Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
1
2017
2
ÖN SÖZ Son illərdə dövlətin iqtisadi sahəsində aparılan islahatlarla əlaqədar veb-layihəsi bütövlükdə biznes seqmentin həm lokal, həm də beynəlxalq səviyyədə inkişafına təkan verir. İnternet platformanın yaradılmasında prioritet B2B seqmentində keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsidir. Göstərilən layihə sahibkarlar arasında münasibətlərdə və ünsiyyətdə bir növ əlaqələndirici halqadır ki, onların bir-biri arasında ticarət-tərəfdaşlıq münasibətlərinin irəli çəkilməsi və reallaşdırılmasında köməklik təqdim edir.
3
Haqqımızda Mytender.az platforması satınalmalar sahəsində etibarlı və keyfiyyətli xidmətlərin göstərilməsinə istiqamətlənmiş B2B (business- to-business) seqmentində sahibkarlıq fəaliyyətinin aparılması üçün praktiki və kompleks həllərdən ibarətdir. Mytender.az - qarşılıqlı faydalı və uğurlu biznesin aparılmasında qarşılıqlı olaraq bir- birinə katalizator olacaq sahibkarlar üçün nəzərdə tutulmuş platformadır. Bu platforma ticarət və bazar münasibətlərinin təşviq edilməsi, həyata keçirilməsi və inkişaf etdirilməsi imkanlarının təmin edilməsi üzrə bir növ körpü olacaqdır. Mytender.az - biznes, həmçinin vaxtını və pulunu dəyərləndirən şəxslər üçün platformadır.
4
Missiyamız İstər respublika daxilində, istərsə də onun hüdudlarından kənarda yeni biznes imkanlarının tapılması üzrə biznes-seqmentinə yardım göstərmək; Şəffaf və səmərəli sahibkarlıq fəaliyyətinin aparılmasına kömək etmək; Biznesin əlçatan və rəqabətədavamlı olmasını təmin etmək; Beynəxalq biznes standartları ilə uyğunlaşmaq.
5
Platformanın əsasının alıcılar və satıcıların təşkil etməsi
KRİTERİYALARIMIZ Fiziki və ya hüquqi şəxsin real mövcudluğunu təsdiq edən VÖEN-in olması «mytender.az» vasitəsilə yerli və xarici tərəf müqabilləri ilə biznes əlaqələrinin yaradılması Xidmətlərin göstərilməsi sahəsində müxtəlif əməkdaşlıq formaları üçün açıq platforma Platformanın əsasının alıcılar və satıcıların təşkil etməsi
6
TENDER HAQQINDA Məlumat
Tender nədir? Тender - məhsul, işləri və ya xidmətləri əldə edən yeganə alıcı və bir-birinə rəqabət özülünü yaradan bir neçə satıcıdan ibarət auksiona əks anlayışdır. Tenderin elan edilməsi alıcı ilə satıcıların əlaqəsini təmin edir. Tenderin növləri. Tenderlər dövlət və kommersiya olmaqla iki növə bölünür. Dövlət ehtiyyacları üçün satınalmalar büdcə vəsaitləri əsasında həyata keçirilir. Kommersiya tenderlərinin fərqi ondan ibarətdir ki, burada müştərilərin özü sövdələşmələrin aparılması qaydalarını, şərtlərini müəyyən edir, şəxsi və ya cəlb edilmiş vəsaitlər üzrə tenderləri həyata keçirir. Tenderlər getdikcə dünyada daha çox məşhurlaşır. Statistikaya görə təqribən torqların 30%-i xüsusi olaraq kiçik və orta biznes üçün yerləşdirilir.
7
Bu necə işləyir? Onlayn-tender - şirkətinizə sizin qiymət, keyfiyyət, peşəkarlıq və xidmət səviyyəsi üzrə tələblərinizə cavab verəcək xidmətləri göstərən optimal satıcıların seçilməsində kömək edəcək. Satıcı olaraq Siz iri bazar şirkətləri tenderləri bazasına girişi əldə edəcəksiniz. Platforma malların elektron şəkildə satınalması üçün qiymət təkliflərinin əldə edilməsində Sizə yardım göstərəcək. Satınalmalar üzrə məlumatlar seçilmiş biznes meyarı üzrə platformamızda qeydiyyatdan keçən satıcılara göndərilir. Meyarlar üzrə bütün tenderləri platformada da görmək olar. Təkliflərin surəti isə, öz növbəsində, elektron poçtunuza göndərilir. Sizə isə işlərinizin xüsusiyyətinə uyğun gələn tenderə qoşulmaq qalır. Bu daha yaxşı təklifi irəli sürmüş satıcının qalib gəldiyi şəffaf rəqabətə yol açır, o cümlədən, haqsız rəqabətin istisna edilməsinə imkan yaradır. Müraciət etmək üçün, Siz qeydiyyatdan keçməli və idarəetmə panelindən istifadə etməklə tender yaratmalısınız. Bir meyar üzrə bir tenderdə istənilən sayda vəziyyətlər ola bilər.
8
Satıcıya tələblər Satınalan şəxs satıcıya texniki tələblər müəyyən etməlidir. Tender sənədləşməsi texniki və kommersiya hissələrindən ibarət olmalıdır. Ən əlverişli və vicdanlı olması zəmanətinin yüksək olduğu satıcının seçilməsi üçün satınalan satıcıdan müqavilənin icrasının iqtisadi təminatını tələb etmək hüququna malikdir.
9
Satıcıların məsuliyyəti
Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi şirkətin qərəzli satıcıların reyestrinə düşməsinə və təzminatın ödənilməsi zəruriliyinə gətirib çıxarır.
10
Şikayət verilmə proseduru
Şikayət əsaslı və düzgün qaydada tərtib olunmalıdır. Həmin şikayətə satınalan tərəfindən pozuntuların yol verilməsi faktları qeyd edilmiş bütün zəruri sənədlər əlavə edilməlidir.
11
Tenderdə iştirak etmək istəyən şəxslərə tövsiyyələr
Daha tələbatlı, sosial və iqtisadi cəhətdən mühüm məhsulların istehsalını öyrənin Tenderlərdə tender qanunvericiliyinin öyrənilməsi yolu ilə iştirak etməyə hazırlıqlara başlayın Platforma ilə işləmək üçün texniki hazırlığı təkmilləşdirin Satınalmalarda iştirak üçün maliyyə təminatını hazırlayın Sifarişçi şirkətlərin müsabiqə sənədlərini diqqətlə araşdırın Zəruri sənədləri düzgün qaydada tərtib edin
12
Xidmətlər Tender müşayiəti və sövdələşmədə iştirak etmək istəyən şəxsin sənədlərinin qeydiyyatı Sifarişçinin məqsədlərinə və istəklərinə uyğun gələn tenderlərin seçilməsi Sifarişin, tender sənədlərinin, mümkün risklərin hüquqi və ekspert qiymətləndirilməsi Müraciətlərin hazırlanması və qeydiyyatının aparılması Tender prosesinin bütün mərhələlərində məsləhətçilik fəaliyyəti B2B seqmenti üzrə konsaltinq Biznes elanları və yeni layihələr, start-aplar və tenderlər üzrə paylaşmalar
13
Niyə mytender.az? Pulsuz qeydiyyat
Xidmətlərin göstərilməsi üzrə aşağı tariflər Fərdi yanaşma Sövdələşmələrin aparılmasında şəffaf sahibkarlıq fəaliyyəti B2B bazarında yerləşdirmə Pula və vaxta qənaət Məsafədən satınalmalara / çatdırılmalara nəzarət Həm yerli, həm də beynəlxalq B2B bazarına çıxış Mümkünlük və avtomatlaşdırma Qarşılıqlı faydalı əməkdaşlıq
14
YEKUN Platformanın başlıca vəzifəsi biznes seqmentə düzgün qərarların qəbul edilməsində yardım edilməsi, zəruri ticarət razılaşmalarının aparılması və əhəmiyətli işgüzar tərəf müqabillərinin qazanılmasıdır. İnternet-platformanın fəaliyyət konsepsiyasının tərkiblərindən biri – xırda və orta sahibkarları şəffaf və maksimal dərəcədə zərərsiz səviyyəyə çıxarmaqdır, təbii ki, bu da gələcəkdə ölkədə biznes strukturlarının maliyyə sabitliyinə müsbət təsirini göstərəcəkdir.
15
TƏŞƏKKÜRLƏR! Copyright All rights reserved.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.