün əhəmiyyəti nə oldu?
Kollektiv iş 1 Xronoloji tapşırıqlar
1.Türkmənçay müqaviləsinin bağlanmasından neçə il sonra Azərbaycan Xalq Cümhuriyyəti yarandı
2.Hansı daha gec baş verib? a) “İstiqlal bəyənnaməsi”nin qəbul edilməsi. b) “Göyçay” döyüşləri. c) Bakı Dövlət Universitetinin açılması.
3.Hansı daha əvvəl baş verib? a) Mart soyqırımı. b) Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması. c) Gülüstan müqaviləsi.
4.Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından neçə əsr keçib?
2. Xəritə üzərində iş: 1.Azərbaycan Xalq Cümhuriyyəti hansı şəhərdə elan olundu? 2.Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı hansı şəhərdir? 3.Azərbaycan Xalq Cümhuriyyətinin ikinci paytaxtı hansı şəhər oldu? 4.Bakının azad edilməsində hansı döyüşün əhəmiyyəti oldu?
3.AXC-dən bizə hansı əmanətlər yadigar qalıb?
4.Venn dioqramında Azərbaycan Xalq Cümhuriyyəti ilə Azərbaycan Respublikasını müqayisə edin: AXC AR
5.Verilmiş şəkillərdən AXC-yə aid olanları seçib göstərin.
Nəticə və ümumiləşdirmə: Müəllimin bələdçiliyi ilə şagirdlər bu nəticəyə gəlirlər ki, Rusiya imperyasının devrilməsindən sonra xalqımız müstəqillik uğrunda mübarizə aparıb, Şərq dünyasında ilk demokratik respublikanın qurulması , Milli Ordunun yaradılması, Bakının bolşevik-daşnak ünsürlərindən azad edilməsi, ilk parlamentimizin yaradılması, Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi, ilk dəfə üçrəngli bayrağın qəbul edilməsi, BDU-nin yaradılması Azərbaycan xalqının müstəqilliyindən qaynaqlanır.
Ev tapşırığı: AXC ilə AR-nın Türkiyə ilə münasibətlərinə yazılı qiymət verin.
Qiymətləndirmə meyarları: I QRUP BABƏK II QRUP RƏŞİDİYYƏ III QRUP TƏBRİZ IV QRUP İMPERİYA AXC-yə aid sadə xronoloji məsələni həll etmə Xəritələrdə AXC ərazisini müəyyən etmə AXC haqqında sadə biliklər nümayiş etmə Xalqın mənafeyinin qorunmasında AXC-nin rolunu dəyərləndirmə