AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

Slides:



Advertisements
Benzer bir sunumlar
Böyrək çatışmazlığı.
Advertisements

Mövzu: Marketinqin ətraf mühiti
Kompüterlərdə və internetdə təhlükəsizlik.
DİŞ XƏSTƏLİKLƏRİ..
İctimai Əmtəə və Ortaq Sərvətlər
Zəngilan rayon 7 №-li tam orta məktəbin“İnformatika” müəllimi Telmanzadə Əfsanənin informatika fənnindən “Kompüter şəbəkələri” mövzusunda icmalı.
Fərruxova Qiyafət saylı tam orta məktəb
İnternet Nədir ?.
İstehsal Amilləri Bazarı
Əsas Alqoritmik Konyuksiyalar. Xətti Alqoritmlər
9 mart cı il E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli
Diqq ə t şüurumuzun mü ə yy ə n obyekt üz ə rin ə yön ə lm ə sind ə n v ə m ə rk ə zl ə şm ə sind ə n ibar ə t olan psixi prosesdir. a)Sensor diqq ə t.
İFRAZAT SİSTEMİ Medical ppt Medical ppt
Azərbaycan Dövlət İqtisad Universiteti
Keçmiş zamanlarda varlı bir tacir yaşayırdı və onun...
Say sistemlərinin tarixi, tətbiqi, bir say sistemindən digərinə keçid
Şəhər: Bərdə Məktəb: 8 saylı Sinif: Fənn: Riyaziyyat
Mövzu 3. İSTEHLAKÇI DAVRANIŞININ TƏDQİQİ
«Sabahın alimləri» Respublika Müsabiqəsi
DEMODEKOZ.
Beynəlxalq ərzaq və istehlak malları bazarı
Mövzu:Balıqların müxtəlifliyi. Balıq ehtiyatının qorunması.
Qlobal kompyuter şəbəkəsi-İNTERNET
Hazirladi: Kürdəmir rayon Pirili kənd tam orta məktəmin Riyaziyyat və İnformatika müəllimi Mütəllim Mütəllimov.
8 Kənar Təsirlər Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi
Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəb
Yerüstü hava xəritələri və onların təhlili
BAZARLARIN SEQMENTLƏŞDİRİLMƏSİ
Əməyin təşkilinin mahiyyəti və məzmunu
Say sistemləri arasında əlaqə
Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Məmmədova.
Əhalinin sağlamlığı və təhlükəsizliyi.
Məktəb: M.P.Vaqif adına 8 saylı tam orta məktəb
ELEKTRON TƏHSİL.
XPƏM-nin həll üsulları.
Obyektin informasiya modelinin təsvir formaları.
Azərbaycanda Yol Hərəkəti Təhlükəsizliyi: Problemlər və Perspektivlər
MÖVZU: “ ALQORİTM HAQQINDA MƏLUMAT”
BƏRABƏRLİK.
Nihad , Ayxan , Ərcan , Çıraq
Barik sistemlər Mühazirəçi: Hacıyev Aqil.
Təyyarələrin buz bağlaması və elektrizasiyası
Siklonlar və onların əmələ gəlməsi
tam orta məktəbin müəllimi
ŞƏHƏR: BAKI MƏKTƏB : SİNİF: FƏNN: İNFORMATİKA MÜƏLLİF : ƏKBƏROVA AYNUR
GİRİŞ Proqramlaşdırmaya
Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.
AzKÇ-nin icra edilməsi Bununla nə nəzərdə tutulur
BakI şəhərİ 14 №-lİ məktəbİn İnformatİka müəllİmİ
Barik topoqrafiya xəritələri və onların təhlili
Elektron cədvəllər . Eyni tipli düsturlar.
ANA DILI IV b SİNFİ.
Mövzu: Tədrisdə ən yaxşı
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
Devalİvasİya. Onun İqtİsadİyyata təsİrİ
fenn- biologiya movzu – helqevi qurdlar
Say sistemləri Ramil Cəfərov Ramil Cəfərov.
Görünüş məsafəsinin növləri. Görünüş məsafəsinin təyini
BANKLARDA HÜQUQİ RİSK MENECMETİNİN QURULMASI
DEFİSİT ANEMİYALAR.
İstehsal müəssisələri:
adına 5№li tam orta məktəb Fənn müəllimi : Sevil Arixova
AZDroid Hazırladı: Tahir Hacızadə Kateqoriya: Alətlər Adı: AZDroid

ETT və insan resurslarının peşə-ixtisas təhsili problemləri
Mövzu: Proqramlaşdırma dilləri
Hesablama texnikasının tarixi. 8-ci sinif..
Affektiv sindromlar.
AEROBİKA GİMNASTİKASI ÜZRƏ MİLLİ YARIŞLARIN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın.
Sunum transkripti:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ÜTF VƏ TEXNOLOGİYA KAFEDRASI FƏNN: ƏMƏK MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİYİ MÖVZU: ELEKTRİK CƏRƏYANININ İNSAN ORQANİZMİNƏ TƏSİRİ. ELEKTRİKDƏN ZƏDƏLƏNMƏLƏR ZAMANI İLK YARDIM MÜHAZİRƏÇİ: DOS. E.CAVADOV 21 DEKABR 2011-Cİ İL

P L A N Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri Elektrik cərəyanının canlı orqanizmə təsiri Elektrikdən zədələnmələr zamanı ilk yardım

Elektrik cərəyanı ilə zədələnmənin əsas xüsusiyyətləri 1. Elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradan xarici əlamətlər yoxdur. İnsan cərəyanla zədələnmə təhlükəsinin mümkünlüyünü görmür, eşitmir , iyləyə, yaxud vaxtndan əvvəl aşkar edə bilmir. 2. Elektrikdə travmalar zamanı əmək qabiliyyyətinin itirilməsi uzunmüddətli olur, hətta ölümlə nəticələnə bilər. 3. Sənaye tezlikli 10...25 mA cərəyanlar əzələlərin intensiv qıcolmasına səbəb ola bilir ki, nəticədə cərəyan aparan hissələrə “yapışma” hadisəsi baş verir. Bu zaman adam elektrik cərəyanının təsirindən özü xilas ola bilmir. 4. Elektrik cərəyanı ilə zədələnmə nəticəsində mexaniki travma almaq mümkündür

Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri 1. Gərginlik altında olan cərəyan aparan hissələrə toxunma 2. İzolyasiyanın və ya qoruyucu qurğuların nasazlığı üzündən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyan keçirən hissələrinə toxunmaq 3. Addım gərginliyinin təsiri altına düşmək 4. Elektrik qurğularının texniki istismar qaydalarınlın və təhlükəsizlik texnikası tələblərinin pozulması

Elektrik cərəyanının insan orqanizminə təsir növləri Cərəyanın termiki təsiri – bədəndə yanıqların, isitmənin əmələ gəlməsi, qan damarlarının zədələnməsi, ürəyin, beyinin və cərəyanın axını yolunda yerləşən başqa orqanların həddindən artıq qızmasına səbəb olur, bunlar da həmin orqanlarda funksional pozğunluqlar yaradır

Cərəyanın elektrolitik təsiri Cərəyanın elektrolitik təsiri – üzvi mayenin, o cümlədən qanın parçalanmasına səbəb olur, nəticədə qanın fiziki-kimyəvi tərkibi dəyişir, habelə bütövlükdə toxumanın xeyli dərəcədə pozulmasına gətirib çıxarır

Cərəyanın mexaniki təsiri Cərəyanın mexaniki təsiri – elektrodinamiki effektin nəticəsi olaraq orqanizmin müxtəlif toxumalarının, o cümlədən qan damarlarının divarlarının və əzələ toxumalarının parçalanması və digər müvafiq zədələnmələrin baş verməsi ilə müşayiət olunur

Cərəyanın bioloji təsiri Cərəyanın bioloji təsiri – normal fəaliyyət göstərən orqanizmə xas olan və onun həyati funksiyaları ilə sıx bağlı daxili bioenergetik proseslərin pozulmasına səbəb olur. Belə təsir nəticəsində orqanizmdə hüceyrələr qıcıqlanır, əzələlər iflic olur

Cərəyanın insan orqanizminə təsiri mA Təsirin xarakteri Dəyişən cərəyan Sabit cərəyan 0,6…1,5 Hissetmə başlayır, əl barmaq­ları yüngül əsir Hiss olunmur 2…3 Əl barmaqları güclü əsir 5…7 Əllər qıc olur Göynəmə,qızışma hiss olunur 8…10 Əlləri elektrodlardan çətinliklə ayırmaq olur. Barmaqlarda və biləklərdə güclü ağrılar olur. Güclü qızışma 20…25 Əllər qıc olur, onları elektrodlardan ayırmaq mümkün deyil. Olduqca güclü ağrılar olur. Nəfəs almaq çətinləşir. Olduqca güclü qızışma.Əl əzələ­ləri cüzi yığılır. 50…80 Tənəffüs dayanır. Ürəyin fibrilyasiyası baş­layır Əl əzələləri yığılır, qıcolmalar olur, tənəffüs çətinləşir 90…100 Tənffüs dayanır. 3 saniyə və daha çox müddətdə ürək dayanır. Tənəffüs dayanır.

Elektrik cərəyanı ilə zədələnmənin növləri Elektrik cərəyanı ilə zədələnmələr Yerli elektrik zədələri Ümumi elektrik zədələri Elektrik şoku Elektrik zərbəsi

Yerli elektrik zədələnməsi Elektrik cərəyanının təsiri səbəbindən bədənin toxumalarında aydın müşahidə olunan lokal zədələr əmələ gəlir

Elektrik yanıqları Elektrik yanığı – bədənin səthinin və ya daxili orqanların elektrik qövsünün və yaxud insanın bədənindən keçən böyük cərəyanların təsiri ilə zədələnməsidir. Elektrik yanıqları 4 dərəcədə olur: I dərəcə – dərinin qızarması; II dərəcə – suluqların əmələ gəlməsi; III dərəcə – dərinin keyləşməsi; IV dərəcə – toxumaların yanması

Elektrik yanığı

Elektrik nişanı Elektrik nişanı – elektrik cərəyanının təsirinə məruz qalmış insanın bədən səthində kəskin qaralmış və ya sarımtıl rəngli qabarıq ləkələrin əmələ gəlməsinə səbəb olur. Elektrik nişanları adətən dairəvi və yaxud oval formaya malik olur.

Tipik elektrik nişanı %

Dərinin metallaşması Dərinin metallaşması – elektrik cərəyanının təsirindən sıçrayan və buxarlanan (qaynaq zamanı və s.) hissəciklərin dərinin səthinə nüfuz etməsi nəticəsində əmələ gələn ləkələrdir.

Dərinin metallaşması

Elektrooftalmiya Elektrooftalmiya (“oftalmiya” - yunanca göz) – elektrik qövsü şüaları nəticəsində gözün aldığı zədələrə deyilir. Belə zədələr elektrik qövsü (qısa qapanma) baş verdikdə mümkün ola bilər ki, bu da nəinki görünən işıqın, həm də görünməyən intensiv ultrabənövşəyi və infraqırmızı şüalarin orqanizmin hüceyrələri tərəfindən udulması nəticəsində baş verən kimyəvi təsirdən yaranır

Elektrik zərbəsi Elektrik zərbəsi – orqanizmin canlı toxumalarından keçən elektrik cərəyanının təsiri nəticəsində onların qıcıqlanmasıdır. Elektrik zərbəsi bədənin müxtəlif əzələlərinin qeyri-ixtiyari qıcolması şəklində özünü biruzə verir

Elektrik şoku Elektrik şoku – orqanizmin elektrik cərəyanı ilə həddən artıq qıcıqlanması səbəbindən baş verən ağır əsəb-reflektor reaksiyasıdır. Bu cür zədələnmə nəticəsində qan dövranı və orqanizmdəki maddələr mübadiləsi dərindən pozulur, tənəffüs orqanları, ürək, sinir sistemi, digər üzvlər tam və ya qismən iflic olur.

Elektrik cərəyanı ilə zədələnmə hallarının statistik göstəriciləri Zədələnmələrin növü Elektrik zədələnmələrinin ümumi sayına nisbətən miqdarı, % Elektrik yanığı 40 Elektrik nişanı 7 Dərinin metallaşması 3 Mexaniki zədələnmələr 0,5 Elektrooftalmiya 1,5 Qarışıq zədələnmələr – eyni zamanda yanıq və digər yerli zədələnmələr 48 Cəmi 100

Elektrik cərəyanı ilə zədələnmənin nəticəsinə təsir edən amillər İnsanın fərdi xüsusiyyətləri: sağlamlıq durumu; Bədənin müqaviməti; psixofizioloji vəziyyəti; diqqət amili; səriştəliliyi;

Elektrik şəbəkəsinin parametrləri: gərginliyin qiyməti; cərəyanın növü və tezliyi; cərəyanın təsir müddəti; Cərəyanın orqanizmdən keçmə yolu Ətraf mühit şəraiti: atmosfer şəraiti; havada cərəyan keçirən maddələrin konsentrasiyası;

Elektrik cərəyanından zədələnmələr zamanı ilk yardım Elektrik cərəyanından zədələnmiş insana ilk yardım dedikdə zərərçəkənin həyatının və sağlamlığının onun özü və yaxud yaxınlıqda olan adamlar tərəfindən xilas edilməsinə yönəlmiş tədbirlər kompleksi nəzərdə tutulur. Bu yardım aşağıda qeyd olunan mərhələlərdən ibarətdir:

1. Zədələnmiş şəxsin cərəyanın təsirindən azad edilməsi Zərərçəkənin paltarından tutmaqla elektrik cərəryanı daşıyıcılarınıın təsir zonasından uzaqlaşdırmaq Elektrik naqillərinin kəsilməsi

Zərərçəkənin paltarından tutmaqla elektrik cərəryanı daşıyıcılarınıın təsir zonasından uzaqlaşdırmaq Elektrik naqilini ağac və digər elektrik keçirməyən vasitələrin köməyilə kənarlaşdıraraq zərərçəkəni cərəyanın təsirindən azad etmək

Elektrik cərəyanı altında olan naqillərə qaçaraq yaxınlaşmaq olmaz Zədələnmiş və baxımsız qalmış naqillərə ehtiyatsız yaxınlaşmaq ölümlə nəticələnə bilər! Əgər elektrik daşıyıcısı sınaraq yerə düşmüşdürsə ondan 10 m məsafəyədək aralı durmaq lazımdır. Naqilin toxunma nöqtəsi 10 m

Addım gərginliyi zonasında hərəkət qaydaları Elektrik naqilinin yerə toxunduğu nöqtədən 10 metr radiusda “addım gərginliyi”nin təsiri altina düşmək təhlükəsi yaranır. Belə ərazilərdə hərəkət etmək üçün dielektrik çəkmələr geyinmək və ya qısa addımlarla ayağını yerdən ayırmadan “qaz yerişi” ilə yerimək lazımdır. Bundan başqa tək ayaqla atıla-atıla ərazidən kənarlaşmaq olar.

Fəaliyyət göstərən elektrik qurğularının üzərində mütləq qadağanedici və ya xəbərdarlıq nişanları olmalıdır

2. Zərər çəkmiş şəxsi dərhal arxası üstə uzatmalı, onun paltarının yaxasını, kəmərini, sinəsini açmalı

3. Zərər çəkmiş şəxsin vəziyyətinin qiymətləndirilməsi 3. Zərər çəkmiş şəxsin vəziyyətinin qiymətləndirilməsi. Sizə və zərər çəkmişə qarşı heç bir təhlükə olmadığına əmin olduqdan sonra onun şüurunu yoxlayın. 4. Zərərçəkmişin normal tənəffüs alması üçün şərait yaradın. Bunun üçün ehtiyatla zərərçəkən şəxsin başını arxaya doğru açın və çənəsini bir qədər yuxarıya qaldırın, iki barmağınızı zərərçəkmişin çənəsinin altına yerləşdirin və qaldırın. Eyni zamanda əlinizi zərərçəkmişin alnına qoyun və başını tam arxaya doğru əyin.

5. Tənəffüsü yoxlayın – bunun üçün: Bax - döş qəfəsinin hərəkətinə Qulaq as – tənəffüsün səsinə Hiss et – zərərçəkmişin nəfəsinin yanağınıza təsirini 10 saniyə ərzində baxın, qulaq asın və tənəffüsü hiss etməyə çalışın. Əgər zərərçəkmiş şəxs nəfəs alırsa onu yan tərəfə çevirin, nəfəs almırsa ağız boşluğunda ola bilən maneəni kənar etdikdən sonra ağızdan ağıza olmaqla iki nəfəsvermə icra edin.

6. Süni tənəffüs Zərərçəkmişi arxası üstə uzadın, havanın daxil olmasına şərait yaratmaq məqsədilə başını arxaya döğru əyin, iki barmağınızı zərəçəkmişin çənəsinin altlna yerləşdirin, eyni zamanda əlinizi zərərçəkmişin alnına qoyun və başını tam arxaya doğru əyin.

Burun pərlərini sıxmaqla burnunu qapayın Burun pərlərini sıxmaqla burnunu qapayın. Tam nəfəs alın və qapalı şəkildə dodaqlarınızı onun ağzına yerləşdirin. İki dərin və eyni zamanda yavaş sürətli nəfəsvermə icra edin. Nəfəsvermələr zamanı zərərçəkimişin döş qəfəsinin hərəkət etməsinə nəzarət edin.

Havanı hər 5 – 6 saniyədən bir üfürməli Havanı hər 5 – 6 saniyədən bir üfürməli. Belə üfürmə dəqiqədə 10 – 12 dəfəyə bərabər olan tənəffüs tezliyinə müvafiqdir. Hər dəfə hava üfürmədən sonra cərəyan vurmuş adamın ağız və burnunu açırlar ki, onun ağ ciyərlərindəki hava özbaşına xaric olsun, yəni adam nəfəs versin. Əgər zədələnmiş adam pis nəfəs alırsa, onda süni tənəffüslə yanaşı onun ürəyini də masaj etmək lazımdır. Bunun üçün xəstənin sinəsinin aşağı 1/3 hissəsini müəyyən edib ovucla döş qəfəsini ritmik sürətlə aşağı basırlar. Döş qəfəsini kəskin təkanla basmaq lazımdır, bu zaman döş qəfəsi 3 – 5 sm aşağı əyilir, ürəyin üzərinə düşən təzyiq nəticəsində qan ürəkdən qan damarlarına verilir. Döş qəfəsini saniyədə 1 dəfə olmaqla 4 – 6 dəfə basmaq, sonra fasilə etməklə süni trənəffüs vermək lazımdır.

Zərbə nöqtəsi Cərəyandan zərər çəkmiş adamı özünə gətirmək üçün onu torpağa basdırmaq cəhdləri qəti qadağandır