tam orta məktəbin müəllimi BAKI ŞƏHƏR 163 nömrəli tam orta məktəbin müəllimi Şahbazova Aynurənin 2ci siniflər üçün dərsin icmalı
İNFORMASİYANIN NÖVLƏRİ Mövzu: İNFORMASİYANIN NÖVLƏRİ
Təlimin məqsədi: Obyektlərin xassələrini söyləyir. Təbiətdə olan informasiyaları izah edir. Obyekt haqqında müxtəlif informasiyaların əldə olunması yollarını müəyyən edir. İnformasiyanın müxtəlif növlərini izah edir. Sadə informasiya prosesbrini izah edir, Standartlar: 1.1.1; 1.1.3.İnformasiya, , informasiyanın növləri, vizual informasiya, səs informasiyası, qoxu informasiyası, dad informasiyası, taktil informasiya İş forması: Kiçik qruplarla iş, bütün siniflə iş, fərdi iş. İş üsulu: Müsahibə, didaktiv oyun, kiçik qruplarda müzakirə, beyin həmləsi. İnteqrasiya: A.d: 1.1.2; Riy. 1.1.1; 5.1.1.; H.b. 1.2.2.; Tex: 4.1.1; X.d: 1.1.2; 2.2.4 Resurslar: Tapşırıq kartoçkaları, iş vərəqləri.
Motivasiya - Siz “infomrasiya” sözünü harada eşitmisiniz və sizcə o, nə deməkdir? - Təsəvvür edin ki, heç bir kəsin yaşamadığı bir adaya düşmüsünüz. Sizi axtarıb tapana kimi bu adada bir müddət yaşamalısınız. Bunun üçün sizə nələr lazım olacaq? - Təbii ki, sizə birinci növbədə su, yemək, daldalanacaq üçün ev lazım olacaq. Bu obyektlərin düşdüyünüz adada olub – olmadığını necə bilmək olar?
Obyektlər haqqında məlumatı necə əldə etmək olar? Tədqiqat sualı: Obyektlər haqqında məlumatı necə əldə etmək olar?
Tədqiqatın aparılması Şagirdlər 4 qrupa bölünürlər. Onlar qrup işlərinin icrası ilə məlumatlandırılır. Hər qrupa iş vərəqləri paylanılır. Bütün qrupların şərtləri eynidir: Obyektlər barədə uyğun duyğu üzvləri vasitəsi ilə hansı informasiyaları almaq olar?
I qrup Obyektin adı
II qrup Obyektin adı
III qrup Obyektin adı
IV qrup Obyektin adı
Ümumiləşdirmə və nəticə Obyektlər haqqında məlumatı necə almaq olar? Bizim hansı duyğu üzvlərimiz var? Hər bir duyğu üzvümüz bizə hansı informasiyanı verir? İnformasiya Vizual informasiya Səs informasiyası Dad Qoxu informasiyası Taktil informasiya
- Deməli biz görməklə, eşitməklə, dadmaqla, iyləməklə, yaxud da toxunmaqla uyğun duyğu üzvlərimiz vasitəsilə obyekt haqqında informasiya alırıq: göz görür, qulaq eşidir, dil dadır, burun iyləyir, dəri isə toxunmaqla hiss edir. Nə üçün bəzi obyektləri iyləmək olmaz? Nə üçün bəzi obyektlərə əl vurmaq olmaz? Nə üçün bəzi obyektin dadına baxmaq olmaz? Nə üçün bəzi obyektlərə baxmaq olmaz?
Yaradıcı tətbiqetmə “Obyekti tap” oyunu. Torbada əşyalar var. Toxunmaqla, səsini eşitməklə, iyləməklə bu əşyannın adını tapın.
Ev tapşırığı: Ətrafdan aldığınız informasiyanın hansı növə aid olduğunu cədvəl şəklində qeyd edin.
Qiymətləndirmə I II III IV Meyar Qrup Təqdimat Əməkdaşlıq Nizam – intizam Mənimsəmə Nəticə I II III IV
Qiymətləndirmə meyarı Yaxşı Orta Zəif Insanın duyğu üzvlərini sadalayıram Hansı duyğu üzvü vasitəsilə hansı informasiya alındığını bilirəm İnformasiyanın növünü təyin edə bilirəm Obyekt haqqında informasiyanı hansı duyğu üzvünün köməyi ilə əldə etməyi bilirəm
Diqqətinizə görə təşəkkür edirik.