8 Kənar Təsirlər Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi

Slides:



Advertisements
Benzer bir sunumlar
31 Mart 2015 EUR/USD EURUSD paritesinin güçlü Dolar Endeksi nedeniyle satış baskısına maruz kaldığını ve seviyesine kadar hareketini sürdürdüğü.
Advertisements

02 Mart 2015 EUR/USD EURUSD paritesi destek noktası üzerindeki tepkisini seviyesine kadar sürdürdüğünü ancak devam ettiremediğini görmekteyiz.
Mövzu: Marketinqin ətraf mühiti
Məktəb: 3 № lİ tam orta məktəb Fənn müəllİmİ: Muxtarova Rəqsanə
Beynəlxalq birja və bazarlar
Mövzu: “Düzbucaqlı paralelepipedin və kubun həcmi.”
ISO Qida Təhlükəsizliyi Idarəetmə Sistemi Qida Zəncirində Iştirak Edən Təşkilatlar Üçün Tələblər
İctimai Əmtəə və Ortaq Sərvətlər
Xammal və enerji daşıyıcıları bazarı Müəllim: Elşən BAĞIRZADƏ
XVI BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: VALYUTA KURSU SİSTEMLƏRİ
İnternet Nədir ?.
Dr. Elşən BAĞIRZADƏ Bakı
Hazırladı : Əzizova Könül Fakultə : Maliyyə Qrup : 644
İstehsal Amilləri Bazarı
BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
KSM. Nəzəriyyələr J.J.Russo görə ( ) Biznes və ictimaiyyət arasındakı «İctimai müqavilə» təşkil edir. Birbirinə qarşılıqlı fayda yaratma əsasında.
Tələb, təklif və hökumət siyasəti
Azərbaycan Dövlət İqtisad Universiteti
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
İşsizlik və Onun Təbii Dərəcəsi
«Sabahın alimləri» Respublika Müsabiqəsi
İnformasiya texnologiyalarının təkamülü.
Arxitektur maketlərin hazırlanmasına dair
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Beynəlxalq ərzaq və istehlak malları bazarı
CdS/PVS və CuS/PVS polimer matris əsasında nanokompozitlərin dielektrik spektroskopiyası NANOMATERİALLARIN KİMYƏVİ FİZİKASI MƏLİKOVA.L.V.
Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəb
Yerüstü hava xəritələri və onların təhlili
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
“Azərbaycanda Sığorta Sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi” İqtisadi və Sosial İnkişaf Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım.
2. Əmək ehtiyatları və əmək potensialı
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Təqdimat N-1 Mövzu: Elektron Hakimiyyət və idarəetmə,onların keyfiyyət.
ADİU-646 Hüseynova Nuranə Müəl. Elşən BAĞIRZADƏ
İnsan resurslarının strateji planlaşdırılması və idarə edilməsi.
Əhalinin sağlamlığı və təhlükəsizliyi.
Məktəb: M.P.Vaqif adına 8 saylı tam orta məktəb
ELEKTRON TƏHSİL.
Plan: Sosial nəzarətin mahiyyəti, növləri və funksiyaları
XPƏM-nin həll üsulları.
Obyektin informasiya modelinin təsvir formaları.
MÖVZU: “ ALQORİTM HAQQINDA MƏLUMAT”
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
Makroiqtisadi modellər.
Nihad , Ayxan , Ərcan , Çıraq
Təyyarələrin buz bağlaması və elektrizasiyası
Siklonlar və onların əmələ gəlməsi
tam orta məktəbin müəllimi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
MÖVZU: İnformasiya nə qədər yer tutur
GİRİŞ Proqramlaşdırmaya
Bakı, Azərbaycan 16 İyul 2010-cu il
Bank qanunvericiliyi Yeniliklər və inkişaf perspektivləri
Milli Gəlirlərin Ölçülməsi
Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.
Beynəlxalq İqtisadi munasibətlərdə kapital ixracı
AzKÇ-nin icra edilməsi Bununla nə nəzərdə tutulur
BakI şəhərİ 14 №-lİ məktəbİn İnformatİka müəllİmİ
Hüseynli Emil Beynəlxalq Bazarlar və Birjalar
Mövzu: Tədrisdə ən yaxşı
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
Devalİvasİya. Onun İqtİsadİyyata təsİrİ
V SİNİF ƏDƏBİYYAT MÜƏLLİM: Məmmədova Təzəgül.
BANKLARDA HÜQUQİ RİSK MENECMETİNİN QURULMASI
İstehsal müəssisələri:
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid
ETT və insan resurslarının peşə-ixtisas təhsili problemləri
“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın.
Sunum transkripti:

8 Kənar Təsirlər Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi Azərbaycan Universiteti

Lakin bazar iflasları yenə baş verə bilər. Yada salaq: Adam Smitin məşhur metaforu – bazarların “gözəgörünməz əli” öz maraqlarını müdafiə edən alıcı və satıcıları yönəldərək cəmiyyət üçün ümumi səmərənin maksimallaşdırılmasına gətirib çıxarır. Lakin bazar iflasları yenə baş verə bilər.

KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ Kənar təsir bir şəxsin hərəkətlərinin ətrafdakıların rifahına kompensasiya olunmamış təsiridir. Kənar təsirlər bazarların səmərəsiz olmasına səbəb olur və bununla da məcmu izafi fayda maksimallaşmır.

KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ Kənar təsir o zaman meydana çıxır ki... . . . hər hansı bir şəxs hər hansı bir fəaliyyət növü ilə məşğul olarkən ətrafdakıların rifahına təsir edərsə və bu təsirə görə heç kim kompensasiya ödəməzsə və ya almazsa.

KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ Əgər ətrafdakılara olan təsir mənfidirsə, buna mənfi kənar təsir deyilir. Əgər ətrafdakılara olan təsir müsbətdirsə, buna müsbət kənar təsir deyilir.

KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ Mənfi Kənar Təsirlər Avtomobillərdən havaya buraxılan qaz Siqaret tüstüsü Hürən itlər (ev heyvanları) Yaşayış binalarında uca səsli stereo texnologiyalar

KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ Müsbət Kənar Təsirlər Kütləvi peyvəndlərin aparılması Təmir olunmuş tarixi binalar Yeni texnologiyaların araşdırılması

Təsvir 1 Alüminium Bazarı Alüminiumun qiyməti Təklif (fərdi dəyər) Tələb (fərdi fayda) QBAZAR Tarazlıq Alüminiumun miqdarı Copyright © 2004 South-Western

KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ Mənfi kənar təsirlər bazarların sosial cəhətdən arzu olunan miqdardan daha çox istehsal etməsinə səbəb olur. Müsbət kənar təsirlər bazarların sosial cəhətdən arzu olunan miqdardan daha az istehsal etməsinə səbəb olur.

Rifah Halının Təhlili üzrə İqtisadi Nəzəriyyələr: Qısa Təkrar Alüminium Bazarı Bazar tarazlığında istehsal və istehlak həcmi istehsalçı və istehlakçının izafi faydasını maksimallaşdırdığı üçün səmərəli sayılır. Əgər alüminium zavodları ətraf mühiti çirkləndirirlərsə (mənfi kənar təsir), onda alüminiumu istehsal etmək cəmiyyətə alüminium istehsalçılarından daha baha başa gəlir.

Rifah Halının Təhlili üzrə İqtisadi Nəzəriyyələr: Qısa Təkrar Alüminium Bazarı Hər bir istehsal olunan alüminium vahidinin sosial dəyəri alüminium istehsalçılarının fərdi məsrəfləri ilə havanın çirkləndirilməsi nəticəsində mənfi təsirə məruz qalan ətrafdakıların məsrəflərindən ibarətdir.

Təsvir 2 Çirklənmə və Sosial Cəhətdən Optimal Nöqtə Alüminiumun Sosial dəyər qiyməti Çirkləndirmənin dəyəri Tələb (fərdi fayda) Təklif (fərdi dəyər) Optimal nöqtə QOPTİMUM Tarazlıq QBAZAR Alüminiumun miqdarı Copyright © 2004 South-Western

Mənfi Kənar Təsirlər Tələb əyrisinin sosial dəyər əyrisini kəsdiyi nöqtə istehsalın optimal miqdarını müəyyən edir. Sosial cəhətdən optimal miqdar istehsalın tarazlıq miqdarından azdır.

Mənfi Kənar Təsirlər Kənar təsirin daxililəşdirilməsi stimulların elə dəyişdirilməsidir ki, insanlar öz fəaliyyətlərinin kənar təsirlərini də nəzərə alsınlar.

Mənfi Kənar Təsirlər Sosial Cəhətdən Optimal Nəticəni Necə Əldə Edirlər Dövlət istehsalçıdan tarazlıq miqdarını sosial cəhətdən arzu olunan miqdara endirməsi məqsədilə vergi tutaraq kənar təsiri daxililəşdirə bilər.

Müsbət Kənar Təsirlər Kənar təsir ətrafdakılara müsbət təsir göstərirsə, müsbət kənar təsir meydana çıxır. Əmtəənin sosial faydası onun fərdi faydasından artıqdır.

Müsbət Kənar Təsirlər Texnologiya yenilikləri də müsbət kənar təsirlərə aiddir. Texnologiyanın kənar təsiri o zaman baş verir ki, müəssisənin yeniliyi və ya yeni dizaynı təkcə ona fayda vermir, həmçinin, o, cəmiyyətin texnoloji biliyini artıraraq bütövlükdə cəmiyyətə fayda verir.

Təsvir 3 Təhsil və Sosial Cəhətdən Optimal Nöqtə Təhsilin qiyməti Sosial fayda Təklif (fərdi dəyər) Tələb (fərdi fayda) QOPTİMUM QBAZAR Təhsilin miqdarı Copyright © 2004 South-Western

Müsbət Kənar Təsirlər Optimal miqdar sosial dəyər əyrisi ilə təklif əyrisinin kəsişməsində müəyyən olunur. Sosial cəhətdən optimal miqdar fərdi bazarda müəyyən olunan tarazlıq miqdarından daha çoxdur. Bazar sosial cəhətdən arzu olunan miqdardan daha az istehsal edir. Əmtəənin sosial faydası onun fərdi faydasından daha çoxdur.

Kənar Təsirlərin Daxililəşdirilməsi: Subsidiya Müsbət Kənar Təsirlər Kənar Təsirlərin Daxililəşdirilməsi: Subsidiya Müsbət kənar təsirləri daxililəşdirməyə cəhd etmək üçün ilkin vasitə kimi istifadə edilir. Sənaye Siyasəti Dövlətin texnologiyaları inkişaf etdirən və genişləndirən sənaye sahələrini dəstəkləmək məqsədilə iqtisadiyyata müdaxilə etməsi Patent qanunları ixtiraçılara (və ya müəssisələrə) öz kəşflərini müəyyən müddət üçün eksklüziv olaraq istifadə etmək hüququ verməklə onların hüquqlarını qoruyur. Bu zaman patent kənar təsiri daxililəşdirir.

KƏNAR TƏSİRLƏRİN FƏRDİ HƏLL YOLLARI Kənar təsirlər problemini həll etmək üçün həç də hər zaman dövlətin müdaxiləsinə ehtiyac yoxdur.

KƏNAR TƏSİRLƏRİN FƏRDİ HƏLL YOLLARI Əxlaq normaları və sosial sanksiyalar Xeyriyyəçi təşkilatlar Müxtəlif növ fəaliyyət sahələrinin birləşdirilməsi Maraqlı tərəflərin müqavilə bağlaması

Koas Teoremi Koas teoreminə görə əgər fərdi tərəflər sərvətlərin bölüşdürülməsi ilə bağlı sövdələşərkən heç bir xərc çəkməsələr, bu zaman fərdi bazar hər zaman kənar təsir problemini həll edə bilər. Sövdələşmə Xərcləri Sövdələşmə xərcləri sövdələşməni razılaşarkən və həyata keçirərkən tərəflərin çəkdikləri xərclər.

Nə Üçün Fərdi Həll Yolları Hər Zaman Baş Tutmur Bəzən fərdi həll yolu uğursuzluqla nəticələnir, çünki sövdələşmə xərcləri çox yüksək olduğundan maraqlı tərəflər razılığa gələ bilmir.

KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ Kənar təsirlər bazarın səmərəsiz nəticə əldə etməsinə səbəb olduğu hallarda, dövlət iki müxtəlif formada hərəkət edə bilər . . . əmr və nəzarət siyasətləri. bazar yönümlü siyasətlər.

KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ Əmr və Nəzarət Siyasətləri Əsasən tənzimləmə formasında həyata keçirilir: Bəzi davranışları qadağan edir. Bəzi davranışları məcburi edir. Misallar: Bütün tələbələrin peyvənd edilməsi haqqında tələblər. Ətraf Mühitin Qorunması Agentliyi (EPA) zavodun buraxa biləcəyi maksimum çirklənmə həcmini müəyyən edir.

KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ Bazar Yönümlü Siyasətlər Dövlət vergi və subsidiyalardan istifadə edərək fərdi stimulları sosial səmərəliliklə tarazlaşdıra bilər. Piqo vergisi mənfi kənar təsirin nəticəsini düzəltmək üçün tətbiq olunan vergidir.

KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ Tənzimləmə və Piqo Vergilərinə aid nümunələr Əgər EPA hər hansı bir zavodun fəaliyyəti nəticəsində yaranan çirklənmənin həcmini azaltmağı qərara alırsa, EPA aşağıdakı addımları ata bilər... Zavoddan çirklənmə həcmini müəyyən miqdara qədər azaltmağı tələb edə bilər (tənzimləmə). Hər bir ton tullantıya görə vergi qoya bilər (Piqo vergisi).

KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ Bazar Yönümlü Siyasətlər Alınıb satıla bilən çirkləndirmə icazələri könüllü olaraq çirkləndirmə hüququnun bir müəssisədən digərinə keçirilməsinə icazə verir. İcazələrin alınıb-satıldığı bazar inkişaf edəcək. Çirkləndirməni az məsrəflər hesabına azalda bilən firmalar əllərində olan icazələri çirkləndirməni çox böyük məsrəflər hesabına azalda bilən firmalara satmağı üstün tuta bilərlər.

Təsvir 4 Piqo Vergilərinin və Çirkləndirmə İcazələrinin Ekvivalentliyi (a) Piqo Vergisi Çirkləndirmənin qiyməti Çirkləndirmə hüququna olan tələb P Piqo vergisi Q 1. Piqo vergisi çirkləndirmənin qiymətini təyin edir . . . Çirkləndirmənin 2. . . . və bu qiymət, tələb əyrisi ilə birlikdə çirkləndirmənin miqdarını müəyyən edir. miqdarı Copyright © 2004 South-Western

Təsvir 4 Piqo Vergilərinin və Çirkləndirmə İcazələrinin Ekvivalentliyi (b) Çirkləndirmə İcazələri Çirkləndirmənin Q Çirkləndirmə icazələrinin təklifi qiyməti Çirkləndirmə hüququna olan tələb P 2. . . . və bu miqdar, tələb əyrisi ilə birlikdə çirkləndirmənin miqdarını müəyyən edir. Çirkləndirmənin 1. Çirkləndirmə icazələri onun miqdarını müəyyən edir . . . miqdarı Copyright © 2004 South-Western

Xülasə Alıcı və satıcı arasındakı əməliyyat birbaşa ətrafdakılara təsir edirsə, buna kənar təsir deyilir. Mənfi kənar təsirlər ictimai cəhətdən optimal miqdarın tarazlıq miqdarından az olması ilə nəticələnir. Müsbət kənar təsirlər ictimai cəhətdən optimal miqdarın tarazlıq miqdarından daha çox olması ilə nəticələnir.

Xülasə Kənar təsirlərə məruz qalanlar bəzən bu problemi fərdi yollarla həll edə bilərlər. Koas teoreminə görə, əgər insanlar heç bir xərc çəkmədən sövdələşə bilərlərsə, onlar hər zaman sərvətlərin səmərəli bölüşdürülməsi üzrə razılığa gələ bilərlər.

Xülasə Fərdi tərəflər kənar təsirlərə müvafiq həll yolu tapa bilmədikdə, dövlət bu işə müdaxilə edir. Dövlət Piqo vergiləri və ya çirkləndirmə icazələrinin verilməsi vasitəsilə davranışa nəzarət edə və kənar təsirləri daxililəşdirə bilər.